"Bundan sonra həmsədrlərin açıqlamalarını şərh etməyəcəm" - deputat
Tarix: 12-08-2017, 10:07 |
Çap et
"Bundan sonra həmsədrlərin açıqlamalarını şərh etməyəcəm".
Bu barədə "Sherg.az”a millət vəkili Aqil Abbas bildirib. Parlament üzvü mətbuat nümayəndələrindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin açıqlamaları haqqında sual verməməyi xahiş edib:
"Minsk qrupunu tanımıram. Tanımadığım bir təşkilat, tanımadığım qrup və onun həmsədrlərinin hansısa mənasız açıqlamalarına münasibət bildirməyəcəm”.
Qeyd edək ki, Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlan R.Hoqland "Azadlıq" radiosunun Azərbaycan və Ermənistan xidmətlərinə müsahibəsi zamanı "Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşdə həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər” – deyə açıqlama verib.