“Müxalifət üzərinə düşən məsuliyyəti yerinə yetirmədiyinə görə, mitinqlərə icazə verilmir” - deputat
Tarix: 29-04-2019, 10:25 | Çap et
Milli Məclisin İctimai birliklər və diniq urumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a müsahibə verib:
- Siyavuş müəllim, son günlər ölkənin siyasi gündəmi içərisində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş mühüm yer tutur. Bu sazişin imzalanması bizə nə verəcək? - Bu çox ciddi məsələdir. Azərbaycanla Avropa arasında iqtisadi əlaqələr mövcuddur. Deyərdim ki, Avropanın ən böyük layihələri məhz Azərbaycanda həyata keçirilir. Məsələn, Bakı-Tiblisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri və s. Azərbaycanla Avropa İttifaqı arasında 20 milyard avrodan artıq iqtisadi və ticari dövriyyə var. Bilirsiniz ki, Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür. Buna görə də heç bir bloklara qoşulmur. Bu il Azərbaycanda Qoşulmama Hərəkatının forumu da keçiriləcək. Azərbaycan hər bir dövlətlə bərabər səviyyədə əməkdaşlıq edir. Azərbaycanın potensialı da, gücü də, iqtisadi durumu da, ictimai-siyası sabitliyi də, demokratik mühiti də buna imka verir. Sadəcə, burada başqa məqam var: Ermənistan və bir sıra ölkələr Avropa İttifaqı ilə əməkdaşlıq etməyə çalışır ki, burdan yardım alsınlar. Azərbaycan isə əksinə, öz iqtisadi potensialını təklif edir. Bu da onu göstərir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığa daha maraqlıdır, nəinki, digərləri. Avropa İttifaqına daxil olan ölkələr arasında bəziləri var ki, Avropa İttifaqı onlardan narazıdır. Çünki digər ölkələr işləyir, həmin ölkələr işləmir. Sovet dövründə də bu cür idi. Sovet İttifaqına daxil olan ölkələrdən Ermənistan və bəzi ölkələr işləmirdi. Havayı şəkildə vəsaitlərdən istifadə edirdi. Qeyd etdiyim kimi, Azərbycan Avropa İttifaqının bəzi ölkələrindən qat-qat üstündür. Bu da Ermənistana sərf etmir. Ermənistan xaricdən əldə etdiyi qrantlar vasitəsilə ortaya araqarışdıran məsələlər atır. Halbuki, orada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ qaldırmırlar, başqa-başqa bəhanələr gətirirlər. Onlar öyrədilmiş qüvvələrdir ki, bu da sadəcə olaraq bağlanacaq sazişin üstünə bir kölgədir.
- Sizcə, Azərbaycanda da hansısa qüvvələr Avropa İttifaqı ilə imzalanacaq sazişin üstünə kölgə salmağa çalışır? - Götürək Əli Kərimli və onun dəstəsini, özünü Milli Şura adlandıran quruma daxil olan bir sıra partiyaları... Onlar müqavilənin şərtlərini belə başa düşmürlər. Müqavilənin mətni ilə tanış deyillər. Qulaqlarına hardansa səs dəyib və dediyim mənbələr tərəfindən informasiyalaşdırılırlar. Həmin informasiyalar əsasında bu sazişə örtük atırlar.
- Müxalifət düşərgəsində təmsil olunanların adlarını çəkdiniz. Bu gün dünya ölkələrinin də siyasi həyatında müxalifət partiyaları təmsil olunur və bu normaldır. Azərbaycanda iqtidar niyə müxalifətlə bir araya gəlib dialoq qura bilmir? - Bilirsiniz, partiyalar və müxalifət dövlət üçün lazımlıdır. Bəzən deyirlər ki, zəif müxalifətin güclü iqtidarı ola bilməz. Bu fikirlər yanlışdır. Yanlış odur ki, dövlət zorla müxalifət yaratmalı deyil. Müxalifətdə duran tərəf dövlətə xidmət etməli, əhalinin mənafeyini qorumalıdır. Təəssüf ki, Azərbaycanda özlərini müxalif adlandıran bəzi partiyalar xalqın istək və arzusuyla hərəkət etmirlər. Yeni müstəqillik əldə edən ölkələrdə iri dövlətlər tərəfindən belə qüvvələr yaradılır. Xüsusilə də təbii sərvətləri olan ölkələrdə bu cür əl müxalifətləri mövcuddur. Yəni bu partiyalar Qərbin əl müxalifətidir.
- Dövlət başçısının həyata keçirdiyi son islahatlara münasibətdə müxalifət “biz mitinq keçirdik və nəticəsi də oldu” iddiasını ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz? - Onlar ölkədə islahat aparılmasının tərəfdarı deyillər. Məsələn, əfv sərəncamı verilərkən nə qədər adam azadlığa qovuşdu. El dilində belə bir misal var: elə bil qurbağa gölünə daş atdılar. Çünki insanlar azadlığa çıxdıqdan sonra müxalifət başqa şərt qoya bilmir. Müsahibələrimin birində demişdim ki, “İlqar Məmmədov azadlığa çıxsın, baxaq görək bunların münasibəti nə olacaq”. Heç ay yarım çəkmədi. Aləm dəydi bir-birinə. Çünki onlar aldığı qrantları bölmək istəmirlər. Bunlara o insanların həbsdə qalması sərf edir. Burdan hay-küy salıb qrant alırlar və öz dolanışıqlarını belə təmin edirlər. Azərbaycanda keçirilən islahatlar xalqın arzu və istəklərinə əsasən həyata keçirilir. Məsələn, hökumətin isalahatlarına don geyindirərək deyirlər ki, Azərbaycan Avropa İttifaqı ilə müqavilə bağlayacaq deyə məhkəmə-hüquq sahəsində islahatlar keçirir. Bu, Azərbaycanın strateji proqramıdır. Bu məsələlər addım-addım öz həllini tapır. Dünyanın hansı yerində problemli krediti dövlət ödəyir?! Azərbaycanda problemli kreditləri dövlət öz üzərinə götürüb. Hökumət bununla həm bankları, həm də vətəndaşları xilas etdi. Verilmiş qərar Azərbaycan vətəndaşının dövlətə olan inamının qat-qat artmasına xidmət etdi. Müxalifət indi deyir ki, bunlar mitinq keçirdi və problemli kredit həll olundu. Yaxşı, bəs bu vəsait hardan götürüldü?!. Büdcə noyabr ayında təsdiq olunub. Bunların yalanları ortadadı. Yanvarın 19-da mitinq keçiriblər. Noyabrdan isə problemli kreditin həll olunması və digər islahatlarla bağlı məsələlər planlaşdırlmışdı.
- Yanvar mitinqindən sonra ardıcıl olaraq Bakı Şəhəri İcra Hakimiyyətinə növbəti aksiyaların keçirilməsi üçün müraciət edilsə də, “yox” cavabı alıblar. Müxalifətin mitinqlərinə icazə verilməməsi nə ilə bağlıdır? - Ona görə ki, üzərlərinə götürdükləri məsuliyyəti yerinə yetirməyiblər. Mitinqçilər istənilən tələbləri ortaya qoya bilər, bu normaldır. Ancaq bəzi qadağan olunmuş məsələlər var ki, onlara yol verilməməlidir. Vətəndaşın şərəf və ləyaqətinə toxunulmamalı, silahlı üsyana, dini və etnik ayrıseçkiliyə yol verilməməlidir. Hüquq-mühafizə orqanlarında onların irəli gedərək təxribat törətmək, insanları dövlətin əleyhinə yönəltmək cəhdlərinin olduğuna dair kifayət qədər məlumat var. Onsuz da hansı mövqeyi tutmasından asılı olmayaraq, hər bir şəxs dövlətin vətəndaşıdır və dövlət öz vətəndaşını qorumalıdır. Ona görə də Azərbaycan dövləti öz vətəndaşını qoruyur və onların təxribat törətməsinə icazə vermir.
- Neçə illərdir iqtidar-müxalifət dialoqu alınmır. Tərəflər bir-birini anlamır. Olmaz ki, YAP böyüklük göstərib qarşı tərəfi dialoqa dəvət etsin və onların nə istədiklərini özlərindən eşitsin? - Bir neçə dəfə partiyaların iştirakı ilə bu cür tədbirlər keçirilib. Sonuncu iclasda məsələ qaldırıldı ki, hansı partiya hansı məsələni müzakirə etmək istəyirsə, yazılı təqdim etsin. Lakin onlar təsdiq etmədilər. Ümumiyyətlə, kamera varsa bunlar bir başqa, kamera götürüldüsə, tamam başqa formada adam olurlar. Bunu həm Milli Məclisin, həm də müxalifətin iclaslarında görmüşəm. Üzdə bir, arxada başqa fikir söyləyiblər. Bunlar o qədər “Qarabağ, Qarabağ” dedilər ki, 2001-ci ildə ümumilli lider nazirləri, dövlət xadimlərini, bütün partiya nümayəndələrini, şair, yazıçı, bəstəkar və daha kimlər varsa hamısını bir araya topladı. Orda ulu öndər Heydər Əliyev dedi ki, “təkliflərinizi verin”. Kim çıxış etdisə, “cənab prezdent, siz bizdən yaxşı bilirsiz bu məsələləri, siz nə məsləhət görürsünüzsə, razıyıq” dedi. Əlavə olaraq, “nə lazım olsa yazıb göndərərik” söylədilər. O gedən də getdilər. Heç nə yazıb göndərmədilər. Faktla danışıram, sübut da edə bilərəm.
- Yeri gəlmişkən, bir müddət əvvəl siyasi partiyaların fəaliyyətinin genişləndirilməsi ilə bağlı qanun layihəsi hazırlanmalı idi... - Hələ ki, o sənəd qəbul olunmayıb. Bir sıra partiyalar var ki, onlar maliyyə hesabatları vermir. Qanunda qeyd olunub ki, seçki komissiyasına illik, rüblük, yarımrüblük hesabatlar təqdim olunmalıdır. Lakin bu hesabatlar təqdim olunmur.
- Siz o deputatlardansız ki, müxalifətin istənilən addımına cavab verirsiniz. Məsələn, Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin adlarını çəkinmədən dilə gətirirsiniz. Hər hansı bir təpki ilə üzləşirsinizmi? - Təpki deyəndə ki, ad-soyadlarını yazmırlar. Başqa ad altında ancaq söyüşlər yazırlar. Sosial şəbəkənin nailiyyətlərindən bu cür istifadə edirlər. Onlara əhəmiyyət vermirəm. Kim mübarizə aparmaq istəyirsə, açıq şəkildə ortaya çıxıb mübarizəsini aparsın. Mübarizədən qorxan insan deyiləm. Bundan sonra da belə davam edəcəm. O insanları çox yaxşı taıyıram. Əməllərinə də bələdəm. Eyni dövrdə ictimai-siyasi həyatda, ancaq hərəmiz bir ayrı cəbhədə olmuş adamlarıq.
- Açıq danışaq, sizin düşərgədə bəzi adamlar var ki, “mənə nə” deməklə məsələlərdən rahat şəkildə yaxalarını kənara çəkə bilirlər. Sizcə, bu nə dərəcədə doğrudur? - O cür düşünmək yaxşı deyil. Vaxtilə o cür düşünənləri görmüşəm. Axşam yataqxanada söhbət olurdu ki, səhər hamımız döyüş bölgəsinə getməliyik. Axşam canfəşanlıq edənlər səhər gəlmirdi. Yaxud da bəhanə gətirirdilər ki, gedəni arxadan vururlar, silahını götürüb satırlar. Min cür bəhanə gətirirdilər ki, döyüşməyə getməsinlər. İndi də istər xaricdə, istərsə də daxildə söyüş söyənlər var. Bəziləri belələrilə mübarizəyə çıxmamaqdan ötrü “cavab verib onun səviyyəsinə enmək istəmirəm” deyirlər. Yaxşı, öz səviyyəndə cavab ver. Demirsən ziyalıyam, aliməm, professoram, akademikəm?!. Akademik səviyyədə cavab ver. Fikirlərini akademik formada əsaslandır. Bunlar da “arxadan güllə ilə vuracaqlar” deyənlər kimi adamlardır. Bunların hər birini görüb gəlmişəm. Yaxşı, mənə, sənə aidiyyatı olmadısa, o zaman ölkə əldən gedəndə də hamı desin ki, mənə nə aidiyyatı var?! Vətən hamımızındır.
- Cəmil Həsənli, Əli Kərimli ilə sonuncu dəfə nə vaxt, harda qarşılaşmısınız? - Onlarla rastlaşmamışam. Onların olduğu tədbirlərdə mən, mənim də qatıldığım tədbirlərdə onlar olmur.
- Ancaq səfirliklər tədbir keçirəndə müxalifət də orada olur. Məsələn, bir neçə dəfə Türkiyə səfirliyinin tədbirlərində görmüşəm. - Türkiyə səfirliyinin tədbirində olanda bir neçəsi var ki, yaxınlaşıb salamlaşmışam. Burada düşmənçilik yoxdur ki! Sadəcə hərənin siyasi mübarizəsi var. O, öz yolunun, mən də öz yolumun tərəfindəyəm. Mənim yolum haqq yoludur. Onun yolu isə ona diqtə edilən yoldur.
- Siyavuş müəllim, bu gün daha ciddi bir problem ziyalılarla bağlıdır. Acı da olsa deməliyik ki, bu gün cəmiyyətimizdə ziyalıların “kökü kəsilib”. O ziyalıların ki, 1990-cı illərdə xalqın önündə idilər, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk. İsmayıl Şıxlı və digərləri kimi. Bu günün reallığında isə onlar yoxdur... - Bizdə ziyalı sözünü başqa istiqamətə yönəldiblər. Hətta, elmi dərəcəsi olana ziyalı deyirlər. Elə deyil. İnsan çoban da ola bilər. Ancaq çox gözəl ziyalı ola bilər.
- Maraqlı məqama toxundunuz: çoban da ziyalı ola bilər. İllərlə ziyalı hesab etdiklərimiz vaxt gəlir ki, insanları rahatlıqla təhqir edə bilir. Elə bu yaxınlarda YAP-ın funksionerlərindən olmuş Əli Nağıyevin adı belə məsələdə hallandırıldı... - Bildiyimə görə, o, elə bir təhqirə yol vermədiyini etiraf etdi. Ümumilikdə götürəndə ziyalılıq məsələsi çox geniş kateqoriyadır. Kimsə şairdirsə, yazıçıdırsa, rəssamdırsa, bu ziyalı demək deyil. O bir sahənin nümayəndəsidir. Ziyalılığın cəhətləri çox olmalıdır. Təəssüf ki, o kateqriyadan yavaş-yavaş uzaqlaşırıq. Bu gün xalqın qarşısına çıxıb Xəlil Rza kimi söz demək bacarığında olan çox az adam var.
- O zaman yeni ziyalıların yetişməməsində günahkar kimdir? - Bu məsələdə mühit də, cəmiyyətdə də rol oynayır. Cəmiyyətdə onların qəbul olunması prinsipləri var. Şeyx Şamilin sözü olmasın. O deyirdi ki, əsas günah insanın özündədir. Şeyx Şamildən soruşurlar ki, sən necə Şeyx Şamil oldun? O da cavab verir ki, “evdən başladım”. Bunun necəliyini soruşanda cavabı da maraqlı olur: “Evə girəndə birinci həyat yoldaşım ayağa qalxdı. Bunu görən qonşular məclisə daxil olduğumu görəndə ayağa qalxdılar. Ardınca aul, sonda bütün Dağıstan ayağa qalxdı”. Hər bir ziyalı da elə olmalıdır ki, insanlar qarşısına çıxa bilsin. İnsanlar onda hər hansı mənfi cəhət tapmasın. Əslində hamıda mənfi cəhətlər tapmaq olar. Nisbi götürsək, bu, olmamalıdır. Hesab edirəm ki, ziyalılar özünü təqdim edə bilməlidir. Elmlər doktoru, professor, akademik olmaq olar. Hətta, ola bilər ki, akademiksən, ancaq, heç bir insani dəyərlərin yoxdur. Bunun harası ziyalı oldu?! Bir sahənin gözəl alimi ola bilərsən. Ancaq sən ziyalı deyilsən.
- Akademiklərdən söz düşmüşkən, yadıma sizin AMEA-nın bağlanması barədə fikirləriniz düşdü. İndi bə bu qənaətdəsiz? Elmlər Akademiyası bağlanmalıdırmı? - Akademiyanın tərkibində xeyli dəyişikliklər oldu. Birinci rəhbərlik və strukturlarda ciddi dəyişiklik oldu. Akademiya elmin bazasına çevrilib. Əvvəllər akademiyaya kimsə dünyasını dəyişəndə vida mərasiminə, ya da kiminsə yubileyi keçirilən zaman gedilirdi. Ona görə də belə strukturun olmasındansa olmaması yaxşı idi. Lakin sonralar aparılan islahatlar fikirlərimi dəyişdirdi. Məsələn, Tarix İnstitutunda olan dəyişiklik göz qabağındadır. İrəvanın, Naxçıvanın tarixinə dair kitablar çapdan çıxdı. Şərqşünaslıq, dilçilik, ədəbiyyat və digər sahələrdə işlər görülür. İndi Akademiyanın elə sahələri var ki, onlar gəlir gətirir. Layihələr götürüb işləyir, qrantlar alırlar. Yaradıcı təşkilatlar da bu cür olmalıdır. Dünyanın heç bir yerində dövlət büdcəsindən yaradıcı təşkilatlara vəsait ayrılmır. Yaradıcı təşkilatların olması o ölkənin rəngarəngliyini göstərir. Bizdə olan təşkilatlardan qardaş Türkiyədə yoxdur. Sadəcə, bizdə olan təşkilatları bazaını təkmilləşdirib irəli aparmaq lazımdı. Necə ki Akademiyanı təkmilləşdirib irəli apardılar. Əgər həminki vəziyyətdə qalsaydı, ölü təşkilata çevriləcəkdi. Düşünürəm ki, təşkilatlara yeni düşüncəli insanlar gəlməlidir.
- Bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Amma uzun illərdir bələdiyyələrə inam formalaşdıra bilməmişik. - Bələdiyyə bizdə yeni strukturdur. Yeni olmaqla yanaşı, qanunvericilik baxımından kifayət qədər qanunlar var. Məsələn, bələdiyyənin statusu, əmlakı, görəcəyi işlər və s. Amma bunun təkmilləşdirilməsi ilə əlaqədar araşdırmalar getməlidir. Bələdiyyələr müstəqildir, müstəqil fəaliyyət göstərir. Məsələn, bələdiyyə baxcaları, bələdiyyə müəssisələri, istirahət zonaları ola bilər.Təəssüf ki, bunları etmirlər. Bələdiyyələrin qazanc mənbəyi vergilər, açdığı müəssisələr, dövlət potensialı ola bilər. Maddi-texniki baza olduqdan sonra bələdiyyə də xalqa xidmət edə bilir. Meşələr, qəbirstanlıqlar artıq bələdiyyələrə verilib.
- Qəbirstanlıqlardan söz düşmüşkən, nümunəvi qəbirstanlıqlar yaradılmalı idi. Deyəsən, hələ mexanizm hazır deyil? - Düzdür, qərar verilib, hələ ki bu işə başlanmayıb. Nümunəvi qəbiristanlıqlar üçün yerlər müəyyənləşməlidir.O yerləri Nazirlər Kabineti ayırdıqdan sonra, orada nümunəvi qəbirstanlıqlar salınmalıdır.
- Azərbaycanda qəbiristanlıqların yanından keçərkən adamı vahimə basır. Hər tərəfdən hündür qara mərmər daşlar baxır. Dünya ölkələrində qəbirlər bizimki kimi vahiməlidirmi?.. - Qəbir daşları dünyada müxtəlif cürdür. İşimlə əlaqədar olduğuna görə bir neçə ölkədə olub maraqlanmışam. Hər bir ölkədə və hər bir dində ayrı-ayrıdır. Götürək, Səudiyyə Ərəbistanını. Kiçik daş qoyurlar. Qəbir yeri də olmur, o, itməlidir. Başqa ölkələrdə heykəllər qoyulur ki, heç heykəltaraşlıq institutlarında elə heykəl düzəltmirlər. Bəzi ölkələr var ki, bizimki kimi hündür mərmərlər qoyulur.
- Nümunəvi qəbiristanlıqlar salınarkən məzar daşlarının hündürlüyünə də baxılacaqmı? - Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Eyni ölçüdə qəbir daşları olacaq. Təxminən 80 sm nəzərdə tutulur. Lakin elə qəbir daşları var ki,hazırda 2 metr hündürlüyü var. Nəzərdə tutulur ki, hər biri adi olsun. Həmçinin, cüzi miqdarda vəsait ödənməklə o işlərin hamısını bələdiyyələr təmin edəcək. Bundan sonra vətəndaş özü gedib qəbir qazmayacaq, qəbrin üstünü abadlaşdırmayacaq və sairə. Aztəminatlı və ehtiyacı olan ailələrin qəbir məsələsini bələdiyyə həll edəcək.
- Yas mərasimlərində israfçılıq da bir ara gündəm idi. Hazırda o məsələlər necə tənzimlənir? - İsrafçılıqla bağlı ciddi kampaniya getdi. Bunun əsası elə Naxçıvan Muxtar Respublikasında qoyuldu. Bu ənənə indi də davam edir. Həm yas mərasimlərinin müddətinin azaldılması, həm də israfçılığın aradan qaldırılması həyata keçirildi. İslam dinində ən böyük şəxsiyyət Məhəmməd peygəmbərdir ki, ona cəmi 3 gün yas saxlamışdılar. Bizdə yas mərasimləri əvvəllər 40 gün idi. Sonra yavaş-yavaş azaldılıb 3 gün oldu. O model Azərbaycanın digər regionlarında da başlanıldı. Bu da onu göstərdi ki, çadır mafiyasına və digər qüvvələrə qalib gəlmək mümkün oldu. Bəzi yerlər var ki, israfçılıq aradan qaldırılmayıb. Bu da insanın özündən asılıdır. Bir xurma da, bir stəkan çay da ehsandır.
- Bir neçə gündən sonra müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Oruc tutub namaz qılacaqsınızmı? - Hər il oruc tutub namaz qılıram. İllərdir ki, bunları edirəm. Namazı ancaq orucluq vaxtı qılıram.
- Oruc tutanların qida rasionu olur. Siz Ramazanda qida rasionunuzu necə müəyyənləşdirirsiniz? - Gün ərzində bir dəfə yemək yeyirəm.
- Bəzi insanlar səhər durub imsaka müxtəlif çeşidli yeməklər hazırlayırlar. Yağlı yeməklərə üstünlük verənlər də olur. - O orucluq deyil ki! Mənim də tanıdığım o tip insanlar var ki, orucluq vaxtı 4-5 kq kökəlirlər. Orucluq təkcə yeməklə ölçülməməlidir. Bəzi məsələlər var ki insanlara düzgün çatdırılmır. Orucluq tək qidada məhdudiyyət demək deyil. Bütün cəhətlərdə məhdudiyyət deməkdir. Orucluq insan iradəsinin yoxlanılmasıdır. Görək insanın aclığa iradəsi çatır, yoxsa yox. Yalan danışmaq günahdırsa, orucluqda ikiqat günahdır. Bununla əlaqədar başqa məsələlər də var. Güman ki, siz də rastlaşmısınız. Götürək hicabı. O hərfi mənada izah olunmur. Hicab hicablı olmaqdan irəli gəlir. İnsanın tək baş nahiyəsinə hicab taxılmasından söhbət getmir. Danışığında da, yeməyində də davranışında da hicablı olmalısan. Əgər bunları etmirsə, bir cəhətlə hicablı sayılmırsan. Qadın var ki, hicab taxır. Ancaq 50 minlik çanta gəzdirir. Halbuki, kiminsə təhsilinə, ya da başqa vacib məsələlərə köməklik edə bilər. Eləsi var ki, sırf biznes yolu ilə deyil, oğurluq yolu ilə qazandığı gəlir hesabına 100 minlik maşında gəzir. Sual olunur: maşının qiyməti ilə hicab uyğun gəlirmi?! Orucluq da belədir. İradənin yoxlanılmasıdır.
- Bir ara səhhətinizdə problem yaranması barədə söhbətlər gəzirdi. - Səhhətimdə heç vaxt problem yaranmayıb. İndi də dost-tanış zəng edəndə “özün necəsən?”,-deyə soruşurlar. Bir ara verilən suallara “heç nə olmayıb” cavabını verirdim. İndi isə “çox sağ ol, hər şey qaydasındadır” deyirəm. Sadəcə, istədiyim qədər çəkimi artırıb istədiyim qədər azalda bilirəm.
- O zaman iradəli insansınız. Çünki bəzi insanlar yeməyə məhdudiyyət qoya bilmirlər. - Hətta “10 sutka yemək yeməyəcəm” desəm, yeməyəcəm. Hərbi xidmət görmüş adamıq. Ona görə də qida məsələsi bizim üçün əsas məsələlərdən deyil. Sadəcə, çəki atanda insanın zahiri görkəmi xeyli dəyişir deyə, kənar insanlar “filankəs xəstədir” deyirlər. Halbuki, bir çox insanlar arıqlamaq üçün bahalı prosedurlardan keçir. Bax mən xaricə getməmişəm, bütün günü də işdəyəm. Jurnalistlər də gün ərzində mənimlə ünsiyyətdədirlər. Hara gedib müalicə olundum?! Düşünürəm ki, gərək deyilənlərə əhəmiyyət verməyəsən. Əslən çeçen olan birini tanıyırdım. Bir ayağını itirmişdi. Bizimlə idmana gələndə çəkisi 170 kq idi. Əziyyət çəkirdi. O, yavaş-yavaş idman etməyə başladı. 9 aydan sonra çəkisi 110 kq-a düşdü. İki ildən sonra idman formasında qaçarkən heç kəs demədi ki, onun ayağının biri yoxdur. Ona görə də idmanla çəki atmaq mümkündür.
- Tez-tez piyada gəzə bilirsinizmi? - Gün ərzində 14-16 km piyada gəzirəm. Neçə illərdir ki, bu formada davam edirəm. Həftənin 3 günü idmana gedirəm. İdmandan sonra yenə də gəzirəm.
- Siz gənclik illərinizdə idmanla da məşğul olmusunuz. Bildiyiniz fəndləri kimlərəsə öyrətmək həvəsinə düşürsünüzmü? - 40 il fasiləsiz olaraq idmanla məşğul olmuşam. Sərbəst güləş üzrə idman ustasıyam. Yaxın ətrafda olan uşaqlara müəyyən fəndləri göstərirəm.
- Bəs öz oğlunuza necə, idmanı sevdirə bilmisinizmi? - Oğlum da idmana gedir. O bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məğul olmalıdır. Həm uşaqların formalaşması , həm özünümüdafiə üçün çox önəmlidir. İdman, hərbi xidmət və yataqxana rejimində yaşamaq insanın formalaşmasının ən əsas şərtlərindən biridir. 7 il yataqxanada yaşamışam. Dövrümüz çətin illərə təsadüf edib. Həm müstəqilliyin əldə edilməsi, həm cəbhə bölgəsində gedən döyüşlərdə iştirak etmək, dövlət çevrilişlərinin qarşısını almaq... Elə gənclər vardı ki, öz gəncliyini yaşadı və bizə qoşulmadı.
- 6 il bundan qabaq sizdən müsahibə götürəndə oğlunuz balaca idi. Onda demişdiniz deputat olmaq istəyir. İndi vəziyyət necədir? İstəyi dəyişibmi? - İndi də deputat olmaq istəyir. Fikrini dəyişməyib. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyllidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|