ABŞ Dövlət Departamentinin hesabatının heç bir hüquqi əsası yoxdur, köhnə materiallar dəyişdirilmədən dərc edilib - YAP-dan sərt REAKSİYA
Tarix: 16-03-2019, 10:20 | Çap et
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara dair hesabatında Azərbaycan haqqında yer alan məqamlar heç bir fakta, araşdırmaya söykənmir. Dövlət Departamenti köhnə materialları nəinki dəyişdirmədən dərc edib, hətta Əli Kərimlinin, “Milli şura”nın bəzi üzvlərinin fikirlərinin nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil edib.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya deyil, ciddi mənbələrə əsaslanmalıdır: "Dünyanın aparıcı bir dövlətinin Dövlət Departamenti tərəfindən maraqlı tərəflərdən birinin subyektiv düşüncələri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalı, qarşı tərəfin arqumentləri də dinlənilməli və nəzərə alınmalıdır. Təəssüflər olsun ki, bu hesabat tamamilə birtərəflidir və qeyd etdiyimiz obyektiv kriteriyalara uyğun gəlmir. Bəs niyə bu hesabatda Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş, bütün hüquqlardan məhrum olunmuş bir milyondan çox qaçqın və məcburi köçkünün haqqında bir kəlmə işlədilmir? Yaxud bizim kəlbəcərli həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə ermənilər tərəfindən hər cür işgəncə verilir, onlara qeyri-qanuni məhkəmə qurulub. Hesabatda onlar barədə bir kəlmə belə işlədilməyib. Mehman Qələndərov, Əfqan Muxtarlı ilə Gözəl Bayramlıdan danışırlar, amma Dilqəmlə Şahbazdan bir kəlmə də hesabatda yazmayıblar”.
YAP icra katibinin müavini hesab edir ki, belə hesabatların yayılmasında xüsusi maraqlar var. “Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab Prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda imzalanması gözlənilən əfv sərəncamı müəyyən qüvvələrə sərf etmir. Həmin qüvvələr istəyirlər ki, Azərbaycan dövləti onların diqtəsi ilə oturub-dursun. Amma Azərbaycan müstəqil dövlətdir, həyata keçirilən siyasətdə milli maraqların qorunması öndə dayanır”.
S.Novruzov, həmçinin Azərbaycanda internet və media azadlığının tam təmin olunduğunu diqqətə çatdırıb: “Azərbaycanda iyirmidən çox internet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub "YouTube", digər beynəlxalq internet resursları vasitəsilə Azərbaycana qarşı təhqir, böhtan kampaniyası aparılır. Bu kampaniyanı da Qərbdəki müəyyən dairələr maliyyələşdirir".
Dövlət Departamentinin bu hesabatının "divar kağızı"ndan fərqlənmədiyini deyən millət vəkilinin sözlərinə görə, bu hesabatın heç bir hüquqi əsası yoxdur: "ABŞ-ın özündə də insan hüquqları ciddi şəkildə pozulur. Buna sübut kimi bir sıra araşdırmaçı-jurnalistlərin müəmmalı qətllərini, Əbu Qureybdə və Quantanamo həbsxanasında verilən işgəncələri göstərmək olar. Amma ABŞ-da bu hadisələrlə bağlı ciddi tədbirlər görülməyib, təqsirkarların bir çoxu ümumiyyətlə cəzalanmayıb".
YAP icra katibinin müavini əfv sərəncamı, siyasi məhbus olduğu iddia edilən şəxslərin əfv olunub-olunmayacağı ilə bağlı suala cavabında deyib ki, əfv sərəncamı bir qrup insana sərf etmir: “Əfv sərəncamı olanda xaricdə oturan bir qrup şəxsə, erməni lobbisinə xidmət edən insanlara və Azərbaycanda "Milli şura" adlanan quruma, o cümlədən, Əli Kərimlinin güruhuna sərf etmir. Əksinə, bu və ya digər şəkildə çalışırlar ki, o insanların heç biri azadlığa buraxılmasın. Bunlar da onların adından istifadə edib qrant alsınlar, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilsin”.
O, eyni zamanda bildirib ki, əfvlə bağlı müraciətlər olub: "Artıq “Milli şura”nın təmsilçiləri iddia edirlər ki, mitinqə görə əfv sərəncamı olacaq. Halbuki əfvlə bağlı mindən artıq müraciət daxil olub. Müraciətlərə baxılıb və bunlardan 400 nəfər insanın azadlığa buraxılması ilə əlaqədar sənədlər hazırlanıb. Bu şəxslərin sayı və kimliyi əfv komissiyası tərəfindən müəyyənləşdirir. Maraqlı məqamlar ondan ibarətdir ki, onlar azadlığa çıxdıqdan sonra Əli Kərimlinin dəstəsi artıq bu insanlarla maraqlanmır və ya müxalifət düşərgəsindən kənarlaşdırmağa çalışır. Çünki azadlıqdakı müxalifətçi onlar üçün maddi və mənəvi əhəmiyyət kəsb etmir. Məsələn, İlqar Məmmədov. O, həbsdə olanda adını daha çox hallandırırdılar, nəinki indi. İndi artıq onunla rəqabətə giriblər, çirkli rəqabət aparırlar. Azərbaycan hüquqi dövlətdir. Kimin cinayəti ictimai təhlükəli deyilsə, əfvə uyğun gəlirsə, ailəsi və ya hüquq müdafiə təşkilatları tərəfindən müraciət edilibsə, törətdiyi əməldən peşman olması barədə etirafı varsa, o şəxslərlə bağlı müraciətə baxılır və müvafiq qərar qəbul ediləcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
|