“Mən Əli İnsanovdan nə küsmüşəm, nə də barışıram” - deputat
Tarix: 20-03-2019, 09:52 | Çap et
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Hakim partiyanın funksioneri sabiq səhiyyə naziri Əli İnsanovun səsləndirdiyi fikirlər, həmçinin parlament seçkiləri, müxalifətlə dialoq mövzularında ilginc açıqlamalar verib.
- Siyavuş bəy, yəqin ki, keçmiş partiyadaşınızın, hakim partiyanın rəhbərliyində təmsil olunmuş sabiq səhiyyə naziri Əli İnsanovun iddialarının sıradan məsələ olmadığını düşünürsünüz. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəla, o, cənab prezidentin humanist siyasətinin nəticəsində azadlığa çıxıb. Hesab edirəm ki, bu məsələ dəyərləndirilməlidir. Birincisi, ona görə ki, indiyə qədər kifayət qədər insan verilən əfv sərəncamı ilə azadlığa buraxılıb. Elə ümummilli lider hakimiyyətə gəldikdən sonra 30 mindən artıq insan əfv sərəncamı ilə azadlığa çıxıb, o cümlədən 11 amnistiya aktı olub. Bu amnistiyalar da kifayət qədər insanlara tətbiq olunub. Sonuncu amnistiya da aktı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə verilmişdi, o da 10 min nəfərə şamil olundu. Yəni hər bir insan bunları dəyərləndirməlidir. Bunlarla bağlı həbsdəki insanların həm qohum-əqrəbası, həm yaxın ətrafı dəfələrlə cənab prezidentə, o cümlədən hüquq müdafiəçilərinə, ayrı-ayrı qurumlara müraciət ediblər. Bu müraciətlərdə də xahiş ediblər ki, həmin insanların səhhəti, yaşı və s. nəzərə alınsın, Əfv Komissiyası da baxıb, onlar azad olunub. Bu cür hərəkətlər digər əfv gözləyənlərin qarşısını almaq məqsədi daşıyır. İstəyirlər ki, özlərinin siyasi oyunlarına onları da qatsınlar. Məsələn, mən baxıram ki, çoxları bundan sui-istifadə edir. Elə götürək Əli İnsanovu...Vaxtilə bütün çıxışlarında mütəmadi olaraq Qərbi, Avropanı, o cümlədən Amerikanı erməni lobbisi ilə birləşib Azərbaycan müxalifətinin maliyyələşdirilməsi və Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması üçün pul ayırmaqda ittiham edirdi. İndi deyir “demokratik Qərb və güclü Amerika”. Bəs onda Amerika, Qərb yerində deyildi? Özü də bu fikirlər çox uzaq zamanda yox, 1999-cu, 2001-ci ildə deyilib. Yaxud müxalifət liderləri ilə bağlı ən təhqiramiz ifadələr onun tərəfindən səsləndirilib. İndi müxalifətlə həmrəylik haqqında bəyanatlar verir. Yaxud jurnalistlərə qarşı ən böyük həqarət onun tərəfindən olub. Özü də öz səsi, videosu ilə həmin hərəkətlər cəmiyyətdə mövcuddur. İndi deyir bütün qapılarım jurnalistlərə açıqdır. Bütün bunlar onu göstərir ki, bu hərəkətləri tam siyasi məqsədlərə xidmət edir.
- Əli İnsanov çox iddialıdır. Özü də söhbət bir naşı gəncin iddiasından getmir, 73 yaşlı, kifayət qədər təcrübəli, yetkin və vaxtilə hakimiyyətin əsas fiqurlarından olmuş birisindən gedir...
- Elə təxminən eynidir.
- Bəlkə eks-nazir cəmiyyətdə, yaxud hakimiyyət daxilində ona kimlərinsə “stavka” edəcəyinə ümid etdiyi üçün belə iddialı davranır, ola bilərmi?
- Onlar hamısı xülyadır. Bu gün nə qərbi azərbaycanlılar - hansı ki, onların adını hallandırırlar...Qərbi azərbaycanlılar hamısı bu gün cənab prezidentin, dövlətin ətrafında birləşiblər, tam gücü və qüvvəsi ilə dəstəkləyirlər, ölkədə həyata keçirilən islahatlarda yaxından iştirak edirlər. O, elə əvvəl də belə xülyadaydı ki, hansısa hallar baş verəcək. Amma insan özü öz fəaliyyətini qiymətləndirməlidir ki, insanlar nəyə görə onu dəstəkləməlidir? Sən Azərbaycan vətəndaşlarının rifahı, həyata keçirilən islahatlarla bağlı Heydər Əliyevdən daha çoxmu addımlar atmısan? Yaxud prezident İlham Əliyev tərəfindən həyata keçirilən çox böyük islahatları görməmək... Hətta müxalifətdəki gənclər də, blogerlərin böyük əksəriyyəti də bu gün atılan addımları dəstəkləyir, istəyir Qərbdə yaşayan, istəyir burada olanlar. Əksər siyasi partiyalar, QHT-lər bu məsələlərdə dəstək verirlər. Bu, bəllidir. Ona görə də onun dedikləri hamısı xülyadır. Bilirsiniz, insan gərək öz vəziyyətini dəyərləndirsin. Əgər dəyərləndirmirsə, növbəti uçuruma gedir.
- Əli İnsanov qəti şəkildə bəyan etdi ki, Azərbaycandan heç yerə getmək fikrində deyil və siyasi mübarizə aparacaq. Ola bilərmi günün birində YAP-dan qopmalar olsun?
- Qəti şəkildə YAP-dan qopmalar ola bilməz! Çünki YAP cənab prezidentin ətrafındadır və öz sədrinin siyasətini müdafiə edir, təbliğ edir. İkinci tərəfdən, siyasi baxışlarına görə Azərbaycandan heç kəs uzaqlaşdırılmır, yaxud da kiməsə qarşı təzyiq yoxdur. Ancaq o adamların hamısı törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunub. Bu gün də cənab prezidentin humanist siyasəti nəticəsində azadlığa çıxıblar.
- Eks-nazir sabah parlament, ya da prezident seçkilərinə qatıla bilərmi?
- Hələ ölkədə seçki yoxdur. Parlament seçkiləri qanunvericiliyə uyğun olaraq il yarımdan sonra keçiriləcək. Bilirsiniz ki, prezident seçkiləri 7 illikdir. Elə keçən il keçirilib. O baxımdan Azərbaycanda bir seçki yoxdur. Amma istənilən Azərbaycan vətəndaşı seçkidə iştirak edə bilər, bu, onun hüququdur. Amma elə birinci mərhələdə 40 min imza toplayıb prezidentliyə namizədliyi, yaxud 500-dən artıq imza toplayıb deputatlığa namizədliyi irəli sürmək lazıdır. Mən inanmıram ki, o insanlar bu qədər imza toplaya bilsin.
- Söhbət Əli İnsanovdan gedir?
- Təbii. Konkret olaraq.
- Keçmiş nazirin seçkilərə qatılması üçün hüquqi problemlər qalırmı?
- Gərək o, müraciət etsin, məhkəmə qaydasında məhkumluğu götürülsün.
- Sərt açıqlamaları, iddiaları ona problem yarada bilərmi?
- Azərbaycanda azad fikrə, azad sözə, azad ictimai-siyasi fəaliyyətə görə heç kəsə qarşı heç bir təzyiq yoxdur. Təzyiq olsa, neçə partiya rəhbərləri var, istənilən seçkidə namizəd kimi iştirak edirlər, fəaliyyət göstərirlər, mitinq və nümayişlərini də keçirirlər. Onlara qarşı heç bir təzyiq yoxdur.
- Siyavuş bəy, hakim partiyadan Əli İnsanovun sabiq partiyadaşları ona “keçmiş olsun” deməyə gedərsə, onlara münasibət necə olar?
- Belə şey ola bilməz, mümkün də deyil.
- Yəni heç kim getməz?
- Təbii ki. Onlar hamısı onu tanıyır. Vaxtilə bir yerdə olublar və gözəl bilirlər ki, onun fəaliyyəti nədən ibarətdir.
- Belə çıxır ki, siz də Əli İnsanovla heç vaxt barışmazsınız?
- Söhbət barışıb-barışmamaqdan getmir. Mən Əli İnsanovdan nə küsmüşəm, nə də barışıram. Əgər bu gün kimsə Azərbaycan dövlətinə, dövlət siyasətinə, Azərbaycan Respublikasına qarşı hər hansı bir addım atacaqsa, qarşısında bizi görəcək.
- Yuxarıda dediniz ki, parlament seçkiləri gözlənilmir. Bəziləri yenə də o fikirdədilər ki, iqtisadi islahatların davamı olaraq siyasi islahatlara gedilsə, faydalı olar. Bu mənada növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifi səslənir. Hakim düşərgə bununla bağlı nə düşünür?
- Yenə deyirəm, növbədənkənar parlament seçkiləri o halda ola bilər ki, parlament öz-özünü buraxmalıdır, yaxud referendum çağırılmalı, konstitusiyada dəyişiklik olmalıdır. Qalan halda parlament seçkilərinin keçirilməsinə qanunvericilik yol vermir!
- Bəs qanunvericiliyə düzəliş edilməsi istiqamətində addım atıla bilərmi?
- Bugünki gündə elə bir şey yoxdur. Zərurət də yoxdur.
- Prezidentin yaxın aylarda növbəti əfv sərəncamını imzalayacağı barədə nikbin məlumatlar dolaşır...
- Təbii ki, indi komissiya mütəmadi şəkildə fəaliyyət göstərir. Müraciətlər daxil olur və baxılır. Burada bir neçə amil nəzərə alınır. İlk növbədə o insanlar törətdiyi əməllərdən peşmançılıq keçirdikdə, himayəsində azyaşlı uşaq, yaxud qoca olduqda... Qadınlara çox böyük üstünlük verilir. Müəyyən yaş həddini keçən insanlar var ki, onların azad olunmasına baxılır. Yəni cəmiyyət üçün ictimai təhlükə törətməyən insanların əfvi mütəmadi olub, bundan sonra da davam etdiriləcək.
- Hüquq müdafiəçilərinin siyahısında olanlar, siyasi məhbus adlandırılanlar, beynəlxalq təşkilatlara adları gedib çıxanların hamısının azadlığa buraxılması və bu məsələnin qapadılması realdırmı?
- Mən ömrü boyu bu məsələ ilə razı olmamışam, Azərbaycanda heç kəs siyasi baxışlarına görə həbs olunmayıb. Bir qrup insan qəsdən populyarlaşmaq, yaxud xaricdə özünə sığınacaq almaqdan ötrü qanunları pozub. Qanunları pozduğuna görə də kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında cavab verməlidir, istər YAP, istər Müsavat, istər AXCP, istər ASDP, istər Ana Vətən üzvü olsun. Peşə fəaliyyəti də həminki kimi. Peşə fəaliyyəti heç kəsə üstünlük vermir. Biri müəllim, biri həkim, biri jurnalistdir, başqası partiya funksioneridir. Peşəsi heç kəsə icazə vermir ki, qanunu pozsun və xüsusi statusa malik olsun. Bu baxımdan da həmin insanlar qanunu pozublar. Eləsi var ki, mən 30 ildir siyasi fəaliyyətlə məşğulam, o adamı tanımıram. Amma onun da adını siyahıya salıblar. Yaxud kimsə kiminsə haqqında təhqiramiz yazı yazıb, həmin təhqirə görə həbs olunubsa, onu da siyahıya qeyd ediblər. Belə hallar var. Amma əgər islah olunublarsa, haqq yoluna qayıdıblarsa, təbii ki, Allah qapılarını açsın və cənab prezident də sərəncam verib onların azadlığa çıxmasına hüquqi əsas yarada bilər.
- Siyavuş bəy, İlaxır Çərşənbə günündə danışırıq. Novruz barış bayramıdır. Bu mənada addım olaraq hakim partiyanın müxalifətlə böyük bir dialoqu keçirilə bilərmi? Mümkündürmü ki, ölkə əhəmiyyətli məsələlər birgə müzakirə olunsun?
- Daim demişik ki, biz dialoqa hazırıq. Bilirsiniz ki, YAP-da dialoq komissiyası var, prezidentin köməkçisi Əli Həsənov bu proseslərə rəhbərlik edir, o komissiyanın sədridir. Biz həmişə istənilən mövzunu, istənilən məsələni müzakirə etməyə hazırıq. Konkret. Özü də mətbuat üçün müzakirə yox, konkret paket, təkliflər halında istənilən məsələ qoyula, müzakirə aparıla bilər.
- Yəni siz müxalifətçiləri qərargahınızda gözləyirsiniz?
- Yox, istənilən müraciətlər daxil ola bilər, bir yerdə oturub müzakirə edə bilərik. Keçən dəfə bir neçə proses oldu. Amma bir sıra siyasi partiyalar heç bir səbəb göstərmədən bəhanə edərək, burada iştirak etmədilər. Çünki onlara tapşırıq verilmişdi ki, orada iştirak etməyin, onlar da həmin xarici dairələrin tapşırığına əsasən, iştirak etmədilər. Bəli, gələ bilərdi, təklifini irəli sürə bilərdi ki, bu məsələlərin müzakirəsini istəyirik, siyahı tərtib olunardı, müzakirə olunacaq məsələlər müəyyənləşdirilərdi, hər bir partiya öz təklifini verə bilərdi. Elə məsələlər var ki, prezidentin fərmanı, sərəncamı ilə, elə məsələlər var ki, Milli Məclisin qanun qəbul etməsi ilə, eləsi var ki, qarşılıqlı münasibət əsasında həll olunur.
- Günün birində ola bilərmi ki, prezident müxalifət partiyalarının rəhbərləri ilə də görüşə, onlarla fikir mübadiləsi apara bilər?
- Təbii ki. Partiyalar ona müraciət etməlidir və o müraciət əsasında da cənab prezident onlarla görüşə bilər. Düzdür, bu, prezidentin səlahiyyətidir, mənim səlahiyyətim deyil. Mən bu haqda danışmaq hüququna da malik deyiləm. Çünki bu sahə üzrə prezidentin köməkçiləri var, bunu onlar deyə bilər. Mən bir partiya funksioneri kimi onu deyə bilərəm ki, YAP dialoqa həmişə hazırdır.
- Lap yaxşı. Yəni müxalifət istəyirsə ki, Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulsun, bunu dövlət başçısı ilə görüşdə də deyə bilər və...
- Təbii ki. Bir sərəncamlıq məsələdir də bu...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
|