BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                     İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır .....                     İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? .....                     Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı .....                     Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                 

"Siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü" - deputat
Tarix: 7-03-2019, 08:42 | Çap et
"Siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü"
Ötən ilin son aylarından etibarən Azərbaycan müxalifətində müəyyən bir aktivlik müşahidə olunurdu. AXCP sədri Əli Kərimlinin birlik yaratmaq istiqamətində döymədiyi qapı qalmamışdı, sabiq daxil işlər naziri İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatı yaratmaq üçün ciddi səylə çalışırdı, Qarabağ Komitəsi isə özünün fəaliyyətindən doğan uğurlarının “dadını çıxarırdı”.

Faktiki olaraq müxalifət bir növ “hücum taktikası” həyata keçirirdi. Amma son iki ayda durum tamamilə dəyişib, müxalifətin aktivliyindən əsər-əlamət yoxdur. İndi iqtidar üstün mövqelərə sahib görünür, ictimai rəy onun tərəfindədir.

Ekspertlər bunu daha çox prezident İlham Əliyevin sosial və iqtisadi sahələrdə inqilab xarakterli fərmanları, sərəncamları ilə əlaqələndirirlər.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Ən müxtəlif vaxtlarda müxalifət bu və ya buna bənzər aktivlik nümayiş etdirib, müəyyən birliklər, qurumlar yaradılıb. Müxalifətin radikal qanadı və onun ətrafında olan ayrı-ayrı qurumlar ora cəlb olunub. Prinsip etibarı ilə bu qurumlar heç bir effekt verməyib. Az müddət keçəndən sonra artıq onlar tarixin arxivinə göndərilib. Ötən ilin noyabr, dekabr aylarında radikal müxalifət, iqtidara barışmaz münasibət ifadə edən ayrı-ayrı şəxslər elə düşünürdülər ki, cəmiyyətdə bir fəallıq, narazılıq var və bundan istifadə edib iqtidarın üzərinə getmək olar, bunu kütləvi aksiyalara çevirmək mümkündür. Belə xülyalarla yaşayırdılar. Bununla özlərini reabilitasiya edəcəklərini düşünürdülər, hadisələri diktə edəcəklərini zənn edirdilər. Bu düşüncələrlə onlar aktivləşdilər. Lakin köhnə simaların, cəmiyyətdə nüfuzu olmayanların, siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü. Belə də oldu.

Ölkə prezidenti 2018-ci ilin aprelində keçirilən prezident seçkiləri ərəfəsində islahatların davam edəcəyinin, daha geniş miqyas alacağının anonsunu vermişdi. Prezident seçkilərindən sonra artıq bu istiqamətdə addımlar atılmağa başlanıldı. Sosial və iqtisadi sahələrdə inqilab xarakterli sərəncamlar, fərmanlar imzalandı. Şəhidlərin sığortası ilə bağlı müəyyən qisim insanların narazılığından istifadə edib insanları ətrafına toplamağa çalışan, Milli Şuranın çətiri altında özünü yenidən ifadə etməyə səy göstərən Əli Kərimlinin cəhdlərinin şahidi olduq. Lakin bu mümkün olmadı. Hələ ondan qabaq ölkə rəhbərinin sığortaların verilməsi ilə bağlı tapşırığı var idi ki, bu məsələ ciddi şəkildə araşdırılsın, burada kimsə kənarda qalmasın. Eyni zamanda bu fikirlər Milli Məclisdə də səsləndirildi. Onu səsləndirənlərdən biri də mən idim. Bu məsələ cənab prezidentin diqqətində idi. Bəzi qüvvələr bu məsələdən ölkə daxilində qarşıdurma yaratmaq üçün istifadə etməyə çalışırdılar. Amma qısa zaman kəsiyində məsələ araşdırıldı və həll olundu. Radikal qüvvələrin bundan istifadə cəhdləri nəticəsiz qaldı. Mehman Hüseynovla bağlı da ajiotaj yaradıldı. Avropa Parlamenti ilə Milli Şuranın eyni vaxtda bu məsələni qabartması çox sualların cavabı oldu. Amma bundan da bir nəticə qazana bilmədilər. Mehman Hüseynovun müraciəti əsasında ölkə prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı. Artıq Mehman Hüseynov azadlığa çıxıb. Digər tərəfdən, prezident seçkilərindən sonra sosial xarakterli verilən sərəncamlar və fərmanlar bu ilin əvvəllərində başa çatdı. Dalbadal ölkə rəhbəri inqilab xarakterli fərman və sərəncamlar verdi. Problemli kreditlərin həlli ilə bağlı prezidentin imzaladığı sənəd, demək olar, radikal qüvvələri istifadə etmək istədikləri bu amildən də məhrum etmiş oldu. 2003-cü ildən etibarən prezident İlham Əliyev ölkədə gedən prosesləri çox diqqətlə izləyir, sosial sifarişləri təhlil edir, cəmiyyətin önə çəkmiş olduğu aktual problemləri dərhal həll etmək üçün konkret addımlar atır. Bütün bunlar müxalifəti bazalardan məhrum edir, onun sosial bazalarına ağır və sarsıdıcı zərbələr vurur. Sadə Azərbaycan vətəndaşı düşündüklərinin həyata keçirildiyini, narahatlıq doğuran məsələlərin həll edildiyini görürsə, bunlar ölkə prezidentinin atmış olduğu addımların içərisindədirsə, artıq onun müxalifətin yanında bir işi yoxdur. Ölkə rəhbərinin xalqın maraqlarına yönəlik atdığı addımlar həmin qüvvələrin fəallaşmasının qarşısını alır. O qüvvələr xaricdən qrantlar almaq üçün bu cür fəaliyyət aparırlar. Onların niyyətləri həyata keçməyəcək. Çünki xalq onları boykot edib. Keçirilən mitinqlərdə tribunaya baxanda cəmiyyətin tanıdığı simaları görmək mümkün deyil. Tanınan 1-2 nəfərin isə xalq içərisində nüfuzları yoxdur. Bundan sonra da radikal müxalifət niyyətlərinə çata bilməyəcək”.

AĞ Partiya başqanı Tural Abbaslı aktivliyin yaşandığının göz önündə olduğunu bildirdi: “Sizinlə o məsələdə razıyam ki, son bir neçə ayda Azərbaycan siyasi arenasında xüsusi aktivlik yaşanır. Bu aktivliyin səbəbləri kimi hakimiyyətdaxili problemləri, beynəlxalq aləmin hazırkı iqtidara açıq və gizli basqıları, müxalifət arenasında başlamış hərəkətliliyi, ölkədən kənarda yaşayan mühacirlərin sosial şəbəkələrdəki təbliğatını və ən nəhayət, insanların artıq bu şərtlər altında yaşamaq istəməməsini göstərmək olar. Mən deməzdim ki, son zamanlar açılımların və ya başqa hansısa proseslərin təsiri ilə siyasi aktivlik azalıb. Əksinə, hazırda siyasi aktivlik özünün, belə demək mümkündürsə, ikinci mərhələsinə qədəm qoyub. Hazırda müxalifət arenasında təmərküzləşmə və mövqelərin aydınlaşması prosesi gedir. Bundan sonrakı mərhələdə isə xalqın proseslərdə birbaşa iştirakının şahidi olacağımızı düşünürəm.

Baxın, əgər vəziyyət həqiqətən də siz dediyiniz kimi, passivlik istiqamətində hərəkət edirsə, niyə hakimiyyət son aylarda heç bir təşkilat və partiyaya mitinq keçirməyə razılıq vermir? Hətta fəaliyyətində heç bir siyasi çalarların olmadığını artıq sübut etmiş Qarabağ Komitəsinə də ”Qarabağa azadlıq" mitinqi keçirməsinə razılıq verilmir. Əslində son illər ərzində ən çox siyasi aktivliyin yaşandığı dönəm indidir. Bunu hakimiyyət də gözəl bilir və anlayır. Son zamanlar iqtidarın etdiyi açılımlar da bu aktivliyə görədir. Ancaq unudulmamalıdır ki, bunlarla cəmiyyətdə köklü müsbət dəyişikliklərə nail olmaq mümkün olmayacaq. Bu islahatların nəticə verməyini istəyirlərsə, islahatlar artıq siyasi sahəyə keçməlidir. Çünki ölkədə köklü siyasi islahatlar olmayacaqsa, milli barışıq mühiti yaradılmayacaqsa, nəticə hamımız və dövlətçiliyimiz üçün təhlükəli olacaq. Mən bir daha iqtidarı qeyd etdiyim nüanslara diqqətlə yanaşmağa və lazımi nəticələr çıxardaraq, addımlar atmağa səsləyirəm".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru