Türkiyədən Qarabağa gedən 4 xainin hələ də cəzalanmaması pis ənənə yarada bilər - xəbərdarlıq
Tarix: 13-11-2017, 08:48 | Çap et
Bu ilin sentybarında Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri hələ də gündəmdədir. Lakin məsələnin indiyədək açıq qalması, 4 xainin qardaş ölkədə qanunla cəzalandırmaması suallar doğurur.
Azərbaycan ictimaiyyətində isə Türkiyədə fəaliyyət göstərən və son aylarda güclənən erməni lobbisinin, eləcə də bu ölkədə yaşayan ermənilərin həmin şəxslərin cəzalandırılmamasından sonra daha da fəallaşacağı ilə bağlı haqlı narahatçılıqlar var. Azərbaycan tərəfin Aleksandr Lapşini Belarusdan ekstradisiya etdiyi halda, nə üçün həmin 4 türk vətəndaşının ekstradisiyasına nail olmaması da suallar sırasındadır. Hər iki ölkə üçün bu məsələnin pis pesedent yarada biləcəyi ilə bağlı narahatedici mövqelər mövcuddur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycan tərəfin münasibətinin ilk günlərdən bəlli olduğunu söylədi: “Çox təəssüf hissi ilə qeyd etməliyik ki, belə bir halla rastlaşdıq. Gərək belə bir hadisə baş verməyəydi. Hər halda bu hadisənin bədəlini ödəmək üçün həmin şəxslərin mütləq cəzalandırılması lazımdır. Bu məsələnin diqqətdən nə üçün kənarda qalması ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə məsələyə münasibət bildirməlidir. Hüquq-mühafizə orqanlarımız da rəsmi şəkildə bu şəxslər barədə ölçü götürülməsi üçün tələbləri olmalıdır. Necə ki, Lapşinlə bağlı tələblər oldu və günlərin birində o yaxalandı. Bizim Türkiyə ilə əlaqələrimizdən istifadə edib, kimsə susqunluq nümayiş etdirəcəksə, bu bizim hüquqlarımız və qanunlarımızın çeynənilməsi deməkdir. Hesab edirəm ki, eyni hal Türkiyə ilə bağlı baş versəydi, Azərbaycan daha fərqli addımlar atardı. Ona görə Türkiyədə pis bir ənənə formalaşa bilər, digərləri də bu haldan istifadə edə bilərlər.
Ermənistan tərəfin də bu məsələdən istifadə etməsi halı ola bilər. Bu baxımdan ölçü götürülməsi çox vacibdir. İçimizi acıdan bu səfərlə bağlı Azərbaycan çox istərdik ki, rəsmi addımlarını atsın, hüquq-mühafizə orqanlarımız həmin şəxslərin cəzalandırılması üçün işlərini görməli, Türkiyənin hüquq mühafizə orqanları ilə birlikdə işlərini həyata keçirməlidir. Bütün hallarda Türkiyə-Azərbaycan münasibətlərinə bu səfərin kölgə salmayacağını qətiyyətlə deyə bilərik. Hər iki tərəfdə yaşayan türklər bilirlər ki, bu xalqın iradəsi deyil. Bütün cəmiyyətlərdə 3-4 nəfər belə şəxslər olur. Azərbaycanda da belələri var. Türk dünyasının düşmənlərim olan şəxslər hər iki ölkədə az deyil. Biz toplum olaraq belə şəxslər barəsində mütləq ölçü götürməliyik. Həmin dörd şəxs barəsində qanunda cəza növlərinin nəzərdə tutulduğu məlumdur. Lapşini Azərbaycana necə və nə üçün gətirdik? Adam qanunsuz olaraq sərhədlərimizi pozmuşdu, işğal edilmiş ərazilərimizə gəlmişdi, reportajlar hazırlamışdı. Həmin türk vətəndaşları da işğal edilmiş ərazilərimizə səfər ediblər, sərhədimizi pozublar, Sərhəd Xidmətimiz, Xarici İşlər Nazirliyi, Miqrasiya İdarəsi ilə heç bir kontaktları olmayıb. Hüququn yolları var, onların məsuliyyət daşımaları üçün müəyyən maddələr nəzərdə tutulub. Azərbaycanın hüquq-mühafizə orqanları Lapşinə tətbiq etdikləri eyni şeyləri həmin 4 türk vətəndaşı üçün də edə bilərlər. Dəqiq bilmirəm ki, həmin şəxslərin ekstradisiyası üçün Azərbaycan tərəfi müraciət edib ya yox? Ola bilər ki, Azərbaycan tərəfi Türkiyə ilə qardaşlıq münasibətlərini nəzərə alaraq, bu işləri qarşı tərəfin öhdəsinə buraxdı ki, onlar ölçü götürsünlər. Əgər müraciətlər olmayıbsa, artıq susmağa dəyməz. Müraciətlərin edilməsi çox vacibdir”.
VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı bunları düşünür: “Türk adı daşıyan, amma türk olmayan, Azərbaycan və Türkiyəni sevməyən türk düşmənləri az deyil. Onlar qəsdən də səfər edə bilərlər, ara qarışdırmaq üçün də. Ona görə bu məsələnin davamlı olaraq, gündəmdə qalacağını gözləmək sadəlövhlük olardı. Gündəm belə hadisələrlə doludur. Bu gün bir məsələ haqqında danışılır, səhəri gün onun yerini başqası tutur. Hər halda Azərbaycan və Türkiyə tərəfdə ictimai qınaq oldu. Yetərincə cavabları verildi. Belə bir cəza növü yoxdur. Xatırlayırsınızsa, ”Ergenekon" davasında Zəkəriyyə guya Türkiyə hakimiyyətinə yaxın şəxslərdən idi, amma bir az quyruğu tapdalanan kimi, apardığı işin saxtakarlığı üzə çıxan kimi qaçdığı yer İrəvan oldu. Oradan da yəqin ki xarici ölkələrə getdi. Belə məsələlərdə ictimai qınaq olur, nəticədə də həmin şəxslərə viza verilmir, səfərlərinin də qarşısı bu yolla alınır. Başqa bir yolu yoxdur". \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
|