“Bu şəxslərin özləri ilk növbədə, öz kitablarını bağlayıblar” - deputat
Tarix: 16-11-2017, 09:20 | Çap et
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə bağlı çıxışında ölkə müxalifəti barədə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Çıxışının bir qismini müxalifətə sərf edən ölkə başçısının fikirlərində daha çox iki hissi diqqət çəkib.
İ.Əliyevin Azərbaycan müxalifətinin kitabının bağlandığını dilə gətirməklə yanaşı onların xaricdən idarə olunduğunu, onlara xaricdən komandalar verildiyini qeyd edib. Məhz bunun nəticəsində müxalifətin fəallaşdığını, aksiyalar təyin etdiyini, lakin mitinqlərə 1000 nəfərdən az adam gəldiyini deyib.
Qeyd edək ki, son illərdə ölkə rəhbəri müxalifət barədə çıxışlarında bu cür fikirlər tez-tez dilə gətirir.
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, ölkə başçısı uzun illər öz siyasi kursunu müəyyən edərkən, iddiasını dövlət quruculuğu prosesinə apararkən, ölkənin həyatını dəyişərkən onun əleyhinə fəaliyyət göstərən xarici və daxili qüvvələrə əhəmiyyəti verməyib: “Əslində cənab prezidentin bu siyasəti realist bir siyasətdir, həm də liderlik səriştəsidir. Çünki sən özünə inanırsan və düşünürsən ki, idarə olunan deyil, idarə edənsən. Bilirsən ki, hansısa bir müqavimət gücü səni öz iradəndən çəkindirməyəcək. 2003-cü ildən bu yana müxalifət ölkə başçısını onlarla hesablaşmağa məcbur etmək gücündə olmadıqlarını yaxşı görürlər. Bəzən keçmişə gedərək olduqca gülməli arqumentlər, mövqelər irəli sürürlər. Cənab prezidentin milli məsələlərlə bağlı fəaliyyəti onu qiymətləndirən erməni dairələri və digərlərinə çox sərt görünür. Bu iqtidarın əleyhinə olan hal kimi səciyyələndirilə bilər, amma ölkə başçısı heç vaxt bundan çəkinməyib. Çünki milli məsələmizi daim öndə tutur. Amma bir meydana sıxacaq qüvvələr böyük-böyük iddialarla çıxış edir, bu istiqamətdə fəaliyyətlərini qururlar. Fəaliyyətləri isə bu zaman ölkənin, millətin mənafelərinin əleyhinə olur. Nəticədə isə onlar göstərilən münasibətə layiq olurlar. Burada bir misal çəkəcəm, Əli Kərimlinin ”Məhsul" stadionunda xitab etdiyi leksikon siyasi İŞİD nümunəsi sayıla bilər. O, Əl-Bağdadi üslubunda danışdığının fərqində deyil.
Yəqin ki, özü də sağ mərkəzçi mövqedən qatı dindar və ya ekstremizm təmayülünə yuvarlandığını görmür. Allah kəlamları ilə insanları ətrafına toplamağa çalışması bundan xəbər verir. Son statuslarının birini Əli Kərimli avtomobilində partladılan maltalı xanım jurnalistə həsr edib və orada qətllə bağlı beynəlxalq səviyyədə aparılan araşdırmada Azərbaycanın da günahının olub-olmadığının araşdırılacağını böyük sevinclə qeyd edib. Düşünmür ki, Azərbaycanın o qətllə nə əlaqəsi ola bilər? Mərhum xanım jurnalistin müxtəlif kəslərlə bağlı kriminal araşdırmaları mövcud idi. İndi məlum olur ki, onu hansı mafiya qətlə yetirib. Əli Kərimli indi Azərbaycan hakimiyyətindən və bu xalqdan üzr istəyəcəkmi ki, bu dövləti ona heç bir aidiyyatı olmayan qətlə görə ittiham edib? Açığını deyim ki, bəzən erməni mediasında belə bu cür düşmənçiliyi avantüranı görmürsən. Bu baxımdan hesab edirəm ki, bu şəxslərin özləri ilk növbədə, öz kitablarını bağlayıblar. Əgər meydanlar yüz minlərlə insandan ibarət olsa, onun qarşısını heç bir qüvvə, güc ala bilməz. Onların səsi, etiraz gücü, hakimiyyəti onlarla hesablaşmaq çağırışı bütün meydanı doldurardı, nəinki bir stadionu. Hakimiyyət orqanlarına təsir edilərdi, ölkə həm də müxalifətin iradəsi ilə idarə olunardı, amma normal müxalifət bu ölkədə yoxdur. Bir ovuc qüvvənin özünü ölkə miqyasında olmuş kimi göstərməsi, iddialara bölünməsi sadəcə gülməlidir. Bu baxımdan cənab prezidentin onlara göstərdiyi münasibətdən artığına layiq deyillər".
Deputat müxalifətin xaricdən təlimat almasına da toxundu: “Müxalifətin xaricdən idarə olunduğu heç kəsə sirr deyil. Azərbaycandan xaricə gedənlər orada təşkilatlandırılır. Bu tək ermənilərin əli ilə ola bilməz. Müxtəlif xarici qüvvələrin yardımı ilə o insanlar təşkilatlandırılır. Müxalifətin əsas hissəsini xaricdə qalmağa üstünlük verməsi də təsadüf deyil, baxın, xaricdə mühacir müxalifəti formalaşdırılır. Onlara yardım da xaricdən edilir. Ölkə daxilində onlara əvvəlki illər kimi maliyyə yardımı yoxdur. Çünki onların böyük qismi kəsilib. Amma fəaliyyət göstərməyə çatacaq səviyyədə də var. Bir də Əli Kərimli xalq adamı ola bilməz. Təsəvvür edin ki, o xüsusi bir maşında gəlir, ətrafında olan adamlarla onun özünün arasındakı fərq olduqca böyükdür. İndi onun nəyi xalq adamı oldu? Bu şəxslər axşamlar ziyafətlərə dəvət olunduqları səfirliklərdən də müəyyən yardımlarını alırlar. Həmin səfirliklərin ölkələrinin mətbuatına ötürülən məlumatlar da bir-iki şəxsin araşdırması ola bilməz. Düşünürəm ki, ölkə başçısının reaksiyaları onun işinə, milli strategiyasına mane olmağa çalışan qüvvələrlə bağlıdır. Cənab prezident 3-5 ildə bir dəfə bunu edib və o da yetərli olub”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
|