Kim bələdiyyə seçkilərində iştirak edəcək?
Tarix: 2-10-2019, 08:50 | Çap et
Yeni Azərbaycan Partiyası 2019-cu ilin 27 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini sürətləndirib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Müxalifət partiyalarında bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qərarlar verilibmi? Bələdiyyə seçkilərinin yerlərdə əhali ilə sıx təmas qurmaq baxımından vacib seçki olduğunu siyasi partiyalar nəzərə alırlarmı?
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirib ki, ötən həftə Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, dekabrda keçiriləcək bələdiyyə seçkiləri müzakirə olunub. Fuad Əliyev bildirib ki, Azərbaycanda bələdiyyələrin yaranmasından 20 il keçir. 1999-ci ildə keçirilən birinci seçkilərdə ALDP-nin 600 üzvü seçilmişdi.
İkinci bələdiyyə seçkilərində 130 üzvü seçilib, 2009-cu ildə keçirilən üçüncü seçkilərdə isə ümumiyyətlə, bir nəfər belə seçilməyib: “Bunun bir səbəbi olub - partiya mənsubiyyətinin göstərilməsi. Hesab edirəm ki, seçki islahatları keçirilməyənə qədər seçkilərdə iştirak etmək mənasızdır. Odur ki, Sədr Aparatının üzvləri müzakirələrdən sonra ALDP-nin bələdiyyə seçkilərində iştirakının məqsədəuyğun olmadığı qənaətinə gəldilər. Ancaq partiyanın üzvlərinə bələdiyyə seçkilərində fərdi qaydada iştiraka məhdudiyyət qoyulmayıb”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinə az vaxt qalmasına baxmayaraq bu istiqamətdə fəaliyyətini quranlar və düşünənlər azdır. Hiss olunmur ki, bir neçə aydan sonra ölkədə vacib seçkili institutlardan biri olan bələdiyyələrə seçkilər keçiriləcək. Partiyaların özləri də qarşıdan gələn seçkilərə həvəslə yanaşmırlar: “Bunun da səbəblərini dəfələrlə demişik, çıxış yolları barədə təkliflərimizi vermişik. Bütün bu passiv mühitə baxmayaraq hesab edirəm ki, seçkilərdə iştirak vacibdir və başlıca vəzifələrimizdən ən ümdəsi cəmiyyəti də bu ruhda kökləməkdir. Məlumdur ki, Azərbaycanda həm bələdiyyələrə, həm də seçkilərə inam demək olar ki, qalmayıb. Lakin biz oturub iqtidarı gözləməli deyilik ki, insafa gəlib az-çox demokratik seçki mühiti yaradacaq. Bu mühitin yaradılmasına biz daha çox maraqlıyıqsa çox da səy göstərməli və çalışmalıyıq. Mövcud ortam iqtidara sərf edir, müxalifətə yox. Ona görə də ortamı müsbətə doğru biz dəyişməliyik. AMİP bələdiyyə seçkilərinə qeyri-rəsmi çoxdan start verib. Bölgə təşkilatlarımızla görüşlərimiz olur. Şəxsən mən Göyçay, Ucar, Gəncə, Ağstafa, Samux, AMİ-çiləri ilə görüşüb bələdiyyə seçkilərini müzakirə etmişik. Doğrusu, nikbinlik üçün xeyli iş görmək lazımdır. İnsanları inandırmaq, seçkiyə həvəsləndirmək asan olmayacaq, ancaq bələdiyyə üzvü iddiasını ortaya qoyacaq üzvlərimiz də var. Bələdiyyə seçkilərinə demokratik cəmiyyətlərdə daha çox önəm verilir. Çünki bu seçkilər həm yerli özünü idarə orqanı kimi əhali ilə sıx təmaslar qurmaq, yerli hökumət funksiyasını yerinə yetirmək baxımından, həm də parlament və prezident seçkilərinə tramplin və sınaq baxımdan vacib sayılır”.
Ə.Orucov qeyd etdi ki, oktyabrın 6-na partiyanın Mərkəzi Şurasının iclası çağırılıb. Həmin iclasın gündəliyində müzakirəyə çıxarılacaq məsələlərdən biri də bələdiyyə seçkiləri ilə bağlıdır: “Mənə elə gəlir ki, bu hərtərəfli müzakirələrdən sonra Mərkəzi Şura bələdiyyə seçkiləri barədə olumlu qərar verəcək".
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, bələdiyyə orqanları sırf yerlərdə əhali ilə sıx təmasda olmaq kimi imkanlar açır. Lakin bu imkanları həqiqi, xalq tərəfindən seçilmiş bələdiyyələr yaradır: “Bizdə bələdiyyələr rayon İcra hakimiyyətlərinin bir şöbəsinə çevrildiyindən fəaliyyətsiz təsisat qismindədir. Ustəgəl, dairə, məntəqə seçki komissiyaları YAP üzvlərindən, hakimiyyətin nümayəndələrindən ibarətdir. Xalqın səsini qazanan namizədlərin qələbəsini tanımırlar. Mən özüm üç dəfə Nərimanov rayonundan bələdiyyəyə namizəd kimi bu halları yaşamışam. Təcrübədən bilirəm ki, seçki komissiyalarında dəyişiklik olmasa icra hakimiyyətlərinin diktəsi ilə keçiriləcək seçkilərdə formalaşan bələdiyyələrin heç bir mənası olmayacaq. Ona görə də siyasi partiya üzvləri artıq belə vəziyyətdə seçkidə iştirak etmək istəmirlər. Bələdiyyə seçkilərində iştirak mənasız yerə vəsaitlərin və vaxtın xərclənməsindən başqa bir şey deyil. KXCP-də bu seçkilərdə iştirak edib-etməmək məsələsi hələ rəsmi müzakirə olunmayıb”.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, bələdiyyə seçkilərində AĞ Partiya olaraq iştirak etməyəcəklər: “Amma paytaxt və rayonlarda partiyanın bəzi üzvləri fərdi qaydada iştirak edəcəklər. Bildiyiniz kimi bələdiyyə seçkiləri Azərbaycanda formal hal alıb, ona görə siyasi qüvvələr bu seçkilərə ciddi yanaşmırlar. Üstəlik, bələdiyyə seçkilərinə hazırlıq prosesi prezident və parlament seçkilərindən daha da çətinləşdirilib. Yəni əziyyətə dəyməz. Əhali ilə sıx təmasa gəldikdə isə seçki kampaniyası o qədər qısaldılıb ki, əhali ilə sıx təmas maksimum məhdudlaşdırılıb və səlahiyyəti olmayan orqana əhalinin marağı qalmayıb”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
|