"Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını etiraf etdi" - deputat
Tarix: 20-03-2019, 10:57 | Çap et
Teleqraf.com saytının suallarını Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı cavablandırıb. Müsahibəni təqdim edirik.
– Fəzail müəllim, Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncama münasibətinizi bilmək istərdik...
– Ölkə prezidentinin əfv sərəncamıbı çox yüksək dəyərləndirirəm. Bu sərəncamı ölkə prezidentinin aparmış olduğu dərin xarakter daşıyan islahatların tərkib hissəsidir. Əfv sərəncamı ölkə prezidentinin söykənmiş olduğu dəyərlərin, onun humanizminin, eyni zamanda lütfkarlığının və mərhəmətinin məntiqinə, ənənəsinə söykənir. Sərəncam cəmiyyət tərəfindən çox yüksək qiymətləndirildi. Çoxlu sayda soydaşımız əziz bayramı ailələri ilə birlikdə qeyd etmək imkanı qazandılar. Bu, son dərəcə yüksək qiymətləndirilməli bir addımdır. Eyni zamanda sərəncamla adı siyasi məhbus kimi hallandırılan insanların da azadlığa buraxılması prezidentimizin iradəsinin ifadəsi idi. Bu, hər hansı beynəlxalq təşkilatın, yaxud ölkələrin təzyiqi ilə deyil, ölkə prezidentinin özünün seçimi və qərarı ilə reallaşdı. Məncə, bu həm siyasi müstəvidə cənab prezidentin yeni bir mesajı, həmçinin, barışığa – müxalifətlə, onun ayrı-ayrı qanadları ilə dövlətimizin, dövlət başçısının normal, sivil münasibətlərin yaranmasına doğru prezident tərəfindən atılmış ciddi bir adım idi. İndi həmin addım qarşı tərəfdən də gözlənilir. Lakin çox təəssüf edirəm ki, ayrı-ayrılıqda bir sıra, hətta mən deyərdim bütövlükdə müxalifət partiyalarının bu məsələyə dair müsbət mövqeyini ifadə etməsinə baxmayaraq bir neçə nəfər, konkret Əli Kərimlinin və Əli İnsanovun açıqlamaları sadəcə olaraq onların qərəzini, barışmazlığını ortaya qoydu və aqressivliyini nümayiş etdirdi.
– Əli İnsanov həbsdən sonrakı ilk açıqlamasında bildirib ki, azadlığa çıxması onun təbirincə desək “demokratik Qərbin, böyük Amerika Birləşmiş Ştatlarının rəhbərliyi və Konqresinin, Avropa Birliyinin və Avropa Şurasının təşəbbüsü ilə olub”. Belə bir açıqlamanın verilməsini nə cür qiymətləndirirsiniz?
– Əslində Əli İnsanovun bu açıqlaması onun qərəzindən və qisasçılığından irəli gələn bir açıqlamadır. Kifayət qədər emosional şəkildə bu fikirləri ifadə edib. Ancaq Əli İnsanov unutmamalıdır ki, onun azad edilməsinə dair sərəncamın altında nə Amerikanın, nə də Avropanın hər hansı ölkəsinin dövlət başçısının deyil, məhz İlham Əliyevin imzası var.
Bu imza ilə də o, əfv olundu. Mənim bildiyim qədər Amerika və Avropa digər azad edilən məhkumlardan fərqli olaraq Əli İnsanovu onlar qədər nə müdafiə edib, nə də onun azadlığa çıxmasında maraqlı olublar.
Mənə elə gəlir ki, Əli İnsanov əfv olunması, azadlığa çıxması ilə bağlı tamam fərqli mövqe nümayiş etdirməli idi. O, bu sərəncamla azad olunmasında əməyi olmuş hər bir kəsə, eyni zamanda cənab prezidentə təşəkkürünü bildirməli idi. Bu, əslində daha doğru və daha düzgün səslənərdi. Ancaq o bunu etmədi. Əksinə, aqressiv mövqe ortaya qoydu.
Düşünürəm ki, bu da Azərbaycan cəmiyyəti tərəfindən olduqca mənfi qarşılandı.
– Diqqət çəkən məqam həm də onun məlum müsahibə zamanı işlətdiyi bir fikir oldu. Dedi ki, həbsxananın qaydaları var və burada “oğruların qanunları”na hörmət etməlisən. Bu səbəbdən ötən 14 il ərzində nə nəvələri, nə də həyat yoldaşı ilə görüşüb. Keçmişdə nazir olmuş və siyasətlə məşğul olacağını bəyan edən Əli İnsanovun “oğru qanunları”na hörmətdən bəhs etməsi birmənalı qarşılanmayıb...
– Bu, doğrudan da çox qəribə səsləndi. Əslində çıxan nəticə budur ki, Əli İnsanov bundan sonra öz həyatını artıq “oğru qanunları” ilə qurmağa hazırlaşır. O, “oğru qanunları”na rəğbəti və ona əməl olunması ilə özünü ifadə etdi. Əgər doğrudan da Əli İnsanov həbsxanada olan həyat tərzini və “oğru qanunları”nı siyasi proseslərə, onun müstəvisinə transfer edirsə bu təbii ki, heç cür başadüşülən və anlaşılan deyil. Ona görə bu cür açıqlama da Əli İnsanovun artıq fərqli düşüncə sahibi olması qənaətinə gəlməyə əsas verir. Bu, onun dediyidir. Bu, nə sizin Əli İnsanovun ünvanına atdığınız böhtan, nə də sizin sualınıza uyğun olaraq mənim şərhim onun mövqeyinin təftiş olunması deyil. Bu cür açıqlama ilə Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını və o düşüncə sahibi olduğunu etiraf etdi.
– Adətən insan yaşlandıqca müdrikləşir. Daha çox barışdırıcı, birləşdirici mövqe sərgiləyir, nəsihətamiz fikirlərlə çıxış edir. Ancaq biz onun açıqlamasında bunu görmədik. Əksinə, hikkəli davranış kimi qiymətləndirildi. Siz ondan cəmi bir yaş kiçiksiniz. Məsələni bu prizmadan qiymətləndirməyinizi istərdik...
– Əvvəla, siyasi proseslərinin içində olan və siyasətlə məşğul olan hər kəs gərək özündə aqressivlik daşımasın. Opponentlərinə, fərqli düşüncə sahibinə münasibətdə təmkinli, dözümlü olsun və qarşı tərəfin fikirlərini qəbul etməsə belə, onun fikri kimi qəbul etsin və özünü necə deyərlər, mütləq söz sahibi kimi qiymətləndirməsin. Əgər siyasətçi siyasi mədəniyyət nümayiş etdirib qarşısındakı opponentə normal, sivil münasibət bəsləmirsə, aqressiv, qisasçı, qərəzli mövqe nümayiş etdirirsə o artıq siyasi meydanda olmalı deyil və ola bilməz.
Çünki siyasət bu cür insanları, bu cür yanaşmaları qəbul etmir. Mən düşünürəm ki, bunu hökmən nəzərə almaq lazımdır. Ona görə də təbii olaraq onun uzun illər həbsxanada olması, Azərbaycan reallığını olduğu kimi görməməsi, dünyada gedən proseslərdən xəbərsiz olması və digər amillər onun düşüncələrində, psixologiyasında da də müəyyən dəyişkliklər yaradıb. Bu da təbiidir. Çünki o, 10 ildən çox həbsxanada qalıbsa, bunun insan psixologiyasına olmamış deyil.
Yəni, bu tamamilə mümkün olan bir məsələdir. Ona görə də əslində məncə Əli İnsanov həbsxanadan çıxan kimi dərhal bu müsahibədən, bu açıqlamanı verməkdən çəkinməli idi. O, sonralar, yəni müəyyən müddətdən, özü üçün təhlillərdən, araşdırmalardan sonra təbii ki, Azərbaycan vətəndaşı kimi öz mövqeyini dəqiqləşdirə bilərdi. Fikirlərini aqressiyadan çox uzaq, normal şəkildə ifadə etsəydi bəlkə də cəmiyyətdə normal qarşılanardı. Ancaq indiki halda mənə belə gəlir ki, Əli İnsanov öz imicinə çox ciddi və sarsıdıcı zərbə vurdu.
– Hələ də bəzi şəxslər tərəfindən belə fikirlər səslənir ki, əslən Qərbi Azərbaycandan olan insanlar Əli İnsanovun ətrafında birləşəcəklər. Siz də Qərbi Azərbaycandansınız. Bir qərbi azərbaycanlı olaraq sizin bu istiqamətdə fikirlərinizi bilmək maraqlı olardı...
– Bu fikir tamamilə, kökündən yanlışdır. Əli İnsanov həmin bölgədən olsa da, onun ətrafında həmin bölgədə doğulan, yaşayan və sonrakı mərhələdə o bölgəni tərk edən çox məhdud sayda insanlar ola bilər. Ancaq o, bütövlükdə böyük bir arealın insanlarını öz ətrafında birləşdirmək gücünə və imkanlarına malik deyil. Belə bir perspektiv də qəti şəkildə gözlənilmir. Ölkə əhalisinin bütün regionlarından olanlar kimi Qərbi Azərbaycan əsilli insanlarımızın da mütləq əksəriyyəti cənab prezidentimizi dəstəkləyir. Onun siyasətini dəstəkləyən, onun siyasətini müdafiə edən, onun dövlət başçısı kimi qayğısı və diqqəti şəraitində yaşayanların içərisindədir. Məncə nə Əli İnsanovun, nə də bu fikri reallaşdırmaq arzusunda və istəyində olanların bu cür iddialarla çıxış etmək şansı, imkanları və əsası var.
Məncə bu fikir düşünülmüş şəkildə ortalığa atılan və qərbi azərbaycanlılara zərbə vurmaq üçün növbəti xoşagəlməz tələdir. Ona gör də tam məsuliyyətlə deyirəm ki, qərbi azərbaycanlıların seçimi artıq çoxdan müəyyənləşib. Bu seçim ulu öndərimizin siyasi xəttini müdafiə seçimidir. Ölkə prezidenti İlham Əliyevin prezident kimi yanında olmaq seçimidir. Onun siyasətini müdafiə edən bir seçimdir. Bu seçimdə hər hansı dəyişiklik etmək heç kimin, o cümlədən Əli İnsanovun gücü və imkanı daxilində deyil.
– Bu gün Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə məlum mövzuda debatınız oldu...
– Onun dediklərinə ittiham deməzdim. Sadəcə olaraq o arqumentsiz danışdığına, fikirlərində güclü məntiq olmadığına görə çalışdı ki, qoyulan mövzudan kənara çıxaraq mənim ünvanıma böhtanlar səsləndirsin. Mən də o böhtanları qəbul etmədim. Buna uyğun olaraq ona cavab da verdim və təbii ki, çalışdım ki, o, böhtanlardan uzaq olsun. Çünki bir qayda olaraq bu cür insanlar güclü arqumenti, əlində faktı olmayanda, fikrini əsaslandırmaq üçün məntiqi zəif olanda qarşısındakı əsəbləşdirməyə, qarşısındakının mövqeyinə zərbə vurmaq üçün bu cür metodlardan istifadə edirlər. Ancaq o yanılırdı. Mən təbii ki, Əli İnsanovun müxalifətin ünvanına demiş olduğu böhtan xarakterli fikirləri konkret faktlarla onun üzünə dedim və çox arzu edərdim ki, Elşad Musayevin də bütün ruhu mənim qədər Azərbaycan dövlətinə, onun istiqlalına, bu gününə və gələcəyinə bağlanmış olsun.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
|