“Orduxan, Vidadi kimilərin demokratiyaya dəxli yoxdur, onların hərəkətləri qanun pozuntusudur” - deputat
Tarix: 31-08-2019, 08:51 | Çap et
Tez-tez belə fikirlər səslənir ki, Azərbaycan xalqı demokratiyaya hazır deyil, insanların siyasi şüuru o səviyyədə inkişaf etməyib, toplum doğru seçim edə bilmir və s. ilaxır
Bu mövqeni dəstəkləyənlər əlavə edirlər ki, xalqa azadlıq verilərsə, daha pis seçimlər edəcək, demokratiyanı anarxiya ilə qarışdıracaq, marginalları vəzifələrə gətirəcək.
Virtualda gedən diskussiyalarda xalqın demokratiyaya hazır olmadığını söyləyənlərin fikrincə, azadlıq veriləcəyi halda xalq söyüşcül mühacirləri, leksikonunda ana-bacı təhqiri olanları yuxarı başa gətirib çıxaracaq.
Deputat, siyasi şərhçi Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, demokratiya ilə xalqına dönüklük etmiş adamlar arasında bağlılıq axtarmağın əleyhinədir.
Onun sözlərinə görə, demokratiya ideal olmasa da, dünyada ondan yaxşısı kəşf olunmayıb: “Demokratiya bir prosesdir və burada son nöqtə yoxdur. Əgər kimsə demokratiyanın zirvəsində olduğunu söyləyirsə, deməli, tükənib. Dünya ölkələrində demokratiyası olan, daha az demokratiyası olan və qeyri-demokratik ölkələr var. Azərbaycan yaranış etibarı ilə demokratiya yolunu seçib.
Təbii ki, bu demokratik inkişaf geosiyasi reallıqlara adekvat olaraq davam etdirilir. Bu nöqteyi-nəzərdən tərəfdarıyam ki, demokratiya qanunların diktaturasıdır. Qanunlar sərt işləməlidir və demokratiya xaos deyil. Ona görə Orduxan, Vidadi kimilərin demokratiyaya dəxli yoxdur, onların çıxışları, hərəkətləri qanun pozuntusudur. Bu adamlar davranışları ilə xalqı, ölkəni gözdən salmaq yolu seçiblər və son dövrlər xüsusi fəallaşıblar".
Deputatın fikrincə, Ermənistanın silahlı qüvvələrinin təmas xəttində fəallaşması ilə “sapı özümüzdən” olanların fəallaşması arasında sinxronluq müşahidə olunur: “Bu adamları ermənipərəst qüvvələr dəstəkləyir. Onların məqsədi Azərbaycanda inkişafı, demokratiyanın tərəqqisini tormozlamaq, vətəndaş həmrəyliyini pozmaqdır. Bu halda Ermənistanın mövqeyi güclənmiş olur.
Mən millət vəkili və Yeni Azərbaycan Partiyasının üzvü olaraq səslənirəm ki, ictimaiyyət, əsasən də gənclər həssas olmalı, bu məsələlər barədə vətəndaş mövqeyini ortaya qoymalıdırlar.
İdeal insan olmur, hər kəsin səhvləri var, elə hərəkətlər var ki, bağışlanır. Amma vətənə xainlik heç bir ölkədə bağışlanmır.
Bu ünsürlərə qarşı səfərbər olmalıyıq, “məndən keçdi, qonşuma dəydi” fikrindən uzaq durmalıyıq. Hörmətli Əli Əhmədovun son müraciəti də göstərir ki, YAP bu istiqamətdə avanqard rola malikdir və gənclik də fəallıq etməlidir".
ADP sədri Sərdar Cəlaloğlu xalqın demokratiyaya hazır olmaması fikrini qüsurlu sayır. Onun sözlərinə görə, demokratiya xalqın hakimiyyəti deməkdir: “Əgər xalq varsa, demokratiya olmalıdır. Xalq yoxdursa, onda tayfadır. Bu fikir mahiyyət etibarı ilə yanlışdır. Əgər xalq səviyyəsindəyiksə, deməli, demokratiyaya hazırıq. Azərbaycan xalqı 10-cu əsrdən formalaşıb, 24 tayfadan ibarətdir, böyük mədəniyyətimiz formalaşıb, nəhəng Səfəvilər, Əfşarlar, Qacarlar imperiyaları yaratmışıq. İndi necə deyə bilərik ki, xalq demokratiyaya hazır deyil. Sadəcə, bunu deyənlər demokratikləşmənin qarşısını almaq üçün xalqın boynuna qoyurlar. Karl Yaspers deyirdi ki, alman xalqı demokratiyaya hazır deyil. Siz nə vaxt xalqa demokratiya verdiniz ki, hazır olmadı? Yolları aç, bax gör xalq demokratiya yolu ilə gedir, ya yox. Sadəcə, absurd fikir irəli sürürlər. Xalq min il qabaq demokratiyaya hazırdır. Biz tayfa sistemindən çıxmışıq. Nadir də şahlığa seçkiylə gəlib. Qacar qanunlarla dövləti idarə edib. Demokratiya qanunçuluğa əsaslanan cəmiyyətdir. Hətta Allah “dində məcburiyyət yoxdur” deməklə insana azadlıq verib".
ADP sədri bildirdi ki, xalqla siyasi partiyalar arasında təmas aşağı düşüb: “Xalq liderləri illərlə görmür. Bu da istər-istəməz təmasları azaldıb.
İndi biri çıxıb ana-bacı söyüşü deyə bilər, biri İsa Qəmbər və yaxud Sərdar Cəlaloğlu kimi mədəni danışa bilər. Sadəcə, bəzi xaricdə yaşayanlar uzaqdadılar deyə, ağızlarına gələni danışırlar. Sən xalqın zövqünü efirə meyxanaçı çıxarıb korlayanda, axmaq adamları telekanallara buraxıb mədəni danışan müxalifəti söydürəndə, artist milyonların qabağında mahnını söyüşlə oxuyanda bilməliydin ki, xaricdəkilər də söyəcəklər.
Ancaq bunun qətiyyən əleyhinəyəm, söyüş gücsüzlük əlamətidir. Əslində həmin adamlar söyüşlə, lənətlə hökumətə xidmət edirlər. Bəzi adamların azadlıq istəməsi vəhşi, anarxiya azadlığıdır.
İnsanlar anarxizmlə azadlığı başa düşmürlər. Rusiyada bir Elvin İsayev varıydı, söyürdü, tutub gətirdilər. Sən mübarizəni apar da, söyüşlə, təhqirlə iş olmaz axı. Vidadi kimi adamlar indi bir-birini söyür. Sabah öz doğmalarını, qohumlarını da söyəcəklər. Çünki başqa mübarizə metodu tanımırlar". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|