“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                 

“Savaş başlasa, Türkiyə bizə dəstək verəcək, buna inanıram” - Ayaz Mütəllibov
Tarix: 12-07-2017, 09:03 | Çap et
“Savaş başlasa, Türkiyə bizə dəstək verəcək, buna inanıram”
Son zamanlar baş verən hadisələrə, xüsusilə də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində işğalçı ordunun törətdiyi qətliama ən müxtəlif səviyyələrdə reaksiya gəlsə də, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun mövqeyini görə bilmədik. Odur ki, “Yeni Müsavat” olaraq eks-prezidenti aradıq. Əməkdaşımızla telefon söhbətində hazırda bağda dincəldiyini deyən Ayaz Mütəllibovla müsahibəni sizə təqdim edirik.

- Ayaz müəllim, istirahətinizi harda eləyirsiniz?


- Bağda, Abşeronda.


- Bağınız hansı tərəfdədir, dövlət tərəfindən verilib, yoxsa şəxsidir?


- Bilgəh tərəflərdə. Yox, dövlətin deyil, şəxsidir.


- Şimal küləyinin əsdiyi bu günlərdə istirahət necə gedir?


- Təbiətin gözəlliyi elədir ki, şimal tərəfdən də, cənubdan da külək əssə belə, təki salamatlıq olsun!


- Amma bəzən şimaldan əsən külək salamatlıq gətirmir...


- Olur. Elə olur ki, siyasət təbiətlə uyğun gəlmir.


- Elə siyasətə keçid eləyib soruşmaq istəyirəm, şimaldan əsən siyasi məzmunlu küləklərdən narahat deyilsiniz ki?


- Məni heç nə narahat etmir. Heç məşğul da deyiləm, oxumuram.


- Amma məncə, “Müstəqillik haqqında Konstiusiya Aktı”na imza atan, ölkəni BMT-yə üzv etmiş keçmiş prezident kimi narahat olmamağınız mümkün deyil.


- Ola bilər. Ancaq dediyiniz hadisələr mənə çox baha başa gəldi. Mənim üçün, ailəm üçün qanqaraçılıq oldu.


- Amma böyük qələbələr qurban tələb edir...


- Əlbəttə ki. Elədir. Sözgəlişi dedim. Əlbəttə ki, ümumiyyətlə, dünyada baş verən hadisələr məni narahat edir. Allah millətimizi qorusun!


- Ermənistan ordusunun Alxanlı kəndində törətdiyi qətliam barədə məlumatınız varmı?


- Bəli, eşitdim o vəhşiliyi. Vallah, adam deməyə söz də tapa bilmir. Eşitdiyimə görə, bizim hərbçilərimiz onun cavabını yaxşı verdilər, düşməni cəzasız qoymadılar.


- Bu hadisə onu deməyə əsas vermirmi ki, Ermənistanla danışıqların mənası yoxdur?


- Onu mən çoxdan bilirəm. Dəfələrlə demişəm ki, əvvəla, Ermənistanın özündən də çox şey asılı deyil. Ermənistanın arxası var. Dediyimiz Qarabağın həllinin açarı Moskvadan asılıdır. Bu, hələ 90-cı ilin əvvəllərində bizə bəlli idi. Hələ sovet dövründən etibarən bu kəlməni işlədirdik. Sonra mütəmadi şəkildə illər boyu səsləndi. Sözün doğrusu, indiki rəhbərliyə çətin gəlir, çünki ciddi məsələdir və tarixi də var. Ona görə də düzgün deyil deyəsən ki, indi Moskvanın, Kremlin bu məsələni həll etməyə imkanı var. Bunu da bəhanə edərək bizə deyirlər ki, oturun üz-üzə, məsələnin həllini özünüz tapın! Yəni Azərbaycan və Ermənistan öz arasında razılaşsın.


- Amma bu, daha çox oyun oynamağa bənzəyir...


- Əlbəttə ki, oyundur. Azərbaycan Ermənistanla lap səhərdən-axşamadək oturub danışsa da, bu məsələ həll olunmayacaq. Çünki bu, prinsipial məsələdir, hər iki tərəf razı qala bilməz. Kompromisdən danışırlar. Nə kompromis ola bilər? Azərbaycan dövləti nə qədər kompromisə getməlidir? Elə indinin özündə bizim təkliflərimiz yaxşı bir kompromisdir də. Niyə qəbul olunmur?! Çünki bu işlərin arxasında qüvvələr var.


- Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Ermənistana ilkin mərhələdə əhalinin təhlükəsizliyi üçün ordusunu 15 km geri çəkməklə bağlı ultimatum vermək lazımdır. Yalnız bundan sonra danışıqlarla bağlı hansısa addım atmaq olar. Bu barədə fikriniz necədir?


- Düz fikirdir. İndiki dövrdə danışıqların bərpa olunmasının mənası yoxdur.


- Ermənistan vaxtaşırı Rusiyanı Qərbə üz tutacağı ilə şantaj edir. İrəvanın Moskvadan qopması mümkündürmü?


- Erməni Qərbdən ayrılmayıb ki, Qərbə də yaxınlaşsın. Qərbdə Ermənistanın çox güclü lobbisi var. Ermənistanın Qərbdəki gücünü şübhə altına almaq olmaz. Bu vaxta qədər acından ölən ölkəni xaricdən verilən pullara görə saxlayıblar. Ona görə də hər şey ola bilər.


- Ermənistan boşalsa da, işğalçı ölkə Suriyadan köçürülənlərin hesabına da olsa, Qarabağda məskunlaşma siyasətini davam etdirir. Deməli, işğalçı kompromisə gəlmək niyyətində deyil. Bunun qarşılığında Azərbaycan nə etməlidir? Antiteror əməliyyatı, partizan müharibəsi, yoxsa...


- Nə deyim vallah. Müxtəlif yollar var. Azərbaycan xalqının, cəmiyyətinin birliyi vacibdir. Daxili siyasətimiz elə işlənilməlidir ki, biz hər an müharibəyə hazır olaq. Çünki indiki şərtlər daxilində kimsə bu iki ölkəni bir-biri ilə yaxınlaşdırıb barışdıra bilməz. Ancaq haqq bizim tərəfimizdədir. Haqqı əsas tutsaq, bizə heç kim heç nə deyə bilməz. Hansısa məqamda əngəllər törədə bilərlər. Amma prinsipial şəkildə bizim arqumentimiz ciddidir. Deyə bilərik ki, bizi bu sərhədlər daxilində BMT-yə üzv qəbul ediblər, indi nə istəyirsiniz?! Təcavüzkar Ermənistanı yerində oturtmursunuz, Azərbaycanın səyləri nəticəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub. Ancaq bu vaxta qədər hansısa irəliləyiş əldə olunmayıb.


- Erməni mənbələri məlumat yayıb ki, Rusiya-Ermənistan birgə sərhəd qüvvələri Dağlıq Qarabağla “sərhəd”də hansısa zərərli qüvvələrə qarşı təlim keçiblər. Hətta o qüvvələrin Qarabağ ərazisinə daxil olduğu da deyilir. Bu, Qarabağa rus ordusunun yeridilməsinin anonsu deyilmi?


- Hər şey ola bilər. Təhlükəni istisna etmirəm.


- Azərbaycan prezidentinin İstanbula son səfəri zamanı bir daha iki qardaş ölkənin rəhbərləri Qarabağla bağlı vahid mövqedən çıxış etdilər. Bəs həlledici məqamda Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün nə edə, hansı addımları ata bilər?


- Türkiyənin özünün problemləri var və bu problemlər günü-gündən artır. Türkiyə dövləti həmişə bəyan edib ki, biz Azərbaycanla qardaşıq, bir xalqıq. Reallıq odur ki, bunların özləri də Ermənistandan çəkinir. Türkiyəyə də təzyiq var. Düzdür, Ermənistanla sərhədləri açmırlar, blokada məsələsində bizimlə eyni mövqedədirlər, amma şəxsən mənimçün bir balaca naməlum vəziyyət var. Ona da şübhə etmək olmaz ki, savaş başlasa, Türkiyə bizə dəstək verəcək, mən buna inanıram. Özü də təkcə Türkiyə yox, elə İran da...


- Bu yaxınlarda Naxçıvanda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçiriləndə ermənilər çox narahat olmuşdular...


- Əlbəttə ki, narahat olacaqlar. Narahat olmalarına da əsas var. Çünki bizim hərbi qüvvələrimiz elə bir səviyyədədir ki... İndi artıq 90-cı illər deyil. Hər cür imkanımız var. Bu vaxta qədər səbrimizi basıb dözmüşük. Amma bundan sonra sülh yolu ilə olmasa, digər varianta əl atılacaq. Çətin ki, Qərb tam mənada bizim tərəfimizi tutacaq. Hadisələr də göstərib ki, elə Qərbin müxtəlif institutları Azərbaycanla məşğul olur. Ay “burada demokratiya yoxdur”, ya başqa cəfəngiyyatlar, heç ermənilərin adını da çəkmirlər. Belə bir qənaətə gəlmək olur ki, burada dini faktor da var.

“Rusiya Azərbaycana demək istəyir ki, ”ehtiyatlı olun, biz də varıq""

- Alxanlı qətliamından bir neçə saat sonra Rusiya Azərbaycana nota verdi, erməni əsilli vətəndaşlarının Bakıda, hava limanında incidildiyi iddia olundu. Sizcə, Rusiya bununla nə demək istəyir?


- Zənnimcə, Azərbaycana demək istəyir ki, “ehtiyatlı olun, biz də varıq”. Müasir siyasətin eybəcər sifəti budur!


- Qarabağla bağlı ümumrespublika səviyyəsində toplantı, yaxud parlament müzakirəsinin keçirilməsinə ehtiyac görürsünüzmü? Mərhum prezident Heydər Əliyevin zamanında belə bir müzakirə olmuşdu.


- Dediyiniz o zaman mümkün olar ki, prinsipial məsələ öz həllini tapsın. Prinsipial məsələ odur ki, Dağlıq Qarabağ respublika şəklində Azərbaycanın tərkibində olar, biz buna etiraz etmərik, razılıq verərik. Ancaq Dağlıq Qarabağ Azərbaycan torpağıdır! Məsələ bu şəkildə həll olunmalıdır. Mən birmənalı şəkildə deyirəm ki, Dağlıq Qarabağ məsələsinin həlli Ermənistandan asılıdır!


- Son vəhşiliklərin ardınca hətta bir sıra rusiyalı ekspertlər də hesab edirlər ki, Ermənistanı yerində oturtmaq üçün Rusiya, nəhayət, sözünü deməlidir. Amma Kreml hələ ki kursu dəyişmək fikrində deyil. Razısınızmı?


- Bu, doğrudur. Həqiqət budur ki, biz vaxtilə birmənalı şəkildə özümüz bu məsələnin ətrafında bütün səylərimizi birləşdirib hücuma keçə bilsəydik, məsələ həll olunardı. Ancaq bizim də başımız daxili məsələlərə qarışdı. O təlatümlü dövrdə imkan var idi. Moskva ilə də danışmaq olardı və onun köməyi ilə məsələni həll edəndən sonra gələcəklə də məşğul olardıq.


- Sizin Moskvadakı hansısa dairələrlə əlaqələriniz qalırmı? Heç həmin dairələrlə əlaqə saxlayıb sözünüzü deyirsinizmi, çağırışınızı edirsinizmi?


- Yox. Sözün doğrusu, mən orada yaşadığım zaman da əlaqəm olmayıb. Mən Azərbaycanın vətəndaşıyam, vətəndaşlıqdan imtina etməmişəm. Ancaq bir ekspert kimi bir neçə dəfə necə ki, siz mənə zəng edib müsahibə alırsınız, onlar da zəng edib. Mən də açıq demişəm ki, hər şey sizin əlinizdədir.


- Amma şübhə yoxdur ki, Rusiya Qarabağ məsələsində bir addım atmasının qarşılığında Azərbaycanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə qoşulmasını istəyir, eləmi?


- Yəqin ki.


- Buna getmək olarmı?


- Baxır bu, hansı şərtlərlə olacaq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, gələcəyi təhlükə altında qalmamalıdır. Ona görə də birmənalı cavab vermək çətindir.


- Belə fikirlər var ki, Azərbaycan ərazilərinin işğalına son verilməsi halında bu addımı atmaq olar...


- Bəli, getmək olar. SSRİ kimi dövlətin aqibəti nə oldu? Demək olmaz ki, hər şey öz yerində qalmalıdır. Həyat davam edir, istiqamətlər dəyişir, yeni qüvvələr meydana çıxır. ABŞ-la Rusiyanın münasibəti də çox önəmli bir məsələdir. Görək bunların Cənubi Qafqazda, Azərbaycanın özündə əməkdaşlığı mümkün olacaq, ya yox. Azərbaycan ərazisi strateji əhəmiyyət kəsb edir, bunu hamı qəbul edir. Söhbət neft-qazdan getmir.


- Gözlənilənlərin əksinə olaraq G-20 zirvəsində Vaşinqtonla Moskva arasında anlaşma əldə olunmadı...


- Yox, mən heç anlaşma gözləmirdim də. Prezidentlər adi söhbətlə kifayətləndilər, sonrası Allah kərimdir. Ancaq məsələ bir görüşlə bitmir. ABŞ-ın özündə Trampı qəbul etməyən qüvvələr çoxdur. O, hələ tam mənada prezident kreslosunu ələ keçirə bilməyib.


- Bugünlərdə Şimali Qafqazın partlayış ərəfəsində olduğu xəbərləri yayıldı. Necə bilirsiniz, Rusiyanı SSRİ-nin taleyi gözləyirmi?


- Yox. Rusiyanın indiki obrazı hərbi istiqamətdə formalaşır. Yəni desək ki, Rusiyanın iqtisadi vəziyyəti ağırdır, ona görə ABŞ-la razılaşmalıdır, bu, doğru olmaz. Son illərdə Rusiya hərbi sferada çox böyük nailiyyətlər əldə edib.


- Elə SSRİ-nin də hərbi uğurları kifayət qədər idi. Amma nəticə məlumdur.


- SSRİ içəridən dağıldı, amma Rusiya prezidenti içərinin boğazından tutub. Qorbaçov unikal adam idi. Onun özünə mən dəfələrlə demişdim ki, ölkəni belə idarə etmək olar, siz neynirsiniz? Belə davam etsə, siz də buradan gedəcəksiniz, biz də sizinlə bir yerdə.


- Ayaz müəllim, Putini dünyanın ən güclü lideri sayanlarla razısınız?


- Bu qiyməti ona xalq qoyur. Mənim ona bu qiyməti qoymağım yersiz olar.


- Bəs sizin fikrinizcə, bu gün dünyanın güclü lideri kimdir?


- Mən belə bir adam görmürəm. Mümkün də deyil. Başqa vəziyyət yaranıb. Desən ki, ən güclü prezidentlərdən biri ABŞ prezidentidir, demokrat olan Obama batırdı, bir şey eləyə bilmədi, onun yerinə seçilən Tramp da hələ ki öz yerini tapa bilməyib. Ona görə də nəsə demək çətindir.


- Müsahibənin sonunda keçmiş prezident olaraq xalqa, hakimiyyətə, müxalifətə ünvanlı sözünüz, çağırışınız varmı?


- Mənim istəyim odur ki, Azərbaycan sağ-salamat bu yolda öz yerini tapsın, daha da möhkəm olsun. Ancaq bu möhkəmliyi, qüdrəti xalq təmin etməlidir, onda bizə batan olmaz. Bizə qarşı ordan-burdan müxtəlif çalışmalar olacaq. Bunun üçün bir olmalıyıq. Yerdə qalan məsələlər sonrakı işlərdir.


- 2018-ci ildə Azərbaycanda prezident seçkiləri ilidir. Belə iddialar var ki, Kreml bu seçkilərdə iştirak etməsi üçün öz adamını hazırlayır. Belə bir təhlükə realdırmı?


- Eşitmişəm. Sözün doğrusu, bu, nə deməkdir, necə ola bilər, bilmirəm. Ancaq real maraqları nəzərə alsaq, Rusiyanın da marağı var, imtina etmək olmaz. Əlbəttə ki, Rusiya 2018-ci il seçkilərini boş buraxa bilməz. Amma mən hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətləri indi də gözəçarpan dərəcədə yaxşı səviyyədədir.


- Siz özünüz necə, 2018-ci il seçkilərinə qatılmaq istəmirsiniz ki?


- (Gülür). Yox, yox.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru