“Quba ilə əlaqədar məsələ aydındır” - deputat
Tarix: 13-12-2017, 08:38 | Çap et
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 12 iyul iclasında rayon rəhbərlərinə konkret tapşırıqlar vermişdi. Dövlət başçısı bildirmişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar: “Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda-dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.
Ölkə prezidenti İlham Əliyevin icra başçılarına qoyduğu vaxt başa çatır. İcra başçılarından kimin imtahandan necə çıxacağı maraqla gözlənir.
Bəs kənd təsərrüfatı rayonlarını təmsil edən deputatlar öz rayonlarında görülən işləri izləyirlərmi? Rayonlarda prezidentin göstərişinin necə yerinə yetirildiyindən məlumatlıdırlarmı?
52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov bildirdi ki, Qubanın icra başçısı 10 gün öncə vəzifədən azad olunub. İşdən azad olunan Yaşar Məmmədov işlədiyi müddətdə, o cümlədən son 5-6 ayda elə də ciddi işlər görə bilməmişdi: “Nə iş yerlərinin açılması, nə investisiya qoyulmasına töhfə vermədi. Ona görə də cənab prezident onu vəzifəsindən azad etdi. Odur ki, Quba ilə əlaqədar məsələ aydındır. Digər rayonlara gəldikdə, rayonların əksəriyyəti kənd təsərrüfatı rayonlarıdır. Kənd təsərrüfatına da dövlət tərəfindən çox böyük diqqət var. Müxtəlif sahələrin inkişafı üçün ciddi dəstək verilir. 2017-ci ili 2016-cı illə müqayisə edəndə kənd təsərrüfatı sahəsində müəyyən artımın olduğunu görürük. Keçən ilə nisbətən iki dəfədən artıq pambıq yığılıb. Amma konkret olaraq hansı rayonda vəziyyətin hazırda necə olduğunu yəqin ki, yaxınlarda biləcəyik. Yəqin ki, cənab prezident yaxınlarda ilin yekunları ilə bağlı iclas keçirəcək və rayonların icra başçılarının fəaliyyətinə qiymət verəcək. Hansı icra başçılarının dəyişilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir”.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı Tahir Kərimli öncə bildirdi ki, rayonlarda öz hesabına inkişafa nail olmaq üçün ilk növbədə bir sıra siyasi-inzibati cəhətdən addımlar atılsa yaxşı olar. Yəni yerlərdə bələdiyyələrin rolunu artırmaq, icra hakimiyyətlərini özünə aid olmayan funksiyalardan azad etmək lazımdır: “Odur ki, bu məsələlər öncə qanunvericilik qaydasında həyata keçirilməlidir. Keçmişdə icra hakimiyyətləri haqqında əsasnamə qəbul olunmuş və ətalətlə o əsasnamənin tələblərinə uyğun fəaliyyət göstərirlər.
Bütün rayonlarda, o cümlədən Ağsu və İsmayıllıda dəyişikliklər adətən mərkəzdən olan təşəbbüslər əsasında həyata keçir. Dövlət İsmayıllıya 7 milyon manat büdcə ayırır və bu rayon artıq dövlətdən dotasiya almır. Amma Ağsu rayonunda 2,5 milyon manata yaxın dotasiya mövcuddur. Çünki hələ yerli sənayenin inkişafı arzuolunan səviyyədə deyil. Amma Ağsuda pambıqçılıq çox ciddi inkişaf elətdirilir, xeyli əkilməmiş torpaq sahələri artıq istehsala cəlb olunub. İsmayıllıda tütünçülük, tinkçilik inkişafdadır. Ağsu yeganə rayonlardandır ki, rayon mərkəzində bütün küçələr asfaltlaşıb. İsmayıllıda da bu iş gedir. Bir sıra sənaye müəssisələri də açılıb. İqtisadi cəhətdən canlanma müşahidə olunur. Həm Ağsuda, həm İsmayıllıda görülən bu işlər insanların məşğulluğunu müəyyən dərəcədə təmin edir. Prezident çox doğru tapşırıq vermişdi və haqlı olaraq bildirib ki, hər şeyi yuxarıdan gözləmək lazım deyil. Yerli icra hakimiyyəti orqanları təşəbbüskar olmalıdır".
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilən Elman Nəsirov bildirdi ki, prezident çevik siyasət həyata keçirir və haqlı olaraq da icra başçılarından çeviklik tələb edir: “Cənab prezident şəxsi nümunədir və icra başçılarından da xalqın yanında olmağı, çevikliyi tələb edir. Tələb edir ki, xarici investorların da rayona cəlb olunmasına diqqət ayırsınlar. Mənim təmsil olunduğum Göyçay və Ağdaş rayonlarındakı vəziyyətə gəldikdə, əvvəla, deyim ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə uzaq olmayan zamanda vəzifəyə təyin edilib. Onu yeni icra başçısı hesab etmək olar. Amma Ağdaşın icra başçısı Tofiq müəllim xeyli əvvəl təyin edilib. Hər iki rayon kənd təsərrüfatı rayonlarıdır və bu sahənin inkişafı istiqamətində ciddi işlər görülməkdədir. Mən rayonlarda olarkən hər iki icra başçısının keçirdiyi müşavirələrdə şahidi olmuşam ki, çox ciddi tələblər qoyulur. Bütün ictimaiyyət, imkanlar səfərbər olunub ki, qarşıya qoyulan vəzifələr yerinə yetirilsin. Xarici investorların cəlb olunması ilə bağlı da iş gedir. Məndə olan məlumata görə, hər iki rayonda Çin Xalq Respublikasından kənd təsərrüfatına investisiya qoyulması üçün ciddi danışıqlar aparılır. Nəticələr olacağı gözlənilir. Bir neçə dəfə Çin iş adamlarının rayona getdiyi və danışıqlar apardıqları prosesində mən də iştirak etmişəm. Digər ölkələrin də bu işə cəlb olunması istiqamətində konkret planlar var”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
|