"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..." - deputat
Tarix: 13-12-2019, 08:56 | Çap et
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında iki gün öncə Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun Milli Məclis üzvləri barədə dediyi aşağılayıcı fikirlərə münasibət bildirib:
"Azərbaycan Rusiya əlaqələrinin gücləndiyi bir dövrdə iqtidar təmsilçilərinin Rusiyanın müəyyən dairələrinin himayə etdiyi bu tip adamların təhqirlərinə cavab verməyə risk etmədiyini, həm də Milli Məclis üzvü kimi həmin təhqirlərin mənə də aid olduğunu nəzərə alıb bəzi məsələlərə münasibət bildirərəm. Fərhad Əhmədov Azərbaycana dönəndə mən hiss etmişdim ki, bu xoşniyyətli dönüş deyil. Çünki o, Azərbaycanın çətin vaxtlarında qeybə çəkilmiş, ölkə stabil inkişaf yoluna çıxandan sonra geri qayıtdı. Biz Azərbaycan torpaqları işğal olunanda onun etiraz səsini eşitmədik. Senator olanda da "müdrikcəsinə" susmuşdu. Əlbəttə, işğalçıları müdafiə edən ölkənin vətəndaşının bunu etməsi xüsusi cəsarət tələb edirdi. Xüsusilə də pul qazanan birisi üçün. Etiraz bir yana qalsın, biz onun ata-baba yurdlarından qovulmuş, acından ölməmək üçün həyat mücadiləsi verən həmvətənlərinə kiçik bir dəstək verməsini də müşahidə etmədik. Biz onu Lalə Şövkətdən və digər sadə həmvətənlərimizdən fərqli olaraq 20 Yanvar qırğını zamanı Moskvada, Azərbaycanın daimi nümayəndəliyində Heydər və İlham Əliyevlərin yanında görmədik. Hazırda o müəyyən investisiya qoyub, başqa çıxış yolu qalmayan kəndlilərdən kilosu 15 qəpiyə narı alıb, onu emal etməklə böyük pullar qazanır və onun bir hissəsini öz reklamına sərf edir.
Xatırlayırsınızsa, səhv etmirəmsə ötən il o, rus mətbuatında Qarabağ barədə məqalə yazıb, Rusiya faktorunun üstündən sükutla keçmişdi. O zaman mən müsahibələrimin birində həmin məqama toxunaraq demişdim ki, Rusiyada böyük pullar qazanan biriləri bu dərdimiz barədə heç vaxt obyektiv danışa bilməzlər və ona görə də torpaqlarımızı niyə işğaldan azad edə bilmədiyimizi yaxşı başa düşən, gərginlik içərisində yaşayan insanları qıcıqlandırmayıb sussalar daha yaxşı olar. Onlar siyasətdən uzaq durub, doğulduqları ölkəyə investisiya yatırmaqla, xeyriyyəçiliklə xidmət göstərib hörmət qazana bilərlər. Yox, siyasi karyera naminə qeyd etdiklərimi edəcəklərsə, ifşa olunmuş halda geri qayıtmalı olacaqlar. Bu, "Rusiyanın Qarabağ məsələsinə aidiyyatı yoxdur, o yalnız vasitəçidir" deyən digərlərinə də aiddir. Fərhad Əhmədov ziddiyyətli açıqlaması ilə burada ürək bulandırmaqdansa, vətəndaşı olduğu ölkənin problemlərindən yazıb, çıxış yollarını göstərsə daha başa düşülən olar. O və digər emissarlar Azərbaycanda istədiklərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan Konstitusiyasına görə xarici ölkə qarşısında öhdəliyi olan istənilən şəxs nə prezident, nə də deputat ola bilməz. Onun təhqirlərinə gəldikdə isə onu deyə bilərəm ki, böyük rus xalqının bu barədə gözəl bir misalı var: "Hər kəs məsələlərə öz tərbiyəsinə uyğun münasibət bildirir". Müdrik xalqımızın isə onun kimilər haqqında belə bir Atalar sözü var: "Öz adımı sənə qoyum, səni də yana-yana qoyum".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
|