“Səhvlərini etiraf edib əfv diləmək heç vaxt gec deyil” - deputat
Tarix: 21-05-2019, 09:28 | Çap et
“Təsdiqini tapmış faktdır ki, söyüş və həqarət aciz, mənən zəif və ruhən əzik insanların işidir. Öz mənəvi gücünə və potensialına arxayın olanlar kimisə söyməyə, təhqir etməyə qətiyyən ehtiyac duymurlar. Xaricdə məskunlaşıb ara-sıra antiazərbaycan qüvvələrdən aldıqları qrantların “havasına oynayan” orduxanlar son günlərdə yenidən ortalığa düşərək özlərini bir daha Azərbaycan xalqının gözündən saldıqlarının fərqindədirlərmi əcəba?”.
Modern.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov söyləyib.
Deputat Orduxan kimilərin “müxalifətçiliyi”ni təkcə hakimiyyətə qarşı deyil, birbaşa dövlətçiliyə, Vətənə və xalqa yönəlmiş söyüş və həqarət ritorikası üzərində bərqərar olan “dəyərsizliklər” səfsəfəsi kimi səciyyələndirib:
“Azərbaycan Prezidenti də eynilə bayraq, himn, gerb kimi dövlətçilik atributlarından biridir. Deməli, Prezidentə, onun aləsinə qarşı yönələn hər hansı formada uyğunsuz kəlmə də birbaşa dövlətçiliyimizə sayğısızlıqdır.
Xalqın hafizəsi daş yaddaşı kimidir və minlərlə şəhid övladı bahasına qurduğu bu dövlətə və dövlətçiliyə qarşı yönələn heç bir sayğısızlığı unutmaz və bağışlamaz. Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni uğurlarını görməməzlikdən gəlib yalanları və həqarətləri ilə öz əqidəsini alver predmetinə çevirənlər ən azından tarixin yaddaşından və xalqın qəzəbindən çəkinməlidir!
Orduxan kimilər elementar insanlıq tərbiyəsindən uzaq addımları ilə xalqın nifrətini qazanırlar. Bunlar hələ ki, havasına oynadıqları “xəyanət melodiyasının” təsiri altında dünyada ən böyük itkilərdən birinin xalqın gözündən düşmək olduğunu dərk etmirlər. Bu böyük millətin yazıçısı kimi özümə borc bilirəm ki, həmin mühacirlərə xatırladım: Nə qədər gec deyil, mənsub olduğunuz xalqın mental dəyərlərinə, minillərdən bəri formalaşmış ənənələrinə və yazılmamış kişilik, mərdlik qanunlarına göz yummayın. Xalqın həmin ali mental dəyərlər sistemində kişi kişinin şəxsiyyətinə və ailəsinə söyüş və təhqirlə xitab etmir, həssas nöqtələrini hədəfə almır. Kişi ya kişi kimi mübarizə aparmaq yolunu seçər, ya da gücü, potensialı yoxdursa, məğlub olduğunu mərd-mərdanə etiraf edib meydanı tərk edər. Orduxan kimilərin onsuz da Azərbaycanın siyasət meydanında yeri yoxdur, onlar siyasət səhnəsindən çoxdan silinib gediblər. Elə isə söyərkən necə göründüklərini bilmək üçün vicdan güzgülərində özlərinə baxmağı unutmasınlar. Haqsızların digərinə yönələn həqarəti əslində öz əzik daxili aləmlərinə olan söyüşüdür...”.
Hüseynbala Mirələmov həmin mühacirlərin bir gün mütləq məhz “arxa” bildikləri ünvanlardan zərbələr alacaqlarını bildirib:
“Tarixdə satqınlıqla bağlı çoxlu faktlar var. İstifadə müddəti bitən hər şeyi bir gün kənara atırlar... Nə qədər ki, çox gec deyil, onların bunu unutmamasında fayda var.
Digər tərəfdən bir məsələni də xatırlatmaq istərdim ki, bir gün hansısa şəkildə hər kəs doğulduğu torpağa qayıdır. İnsan ruhu elə əsrarəngiz varlıqdır ki, mütləq son günlərində də olsa, genetik şəkildə aid olduğu torpağa dönməyi düşünür. Hətta dönüklərin ruhu da... Elə isə Orduxan kimilər bu Vətənin dövlət və dövlətçilik üçün durmadan çalışan qeyrətli övladları haqqında işlətdiyi hər kəlməni ölçüb-biçərək elə yaşamalıdırlar ki, bir gün bu müqəddəs torpaq bağrında onlara beş qarış yer verib heç olmasa, nəşlərini qəbul etsin. Bu gün nə istədiklərini bilmədən xarici ölkələrdə veyillənib öz mövcudiyyətlərinə dəyər verməyənlər barı, nə zamansa doğma torpağa tapşırılacaq bir qarış məzarını axtaran ruhlarına dəyər versinlər, onun perik düşməsinə səbəb olmasınlar.
Səhvlərini və yanlışlarını etiraf edərək doğru yola gəlib əfv diləmək heç vaxt gec deyil. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi hörmətli Əli Əhmədovun bu günlərdə səsləndirdiyi “Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların etiraflarını, onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk. Biz istəyərdik ki, Azərbaycanın siyasi həyatında iştirak edən insanların hər biri ölkəmizin maraqlarına xidmət etsin və bu maraqları daim uca tutsunlar, dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərsinlər” kimi qiymətli fikirləri də demokratik və bəşəri dəyərlərləri həmişə yüksəkdə tutan Azərbaycan hakimiyyətinin siyasi tövbə qapılarının doğru yola gələn hər kəsin üzünə açıq olduğunun sübutudur.
Müstəqil və suveren Azərbaycanın milli dövlətçilik maraqları hər şeyin fövqündədir. Bu maraqları qorumaq isə harada yaşamasından, hansı dinə, əqidəyə və dəyərlər sisteminə mənsub olmasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Bu borcu unudanlar isə gec-tez tarixin zibilliyində itib-batacaqlar...”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|