Müxalifətlə BŞİH arasında “məktublaşma” oyunu - İlqar Məmmədov liderləri ittiham etdi
Tarix: 5-04-2019, 08:42 | Çap et
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 6 aprelə təyin etdiyi mitinqə də “yox” cavabı verdi. Maraqlıdır ki, cavab bəlli olandan dərhal sonra Milli Şura aprelin 20-nə mitinq təyin edib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 19 yanvar mitinqindən sonra kütləvi aksiyalar üçün heç bir müraciətə müsbət cavab vermir. Milli Şuranın fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyalara razılıq verilməyib. Həmçinin Qarabağ Komitəsinin “Qarabağ” mitinqi üçün müraciətinə mənfi cavab verilib.
Maraqlıdır ki, hər dəfə BŞİH-dən mənfi cavab alınsa da, müxalifət eyni addımı təkrarlayır.
Müxalifət qurumları ard-arda mitinqlər təyin edir, BŞİH “yox” cavabı verir, yenidən mitinq üçün müraciət olunur, yenə BŞİH-dən eyni cavab gəlir. Bəs müxalifət partiyaları cavabın necə olacağını bildikləri halda nədən durmadan mitinq qərarı verir və məktub göndərir? Bu, kağız üzərində fəaliyyət və ya fəaliyyət imitasiyasıdır, yoxsa Avropa Məhkəməsinə şikayət üçün hüququ əsaslar yaranmasına hesablanıb?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, hər qurumun öz taktiki xətti mövcuddur. Hər bir təşkilat qanunla kütləvi aksiya keçirmək hüququna malikdir. Mitinq üçün müraciət edənlər də bu haqlarından istifadə etmək istəyirlər: “Konstitusiya hüququndan istifadə təşəbbüsündə ziyanlı heç nə yoxdur. Buna söz demək olmaz. Özünü qüdrətli göstərən iqtidara sual yaranır ki, nədən mitinq keçirmək istəyən təşkilatların hüquqları təmin edilmir. Faktiki, Bakı Şəhər İcra Hakimiyyətinin konstitusiyanı pozmasına şahid oluruq. Mitinq təşəbbüskarlarına gəlincə, onlar vəziyyəti bilir və təzyiq edirlər. Uduzduqları heç nə yoxdur. Bircə əhalinin etimadı itirilə bilər. Çünki insanlar dəyişiklik istəyirlər. Burada kim təşəbbüskar olacaqsa, o da radikal təbəqənin hədəfinə tuş gələcək”.
Yeri gəlmişkən, YAP icra katibinin müavini qafqazinfo.az-a müsahibəsində mitinq qadağası haqda danışıb. Sitat: “Mitinq keçirmək üçün icazə verilir. Burada iki məsələ öz əksini tapmalıdır. Bilirsiniz ki, burada partiya üzvündən tutmuş sədrə kimi onlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyinin qorunması Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının işidir. Təhlükəsizlik qaydalarına riayət edəcəklərini qabaqcadan bildirirlərsə, istənilən vətəndaş sərbəst toplaşmaq azadlığından istifadə edə bilər. Digərlərinin hüquqları pozulanda hüquqlar məhdudlaşır, yaxud da təhlükəsizlik məsələləri həll olunmayanda. Məsələn, hüquq-mühafizə orqanlarına məlumat gəlir ki, ciddi provokasiya ediləcək və məsuliyyəti Azərbaycan dövlətinin üzərinə atacaqlar. Ona görə də konkret əsaslarla mitinq komitəsinin üzvlərinə həmin sənədləri təqdim edirlər. Öhdəlik götürürlər ki, sərbəst toplaşmaq azadlığı barədə tələbləri pozmayacaqlar. Ancaq başlayandan axıra kimi o tələbləri pozurlar. Özü də qəsdən pozurlar ki, polis müdaxilə etsin. Yalandan bəyanat verirlər ki, 60 nəfər haradasa saxlanılıb. Onların nümayəndələri mitinqə gəlmək istəmir. Soruşanda deyirlər ki, polis qoymadı mitinqə gələk”.
AXP sədri Pənah Hüseyn isə bildirdi ki, mitinq üçün müraciətlər, sadəcə, müraciət xatirinə edilən müraciətlər deyil, yürüdülən siyasətin bir tərkib hissəsidir. Mitinqlərlə bağlı müraciətlərə mənfi cavab verilməsinə baxmayaraq, müraciətlərin edilməsi sistemli və ardıcıl siyasətin aparılmasını özündə əks elətdirir: “Hər dəfə müraciət edildikdən sonra müəyyən hazırlıq işləri aparılır, təbliğat gedir, fəallaşma olur. Yəni müəyyən bir xətt davam etdirilir. İkincisi, hər dəfə mitinq üçün müraciətlər və müraciətlərə cavablar qeydə alınır, ölkədə ümumi siyasi vəziyyət haqqında dəyərləndirilmə aparılması üçün bu məqam istifadə olunur. Bu cür vəziyyətin davam etməməsi üçün istər hüquqi müstəvidə, istərsə də siyasi təbliğat istiqamətlərində iş aparılır”.
P.Hüseyn hesab etmir bu vəziyyət sonsuza qədər davam edəcək: “Keçən ilin 29 sentyabr mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mitinq üçün üç müraciətinə mənfi cavab vermişdi. Lakin Milli Şuranın 19 yanvar mitinqinə razılıq verildi. Yəni nəhayət, bir gün mitinqə icazə verilir və veriləcək. Əgər bu vəziyyət-yəni mitinq üçün müraciətlərə ard-arda yox cavabları olacaqsa, razılaşdırılmamış aksiyaların meydana gəlməsi labüddür. Məncə, mitinqlərə icazə verilməmə prinsipi davam etdiriləcəksə, bu vəziyyət aylarla davam eləməyəcək və icazəsiz aksiyaların gündəmə gəlməsi labüd olacaq. Eyni zamanda məsələ məhkəmə müstəvisinə də çıxarılır və çıxarılacaq”.
Bu arada REAL Partiyasının sədri İlqar Məmmədov müxalifətçiləri tənqid edib. İ. Məmmədov sosial şəbəkədə qeyd edib ki, 8 aydır ona qarşı təbliğat aparılır: “Deyirdim sizə, gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, ”inqilab-inqilab" deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır. seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
|