“Deputat maaşı 3 mindən yuxarı deyil, bilmirəm bu məsələni niyə şişirdirlər” - deputat
Tarix: 11-03-2019, 08:52 | Çap et
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a budəfəki müsahibəsində dövlət başçısının bölgələrdəki görüşləri ilə bağlı maraqlı fikirlər söylədi. Eyni zamanda, o, son günlər geniş ictimai müzakirələrə səbəb olan məsələlərə, o cümlədən deputatların maaş artımı xəbərinə də münasibətini açıqladı.
- Fəzail bəy, prezidentin bölgə əhalisi ilə görüşləri ötən həftə ərzində də davam etdi və böyük maraqla qarşılandı. Siz bu görüşləri necə dəyərləndirirsiniz?
- Ölkə prezidenti hər zaman xalqımıza xidməti, özü dediyi kimi, şərəf bilib və bundan qürur hissi duyduğunu açıq şəkildə etiraf edib. 2003-cü ildən, prezident seçildiyi zaman kəsiyindən üzü bəri imzaladığı fərman və sərəncamlara, bununla bağlı atdığı addımlara nəzər yetirsəniz, görəcəksiniz ki, ölkə prezidentinin Azərbaycanın bugünkü səviyyəyə çatmasında yeganə məqsədi Azərbaycan xalqına xidmət, dövlətimizin güclənməsinə töhfə vermək olub. Prezidentimizin söykənmiş olduğu dəyərlər, prinsiplər, normalar var. O, bu dəyər, prinsip və normaları hər zaman qoruyub-saxlayıb, onların daim zənginləşdirib, inkişaf etdirib, hər zaman da xalqa açıq olub, xalqı dinləyib, təklif və şikayətlərə ciddi önəm verib. Son dövrlərdə keçirdiyi görüşlərlə ölkə prezidenti bir daha Azərbaycan xalqının nə düşündüyünü bilmək istəyir, insanlarının birbaşa ehtiyaclarının içərisində olmağa üstünlük verir. Prezident Şamaxıda çıxış edərkən sakinlərin məktublarını əlində tutaraq dedi ki, dövlətimiz hər zaman sizinlədir, sizin bütün problemlərinizi hər zaman həll etməyə hazırdır. Bu, həm də o deməkdir ki, prezident istəyir xalqın şikayətlərini öz köməkçiləri vasitəsilə deyil, birbaşa, həm şifahi, həm də yazılı şəkildə əldə etsin, xalqın nə düşündüyünü şəxsən bilsin. Açığını deyim, bu, yeni bir texnologiya, yeni bir yanaşmadır. Mən az-çox dünya siyasətini, ayrı-ayrı liderlərin xalqla görüşünü izləmişəm, hələ bu cür texnologiyaya rast gəlməmişəm. Əlbəttə, bunun çox böyük əhəmiyyəti var. Bir tərəfdən, xalq görür ki, prezident birbaşa onlarladır, onun dərdinə, problemlərinə həssas yanaşan dövlət başçısıdır. Həm də prezident bilmək istəyir ki, hansı çətinliklər, problemlər var. Yerində, yaxud qayıdandan sonra konkret addımlar atır, sərəncamlar verir. Bu, əlbəttə, vətəndaş-prezident ünsiyyətinin yeni forması kimi, onlar arasındakı münasibətləri daha da möhkəmləndirir, səmimi və daha sarsılmaz edir.
- Bəs, niyə vətəndaş-icra başçısı, vətəndaş-digər məmur münasibətləri belə deyil?
- Məsələ bundadır ki, ölkə prezidentləri hər zaman bütün məmurlara və vətəndaşlarımıza nümunə nümayiş etdirib. İndi bu da nümunənin yeni bir formasıdır. Əlbəttə, bütün məmurlar bundan nəticə çıxartmalıdır. Mən demirəm ki, onlar prezident kimi, insanları açıq havada qəbul etsinlər. Biz görmüşük ki, məmurlar bölgələrə gedəndə bir-iki nəfər onların önündə oturur, ola bilsin, çox vətəndaşlarımızı qəbul edirlər. Hər halda təqdimat göstərir ki, onların vətəndaşlarla görüşü kütləvi deyil. Bütün icra strukturlarında böyük zallar var. Məncə, bu zallardan istifadə edib “Açıq mikrofon” görüşünü təşkil etmək lazımdır. Bunu nazirlər regionlara gedən zaman da etmək olar. Həm də hər həftə icra başçıları vətəndaşları kabinetlərinə, yaxud qəbul otağına çağırıb, 3-5 nəfəri qəbul etməklə kifayətlənməli deyil. İcra başçıları konkret günlərdə rayonun sakinlərini bir mərkəzə toplaya bilər.
