Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? .....                     Yaşlı icra başçıları yola salınır: .....                     "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm" .....                     Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                     Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür .....                     Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür .....                     Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı .....                     “ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib .....                     Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır .....                     “İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” .....                     Tanınmış naşir kitab sərgisindən şikayət edib: .....                     40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                 

“Prezident dəfələrlə bildirib ki, mətbuatı izləyir...” - YAP-çı deputat
Tarix: 14-11-2019, 09:17 | Çap et
“Prezident dəfələrlə bildirib ki, mətbuatı izləyir...”
“Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin” - prezident İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən belə deyib.

Dövlət başçısı icra başçılarına xitabən bildirib ki, onlar peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar.

“Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik” -deyə ölkə başçısı qeyd edib.

Deputat Aydın Mirzəzadə hesab edir ki, prezidentin məlum müraciəti onun xalqla sıx birliyini göstərir: “Cənab prezidentin vətəndaşlara məlum çağırışı aparılan siyasətin yerlərdə vətəndaşın maraqlarına nə dərəcədə cavab verdiyini öyrənmək istəyindən irəli gəlir. Vətəndaşlar bu çağırışı dəstəkləyirlər”.

Aydın Mirzəzadə prezidentə müraciət etmənin formalarından danışarkən deyib ki, ən asan üsul president.az saytında “Müraciətlər” bölümünə daxil olub orada “Prezidentə məktub yazmaq” düyməsini seçməkdən keçir: “Vətəndaş bu yolla sərbəst qaydada müraciətini prezidentə yollayır. Vətəndaş prezidentə məktub və teleqram vasitəsilə də müraciət edə bilər. Eyni zamanda yerlərdə Prezident Administrasiyasının nümayəndələri, nazirlər, ayrı-ayrı təşkilat rəhbərləri də vətəndaşları qəbul edib dinləyirlər. Vətəndaşlar sosial şəbəkə vasitəsilə də prezidentə müraciət edə bilərlər. Bunun üçün cənab prezidentin sosial şəbəkədə olan hesablarının mesaj bölməsinə yaza bilərlər. Prezidentin sosial media hesabları kifayət qədər aktivdir və burada yazılan müraciətlərə reaksiya verilir.

Cənab prezident bu yaxınlarda bildirdi ki, rayonların birində ciddi problemlə bağlı mətbuatdan xəbər tutub. Həmin problemin həlli üçün tapşırıq verilib. Bu, açıq cəmiyyət olduğumuzu, vətəndaşla hakimiyyət arasında böyük bir əlaqə körpünün olduğunu göstərir. Cənab prezident vətəndaşların müraciətlərinin araşdırılmasında, problemlərinin həll olunmasında maraqlıdır.

Vətəndaşlar problemləri ilə bağlı, yerlərdə məmurların qanunsuz əməlləri ilə üzləşərlərsə, çəkinmədən mətbuat vasitəsilə ölkə başçısına müraciət edə bilərlər. Prezident müsahibə və çıxışlarında dəfələrlə medianı izlədiyini bildirib".

Aydın Mirzəzadə deyir ki, mətbuatda dərc olunan materiallar oxunur, analiz edilir, diqqətə götürülür: “Mən çox bəyənirəm ki, Daxili İşlər Nazirliyi vaxtaşırı bu və ya digər yerdə qanun pozuntusu ilə bağlı yayılan videolara operativ reaksiya verir. Mətbuat, sosial şəbəkə diqqətdə saxlanılır. Qaldırılan məsələ öyrənilir, məsələlərin həll edilməsi dövlətçiliyimizin möhkəm olması deməkdir. Vətəndaşımızın dövlətə, hakimiyyətə inamının möhkəmlənməsi deməkdir”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
Bu gün, 06:32
Yaşlı icra başçıları yola salınır: - Yeni model belə olacaq
Bu gün, 06:29
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
Bu gün, 06:22
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Dünən, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Dünən, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Dünən, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Dünən, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Dünən, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Dünən, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Dünən, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Dünən, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Dünən, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Dünən, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Dünən, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Dünən, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Dünən, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Dünən, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Dünən, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Dünən, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Dünən, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Dünən, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Dünən, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Dünən, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Dünən, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Dünən, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Dünən, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Dünən, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Dünən, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Dünən, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Dünən, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Dünən, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Dünən, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Dünən, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Dünən, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Dünən, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Dünən, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru