Əli Kərimli ilə “Qusqa”nı bağlayan tellər
Tarix: 21-11-2017, 08:50 | Çap et
Azərbaycanda törətdiyi cinayətlərdən yayınmaq üçün Almaniyaya sığınan və gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edən “Qusqa” ləqəbli sabiq deputat Hüseyn Abdullayevə AXCP sədri Əli Kərimli qucaq açıb. Bir ay öncəyə qədər sosial şəbəkələrdə söydüyü, tənqid etdiyi bir düşərgə ilə nədənsə “Qusqa” qısa zamanda barışdı...
Artıq H.Abdullayev Milli Şuranın mitinqlərinə açıq dəstək verir, hər kəsi o aksiyalarda iştiraka çağırır. Əks tərəfin də keçmiş deputatla yaxınlaşmaqda maraqlı olduğu açıq şəkildə görünür. Belə ki, “Qusqa”nın facebook səhifəsində paylaşdığı aqressiv və söyüş dolu statusları Ə.Kərimlinin nəzarətində olan azadlıq.info saytı həvəslə tirajlayır.
Siyasətlə maraqlanan hər kəs “Qusqa”nın kim olduğunu yaxşı bilir. Onun kimliyini sübut etmək üçün iki-üç cümlə kifayət edir. Bu insan 10 il öncəyə qədər başında durduğu “qoçu” dəstəsi ilə müxalifətə qan uddurub. Demokratik düşərgənin mitinqlərində “Qusqa” başındakı zorakı dəstə ilə müxalifətin aksiyalarında təxribat yaradır, müxalifətçilərə qarşı amansız rəftar edirdi. Hətta H.Abdullayev o qədər azğınlaşmışdı ki, küçədə müxalif fəalları ya vəhşicəsinə döydürür, ya da oğurlatdırıb müxtəlif yerlərə apartdıraraq, onlara işgəncələr tətbiq edirdi. Elə ki, 10 il öncə Milli Məclisdə məlum olay yaşandı, “Qusqa”nın deputatlıq mandatına xitam verildi və özü də həbsə atıldı, ondan sonra bu şəxs müxalifətçi oldu. Bəzi müxalifətçilər də onun əlində 5-10 manat pul olduğun görə “Qusqa”nın vaxtilə etdiyi yaramazlıqları “unutdu” və onu öz tərəfinə çəkmək üçün düşərgə daxilində ənənəvi savaş başladı.
Hazırda görünən odur ki, zamanında sabiq deputatın zorakılığı ilə az üzləşməmiş Kərimli və çevrəsi ona daha yaxındır.
Belə iddialar var ki, AXCP lideri hər seçkidə qurban axtarışına çıxdığı kimi, indi də bu cür taktikadan yararlanmaq istəyir. Sonunda H.Abdullayevin timsalında bunu tapıb. İddialara görə, Əli Kərimli 2018-ci il seçkilərində də “Qusqa”nı qabağa verib, onun Milli Şuranın namizədi olmasını hədəfləyib.
İndiyə qədər keçirilən prezident seçkilərinin yalnız birində, 2003-cü ildə namizəd kimi iştirak edən və sonda AMİP lideri Etibar Məmmədovun xeyrinə iddiasından geri çəkilən Ə.Kərimli Milli Şurada əsas söz sahibidir və seçkilərdə necə iştirakla bağlı veriləcək qərarı birbaşa o, müəyyən edəcək. Digər tərəfdən də Kərimli olduqca maliyyə mənbələri əldə etməyə meylli bir siyasətçidir. Almaniyada lüks həyat yaşayan “Qusqa”nın isə imkanları kifayət qədər yüksəkdir. Bir növ bu şəxs Milli Şura üçün əsas maliyyə mənbəyi ola bilər...
Çoxları bu yaxınlığın uzun çəkməyəcəyini düşünür. Ən yaxşı halda prezident seçkilərinə qədər sürəcəyini deyirlər. Hər iki tərəfin bu yaxınlıqda şəxslərinə yönəlik maraqlarının olduğu vurğulanır.
AĞ Partiya başqanı Tural Abbaslı “Qusqa”nın iddiasının qeyri-ciddi olduğunu qeyd etdi: “Hüseyn Abdullayevin namizədlik məsələsinə ciddi yanaşmıram. Çünki bunun üçün onun siyasi potensialının, sadiq komandasının və namizədlik üçün əsas amillərdən olan təmiz keçmişinin olduğuna inanmıram. Bundan başqa, siyasi təcrübə göstərir ki, ölkədən xaricdə qiyabi şəkildə namizədlik vermək və hansısa proses başlatmaq qeyri-mümkündür. H.Abdullayev nə vaxtsa vətənə dönər və namizədlik barədə danışarsa, o zaman bu məsələni nisbətən ciddi qəbul edə bilərəm. Bu gün sirr deyil ki, bəzi qüvvələr özlərinin cılız qrup maraqları üçün bu şəxsə dəstək verməyə çalışırlar. Ancaq Azərbaycan siyasətindən azacıq da olsa məlumatı olan insanlara məlumdur ki, belə ”dəstəklər" quyunun haram və oğurluqla doldurulmuş suyu quruyana qədərdir. Məşhur deyimdə deyildiyi kimi, “Bağda ərik var idi, salam əleyk var idi, bağda ərik qurtardı salam əleyk qurtardı”. Yəni məsələ bu qədər sadə və bəsitdir. Bu gün hansısa maddi maraqlara görə daha dünənə kimi hakimiyyətin cinayətkar dəstə başçısına dəstək vermək nəticəsiz ötüşməyəcək. İllərdir həyatlarını müxalif yolda qurban verən, bu mübarizəyə görə hər şeyini itirən minlərlə cəfakeş səmimi tərəfdarlar belə partiya və qüvvələrə öz yerlərini göstərəcək. Mən məsələni konkret hansısa partiya və quruluşların üzərinə gətirib cılızlaşdırmaq və intriqa predmetinə çevirmək istəmirəm.
Həm də Azərbaycan xalqı çox ayıq xalqdır, kimin nə etdiyini, nə oyun oynadığını, hansı manevrlər etmək istədiyini çox gözəl anlayır. İnanmıram ki, hansısa partiya, siyasi təşkilat və ya Milli Şura yüzlərlə müxalifətçinin döyülməsinə, işgəncəyə məruz qalmasına birbaşa rəhbərlik etmiş bir insanı özünün namizədi elan etsin. Dünənə qədər demokratiyanın, azad sözün, plüralizmin və ümumiyyətlə, demokratik cəmiyyətin qurulmasının önündə cəza dəyənəyi rolunu oynayan bir şəxsin bu gün gəlib daha demokratik Azərbaycan uğurunda “fədakar mübariz”ə çevrilməsi qəti inandırıcı deyil. Özünə, təşkilatına və minlərlə fədakar üzvünə hörmət edən heç kim Hüseyn Abdullayevə dəstək verə bilməz və verməməlidir. Bu məsələ hüquqi məsələdən daha çox mənəvi və vicdani bir məsələdir. Bəzi dostlarımız Hüseyn Abdullayevin zamanında haram yollarla xalqdan oğurladığı pullara çıxış əldə etmək üçün onu siyasi reabilitasiyasına çalışır. Bunu o qədər açıq və kobud şəkildə edirlər ki, insan buna münasibət bildirməyə söz belə tapmır. Buradan belə bir nəticə çıxır ki, sabah bu və ya digər səbəbdən hakim komandadan qovulan istənilən korrupsioner oğurladığı pullar vasitəsilə süni şəkildə müxalif liderə çevrilə bilər. Əgər özlərinə demokratiya carçıları deyən bəzi siyasi qüvvələr və mətbuat orqanları 5-10 manat pulla görə belələrinin müdafiəçisinə və təbliğatçısına çevrilirlərsə, o zaman onların məqsədi azad Azərbaycan yox, şəxsi cibləridir. Bəs haqq-ədalət, bəs vicdan, bəs həya? Mən belə cinayətkarları reabilitasiya etməyə çalışan siyasilərə çağırış edirəm ki, belə avantüralara alət olub olan-qalan etimadlarını və hörmətlərini də itirməsinlər". \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
|