Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                     İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır .....                     İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? .....                     Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı .....                     Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                 

ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür - versiyalar
Tarix: 24-04-2019, 08:28 | Çap et
ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür
ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqer martın 7-dən Bakıda fəaliyyətə başladıqdan indiyə qədər prezident İlham Əliyev və hakimiyyətin müxtəlif qollarının təmsilçiləri ilə görüşlər keçirib. Görüşlər hələ də davam edir. Səfir artıq hətta AZAL prezidenti, univeristet rektorları ilə belə görüşür. Lakin müxalifət partiyalarının sədrləri ilə görüşməyib.

Əvvəllər ABŞ səfirləri fəaliyyətə başladıqdan az sonra müxalifət liderləri ilə görüşürdü. Bu dəfə belə bir görüşün olmaması maraq doğurur. Görəsən, müxalifət düşərgəsindəki xoşagəlməz durumun ABŞ səfirinin mövqeyinə təsiri mümkünmü? Eyni zamanda hazırda ABŞ-Azərbaycan münasibətlərinin normal olmasının, Vaşinqtonun bu münasibətləri korlamaq istəməməsinin səfirin müxalifətlə görüşməməsində təsiri ola bilərmi?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, ABŞ səfirinin proqramında müxalifət liderləri ilə görüşə yer verilməməsi müxtəlif səbəblərlə bağlı ola bilər: “Əsas səbəblər onunla əlaqədar ola bilər ki, hazırda müxalifət düşərgəsində çalxalanma, siyasi partiyalar və onların liderləri arasında nüfuz savaşı, keçmişə görə ədavət, qarşılıqlı ittihamlar, haqq-hesab çürütmə prosesi xeyli güclənib. Eyni zamanda parlament seçkilərində mandat uğrunda mübarizə ittihamı ilə bəzi siyasi qüvvələr arasında arasıkəsilməz müharibə gedir və savaş səngimir. Bu qüvvələr bir-birini, eləcə də iqtidar onları xaricdən maliyyələşməkdə, habelə xarici anti-Azərbaycan dairələrdən təlimat alıb ölkədə iğtişaş yaratmaqda ittiham edir. Bu zaman ilk növbədə ABŞ-ın adı hallandırılır. Belə bir zamanda ABŞ səfirinin müxalifət qüvvələri ilə görüşməsi vəziyyəti daha da gərginləşdirə, bütün şübhələri fövqəldövlətin üzərinə yönəldə bilər. Ona görə də yeni səfir hələ ki gözləmə mövqeyi tutub.

Digər səbəblərdən biri odur ki, İlham Əliyev islahatlar həyata keçirildiyini bəyan edib, bununla bağlı müvafiq fərmanlar imzalayıb. ABŞ-ın ölkəmizdəki baş diplomatı yəqin ki, belə bir məqamda müxalifətlə görüşmək istəmir və hakimiyyətin islahatlarının gedişatını müşahidə etməyə, nə ilə nəticələnəcəyini gözləməyə üstünlük verir.

Başqa yandan, Azərbaycan Avropa İttifaqı ilə may ayında saziş imzalamaq ərəfəsindədir. Bu məsələyə, bildiyimiz kimi, müxalifət qüvvələrinin də öz fərqli yanaşması var. Məsələn, Əli Kərimli tərəfdarları sazişdə bir sıra müddəalar öz əksini tapmadan onun bağlanmasını məqsədəuyğun hesab etmir, REAL isə əksini düşünür. Belə bir ziddiyyətli dövrdə ola bilsin ki, ABŞ səfiri onlarla görüşməkdən imtina etməklə Azərbaycanın Avropa İttifaqı ilə saziş bağlamasına müdaxilə etmək istəmədiyini göstərir".

Politoloqun ehtimalına görə, Vaşinqton daha mühüm maraqlar səbəbindən Bakı ilə münasibətləri soyuqlaşdırmaq istəmir: “Azərbaycanda BP-nin timsalında İngiltərənin, habelə Rusiyanın, İranın, ”Bir kəmər bir yol" meqalayihəsini həyata keçirən Çinin, Türkiyənin geosiyasi, iqtisadi, ticarət maraqlarının olması sirr deyil. İngiltərə istisna olmaqla, bütün bu ölkələrlə ABŞ-ın gərgin münasibətləri var. Vaşinqton Ermənistan və Ukraynada faktiki üz-üzə dayandığı Rusiya ilə, NATO müttəfiqi kimi ondan üz çevirən Türkiyə ilə, ticarət savaşı apardığı Çinlə, embarqo tətbiq etdiyi İranla Azərbaycanda qarşılaşmaq istəmir və Əliyev iqtidarı ilə yaxşı münasibəti saxlamaqla, müxalifətdən uzaq məsafədə dayanmaqla burada marağı olan böyük dövlətlərin qarşısında öz marağını təsbit etməyə çalışır. O anlayır ki, indiki həssas dövrdə iqtidarla deyil, müxalifətlə işləsə, Vaşinqtonun nəinki Azərbaycandakı, habelə Azərbaycan üzərindən nüfuz dairəsinə daxil etmək istədiyi Cənubi Qafqaz, İran, Xəzər hövzəsi, Mərkəzi Asiya regionundakı mövqeləri xeyli zəifləyə bilər. Hər zaman bir iqtidarın verə biləcəyi daha çox şey var, nəinki müxalifətin. Vaşinqtondakı bəzi dairələrin planlarına əsasən, müxalifəti iqtidara gətirmək indiki məqamda yalnız “rəngli inqilab” yolu ilə mümkündür ki, Azərbaycanda bunun üçün zəmin yoxdur. Odur ki, ABŞ indiki iqtidarla işləməyə, müxalifətlə görüşüb onu qıcıqlandırmamağa çalışır".

N.Məmmədova hazırkı bəzi radikal müxalifət qüvvələrinə ABŞ-ın əvvəlki kimi etimad bəsləmədiyi faktorunu da fikirlərinə əlavə etdi: “Milli Şuranın Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd və özünün fəxri sədri göstərməsindən sonra oradakı qüvvələrin Rusiya ilə əlaqələri, yeri gəldikdə Rusiya ilə sövdələşməyə gedə biləcəyi ehtimalı Amerikaya onlara inanmağa imkan vermir. Həmçinin REAL-çıların Avropa İttifaqı ilə yaxınlaşmağa çalışması, bir dövr İran səfirliyi ilə təmaslarına görə prokurorluğa çağırılmaları ABŞ səfirini bu yeni özünü müxalifət adlandıran qüvvəyə də artıq şübhə ilə yanaşmağa vadar edə bilər”.

Onu da qeyd edək ki, ABŞ-ın yeni səfiri iki aya yaxındır Azərbaycanda olsa da demokratiya və insan haqları mövzusunda demək olar ki, danışmaması ilə də diqqət çəkir. İki gün öncə isə “Turan” agentliyinin Azərbaycan hakimiyyətinin geniş islahatlar aparılması barədə bəyanatlarını şərh etmək xahişinə cavabında səfir qeyd edib ki, islahatların aparılması səylərindən məmnundur: “Azərbaycan bu sahədə böyük nailiyyət əldə edib, amma Azərbaycan gənc dövlətdir və bu istiqamətdə hələ böyük işlər görülməlidir. Biz ölkədə islahatlar aparılmasını dəstəkləyirik”.

Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət haqqında suala cavabda səfir qeyd edib ki, bu dəyərlər ABŞ siyasətində çox əhəmiyyətlidir və o, Amerikanın səfiri olaraq Azərbaycanda bu məqsədlərin dəstəklənməsi üçün əlindən gələni edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru