“İnsanov Azərbaycan insanının ona dəyişməz nifrətini bilir” - Reaksiyalar
Tarix: 8-05-2019, 08:23 | Çap et
Bu ilin martında Novruz əfvi ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun günlər öncəki müsahibəsi ətrafında narazılıq durmadan artır. Ən çox da onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərinə sərt etirazlar var.
Açıq şəkildə ermənilərlə barışıqdan dəm vuran Ə.İnsanov bu müsahibəsində azadlığa çıxdığı ilk andan təşəkkür etməkdən doymadığı Qərbə mesaj ünvanlayır ki, məni Azərbaycanda iqtidara gətirin, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edim. Bundan əlavə, eks-nazir demokratiya pərdəsi altında gizlənərək, bildirir ki, Azərbaycan elə bir qurulmalıdır ki, ermənilər dövlətimizin tərkibində yaşamaq istəsinlər. Ə.İnsanov hətta daha irəli gedərək, beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Azərbaycan tərəfinə inanmadığını da önə çəkir. Bir növ günahı dövlətimizdə görür. Rəsmi Bakının beynəlxalq konvensiyalara əməl etmədiyini deyən sabiq nazir bu səbəbin də münaqişəsinin həll edilməməsində mühüm rol oynadığını önə çəkir.
ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı facebook profilində bununla bağlı status paylaşıb. Agentlik rəhbəri yazır: “Əli İnsanovun o müsahibəni verməkdə məqsədi Qarabağ münaqişəsini Ermənistanın üstünlüyü ilə ”həll etməyə" çalışan xarici mərkəzlərə “məni dəstəkləyin, təslimçi sülh imzalamağa hazıram” mesajı verməsidir. Gülməlidir, bilirəm, əvvəl o mərkəzlər adamı persona kimi qəbul etməlidirlər ki, sonra danışsınlar, ümumiyyətlə. Amma İnsanov Azərbaycan insanının ona dəyişməz nifrətini bilir, ona görə də xalqı hesabdan silib. Adamlar üçün ən dəhşətli həqiqət toplumun onun barəsində gerçəkdən nə düşünməsini dərk etməsidir. Əli İnsanov zamanında təhqir elədiyi, aşağıladığı, əzdiyi adamların onu qəbul etmədiyini, etməyəcəyini yaxşı bilir və qisasını da bu cür alır. Xalq üçün ən müqəddəs olan məsələ ilə - Qarabağla belə alver etməyə hazır olduğunu açıq bildirir. Normal adam bunu iki səbəbdən etməməlidir: birincisi, Dövləti-Vətəni üçün. İkincisi, adamların nifrətini qazanmamağa görə. Birinciyə 2005-ci ildə xəyanət edib, ikincini də adamlar onu tanıyandan bəri qazanıb. İtirməyə dəyəri olmayan adam toplumun dəyərinə hörmət edə bilməz".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev: “Əvvəla onu deyim ki, gerçəkdən Əli İnsanovu izləmirəm. Heç bir açıqlamasına baxmamışam, çıxışlarını izləməmişəm. O insan mənə maraqlı deyil. Siyasətçi də deyil. Həkimdir, yaşlı bir adamdır. Vaxtilə korrupsiyada ittiham olunub. Onun perspektivinə belə inanmıram. Siyasi səhnədə yer tutacağını, bir iş görəcəyini, ən azından bir təklif belə vermək bacarığının olduğunu düşünmürəm. Hər hansı bir siyasətçi siyasi təklifi, analizləri, siyasi fəaliyyəti ilə çıxış edəndə nəsə düşünmək olur. Amma Əli İnsanovda bunların heç birini görmədiyim üçün onunla ümumiyyətlə maraqlanmıram. Azərbaycan münaqişənin həlli üçün dinc yolla sülhə çatmağı arzulayır. Sülh yolu sözü doğru deyil. Azərbaycan dinc yolla problemi həll etmək üçün indiyə qədər çalışıb, təkliflərini verib. Amma bu dinc yol 25 ildir heç bir fayda vermir. Görünür, bu insanın çox şeylərdən xəbəri yoxdur. Onun ”Azərbaycan elə bir ölkə olmalıdır ki, ermənilər burada yaşamağa maraqlı olsunlar" deyə səsləndirdiyi fikirlər barədə onu deyə bilərəm ki, ölkəmizin vəziyyəti qat-qat Ermənistandan üstündür. Bunu hər kəs bilir. Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların özləri əslində girov vəziyyətindədir. Əli İnsanov başa düşmək istəmir ki, bu, etnik münaqişə deyil. Bir qonşu dövlət hücum edib, Azərbaycan torpaqlarını işğala məruz qoyub. İşğal etdiyi ərazilərin bir hissəsində də qondarma rejim qurub. Əli İnsanov açıqlamalarında Azərbaycan tərəfi dolayısı ilə günahkar bilirsə, bunu heç şərh etməyə ehtiyac qalmır. Bir dövlət gəlib sənin ərazilərini işğal edir, sən də günahı özündə axtarırsan. Bizim burada yeganə günahımız odur ki, indiyə qədər ərazilərimizi hərbi yolla işğaldan azad etməmişik. Beynəlxalq aləmə inandıq ki, problemi həll edəcəklər. Bu da bizdən asılı olmayan günahdır. 2016-cı ilin aprel savaşına girdik, bizi saxladılar ki, dinc yolla həll edərik. Amma etmədilər. İnsanovun verdiyi mesajlardan aydın olur ki, məsələnin mahiyyətindən xəbərsizdir, eyni zamanda siyasi peşəkarlığı yoxdur. Açığı, sizə rəğmən, qəzetinizə hörmətim olduğu üçün onun dediklərinə şərh verdim. Belə bir qeyri-ciddi, siyasətlə məşğul olan adamların dediklərinə cəmiyyətin köklənməsini heç də doğru saymıram".
Deputat sabiq nazirin Azərbaycanı beynəlxalq konvensiyalara əməl etməməkdə suçlamasına da mövqeyini bildirdi: “Bunların hamısı çox mənasız fikirlərdir. Əli İnsanov Qərbi Azərbaycandan olduğu üçün məsələlərdən xəbərdar olduğunu düşünürəm. Bunun müqabilində belə məsələləri qaldırmaq nə dərəcədə doğrudur? Düşmənə qarşı mübarizə aparanda daxildə səfərbər olmaq lazımdır. Belə olduqda daxili məsələləri qaldırıb düşmənin əlinə nələrisə verməyə ehtiyac qalmır. Ermənistanda parlamentə daxil olub qanunverici orqanı gülləbaran edirlər, ölənlər olur, amma bu barədə Ermənistanın daxilindən heç nə deyilmir. Amma bu şəxs korrupsiyada ittiham olunub, həbsə düşüb, çəkilişlərdə bunun hər biri öz əksini tapıb, indi başlayıb mənasız fikirlər səsləndirir. Hər bir ölkədə həbsə atılan adamlar olur. Hətta bəzi hallarda qanunsuz şəkildə tutulan adamlar da ola bilər. Amma bunun Dağlıq Qarabağın işğal altında qalmasına heç bir dəxli yoxdur. İnsan haqlarından danışan bu şəxs səhiyyə naziri olanda ANS-in müxbirlərinə qarşı etdiyini hər kəs bilir. Azərbaycan tərəfi işğala məruz qalıb. Əgər birisi üstüörtülü şəkildə erməni tərəfə üstünlük verirsə, bunun bir adı varmı? Buna şərh verməyə gərək qalırmı? Məncə, yoxdur”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|