Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                 

"Heydər Əliyevi dəstəklədiyimiz üçün AXC-Müsavat tərəfindən ölümlə təhdid olunurduq"
Tarix: 15-06-2017, 12:23 | Çap et
"Heydər Əliyevi dəstəklədiyimiz üçün AXC-Müsavat tərəfindən ölümlə təhdid olunurduq"
Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfər tanınmış ziyalıdan biri olmuş professor Şahlar Əsgərov "Ölkə.Az" xəbər portalına müsahibə verib.

Müsahibəsində 76 yaşlı professor Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından və 15 iyun Milli Qurtuluş günündən danışıb.

Şahlar Əsgərovla müsahibəni oxuculara təqdim edirik:

- Bu gün Azərbaycanda 15 iyun Milli Qurtuluş günü qeyd edilir. Bu tarixin qeyd olunmasında sizin də üzvü olduğunuz məşhur "91-lər"in açıq müraciətinin böyük rolu vardır. Həmin tarixi necə xatırlayırsınız?

- Həmin dövrdə mərhum Heydər Əliyevə məktub yazmaq ideyasını mən rəhmətlik Sirus Təbrizlidən almışam. Sirus Təbrizli Heydər Əliyevə ünvanlanan müraciətə imza atmaq üçün məni də dəvət etmişdi. Həmin müraciət 1992-ci ildə yazılmışdı və imzalanmışdı. Əslində isə Sirus Təbrizli Naxçıvanda olarkən Heydər Əliyevlə söhbəti zamanı bu ideya yaranmışdı. Sirus Təbrizli Heydər Əliyevi Bakıya qayıtmağa və Azərbaycanı düşdüyü təlatümdən xilas etməyə çağırmışdı. Heydər Əliyev isə Sirus Təbrizliyə "bu sənin fikrindir, bəs ziyalılar nə düşünür?" - deyə sual verib. Sirus Təbrizli isə təklif edib ki, bir qrup ziyalı ona müraciət etməyi düşünür. Sonradan həmin müraciət yazılıb "Səs" qəzetində çap olunub. O dövrdə mənim bağ sahəm və orada bir yarımtikili vaqon var idi. Biz də Sirus Təbrizi ilə bağa gedib, həmin vaqonun içərisində ziyalıların Heydər Əliyevə yazılı müraciətini 2-3 dəfə diqqətlə oxuduq, öz təkliflərimizi verib, düzəlişlər edib müraciət hazırladıq. Orada da dedik ki, biz mütləq Heydər Əliyevi Bakıya çağırmalıyıq. Daha sonra onun üçün imza toplamaq lazım idi. İmzanı toplayanda isə ziyalıların çoxu universitetlərdə işləyirdi. Ona görə də universitetdən imzaları toplamaq mənə və hal-hazırda mədəniyyət nazirinin müavini olan Vaqif Əliyevə həvalə olunmuşdu. Həmin dövrdə Vaqif Əliyev də universitet müəllimi idi. Vaqif Əliyevlə mən universitetdə 18 nəfər ziyalının imzasını ala bildik. Həmin imzalanmış müraciəti Sirus Təbrizliyə təqdim etdim. Daha sonra digər universitetlərdə imzatoplama işi davam etdirildi və 91 nəfər ziyalı bu müraciətə imza atdı. Əslində Heydər Əliyevin Bakıya qayıtmasını 91 nəfər deyil, əksər adamlar istəyirdi. Ancaq zamanın qısa olmasından və digər məlum səbəblərə görə daha çox imza toplana bilməmişdi. Müraciəti 91 nəfər imzalayandan sonra bir həftə ərzində göndərildi.

Yadımdadır, o zaman universitetdən mən, rəhmətlik Murtuz Ələsgərov, Səfiyar Musayev, ümumilikdə 18-19 nəfər imza atmışdı. Amma bizim müraciət etdiyimiz insanların sayı çox idi. Heydər Əliyevə müraciətimizə dinməz də, tərifləyib imza atanlar da olub, qarşı çıxıb imza atmayanlar da.

- Kimlər qarşı çıxırdı?

