İlqar Məmmədovla bağlı qərar Əli Kərimli üçün “yaşıl işıq”mı? - GƏLİŞMƏ
Tarix: 30-03-2019, 09:24 | Çap et
Xəbər verildiyi kimi, Ali Məhkəmə REAL Partiyasının sədri İlqar Məmmədovun üzərindəki şərti cəzanı ləğv edib. Partiya sədrinin ölkədən çıxışına olan qadağa da aradan qaldırılıb. Amma bununla belə, onun cinayət işinə tam xitam verilməyib və İ.Məmmədov 2024-cü ilə qədər heç bir seçkidə iştirak edə bilməyəcək.
REAL rəhbəri barəsində verilən bu qərar çoxsaylı müzakirələr doğurub. Onun qarşıdakı zamanda müraciəti əsasında seçkilərdə iştiraklı bağlı üzərində olan qadağanın götürüləcəyinə də ümidlər yaranıb.
Bu məsələ AXCP sədri Əli Kərimlinin 13 ildir xarici pasport ala bilməməsini bir daha gündəm edib. Ekspertlər ölkədə siyasi islahatların başlandığını bildirir və bu islahatlar çərçivəsində İ.Məmmədovun üzərindən şərti cəzanın götürülməsinin davamı kimi AXCP liderinə xarici pasportun verilə biləcəyini qeyd edirlər.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Bu qərarı müsbət addım kimi dəyərləndirirəm. İlqar Məmmədovun həbsi və başqa məsələlər ayrı mövzudur. Avropa Məhkəməsinin İlqar bəylə bağlı iki qərarı olub. Bu da nadir hadisədir ki, eyni məsələ ilə bağlı iki dəfə qərar çıxarılsın. Son nəticədə onun cəzasının götürülməsi müsbət addımdır. Amma bütövlükdə bu qərarı siyasi islahat kimi dəyərləndirməzdim. Novruz bayramında xeyli sayda siyasi məhbuslar əfv olundu, bağışlanıldı. Bununla dövlət özünün humanist addımlarını göstərdi. Prinsip etibarı ilə bu da gələcəkdə siyasi dəyişikliklərin başlanması üçün əsas ola bilər. Bu cür dəyərləndirmək olar ki, hakimiyyət düşərgəsində müxalifətə yönəlik dönüş addımları, müəyyən yumşalmalar var. Siyasi məhbusların bir hissəsinin buraxılması və İlqar Məmmədovla bağlı son qərarı burada misal çəkə bilərik. Bunlar istənilən halda müsbətyönlü addımlardır və münasibətləri bir qədər yumşalda bilər. Bu da gələcəkdə qanunlar əsasında münasibətlər çərçivəsinin formalaşmasına yol aça bilər.
Amma bir daha təkrar edirəm ki, bunları indidən siyasi islahatlar kimi dəyərləndirmək olmaz. Çünki siyasi islahatlar geniş bir sahəni əhatə etməlidir. Siyasi məhbusların azad edilməsi və kiminsə üzərindən cəzanın götürülməsi hər şey demək deyil. Bütün cəmiyyəti, siyasi institutları, münasibətləri əhatə edən və hazırkı situasiyanı dəyişəcək addımlar atılmalıdır. Həm qanunvericilik, həm inzibatı, həm də digər əməli tədbirlər olmalıdır. Centlmen razılaşması səviyyəsində müəyyən razılaşmaların olmasına da ehtiyac duyulur. Gələcəkdə qeyd etdiklərimizin həyata keçəcəyi barədə ümidlənmək olar. İlqar Məmmədovun 2024-cü ilə qədər seçkilərdə iştirak edə bilməyəcəyinə gəlincə, Azərbaycan praktikasında belə hallarla bağlı təcrübə var. Qanunda müəyyən müddət məhbus həyatı yaşamış şəxs barədə əmlak və məhkumluq məsələsi var. 2003-cü ilin prezident seçkilərindən sonra ”Bizim Azərbaycan" blokundan xeyli sayda şəxslər həbs olunmuşdu. Onlar 2005-ci ildə azad olundular, üzərlərindən qanunla məhkumluq götürüldü və həmin şəxslər o ildəki parlament seçkilərində iştirak etdilər. İlqar Məmmədovla bağlı da belə bir qərar verilə bilər. Onun yaxın zamanlarda müraciəti əsasında seçkilərdə iştirakla bağlı ona qoyulan qadağanın aradan qaldırılması mümkündür. Bu da hesab edirəm ki, müsbət, təqdirəlayiq addım olardı".
Q.Əlibəyli AXCP sədrinə xarici pasportun verilməməsindən də söz açdı: “Əli Kərimlinin xarici pasport məsələsi tam qanunsuzdur. Bu barədə dəfələrlə deyilib, yazılıb. Çünki 1994-cü ildə olan və sonradan dayandırılan, artıq müddəti başa çatan cinayət işini əsas götürmək anlaşılan deyil. Bu dövlətin siyasətinə uyğun gəlməyən bir məsələdir. Düşünürəm ki, mövcud iqtidar müəyyən addımlar atmaq, dəyişikliklər etmək istəyirsə, belə problemləri həll etməlidir. Əli Kərimlinin pasport məsələsi müsbət həll olunmalıdır. Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasında olan zamanlardan pasport məsələsi ilə bağlı prosedura başladılmışdı. Bildiyim qədəri ilə bu məsələ ilə əlaqədar Azərbaycanda bütün instansiyalar keçilib və iş Avropa Məhkəməsindədir. Hazırda Avropa Məhkəməsində işin hansı yerdə olması barədə məlumatsızam. Düşünürəm ki, Əli Kərimlininin bu problemi ilə bağlı heç nə etmək lazım deyil. Sadəcə hakimiyyət tərəfindən kimsə göstəriş verməlidir ki, Əli Kərimli gələndə pasportunu verin getsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
|