Mən bildiyim qədər bir çox rayonlarda bu, tətbiq olunur. Mən onların adlarını çəkmək istəmirəm, ancaq bir çox icra başçıları bütün komandası ilə ayrı-ayrı kəndlərə gedir, orda vətəndaşları dinləyirlər. Eyni zamanda, rayonlarda ayrı-ayrı nazirliklərin, qurumların rayon şöbələrini, regional rəhbərlərini ora dəvət edirlər və qaldırılan problemlər həllini tapır. Bu, o icra başçılarına aiddir ki, onlar birbaşa xalqla bir yerdədir, xalqa xidmət edirlər. Lakin mənim məlumatıma görə, bütün icra başçıları bu metoddan istifadə etmir. Məsələn, Bakı şəhərində bu, yoxdur. Paytaxtda hələ mən görməmişəm ki, istənilən icra başçısı rayonun bir məhəlləsinə getsin, yaxud özünün “Açıq mikrafon”unu təşkil etsin, insanlar gəlib onunla təmasda olsurn, problemlərini qaldırsın. Yaxşı olar ki, Bakıda da insanlarla geniş təmaslar qurulsun, bunun çox böyük faydası olardı.
- Prezidentə təqdim olunan məktubların çoxluğu həm də yerlərdəki şikayətlərin çox olması demək deyilmi?
- Əlbəttə, bu, onun göstəricisidir. Lakin bu, təkcə icra başçıları deyil, eyni zamanda, həmin rayonlarda icra başçısının səlahiyyətlərindən kənarda olan nazirlik və komitələr haqqında da verilmiş şikayətlərdir. Bu gün ədalət naminə demək lazımdır ki, nazirliklərin rayon strukturları icra başçısı ilə sadəcə olaraq, formal şəkildə işbirliyinə malikdir. Onların bütün tapşırıqları, təşkilati məsələlər nazirlikdən, respublika səviyyəli qurumlardan gəlir. Ona görə də o məktublar təkcə icra başçılarının deyil, eyni zamanda ayrı-ayrı strukturların yerli şöbələrinin yaratmış olduğu problemlərlə bağlıdır.
- Bütün bunların məntiqi nəticəsi olaraq ciddi struktur islahatları, kadr dəyişiklikləri gözlənilirmi?
- Kadr dəyişikliyini deyə bilmərəm, struktur islahatları davam edir. Əlbəttə ki, ölkə prezidentinin etimadını doğrultmayan, bu gün kabinetdə oturub prezidentin qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə üstünlük verənlər, şübhəsiz ki, zamanın sərt sınağından çıxa bilməyəcəklər, prezidentimizdən mükafat qazana bilməyəcəklər. Bu cür insanlar heç şübhəsiz ki, etimadı doğrultmayan məmur kimi kənarda qalacaqlar və onlar daha yenilikçi, xalqla işləyən, bu işlərin gedişində prezidentimiz kimi, innovativ metodlardan istifadə edə biləcək kadrlarla əvəz olunacaqlar.
- Fəzail bəy, daha bir görüş ziyalılarla oldu və hələ də müzakirəsi gedir. Siz ziyalılardan nələri eşitmək istəyirdiniz və gözləyirdiniz?
- Belə bir ənənəvi görüşlərə rəhmətlik ulu öndərimiz hər zaman üstünlük verirdi. Ölkə prezidenti də ayrı-ayrı tədbirlərdə ziyalılarla görüşürdü və ziyalıların ona müraciətinə çox yüksək qiymət verirdi, onların bu və ya digər problemlərinin həlli üçün dərhal konkret addımlar atırdı. Eyni zamanda, ayrı-ayrı strukturlar vasitəsilə də prezidentə müraciət olunan təkliflər də təbii ki, ölkə prezidenti tərəfindən nəzərə alınırdı. Prezident bütün sahələrdə olduğu kimi, bu sahədə də yeniliyə imza atdı və bir qrup mədəniyyət, incəsənət nümayəndələri ilə çox səmimi, açıq görüş keçirdi. Orda qaldırılan bir çox problemlərə dərhal prezident səviyyəsində reaksiya oldu, tapşırıqlar verildi. Çox yaxşı hal idi ki, həmin görüşdə ölkənin birinci vitse-prezidenti Mehriban xanım da iştirak edirdi. Çünki onun da kurasiyasında bir çox məsələlər var ki, o da həmin görüşdən sonra öz tərəfindən müvafiq addımlar atmağa başladı. Bildiyiniz kimi, hələ ölkənin birinci vitse-prezidenti seçilməmişdən öncə Azərbaycan incəsənətinin, maddi-mədəniyyət nümunələrinin himayəçisi və carçısı, dünya miqyasında onun təbliğatçısı kimi nüfuz qazanan Mehriban xanım birinci vitse-prezidenti seçiləndən sonra artıq əlavə statusla bu missiyanı yerinə yetirməyə başlayıb. Yəqin ki, o görüşdə dəyərli mədəniyyət və incəsənət adamlarının qaldırdığı məsələlərə Mehriban xanım Əliyeva da öz səlahiyyətləri çərçivəsində müdaxilə edəcək, buna şabhə yoxdur. Mən Əbülfəz Qarayevin belə bir açıqlamasını eşitdim ki, bu görüşlər ardıcıl xarakter daşıyacaq, digər dəvət oluna bilməyənlərlə də görüşlər keçiriləcək. Bu, çox yaxşıdır. Prezident artıq cəmiyyətin bütün təbəqələrinin, bütün sosial qruplarının nə düşündüyünü birbaşa təmasda, açıq söhbətlərlə öyrənə bilir və qaldırılan problemlərlə bağlı konkret addımlar atır. Bürokratik sistemdə və idarəçilik sistemində ola bilsin, elə yazılmamış qayda-qanunlar var ki, bir çox məsələlərin hər zaman prezidentin önünə çıxarmaq bəlkə də çətin olur. Ancaq orada qaldırılan məsələlərin birbaşa həmin insanlar tərəfindən prezidentin diqqətinə çatdırılması və bunun çox müsbət qəbul edilməsi, qəbul edilən təkliflərin reallaşması üçün tapşırıqların verilməsi çox yaxşıdır, alqışlanmalıdır.
- Bu görüşlə bağlı ən çox danışılan heykəl mövzusu oldu. Sosial şəbəkələrdə də yazdılar ki, Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulursa, niyə Məhəmməd Əmin Rəsulzadəyə qoyulmur?
- Mən düşünürəm ki, Azərbaycan xalqının tarixində, istər onun ictimai-siyasi həyatında, istər dövlətçilik, istər mədəni tarixində, mənəvi dəyərlərində müstəsna xidmətlər göstərmiş insanların hər birinin adı əbədiləşdirilməlidir. Bununla bağlı addımlar atılıb, onların adına küçələr verilib, qəsəbələr salınıb, bunlar öz yerində. Onların heykəllərinin qoyulması ilə bağlı da addımlar atıla bilər. Bəli, bu, əbədiləşmənin bir formasıdır. Hacı Zeynalabdinin də, eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin də, Xan Xoyskinin də, Əlimərdan bəy Topçubaşovun da, Əhməd bəy Ağayevin də, digərlərinin də... Cümhuriyyətin qurulmasında xidmətləri olan tarixi şəxsiyyətlərin hər birinin, Mehmandarovun, Şıxlinskinin də heykəllərinin qoyulması mümkündür. Bütün bunların həyata keçirilməsi üçün məncə, müvafiq qurumlar, ölkə qarşısında məsələ qaldıranda, əminəm ki, prezident buna müsbət yanaşacaq və məsələlərin yerinə yetirilməsi üçün tapşırıqlar veriləcək. Mən Bəhram Bağırzadənin təklifini alqışlayıram.
- Deməli, kimsə Rəsulzadə ilə bağlı təklif versə, o da müsbət həllini tapacaqdı, eləmi?
- Söhbət tək Rəsulzadədən getmir. Niyə onda Xan Xoyskidən, Topçubaşov və digərlərindən danışmırıq? İstiqlal küçəsində prezident İlham Əliyevin sərəncamı ilə Cümhuriyyət qurucularının şərəfinə bir abidə qoyulub. Çox yaxşı olardı ki, Azərbaycanın ən yaxşı, görkəmli, görünən yerində onların özlərinin də memorialı yaradılsın, o heykəldə bütün Cümhuriyyət qurucularının hər birinin siması ifadə olunsun. Bəlkə, bu, daha yaxşıdır, nəinki ayrı-ayrı heykəllərin qoyulması.
- Bu yaxınlarda deputatların maaşının artırıldığı xəbəri yayıldı və bu, çoxlarında qıcıq yaratdı. Bu barədə nə deyə bilərsiniz?
- Vallah, böyük miqdarda artırılmayıb. Mən də o deputatlardan biriyəm. Nə 5 min, nə 6 min? Elə söhbət yoxdur. Çox cüzi miqdarda maaşımız artırılıb, bir də ezamiyyə pulları artırılıb. Yəni məsələ şişirdilir, bilmirəm bu, nədən, hardan qaynaqlanır. Belə şey yoxdur. Mən tam məsuliyyətlə deyirəm ki, yüksək maaş artımından söhbət gedə bilməz.
- Sirr deyilsə, deputat maaşı nə qədərdir?
- Mən tam məsuliyyətlə deyirəm, burada müavinətli, maaşlı 3 min manatdan yuxarı deyil. Sizin qəzet kifayət qədər ciddi qəzetdir, mən istərdim ki, bu məsələni oxuculara çatdırasınız. Oxudum ki, İsa Həbibbəyliyə bu barədə sual vermisiniz, 5-6 rəqəmi səslənib. Bəlkə də, onun Elmlər Akademiyasındakı maaşı ilə deputat maaşı bu qədər ola bilər. Ancaq deputat maaşı 3 mindən yuxarı deyil, bilmirəm bu məsələni niyə şişirdirlər. Bu gün hər kəsin, hətta işləməyənlərin də maaşı artırılır. Artırılmalıdır da, çünki bütün Azərbaycan vətəndaşlarının maddi təminatı olmalıdır. Ölkə prezidentinin atdığı addımları çox yüksək qiymətləndirdim, onları alqışladım və bunlar davamlı olacaq. İndi cəmiyyətin hər bir məmurunun, vətəndaşının maaşında artım varsa, Milli Məclisin deputatı niyə kənarda qalmalıdır, mən bu fəlsəfəni, bu yanaşmanı başa bilmirəm. Bu barədə danışanlara sual verin ki, axı, hamınızın maaşı artır, şəraiti yaxşılaşır, Milli Məclisin deputatları ilə bağlı addımın atılmasına nə qəbahət var? Milli Məclis bu proseslərdən kənarda deyil, çünki o da cəmiyyətin bir hissəsidir.
- Bunun qarşılığında deyilir ki, deputatın maaşından fərqli olaraq, digər kateqoriyalı insanların maaşı və ya təqaüdü az artırılır. Onlara nə sözünüz var?
- İndi başqa bir şey var da: deputatın üzərinə düşən missiya, məsuliyyətlə adi bir vətəndaşımızın məsuliyyəti eyni deyil. Yəni hər bir cəmiyyətdə ədalət meyarı var. Hər kəs özünün fiziki və zehni xidmətinə, məsuliyyətinə, verdiyi töhfələrə görə əmək haqqını almalıdır. Əgər Milli Məclis üzvü cəmiyyətin idarə olunması üçün qanunun qəbulu üçün məşğul olursa və onun başqa yerdən gəliri yoxdursa - mən bu cür millət vəkillərini təmsil edirəm - bunun maaşı adekvat olaraq digər vətəndaşlarımızın maaşı kimi artırılırsa, burda pis nə var? Əgər bizim maaşımız 5-10 minə çatdırılsa, mən ona qətiyyən razı olmaram, bu, ədalətsizlik olardı. Ancaq adekvat olaraq cəmiyyətin bütün təbəqələrinin maaşı artdıqca, deputatların da maaşı müəyyən dərəcədə artırılırsa, buna bizim dəyərli soydaşlarımız anlaşıqlı yanaşmalıdır. Mən çox arzulayıram, bizim vətəndaşlarımızın imkanları o səviyyəyə qalxsın ki, ümumiyyətlə, əmək haqqı barədə biz hər hansı müzakirə aparmayaq, buna ehtiyac duyulmasın.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
|