Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                     İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır .....                     İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? .....                     Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı .....                     Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                 

“Müxalifət vəzifə istəyirsə, zəhmət çəksin, mübarizə aparsın” - deputat
Tarix: 12-12-2017, 09:09 | Çap et
“Müxalifət vəzifə istəyirsə, zəhmət çəksin, mübarizə aparsın”
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”ın ötən sayına müsahibəsində hakimiyyətlə bağlı dediyi bəzi fikirlər birmənalı qarşılanmayıb. “Azərbaycanda müxalifət deyəndə nədənsə ancaq 30 il ərzində tanınan müxalifət nəzərdə tutulur. Mənim fikrimcə, hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır” deyə, S.Əkbər hakim komanda daxilindəki proseslərə işarə edib.

Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə qəzetimizə müsahibəsində əks arqumentlər söylədi. Hazırda Tərtərdə olan həmsöhbətimizlə telefon söhbətimiz zamanı digər aktual mövzular barədə də soruşduq və maraqlı cavablar aldıq.

- Bəxtiyar bəy, Sülhəddin Əkbərin hakimiyyətdaxili müxalifətin mövcudluğu ilə bağlı söylədiyi fikirlər haqda nə deyə bilərsiniz?

- Müxalifətin mövcudluğu hər bir demokratik cəmiyyət üçün normal haldır. Azərbaycanda müxalifət var və Milli Məclisdə də təmsil olunur. Onların da daim sərbəst şəkildə öz fikirlərini ifadə etmələrinə şərait yaradılır. Amma son dövrlər müxalifət o qədər zəifləyib, sosial bazasını itirib ki, bu da iqtidarın gördüyü işlərlə bağlıdır. Yəni xalqın arzu-istəyini həyata keçirən, bütün narazılıqları aradan qaldıran, sistemli şəkildə sosial rifahı yüksəldən, iqtisadi cəhətdən ölkənin yüksəlişini təmin edən iqtidar müxalifətin “əsas silahını” əlindən alıb. Yəni müxalifətin deyəcəyi söz də qalmayıb. Ona görə də müxalifət öz fəaliyyətsizliyinə, söz deyə bilməmək vəziyyətinə düşdüyünə görə özünə bəraət qazandırmaq üçün bu dəfə deyir ki, müxalifət biz deyilik, iqtidarın içində müxalifət yaranıb. Yaranıbsa, hanı o müxalifət, hansı sözü deyirlər, kimlərdir onlar, onların fəaliyyəti harada görünür, qəzetdə, jurnalda, yoxsa parlamentdə görünür? Bəlkə bunların küçə yürüşləri, piketləri var? Əgər elə bir şey varsa, xüsusən biz jurnalistlər görməli, bilməliyik ki, bəli, hökumətin daxilində bu adamlar müxalifətdirlər, bunların bu fikirləri hökumətin ümumi siyasətinə uyğun gəlmir. Belə hal isə mən gömürəm.

- Bir sıra hallarda iddialar səslənir ki, gənclərlə ənənəvi komanda arasında gizli mübarizə gedir. Bəs bu haqda nə demək olar?
- Mən ona mübarizə deməzdim. Ümumiyyətlə, ədəbiyyatda da var, həyatda da. Həmişə atalar və oğullar arasında olan ziddiyyət... Yəni yeni nəsil adətən müəyyən mənada yeniliyə, radikal islahatçılığa can atandır, köhnə nəsil isə daha çox dəyərləri qoruyub saxlayandır. Ədəbiyyatda atalar və oğullar arasında mübarizə gedir, siyasi həyatda isə gənclər istəyirlər bir az da aktiv olsunlar, bir az da irəli keçsinlər, amma atalarsa onları bir az səbirli olmağa, hər şeyi təkamül yolu ilə əldə etməyə yönləndirir. Yəni inqilab heç bir fayda gətirmir. İqtidar adətən çalışır ki, gənclərin bu enerjisini quruculuğa, müsbət işlərə sərf eləsin. Ancaq bizdə mən heç atalar və oğullar arasında elə ziddiyyəti, kəskin mübarizəni də görmürəm. Əksinə, bizim çox ağıllı gənclərimiz formalaşıb. Onlar özlərini ictimai həyatda da göstərirlər. Onların bir qismi xaricdə oxuyub gələnlərdir, bir qismi Azərbaycanda tərbiyə almış çox vətənpərvər gənclərdir. Bunlar orduda da, ictimai-siyasi həyatda, mətbuatda da var, quruculuqda da. Bunlar hər yerdə var və biz onlarla ancaq fəxr duyuruq. Amma əgər gənclik irəliyə can atırsa, istəyirsə ki, hər şey dərhal olsun, biz onları başa düşürük. Lakin həyatda hər şey istəkdən asılı olmur, həm də imkandan asılıdır. İmkan da olduqca biz bu işləri görürük. Bax, elə mən hazırda bir qəsəbədəyəm. 97-ci qəsəbə istifadəyə verilir. Amma yenə də bizim mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan çoxsaylı məcburi köçkünlərimiz var. Eyni vaxtda 1 milyondan çox qaçqın və məcburi köçkünü yerləşdirmək olmaz, bunlar mərhələli qaydada həllini tapmalıdır. Yəni bəzən istəklə imkan arasında ziddiyyət olur. Atalar və oğullar arasındakı olanları da istəklə imkanlar arasındakı ziddiyyət adlandırardım.

- Mətbəxə daha yaxşı bələdsiniz, komandada “atalar və oğullar”, yaxud gənclər və yaşlılar arasında qızıl orta tapılırmı?

- Qızıl orta tapılıb ki, dövlət başçısı cənab İlham Əliyev həmişə 90 faizdən yuxarı reytinq toplayır. Bunu xarici sorğu mərkəzlərinin keçirdikləri rəy sorğuları da sübut edir. Bu yaxınlarda Niderlandın sorğu mərkəzinin keçirdiyi sorğu da Azərbaycan vətəndaşlarının hökumətə inamının, gələcəyə inam hissinin yüksək səviyyədə olduğunu təsdiqlədi. Bütün bunlar sübut edir ki, qızıl orta tapılıb. Amma dünyada elə proseslər gedir ki... Məsələn, süni şəkildə neftin qiymətinin aşağı salınması, müsəlman aləmində gedən bəzi ziddiyyətli proseslər istər-istəməz hər bir dövlətə müəyyən qədər təsir edir, maliyyə sıxıntıları yaradır. Amma bütün bunlara baxmayaraq, imkan olduqca qızıl ortanı tapıb onu bir az yüksəyə qaldırmaqla bağlı Azərbaycan iqtidarı təsirli addımlar atır.

- Gənclərin hökumətdə təmsil olunma faizi sizi qane edirmi?

- Son dövrlər buna ciddi diqqət yetirilir və müəyyən addımlar atılır. Amma mən “Gənclər hakimiyyətə gəlsin, gənclərə yüksək verək” kimi şüarların, məsələnin radikal həllinin tərəfdarı deyiləm. İdarəetmə və hakimiyyətdə vəzifə tutmada təcrübə lazımdır. İnsanlarla işləmək, sənin üzərinə düşən məsuliyyəti dərk edib yerinə yetirmək vacibdir. Bu gün gənci vəzifəyə qoyasan, sabah öhdəsindən gələ bilməyə, onu kənarlaşdırasan, bu da yol deyil. Əvvəlcə bunları yetişdirmək, tərbiyə eləmək, sonra isə etimad göstərmək lazımdır. Bu sahədə də sistemli şəkildə iş gedir.

- Bir vaxtlar gənc kadrlara önəm verilirdi, ardıcıl təyinatlar oldu. Belə demək olarmı ki, o zaman gənclərə etimadın müəyyən fəsadları ortaya çıxdığı üçün proses tormozlandı?
- Yox, əvvəla, mən ona fəsad demirəm. İkincisi, tormozlama ifadəsi ilə də razılaşmıram. Bax, elə sən özün neçə ilin jurnalistisən?

- Gələn il 20 il olacaq.

- Ay sağ ol. Çox böyük rəqəmdir. Sən 15 il bundan qabaqkı jurnalistsən? Öz yazılarına, müsahibə almaq bacarığın, verdiyin suallar, mövzu seçməyin, seçdiyin mövzu, götürdüyün faktları reallaşdırıb yazıya çevirməyinlə bağlı fərq hiss edirsənmi? Çox kəskin, çox ciddi... Sənin yerinə cavab verdim. Həyat da, gənclik də belədir, təcrübə toplanmalıdır, görməli, götürməli, öyrəşməlidir. Yoxsa elə gəncləri gətirək idarəetməyə, gənclərə vəzifə verək... Bunları yetişdirmək, tərbiyə eləmək lazımdır, sonra etimad göstərmək lazımdır. Yaxşı, əgər bir insan vəzifədə işləyirsə, üzərinə qoyulan məsuliyyəti layiqincə yerinə yetirirsə, elə ölkəni gəncləşdirmək adı ilə işləyən adamı çıxaraq, hələ sınaqdan çıxmamış bir gənci gətirib onun yerinə qoyaq? Dövlət miqyasında belə eksperiment aparıla bilərmi? Sovet dövründə bəlkə də “hurrey”lə belə kampaniyalar olub. Amma biz müstəqil dövlətik, dövlət üçün məsuliyyət daşıyırıq. Çalışırıq ki, hər sahəni elə adama tapşıraq ki, o sahəni inkişaf etdirsin. Məgər siz redaksiyaya jurnalist götürəndə elə “gənc” deyib götürürsünüz? Sınayırsınız, baxırsınız, sizi yarıdırsa, etimad göstərirsiniz, mövzular verirsiniz. Bəzən eləsi olur ki, müqaviləni pozursunuz. Yəni bütün sahələrdə necədirsə, dövlət idarəetmə sahəsində də eyni prinsiplər, metodlar var. Heç kəs istəməz ki, onun komandasında zəif ola. Yaxud yaxşı bir oyunçu görəndə dərhal istəyirsən ki, onu öz komandana daxil edib bacarığından, imkanlarından istifadə edəsən. Bu da asan bir iş deyil, gərək mexanizm ola, baxasan, sınayasan.

- Maraqlı məqama toxundunuz, “yaxşı oyunçu” məsələsini nəzərdə tuturam. Elə isə niyə iqtidar müxalifətdəki “yaxşı oyunçuları”, təcrübəli kadrları, iqtisadçıları ölkənin inkişafı naminə komandaya cəlb etmədi?

- Yaxşı, əgər iqtidar öz komandasına müxalifətdən olanları seçəcəksə, onda iqtidar mövqeyində olub, ona etimad göstəriləcək anı gözləyən iqtidar adamları neyləsinlər? Onda onlar keçib müxalifət olsunlar? Müxalifət vəzifə istəyirsə, zəhmət çəksin, mübarizə aparsın, seçkidə qalib gəlsin, sonra bütün komanda ilə gəlsin vəzifə də tutsun, dövlət idarəetməsində də çalışsın, sözünü də desin...

- Belə yanaşma da var ki, müxalifətdəki peşəkarların işsiz-gücsüz qalması həm də dövlətə zərərlidir...

- Vallah, mən müxalifətdə idarəetmədə peşəkar adam tanımıram. Danışmaqda, nitq söyləməkdə peşəkar adam tanıyıram. Çünki bu gün müxalifətdə olanların 90 faizdən çoxu iqtidarda oldu və özlərini necə göstərdilər, biz hamımız gördük. Bəlkə cavanlar onları görmədikləri üçün tanımırlar, amma biz bilirik, o dövrün adamlarıyıq. Bilirik ki, onlar nə vədlər verirdilər, iqtidara gələndə özlərini necə göstərdilər və xalqın etimadını necə itirdilər ki, çox qısa müddətdə iqtidardan getdilər. Ona görə də biz təzədən onları öz komandamıza gətirə, o riski edə bilmərik.

- 2018-ci ildə hakimiyyətin namizədinin kim olacağı barədə də müxtəlif fikirlər yayılır. Eyni zamanda komandada əsaslı dəyişikliklərə gediləcəyi iddiası var...

- Mənim nə seçki ilə bağlı informasiyam var, mən nə YAP yetkilisiyəm, partiyanın mətbəxində gedən məsələlərdə iştirak etmirəm. Ona görə də bununla bağlı heç nə deyə bilmərəm. Elə deputatlar var bütün proqnozları verirlər, hər şeyi deyirlər, mən onlardan deyiləm. Mən bilmədiyim mövzuda danışmıram.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru