“Heç kimin alnına həmişə deputat və ya nazir olmaq yazılmayıb” - deputat
Tarix: 6-05-2019, 08:42 | Çap et
Ötən həftə Tarif Şurası dövlət başçısının tapşırığı əsasında qaz istehlakçılarına tətbiq olunan limitin artırılmasına qərar verdi. Bu barədə Milli Məclisdə az öncə təşəbbüs qaldırmış deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə söhbətimizdə əvvəlcə əhali arasında birmənalı qarşılanmayan qərarla bağlı danışdıq.
- Fazil bəy, qazın limitinin artırılması ilə bağlı təklifiniz sosial şəbəkələrdə sizə qarşı etirazlara səbəb oldu. Üstəlik, deputat həmkarınız Fəzail Ağamalı da sizin mövqeyinizə tənqidi yanaşdı. Tarif Şurası limiti artırdı, ancaq bu artım həm də sizi narazı saldı. Olmazdımı elə qərar verilsin ki, həm dövlət razı qalsın, həm deputat, həm sadə vətəndaş?
- Qazın limitinin qaldırılması ilə bağlı bizim səsləndirdiyimiz təklif aydın idi: iki dəfə qaldırılması vətəndaşın vəziyyətini tamamailə yüngülləşdirəcəkdi və bu mövzunun sosial narazılıq elementi kimi gündəmdə qalması istisna olunacaqdı. Bir qisim insanlar mətni axıra qədər oxumamaqdan, bəzilər də qərəzlilikdən bunu vətəndaşın əleyhinə olan bir təklif kimi şərh etməyə çalışdılar. Lakin ənənəvi olaraq sağduyulu insanlar öz iradlarını bildirdikdən sonra hər kəs anladı ki, burada söhbət limitin artırılması yolu ilə vətəndaşın ödəniş məbləğinin azaldılmasından gedir. Fəzail müəllim bu limitin, ümumiyyətlə, ləğv edilməsini istəyirdi və ona görə də bizim təşəbbüsü zərərli sayırdı. Ancaq mən daha çox reallığı düşündüyüm üçün mümkün olan variantda israr edirdim. Deputat həmkarım Vahid Əhmədov da analoji təkliflə çıxış edirdi. Tarif Şurası bu rəqəmi 50 manat miqdarında artırdıqdan sonra nəinki limiti ləğv etmənin, hətta onu iki dəfə qaldırmanın da məqsədəuyğun sayılmadığı ortaya çıxdı. Mən hökumətin bu qərarını təqdirlə qarşıladım, bütün hallarda vətəndaşın sıxıntısının qismən azaldılmasını təmin etdi, ancaq yenə də ümidliyəm ki, məsələyə yaxın gələcəkdə bir daha baxılacaq və hamını qane edəcək qərar veriləcək. Ancaq hələ ki, dünya tarixində hamını eyni zamanda razı sala biləcək hansısa qərarın qəbul olunması barədə faktla tanışlığım olmayıb. Deputat istəyir vətəndaş sıxıntı çəkməsin, dövlət istəyir həm vətəndaş narazı qalmasın, həm də büdcəyə vəsait daxil olsun, “Azərqaz” istəyir ki, kim razı-narazı olur-olsun, satdığının pulunu çıxarsın, vətəndaş da istəyir ki, qaz da, işıq da pulsuz olsun. Hamı eyni zamanda necə razı qala bilər?
- Elektrik enerjisinin limitinin artırılması, yaxud ləğvi məsələsi necə, gündəmə gələ və həllini tapa bilərmi?
- Nədənsə bu məsələ bir qədər diqqətdən kənarda qaldı. Bunun səbəbi bəlkə də elektriklə bağlı limitin aylıq tətbiq olunmasından qaynaqlandı. Ancaq elektrik istehlakına da tətbiq edilən limit ciddi narazılıq yaradır və onun da iki dəfə qaldırılmasını təklif etmişik. Ölkəmizdə tam qazlaşma prosesi hələ tamamlanmadığından və ya bəzən təchizat keyfiyyətli olmadığından qızdırıcı vasitəsi kimi elektrikdən istifadə edən insanların, eləcə də yayda isti havalarda kondisionerdən fasiləsiz istifadəyə məcbur olanların ən sıxıntılı məsələsi də bu elektrikə tətbiq olunan limitdir. Ümid edirəm ki, bu məsələ də hökumətin gündəmində yer alacaq.
- Fazil bəy, Gürcüstan prezidenti Zurabişvili Azərbaycanla sərhəddəki “Keşikçi Dağ” məbədinə iddiasını ortaya qoyandan sonra narahatlıq doğuran proses müşahidə olunur. Sizcə, bu iddianın dövriyyəyə buraxılması nəyə hesablanıb? Azərbaycan Tiflisin iddiaları qarşılığında hansı addımı atmalıdır?
- Fikrimcə, bu, Tiflis hakimiyyətindən gələn mesaj deyil. Çünki işğal olunmuş ərazilərinə görə Rusiya ilə, hətta Cavaxetiya məsələsinə görə Ermənistanla ciddi problemləri olan rəsmi Gürcüstanın durub-durub da “üçüncü cəbhə” açması nə dərəcədə milli maraqlarına uyğun ola bilər ki? Bu, Gürcüstan üzərindən Azərbaycana qarşı başladılan yeni bir təzyiq və təxribat dalğasıdır. Bu məsələdə canfəşanlıq edən Gürcüstan prezidenti də, digər səlahiyyətli şəxslər də bu təxribatın iradəsiz icraçılarıdır. Gürcüstanın maraqlarını azca düşünən hər bir siyasətçi anlayır ki, bu gün Azərbaycandan ikiəlli yapışmaq Gürcüstanın mövcudluğu üçün vacib şərtlərdən biridir. Ona görə də bu addımın yanlışlığı bölgədə yeni münaqişələrə marağı olan başqa güclərin icraçısı olmayan sağduyulu səlahiyyət sahiblərinə anladılmalı və Azərbaycanla dostluğun pozula biləcəyinin ağır nəticələri onlara xatırladılmalıdır. Bizim xoş məramımız anlaşılmadığı təqdirdə Azərbaycana torpaq iddiası ilə çıxış edən hər bir dövlətə iddia etdiyi kvadratkilometr qədər də onların ərazisindən iddiamızı hazırlayıb ortaya qoymalıyıq.
- Rəsmi Bakı ilə Avropa İttifaqı arasında imzalanması gözlənilən sazişdən sonrakı Azərbaycan barədə təsəvvürünüz necədir?
- Avropa İttifaqı və Azərbaycan arasında bu sazişin bağlanması ilə, əlbəttə, böyük problemlərimizin çözümü baş verməyəcək. Ancaq bizim hesablaşdığımız bir dünya gücünün də bizimlə hesablaşması faktı ortaya qoyulacaq. Bu, strateji kursumuzun bir daha təsdiqi üçün olduqca önəmli bir sazişdir, dövlətimizin hansısa bölgə gücünün diktəsi ilə hərəkət etməyə niyyətli olmamasının bir göstəricisidir. Bu addımı iqtidarlı, müxalifətli - hamılıqla dəstəkləməmiz lazımdır, çünki bu strateji qərar bütövlükdə dövlət maraqlarımıza uyğundur, Qərbə inteqrasiya hədəflərimizlə üst-üstə düşür və iqtisadi və siyasi avantajları böyük olacaq.
- Prezident hökumətin iştirakı ilə keçirilən iclasda məmurlara növbəti xəbərdarlığını etdi. Sizcə, niyə aidiyyəti qurumların rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının başçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxartmır?
- Bu gün prezidentin ayrı-ayrı qurumlara və məmurlara xəbərdarlıqlarından daha öncə “islahatların alternativi yoxdur!” çağırışı cəmiyyətdə böyük rezonans doğurur. Prezident bizlərdən də yaxşı görür ki, artıq bəlli bir mənfi vərdişi həyat tərzinə çevirmiş məmurlara xəbərdarlığın təsiri olmur, ona görə də vurğunu daha çox islahatlar üzərinə yönəldir. Azərbaycanda prezidentin aparmaq istədiyi islahatlar cəmiyyətimizin əksəriyyəti tərəfindən birmənalı dəstəklənir, hətta cəmiyyətin müxtəlif təbəqələrində olan insanlar istənilən fədakarlığa da hazırdırlar. Lakin “bu islahatları gerçəkləşdirmək funksiyası həvalə olunan məmurların əksəriyyəti buna maraqlıdırmı və onlar da bu işdə, fədakarlıq edəcəklərmi” sualı insanları haqlı olaraq düşündürür. Bu işdə fikrimcə, məmur bazasından daha artıq cəmiyyətin ayrı-ayrı kəsimlərinin, vətəndaş cəmiyyətinin, siyasi partiyaların dəstəyinin təşviq olunması vacibdir. Çünki məmurların çoxu imtiyazlarını itirmədən islahat barədə düşüncələri önə çəkirlər və bu da uğurlu nəticələrə təminat vermir.
- Bu günlərdə komitə sədri Səməd Seyidovun “parlament yeniləşməlidir” deməsi xeyli müzakirələrə səbəb oldu. Siz yeniləşmiş parlamenti necə təsəvvür edirsiniz? Maraqlıdır, özünüzü həmin tərkibdə görürsünüzmü?
- Bu cür açıqlamalar ilk dəfə deyil ki, səsləndirilir. Səməd müəllimin də yanaşması daha dinamik və peşəkar parlament modelinə bir çağırış kimi anlaşılmalıdır. Bu mənada parlamentin yeniləşməsi prezidentin islahat kursuna daha ciddi dəstəkverici amilə çevrilə bilər. Bütün hallarda parlament rəsmini ən yaxşı çəkən rəssam Azərbaycan xalqıdır. Bizim harada olmamız, hansı tərkibdə yer almamız xalqın və taleyin işdir. Kimsənin alnına həmişə deputat və ya nazir olmaq yazılmayıb. Ancaq hər kəsin alnında insanlara faydalı olmaq mesajının yazıldığına inanıram. Faydalılıq isə hansısa məkanda yerləşməklə şərtlənmir. Hansı əxlaqın daşıyıcısı olmaqla şərtlənir.
- Parlamentdəki çıxışınızda kitab çapına tətbiq olunan ƏDV-nin ləğvi məsələsini qaldırmışdınız. Aidiyyəti qurumlardan sizi eşidən, təklifinizə reaksiya verən oldumu?
- Kitablar, çap məhsulları və çap avadanlıqları üzərindən əlavə dəyər vergisinin götürülməsi Azərbaycanda mütaliə intibahına təkan verə bilər. Gürcüstan və Türkiyə kimi qonşu dövlətlər bu vergini tamamilə götürdülər, Azərbaycanda isə ən yüksək rəqəm olaraq - 18% qalır, bunun izahını vermək çətindir. Məgər biz savadlı toplum istəmirik, mütaliə vərdişinə marağımız yoxdur? Vergilər Nazirliyinin rəsmiləri qanunvericilikdə dəyişiklik edilərsə, bu ideyaya müsbət yanaşacaqlarını bəyan etdilər, lakin hələ də bu istiqamətdə bir hərəkətlənmə yoxdur. Fikrimcə, bu məsələdə yazarlarımız, ayrı-ayrı ziyalılarımız, pedaqoqlarımız daha çox təşəbbüskarlıq göstərməlidirlər ki, hökumət də bu işin zərurətini qəbul etsin.
- Fazil bəy, ötən ay növbəti kitabınızı geniş oxucu auditoriyasına təqdim etdiniz. Kitab nəşrinə geniş yer ayıran deputatlar sırasında fərqlənirsiniz. Azərbaycan siyasətçilərinin memuar yazmağa tərəddüd etməsinin səbəbi, sizcə, nədir? Burada həqiqəti yazmağın çətinliyi var, yoxsa səmimi görünməyin birmənalı qəbul olunmayacağı qorxusu?
- Bəli, ötən ay yeni kitabımın geniş təqdimatı oldu və bu sahədə çalışmalar artıq hobbiçilikdən daha da irəliyə gedərək peşəkar mahiyyət almağa başlayıb. Çünki cəmiyyətə fikirlərin çatdırılması ilə yanaşı, gələcəyimizin necə dizayn olunmasına siyasi-ictimai fəaliyyət sferasındakı insanlar özəl məsuliyyət daşıyırlar və bütün mümkün vasitələrdən istifadə edərək öz töfhələrini verməlidirlər.
- Bəs, özünüz nə vaxtsa memuar yazmaq haqda düşünmüsünüzmü?
- Memuar məsələsi əslində bir mədəniyyət faktı kimi anlaşılmalıdır, bildiklərini, yaşadıqlarını faydalı miras kimi gələcəyə ötürmək məsuliyyətini anlayırsansa və yazmaq qabiliyyətin varsa, hökmən yazmalısan. Həm də səmimi və obyektiv yazmalısan, memuar janrı özünə bəraət vermək üçün düşünülməyib, dövrü və insanı olduğu kimi tanıtmaq üçün düşünülüb. Qoy dünyadan köçəndən sonra oxunulsun, ancaq oxunulsun, müzakirə olunsun. Klassik formada olmasa da, memuar yazmağı düşünürəm. Düşünürəmsə, demək ki, Allah izin versə, yazacağam.
- Bir sıra aktual məsələlər var ki, həllini gözləyir. Məsələn, uşaq pulunun bərpası, sənədsiz fərdi evlərin sənədləşdirilməsi, Xəzərin sahilinin hasarlardan xilas olunması və s. Siyahıya daha hansılarını əlavə etmək olar? Sizcə, bu məsələlərin həllinə və əhalinin əksər hissəsinin məmnunluğuna mane olan qüvvələr kimlərdən ibarətdir?
- Qeyd etdiyiniz problemlərin ardınca çox sayda həllini gözləyən məsələləri vurğulamaq olar. Ancaq ən önəmlisi hesab etdiyim orta təbəqənin dirçəldilməsi və sahibkarlığın üzərindən sözdə deyil, işdə maneələrin götürülməsidir. Dövlət öz yükünü nə qədər tez sahibkara təhvil versə, sosial problemlərin də azalmasını müşahidə edə bilərik. Azərbaycanda bir ideyasızlıq, təşəbbüskarlıqdan qorxma aurasını ortadan qaldırmalıyıq, bir çox sahələrdə inhisarçılıqdan imtina olunmalıdır, imtiyazlardan əl çəkilməlidir ki, iqtisadi həyat dirçəlsin. İqtisadi həyatdakı məhdudlaşmalar siyasi sferaya daha çox məsuliyyətsiz narazılıq virusunu miqrasiya etdirir. Bu isə dövlətimizin daha təhlükəli proseslərlə üz-üzə qalmasına gətirib çıxara bilər.
- Müxalifət hazırda heç olmasa bir mitinqə icazə verilməsi üçün çalışır, hakimiyyətsə “yox” deyir. Sizcə, “yox”un səbəbi nədir?
- Mitinq keçirmək konstitusion hüquqdur, istənilən müxalif qüvvənin sərbəst toplaşmaq azadlığını gerçəkləşdirmək hüququ var. Ancaq mitinqi bir hədəf olaraq hər dəfə diqqət mərkəzinə gətirmənin izahını tapmaq çətindir. Əgər 5 milyon insana sosial şəbəkədə ağıllı söz demək imkanın varsa, 15-20 min adama mikrofondan çığıraraq əlavə nə deyəcəksən? İqtidarın “yox” cavabının öz əsaslandırması var, ancaq bu kimi məsələlərin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məqsədəuyğun olardı.
- İqtidar-müxalifət dialoquna ehtiyac varmı?
- Dialoq həmişə aktual tələbdir. Fikrimcə, islahatlar prosesinin real məzmun alması məhz iqtidarla müxalifət arasında dialoqun mövcudluğundan çox asılıdır. Siyasətin oyun qaydalarının mədəni üslubda bərqərar olması, cəmiyyətdə aqressiv ritorikanın azalması üçün bu, çox vacibdir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|