“Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq" - QALMAQAL
Tarix: 7-11-2019, 08:55 | Çap et
Noyabrın 5-də sabiq nazir Əli İnsanovun demokrat “qiyafəsində”, lider “ədası” ilə Müsavat Partiyasının qərargahına qədəmlərini qoymasının alqışla qarşılanacağını gözləyənlər var idi. Olmadı.
Vaxtilə Müsavatın eks-başqanı İsa Qəmbərə və müxalifətçilərə hədyanlar yağdıran, “onların nəvələri müxalifətçi babalarından xəcalət çəkəcəklər” deyən, jurnalistə “konkret rədd ol” söyləyən, səhiyyəni öz dövründə “qanqrenaya” çevirən Ə.İnsanovun Müsavat qərargahında “söz verilir hörmətli professora” təqdimatı elə hakimiyyətin ən sərt tənqidçiləri tərəfindən pislənildi.
Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan dəyirmi masa ətrafında Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə və Əli İnsanovun demokratiyanı müzakirə eləməsi elə müxalifyönlü, iqtidara ən kəskin tənqidlər yazanlar tərəfindən “topa tutuldu”.
Məsələn, jurnalist Şahvələd Çobanoğlu facebook-da belə reaksiya vermişdi: “Gördülər bir Əli önə çıxmaqdadır, oturtdular günü keçmiş Əli ilə yanaşı.. xalq hərəkatı, strateji düşüncə, nə bilim nə...”
REAL Partiyasından Altay Göyüşov bu görüşdən yayılan şəkli klassik foto adlandırıb: “Adını faciəmizin dəyirmi masası da qoymaq olar. Əli İnsanov bunlara yaraşır, bunlar da Əli İnsanova... İlham Əliyevdən xahiş etmək lazımdır ki, bunları pensiyaya göndərdiyini özlərinə xəbər eləsin”.
Müsavatın başqanlığna namizədi olmuş Yadigar Sadıqlı İnsanovun Rəsulzadənin portreti qarşısında çəkilmiş fotosunu şərhsiz paylaşaraq eyham vurub.
Keçmiş vicdan məhbusu Qiyas İbrahimov Ə.İnsanovu belə xarakterizə edib: “İdeologiyası ”voravskoy" olan adi qisasçı Əli İnsanov diktaturadan qopmayıb, elə indi də gözümüzün önündə diktaturanın canlı simvoludur".
AG Partiyanın sədri Tural Abbaslı “Report”a bildirib ki, təşkilatçı Ə.İnsanovu bu dialoqda iştirak etməyə layiq bilirsə, bu, onun şəxsi qərarıdır: “Ona birdən-birə belə qucaq açmaq cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Biz bunu görməzlikdən gələ bilmərik. Əli İnsanovun müxalifətin dəyirmi masasında təmsil olunması o insanların yanaşdığı mənəvi dəyərlərdən asılıdır. Bizə bununla bağlı müraciət olunsaydı? konkret cavab verərdik”.
Tənqidçi jurnalist Azər Rəşidoğlu görüşə belə şərh verib: “Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq".
Norveçdə yaşayan yazar Günel Mövlud isə dəyirmi masanı biabırçılıq adlandırıb: “O dəyirmi masanın porno versiyasını yazıb məclisdə olanların hamısının burnundan gətirmək mənə borc olsun. Başqa heç bir reaksiya düşünə bilmirəm dünənki rüsvayçılığa...”
AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə belə reaksiya verib: “Dostlar, Əli Kərimlinin doğru qərarlar vermə qabiliyyətinə şübhəm yoxdur. İndiyədək onun verdiyi ən qeyri-populyar qərarların belə sonradan düzgün qərar olduğu sübuta yetib. Amma bəyin dəyirmi masaya qatılmaq qərarını anlamaqda çətinlik çəkirəm. Xalqın onu siyasi partiya liderliyindən xalq liderinə çevirdiyi bir məqamda adları siyasi intriqalarla assosiasiya olunan, birlikləri dağıdan, keçmişi ləkəli adamlarla bir masa ətrafında əyləşməyə Əli bəyi nə vadar etdiyini doğrudan anlamaqda çətinlik çəkirəm”.
“Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah? Bu şəkildə mübarizələrini elan edirlər eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər?”, - deyə azərbaycanlı iş adamı Mübariz Mənsimov da dəymir masaya münasibət bildirib.
Onun sözlərinə görə, iqtidar gəncləşirkən müxalifət yaşlanır: “Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsə idi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleyi ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, vaxtilə iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi ”ağır topa" çevrildimi?!"
YAP icra katibinin müavini Siyavuş Novruzov özünün facebook hesabında yazıb ki, vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir.
“Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən ”xod"a düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?! Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur?" - YAP-çı deputat sual edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, həmin dəyirmi masa ilə bağlı ona aydın olmayan məsələlər var: “Hansı məntiqlə, hansı tarixi xidmətlər, prinsiplər əsas götürülüb? Mən bax, bu haqda məlumatsızam. Ona görə Allah xeyir versin”.
Ə.İnsanovun tədbirdə iştirakına isə VHP sədri belə şərh verdi: “Şəxsiləşdirmək istəmirəm. İnsan ömrüdür, mövqelər, prinsiplər dəyişir. Ancaq ora toplaşanları əsas müxalifət kimi qələmə vermək doğru deyil. Ümumiyyətlə, həmin görüş mənə aydın olmayan formatdır. Çünki müxalifət düşərgəsi böyükdür, dəfələrlə yığışır, ayrılır, hər dəfə də sarsılır. Hesab edirəm ki, toplaşmalara daha ciddi baxmaq lazımdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|