- Mən onların adlarını çəkmək istəmirəm. Çünki onların hamısı rəhmətə gediblər. Əgər sağ olsaydılar, adlarını çəkərdim. Vaxtilə Heydər Əliyevə qarşı çıxan, müraciətə imza atmaqdan imtina edən adamlar sonradan Heydər Əliyev hakimiyyətə qayıdan dövrdə vəzifələr də tutdular. Sonradan həmin adamlar Heydər Əliyev haqqında kitablar da yazıblar. Vaxtilə Siyavuş Novruzov da bu barədə öz fikrini bildirib. Mən Siyavuş Novruzovun fikirləri ilə tam razıyam.

- "91-lər" dövründə bir çox həmkarlarınız üzləşdikləri təzyiqlərə görə həmin müraciətə imza atmaqdan imtina etmişdi...

- Bilirsiniz, mən 1974-cü ildə Danimarkada elmi-tədqiqat işləri aparmışam. 1979-cu ildə isə 6 ay Finlandiyada fəaliyyət göstərmişəm. Yəni, 1990-cı illərədək mən gözəl və demokratik ölkələr görmüşəm. Ancaq o dövrdə Azərbaycandan başqa heç bir ölkəni görməyən adamlar çox idi. Ona görə də mən müqayisə edə bilirdim ki, fürsət yaranıb, Azərbaycanı da Qərbi Avropa dövlətləri səviyyəsinə qaldırmaq mümkündür. Həmin dövrdə mən belə düşündüyüm üçün bu axına qoşulmuşam.

Şübhəsiz ki, Heydər Əliyev şəxsiyyətinə inam və hörmətim də var idi. Ümumiyyətlə, tarixdə şəxsiyyətlərin belə proseslərdə rolu mənə yaxşı məlumdur. O dövrdə Azərbaycanda gedən proseslərin qarşısını almaq üçün yalnız bacarıqlı və təcrübəli şəsiyyət axtarıb tapmaq lazım idi. Həmin şəxsiyyət isə Heydər Əliyev oldu. Çünki dövləti idarə etmək hər adamın işi deyildi. Misal üçün, iyunun 12-də qonşu Rusiyada baş verən mitinqlərə baxın. Bu qədər mitinqlər olsa da, ancaq ortada şəxsiyyət yoxdur. Yalnız başsız kütlədir. Ötən əsrin 90-cı illərində Azərbaycanda da təqribən oxşar hadisələr baş verirdi. Camaat ayağa qalxsa da, meydanlarda parlaq şəxsiyyət yox idi. Xalq öz parlaq şəxsiyyətini axtarırdı.

Doğrudur, AXC-Müsavat da Azərbaycanın azad olmağını istəyirdi. Ancaq onların içırisində Heydər Əliyev qədər təcrübəli idarəetmə bacarığı olan adam yox idi. Elə bir adam ancaq Heydər Əliyev idi.

- Həmin dövrdə Heydər Əliyevi dəstəkləyən adamlara qarşı təzyiqlər var idimi?

- Əlbəttə ki, var idi. Heydər Əliyevi dəstəkləyən adamlara qarşı həm təhlükə var idi, həm də təzyiqlər olunurdu. AXC-Müsavat tərəfdarları bizə açıq şəkildə deyirdilər ki, darıxmayın, 10-15 günə sizi divara düzüb güllələyəcəklər. Düzdür, bunu deyən adamlar AXC-Müsavatın yaşlı və ziyalı adamları deyildi. Əksinə, onlar AXC-Müsavat tərəfdarı olan universitet tələbələri, uşaq-muşaqlar idilər. Ancaq bizi ölümlə təhdid edirdilər. Bizə deyirdilər ki, Heydər Əliyevi niyə Bakıya çağırdınız? O burada bir ay işləyə bilməyəcək, devriləcək və sairə. Bizə deyirdilər ki, bu yoldan geri çəkilin, canınızı düşünün və sairə. Həmin vaxtı Azərbaycanda hakimiyyət də tez-tez dəyişirdi. Ancaq kimin iradəsi güclü idi, Heydər Əliyevə inamı, sevgisi sarsılmaz idisə, onu heç kəs mövqeyindən, fikrindən döndərə bilmirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36
Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru