“Leyla Yunus üçün siyasi məhbus problemi sadəcə biznesdir” - QALMAQAL
Tarix: 12-04-2019, 08:55 | Çap et
Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞ PA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Dinləmələr ölkəmiz adına kifayət qədər sərt keçib və bir sıra məqamlar diqqət çəkib.
Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun dinləmələrdə iştirak edib çıxış etməsi diqqətdən yayınmayıb. O, çıxışında deyib ki, 2013-cü ilin yanvarında AŞ PA üzvləri Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin əleyhinə səs verib: “Bununla da onlar Azərbaycanda daha dəhşətli repressiyalara ”yaşıl işıq" yandırıblar. Hamımızı həbs etdilər, bunun nəticəsi olaraq bu gün ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti, müstəqil QHT və KİV yoxdur".
REAL Partiyasının sədri İlqar Məmmədov müzakirələrdə Skype vasitəsilə iştirak edib. O, məhkəmə qərarı olmasına baxmayaraq, hakimiyyətin ona pasport vermədiyini, buna görə Strasburqa gələ bilmədiyini bildirib: “AŞ PA üzvlərinə üz tutaraq qeyd etmək istəyirəm ki, hakimiyyətin Azərbaycanda islahatlar haqqında heç bir təminatına inanmasınlar. Siyasi məhbuslar yaradılması mexanizmi dəyişməyib. Təəssüf ki, AŞ PA qurumları Azərbaycanda siyasi məhbuslar yaranmasının qarşısını almaq üçün heç nə etməyib. ”Cəzasızlıq atmosferi" hakimiyyətə belə şeylər etməyə imkan verir".
Hüquq müdafiəçisi Rəsul Cəfərov çıxışında hakimiyyətin hüquq müdafiəçilərinin siyasi məhbuslar məsələsini qaldırmaqla Azərbaycanı biabır etməsi və onun imicinə xələl gətirməsi barədə ittihamlarını təkzib edib: “Biz ölkəmizi sevirik və məhz buna görə siyasi məhbuslar problemini həll etməyi tələb edirik”.
Müzakirələr zamanı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov müzakirə iştirakçılarını qeyri-obyektivlikdə və siyasi ambisiyalarda ittiham edib. O, toplaşanları Azərbaycanda siyasi təqiblər barədə iddialara inanmamağa çağırıb: “Bəli, Azərbaycanda siyasi məhbuslar var-onlar Ermənistanın işğal etdiyi rayonlardan olan 1 milyon qaçqınlardır”.
Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması ərəfəsində belə bir sərt dinləmələrin keçirilməsi ciddi suallar yaradıb. Ölkə daxilində və xaricində bəzi dairələrin sazişin bağlanmasının əleyhinə olduqları barədə fikirlər dolaşır.
YAP-çı deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın müstəqil xarici siyasət yeritməsi xaricdə müəyyən dairələrin heç də maraqlarına cavab vermir: “Çalışırlar ki, təbii sərvətləri zəngin olan, əlverişli geosiyasi məkanda yerləşən müstəqil dövlət onların təsiri altında olsun. Necə ki, bu gün Suriya, Liviya, Yəmən kimi ölkələrin dövlətçiliyi ciddi böhran keçirir. Onlar Azərbaycanı da bu halda görmək istəyirlər. Ancaq ulu öndər Heydər Əliyevin zamanından başlayaraq indiki prezidentin dövründə Azərbaycan xalqının maraqlarına tam cavab verən siyasət yürüdür. Təbii sərvətlərimiz dünya bazarına çıxarılır və ondan gələn gəlirlər Neft Fondunda toplanır. Azərbaycan heç kəsin forpostu olmağa imkan vermir. Bu baxımdan Azərbaycana təzyiq etmək, ölkəmizi öz müstəqil siyasətindən çəkindirməyə çalışan qüvvələr var. Bunu bəzən açıq şəkildə göstərirlər, bəzən də siyasi təzyiq edirlər.
Azərbaycan daxilində müəyyən qruplar, şəxslər tapılır ki, onlara xaricdən qrantlar verilir. Ölkəmizdən kənarda da şəxslər tapılır, onlara da müəyyən məbləğdə vəsaitlər verib özlərinin anti-Azərbaycan təbliğatlarında həmin insanlardan əsas vasitə kimi istifadə edirlər. Ən əsası isə Azərbaycana aid olmayan məsələni zorla ölkəmizin boynuna qoymağa çalışırlar. Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb. Siyasi əqidəsinə görə heç kəs tutulmayıb. Bu baxımdan ölkəmizi olmayan məsələdə ittiham etməklə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi imic yaratmağa çalışırlar. Bu gün bu və ya digər məsələdə ölkəmizin dəstəklənməsi dairəsi daima genişlənir. Azərbaycanı küncə sıxmaq üçün belə siyasi təzyiq vasitələrindən istifadə edirlər. Ancaq bunların təzyiqləri əbəsdir. Çünki AŞ PA-nın üzvüyük, Avropa Şurasının nizamnaməsini dəqiq yerinə yetirən ölkəyik, hər zaman əməkdaşlığa açığıq. Çox təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, bu cür qüvvələr xaricdə tapılır. Hər şeyə rəğmən Azərbaycan AŞ PA və digər beynəlxalq qurumlarla əməkdaşlıqda maraqlıdır. Bundan sonra əməkdaşlığın bütün formaları daima fəaliyyət göstərəcək”.
Deputat dinləmələrin Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə təsir etməyəcəyini düşünür: “İnanmıram ki, sazişə hər hansı bir təsiri olsun. Onlar çalışırlar ki, siyasi təzyiq göstərsinlər. Hər halda, onlar ümid edirlər ki, dinləmələrin keçirilməsi sazişin imzalanmasının qarşısını ala bilməsə də, vaxtının uzanmasına səbəb ola bilər. Sazişin imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da sıx birləşməsinə kömək edəcək, viza rejimi sadələşəcək, təhsil və digər sahələrdə ciddi əlaqələr olacaq. Bütün bunları məhdudlaşdırmağa çalışırlar. Amma Avropa Birliyinin kifayət qədər praqmatik rəhbər dairələri var. Onlar heç bir halda bu cür provokasiyalara getməyəcəklər”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı L.Yunus barədə kifayət qədər sərt danışdı: “Məhbusun siyasi olduğunu sübut etmək üçün bütün məhkəmə proseslərinin monitorinqi aparılmalı, hakimlər tərəfindən proseslərə olunan pozuntular göstərilməlidir. Sübut edilməlidir ki, bu adamın etdiyi cinayət deyil, sadəcə, siyasi fəaliyyəti ilə əlaqədar həbs edilib. Leyla Yunus üçün siyasi məhbus problemi, sadəcə, biznesdir. Qızım Mətanəti nəzərdə tutub deyirəm. 18 il onun yanında fəaliyyət göstərdi, bütün işlərinə, maliyyələrinə bələd oldu, ona görə 18 yaşında balasını evdə qoyub getdi, Leylanın onun avtomobilinə qoydurduğu və onunla bağlı proseslərə aid sənədləri yol boyu cırdı, ona görə övladı və həyat yoldaşı xəstə oldu, özü də stressdən xəstəliyə düşdü. Amma Leyla Yunus bunun qarşılığında nə etdi? Bir forumda qızımı görəndə təhlükəsizliklə məşğul olan insanın qucağına çıxaraq qışqırmışdı ki, qoymayın KQB agenti məni öldürməyə gəlib. Belə bir insanın hazırladığı hansı sənədə inanmaq olar? Yalan, şantaj xarakteri daşıyır. Sadəcə olaraq, o, siyasi məhbuslardan biznes kimi istifadə edir. Mətanətin günahı olmuşdu ki, onun yüzə qədər layihəsini üzərinə götürməmişdi. İnsana şantaj atan birisinin hesabatına heç cür inanmaram.
Ölkə daxilində deyil, heç bir məlumatı yoxdur, ümumiyyətlə, heç vaxt məhkəmə monitorinqləri aparmayıb. Kimlərdənsə aldığı informasiyalar əsasında xaricdə oturub siyasi məhbus siyahıları hazırlayır. Düşünürəm ki, ona hökumət daxilindən kiminsə ciddi dəstəyi var. Həmin dəstəyi verənlər ölkədə gedən proseslərin qarşısını almağa çalışırlar, siyasi məhbusların azadlığa buraxılmalarını istəmirlər. Üç həftə əvvəl sərəncamı verilib. 50-dən çox siyasi məhbus azad olundu. Niyə əvvəlki dinləmələrdə siyasi məhbus məsələsi bu qədər müzakirə olunmurdu? Üç həftə əvvəl verilən və ölkənin bütün təbəqələri tərəfindən yüksək qiymətləndirilən əfv indi AŞ PA-da müzakirələrə çıxarılır? Əgər bu məsələ yanvarın əvvəllərində olsaydı, bu qədər təəccüblənməzdim, hətta deyərdim ki, bu mütləqdir, vacibdir. İndiki müzakirələrdə maraqların güdüldüyü açıq görünür. Leyla Yunus ayrı-ayrı qruplar tərəfindən hazırlanmış tezislər əsasında çıxış edir. O, ölkədən çıxa bilər, amma burada dəstəkçiləri hakimiyyət daxilində qalmaqdadır. Leyla Yunus maddi cəhətdən kifayət qədər təmin olunur. Çox arzu edərdim ki, hökumət siyasi məhbus problemini ilin axırına qədər bitirib bu qadını pulsuz qoysun. Ölkədə siyasi məhbus probleminin olduğu danılmazdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
|