Ayının əmisi oğlu olan İnsanov belə qınandı... - “Bu hərəkət xalqa xəyanətdir”
Tarix: 4-05-2019, 08:25 | Çap et
Bu ilin mart ayında əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov susqunluğunu pozub. O, Amerikanın Səsinə geniş video-müsahibə verib. Həmin müsahibədə sabiq nazirin səsləndirdiyi bəzi fikirlər cəmiyyət tərəfindən ciddi etirazla qarşılanıb.
Əslən Qərbi Azərbaycandan olan İnsanov yerliçilik mövqeyindən çıxış edərək, hər kəsin hiddətinə səbəb olan cümlələr işlədib.
Sitat: “Mən heç yerdə regionçu olduğumu dilə gətirməmişəm. Mən ermənistanlı olduğumu da danmamışam. Ancaq güman edirəm ki, insan əvvəlcə öz anasını sevməlidir, sonra qonşu anaları. Belə olmayan insanları mən ikiüzlü və satqın adlandırıram. Bizdə gözəl bir məsəl var, ”astını danan". Heç kəs gərək astını danan olmasın".
Sabiq nazir ermənilərin atalar sözündən də sitat gətirməyi unutmayıb.
Müsahibədə bir dəfə də olsun doğulduğu regionu Qərbi Azərbaycan kimi təqdim etməyən və hər dəfəsində ermənistanlı sözünü işlədən sabiq nazirə artıq reaksiyalar gəlməyə başlayıb.
“Azərbaycan prezidentinin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir”.
Modern.az xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov: “Buna simasızlıq deyirlər”
Onun sözlərinə görə, müsahibəsində Əli İnsanovun xəyanəti yeni formada və səviyyədə özünü göstərdi: “Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Burada qeyri-ixtiyari nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızıdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var. Əli İnsanovun simasının digər xarakterik cəhəti olan riyakarlıq isə ən riyakar insanlarda belə qibtə doğura bilər. On ildən çox nazir kimi çalışdığı hakimiyyəti ”diktatura" adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə. Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər. Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, gözəlləşib, müasirləşib. İnsanlar indi daha yaxşı yaşayırlar. Düşünürdüm ki, azadlığa çıxandan sonra bu dəyişiklikləri görən insan özü də dəyişməyə bilməz. Ancaq görünən budur ki, Əli İnsanova inanmaq mümkün deyil. Onun islah olunduğunu da düşünmək sadəlövhlük olardı.
Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndirir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir".
“Əqidəsinə xəyanət edən Əli İnsanov kimi nankorlar həmişə siyasi ambisiyalarının və təkəbbürlərinin qurbanı olurlar”.
Azay Quliyev: “Əqidəsinə xəyanət edən Əli İnsanov kimi nankorlar...”
Bunu tvitter hesabında millət vəkili Azay Quliyev yazıb. O daha sonra qeyd edib: “Bu zavallı elə bilir ki, erməni folkloruna və xarici dairələrə sığınmaqla Azərbaycanda birlik və sabitliyə zərbə vura biləcək. Əsl siyasi karikatura personajı!”
“Prezident İlham Əliyevin yüksək ideallara söykənən humanist addımı ilə azadlığa çıxan Əli İnsanov öz açıqlamaları ilə xəyanətkar simasını ortaya qoyur”.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Aydın Hüseynov: “Bu hərəkət xalqa xəyanətdir”
Deputat bildirib ki, hər şeydən əli üzülmüş Əli İnsanov indi də özünü separatçı erməni ideoloqu kimi təqdim etməyə çalışır:
“Onun bu cür əsassız fikirləri Azərbaycan cəmiyyətində yalnız təəssüf doğurur. Əli İnsanovun bu hərəkəti Azərbaycan dövlətinə, xalqına xəyanətdən başqa bir şey deyil. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsi milli xəyanətdir”.
A.Hüseynovun sözlərinə görə, Azərbaycan xalqının dəstəyini qazanmaq xəyalının əsassız olduğunu görən Əli İnsanov ermənilərə arxalanmaq fikrinə düşüb:
“Əli İnsanov vaxtilə yüksək dövlət vəzifəsi icra edərkən Heydər Əliyev ideyalarına, siyasi xəttinə qarşı çıxaraq xəyanətkar mövqeyini ortaya qoyub. Görünür, bu gün də eyni siyasi əxlaqın daşıyıcısı olaraq həyatına və yoluna davam edir. O, cılız ambisiyalarının əsiridir və ermənilərlə birlikdə bu xalqdan qisas almaq missiyasını həyata keçirməkdə israrlıdır”.
Ə.İnsanovun dedikləri müxalifət düşərgəsində də etirazla qarşılanıb.
Əli Əliyev: “Həbs həyatı da sizə dərs olmadımı?”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev özünün fecebook səhifəsində bunları yazıb: “Əli İnsanovun vətəndaş və insani haqlarını müdafiə edənlərdənəm. Həbsdəki yaşamına da sayğı ilə yanaşmışam. Amma heç zaman onun şovinistcəsinə regionçuluğuna hörmətim olmayıb. İnsanların 40-dan sonra dəyişdiyinə inanmıram. Amma düşünürdüm ki, hörmətli akademik bu ağır taledən, aldığı dərslərdən nəticə çıxarar. Təəssüf... Çünki millətin indi ziyalılara, alimlərə, siyasət adamlarına zəruri dərəcədə ehtiyacı var. Hesab edirdim ki, Əli müəllim YAP-ın ölkəyə vurduğu zədələrdə, özünün nazir olarkən buraxdığı səhvlərdən və yeni baxışlarından danışacaq. Əfsuslar...
Verdiyi müsahibədə yaraşdırmadığım şəkildə yenidən milləti doğma və ögeyə böldü. Regionçuluqla bağlı əvvəldən hazırlanmış suala, çox biabırçı bir cavab verdi: “Adam əvvəl doğma anasını, sonra başqa anaları sevər”.
Hörmətli, Əli müəllim! Yetmədimi milləti daxildən ögey doğmalara böldünüz? Həbs həyatı da sizə dərs olmadımı? Abdullayev və Umnyaşkin nümunələri sizə yerliçiliyin yanlış olduğunu sübut etmədimi?
Sizin əzmlə mübarizəyə atılacağınızı, qurulmasında yaxından iştirak etdiyiniz hakimiyyətin demontajında qatqınızı səbrsizliklə gözləyirdim. Növbəti dəfə heyfslənirəm ki, bu da belə!. Amma qayıdın o yoldan, nə qədər gec deyil. Dilində gözəl danışdığınız hayların təhlükəsi qarşısında, millətin vəhdəti mühüm dərəcədə zəruridir. Daxili parçalanma gücümüzü azaldır".
Fəzail Ağamalı: “Azərbaycanın milli maraqlarına zərbə vuran...”
Ana Vətən Partiyasının sədri, əslən Qərbi Azərbaycandan olan deputat Fəzail Ağamalı “Yeni Müsavat”ın sorğusuna cavab olaraq Ə.İnsanovun dediklərinə bir cümlə ilə reaksiya bildirib: “Onun anti-milli, Azərbaycanın milli maraqlarına zərbə vuran, aqressiv fikirlərinə hər hansı bir münasibət bildirməyi özümə rəva bilmirəm”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|