Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                     Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür .....                     Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür .....                     Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı .....                     “ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib .....                     Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır .....                     “İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” .....                     Tanınmış naşir kitab sərgisindən şikayət edib: .....                     40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                 

“Cılız avaralar çıxmışdılar meydana, hələ də onların zibilini çəkirik” - Ayaz Mütəllibov
Tarix: 15-05-2017, 08:27 | Çap et
“Cılız avaralar çıxmışdılar meydana, hələ də onların zibilini çəkirik”
1992-ci ilin 14 mayı Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətə gəldiyi gün kimi təqvimə düşüb. Həmin ilin 6 martında Xocalı hadisələri ilə əlaqədar etiraz dalğasının nəticəsində istefa verməyə vadar olan eks-prezident Şuşanın işğalından sonra yenidən hakimiyyətə qayıtsa da, kürsüdə duruş gətirə bilmədi və nəinki postunu, hətta ölkəni tərk etmək məcburiyyətində qaldı. O günlər haqda danışmağı heç xoşlamayan Ayaz Mütəllibovla söhbətə digər məsələlərdən “körpü” saldıq.

- Ayaz müəllim, İslam Oyunlarını izləyirsinizmi?


- Televiziya vasitəsilə izləyirəm. Amma birbaşa baxmaq imkanım olmur. Ailədə müəyyən problemlərimiz var idi, ona görə də hələ ki evdən çıxmırıq. Ancaq deyə bilərəm ki, çox tərifəlayiq tədbirdir. Bu yarışlara ev sahibliyi etmək o deməkdir ki, Azərbaycan İslam dəyərlərinin tərəfindədir, ölkəmizin bəzi düşmənləri bizi tam Avropaya bağlayır. Avropa dəyərlərinə də hörmətimiz var, ancaq biz müsəlman aləminin bir üzvüyük. Bu mənada siyasi mənada çox yaxşı tədbirdir. Çox qəşəng də görünür. Adam valeh olur, mənim qəlbim qürur hissi ilə dolur. 10-15 il ərzində nəhəng işlər görülür. İndi cəmiyyətdə narazı olanlar da var. Mən həmin narazılardan soruşmaq istəyirəm: siz heç yuxunuzda görmüşdünüzmü ki, Bakı belə gözəl şəhərə çevriləcək?


- Amma müsəlman dünyasının aparıcı üzvü olan İranın Azərbaycana xoş olmayan münasibətləri artıq adi hal alıb. İran hətta Azərbaycanın müstəqilliyini daha gec, 8-ci tanıdı. Niyə Tehran bu davranışlarını davam etdirir?


- Müəyyən təzyiq formasını daşıyan məsələlərdir. Bu, dünənin, bu günün məsələsi deyil, tarix boyu Azərbaycanla qarşıdurma olub - padşahların vaxtında da. Elə o vaxtdan gələn məsələdir. Ancaq siyasi nöqteyi-nəzərdən gərək İranla diplomatik xətlərlə münasibətimizi saxlayaq, bunu da hörmətli prezident edir. Rəsmi dairələrdə İran-Azərbaycan əməkdaşlığı göz qabağındadır.


- Bakının xoşməramlı siyasəti İranın mövqeyini dəyişdirmir, niyə?


- Azərbaycan ərazi nöqteyi-nəzərindən İranın şimalıdır. Ona görə bunlar təhlükəsizlik baxımından ehtiyat edirlər. Bizim Avropa ilə sıx əlaqələrimiz, Amerika ilə işbirliyimiz müəyyən dərəcədə bunları narahat edir. Ona görə ölkə prezidenti çox incə şəkildə öz işini aparır, bu da hər iki tərəfə nümunə olmalıdır. Aydın məsələdir ki, İran mühüm bir müsəlman dövləti olaraq Amerika siyasətində öz yerini tutub - əfsuslar olsun. Mən bunu İranda olanda hiss etmişəm. İranın vitse-prezidenti Həbibi ilə görüşdə o, məndən soruşdu ki, bildiyimizə görə, siz amerikanlarla işbirliyinə gedirsiniz. Dedim hə, var elə şey, bizim iqtisadi vəziyyətimiz gərgindir, qaçqınlarımız çoxdur, biz gərək bu əməkdaşlıqdan da istifadə edək. Ancaq bildirdim ki, bu, sizin narahatlığınıza səbəb deyil. Əksinə, mən sizi əmin edə bilərəm ki, lazım olsa, biz sizinlə Amerika arasında ortaqlıq da edə bilərik. Mən baş nazir vəzifəsində olanda Rəfsəncani və xanımı ilə görüşümüz oldu. Orda İran prezidenti belə bir söz dedi ki, Xəzərin səviyyəsi qalxır, bu əngəldən sizin xəbəriniz varmı? Bu, nə deməkdir? (gülür) Dedim, Şura hökumətinin burda təqsiri yoxdur.


- 25 il əvvəl may ayında İranın Qarabağ təşəbbüsü oldu, Şuşa işğal olundu. Necə bilirsiniz, Şuşanın işğalı İranın Qarabağ vasitəçiliyinə zərbə kimi düşünülmüşdü, yoxsa elə bu plandan İranın da xəbəri və orada iştirakı var idi?


- Mən qəti deyə bilmərəm ki, İranın burada əli, marağı var. Ancaq istər-istəməz bu haqda düşünürük. O ərəfədə İrana ilk dəfə mən getmişəm, daha sonra isə Yaqub Məmmədov. Hər iki ziyarətimizdə əngəllər oldu. Mən fevralın 14-də İranda oldum, İslam ölkələrinin iqtisadi birliyinin toplantısına qatıldım. Orada mənə zəng etdilər ki, Xocalını atəşə tutdular. Mən dərhal prezident Rəfsancani ilə görüşdüm, xarici işlər naziri Vilayəti də yanında idi. Dedim ki, indicə belə bir xəbər almışam, Xocalını atəşə tutublar, siz nə edə bilərsiniz? Dedi ağayi-Mütəllibov, bizim adımız bədnamdır, bizi terrorçu kimi qələmə verirlər, ancaq buna baxmayaraq, biz sizin uşaqları öz düşərgələrimizdə hazırlaya bilərik. Dedim yox, söhbət indidən gedir, heç olmasa siyasi addımlar atın.


- Elə bu günlərdə ermənilər də etiraf etdilər ki, Şuşanın işğalında Rusiyaya məxsus qüvvələr də iştirak edib. Versiyalardan biri də budur ki, Şuşa Ayaz Mütəllibovun hakimiyyətə qayıdışından sonra azad olunacaqdı...


- (əsəbi halda) O, Rəhim Qazıyevin söhbətləridir. Bununla öz təqsirini boynundan atmaq istəyir. Rəhim Qazıyev “Şuşanı versəm, onda gülləmi başıma çaxacağam” demişdi. Şuşa da getdi, gülləsi də qaldı, özü də sağ-salamatdır, kefi də kökdür.


- Elə isə ruslar niyə Şuşanın işğalında maraqlı idilər?


- Mən onu deyə bilmərəm ki, ruslar maraqlı idi. Mən bilmədiyim fikirləri işlətmirəm. Filan daim axtarışdayıq, filan qruplar, filan dövlətlərdən bəhs edirik, ancaq özümüzdən danışmırıq. Şuşa mühasirədə olanda, 1989-cu ildə mən 3-4 nazirlə Şuşada olmuşdum. Orada iclasda çıxış etdim, camaatı sakitləşdirdim, ancaq çox ağır vəziyyət idi. Azadlıq, müstəqillik uğrunda “mübarizəmiz” - bu adlarla camaatı küçələrə çıxardırdılar, bizə çox baha başa gəldi. Belə mövqe qoyuldu ki, biz Rusiya ilə yox, Türkiyə ilə yaxın olmalıyıq. Mən Türkiyədə olanda fürsətdən istifadə edərək prezident Turqut Özala fikrimi çatdırdım. Dedim ki, biz qardaş millətik, Türk dövlətinə, sizin xalqınıza dərin hörmətimiz var, ancaq bizim də tariximiz var, biz tarix boyu Rusiyanın tərkibində olmuşuq. Ona görə də birdən-birə bir böyük qardaşı digər böyük qardaşla dəyişə bilməzdik, çünki bizim Qarabağ xətamız var. Demək istəyirəm ki, əgər Azərbaycan ərazisi ilə bağlı problem varsa, bunun səbəbini böyük siyasətdə görmək lazımdır. Kim nə deyir-desin, ancaq burada siyasət var. Böyük siyasətdə varsansa, siyasətçi olaraq reallığı qəbul etməlisən və qız kimi inciməməlisən, heç kimə rişxənd etməməli, söz atmamalısan. Özün etmisən, özün də cavabını ver. Mən sizə açıq deyim, Elçibəy İranın əleyhinə bir qurum yaratdı, guya cənubi azərbaycanlıları üsyana qaldırmaq niyyətilə. Qarabağ dərdimiz olan yerdə Bütöv Azərbaycan Birliyindən danışmaq olardı?


- Elçibəy o zaman prezident deyildi... Rusiyanı “böyük qardaş” adlandırdınız. Azərbaycanın ən böyük diaspor təşkilatını da ləğv etməyə çalışır bu “qardaş”. Yeri gəlmişkən, ÜAK-la bağlı etirazınızı Moskvadakı hansısa dairələrə çatdırmısınızmı?


- Yox, bu, yaxında olan söhbətlərdir, mən dəqiqliklə bilmirəm. Narazı olduqlarını bilirəm, diaspor rəhbəri çıxış edib. Biz Rusiya ilə normal münasibətlərin tərəfdarıyıq və tərəfdarı da olacağıq. Bu baxımdan prezidentin siyasəti düzgündür, mən dəstəkləyirəm, başqa söz də ola bilməz. Konqresə gələndə bunun səbəbini axtarmaq lazımdır. Əfsuslar olsun ki, mən səbəbini deyə bilmərəm.


- Yeri gəlmişkən, bir müddət əvvəl “biz türk deyilik, azərbaycanlıyıq” müzakirəsi geniş müzakirə mövzusu oldu. Sizin bu məsələyə baxışınız necədir?


- Biz türkdillü millətik.


- Ayaz müəllim, uzun müddət Moskvada yaşamısınız. Bizim Rusiyada milyarderlərimiz, tanınmış ziyalılarımız var. Elə isə biz niyə ermənilərdən fərqli olaraq qonşu ölkədə təşəbbüsü ələ ala bilmirik?


- Tənbəllik edirik. Ancaq ermənilər işləyirlər, özü də çox möhkəm. Özü də bu gün, dünən, srağagün yox, çoxdan işləyirlər. Onlar stəkanda fırtına yaradıblar. Xristian dünyasının yarıdan çoxu ermənilərə inanır, elə bilir ki, yer kürəsində ən zəif, ən yazıq bir millətdirlər və çox günahlarından keçmək lazımdır. İlham Əliyev prezident vəzifəsində seçiləndən sonra bizim xarici siyasətimiz mükəmməl qaydada idarə olunur. Biz real situasiyanı bilməli və qolumuzu çırmayıb işləməliyik. Özümüzə irad tutmaqla işləri irəli apara bilməyəcəyik. Ancaq orada ümumi işləri kənara qoyub şəxsi işləri ilə məşğul olanlar çox olub.


- Azərbaycan hökumətində hansısa postu tutmaqla bağlı təklif gəlsə, qəbul edərsiniz?


- Yox, mən bu haqda düşünmürəm. O, mənlik deyil axı. Sadəcə olaraq, xidmətimi davam etdirirəm, müsahibələr verirəm, həm iqtisadiyyat, həm siyasətlə bağlı öz fikirlərimi gizlətmədən deyirəm. Yəqin ki, bunu oxuyanlar, qərar çıxaranlar da var. Mən şad oluram ki, hardasa mənim fikirlərim iqtidarın fikirləri ilə üst-üstə düşür.

“Rusiya Azərbaycandan bir şey istəyir”
- Söhbətimiz 1992-ci ilin may hadisələrinin ildönümünə təsadüf edir. O günləri xatırlayırsınızmı?

- O hadisələr qanqaraldıcı hadisələrdir, mən o günləri xatırlamaq istəmirəm. O haqda çox danışılır. Tarix belədir də... Ancaq olan olub.


- Demək olarmı ki, hakimiyyətə qayıdış planı uğurla başa çatsaydı, AXC ilə koalisiya qurulsaydı, hər şey başqa cür olardı?


- Bəli, koalisiya şəklində cəmiyyətimizi idarə edə bilmədik. Çünki dildə razılıq var idi, əməldə yox. Əks təqdirdə ola bilər ki, torpaqların işğalı bu dərəcədə olmazdı. Bizim bir cəbhəmiz var idi - Qarabağ, ikinci cəbhə nəyə lazım idi? Bu, nə demək idi? Deyirdim, siz mənə qarşı cəbhə açırsınız? Məni kommunistin ən böyük üzvü kimi təqdim edib mənə təpinirsiniz, bu, nə deməkdir, niyə belə edirsiniz? Kommunist var idi, qurtardı. Qorbaçov seçiləndən, yenidənqurma siyasətindən sonra mənimçün kommunist sisteminin aqibəti görünmədi. Kommunist sistemini dağıdan Qorbaçev özüdür, bir-iki dəfə də çıxış edib deyib ki, mən çox şeyi bacarmamışam, amma kommunist sisteminin belini qırmışam, bunu də özümçün qələbə sayıram. Amma siz də tutmusunuz məndən. Azərbaycan sistemində nə kommunistbazlıqdır? Hər yer dağılırdı, partbiletləri yandırırdılar. Deyirdim, Moskvanı tənqid edirsiniz, ancaq özünüz Yeltsin Moskvası ilə işləyirsiniz. Deməli, Rusiya iqtidarındakı qarşıdurmadan sui-istifadə edirsiniz. Ancaq burada mənim adımı “Moskvanın adamı” kimi qoymusunuz. Mən bu söhbəti edəndə iyrənirəm, cılız avaralar çıxmışdılar meydana, hələ də onların zibilin çəkirik.


- Amma mayın 14-ü hakimiyyətə yenidən qayıtmaq cəhdi göstərməsəydiniz, Laçının işğalı da baş verməzdi...


- Yox, yox. Mən xahiş edirəm, Şuşa və Laçının işğalının səbəblərini başqa yerdə axtarın, həmin hadisələrdə yox. Bununla əlaqəsi olmayıb. Yüz faiz deyirəm. Əgər məni Xocalı ilə əlaqədar istefaya göndərməsəydilər, heç bu söz-söhbətlər də olmazdı. Rəhim Qazıyev kimilər öz günahlarını mənim üzərimə yıxmaq istəyir. İnternetdə oxuyuram ki, “Ayaz Mütəllibov iqtidara qayıtmaq üçün Şuşanı...”


- Bu torpaqlar itiriləndə və siz də hakimiyyətə gələ bilməyib Moskvaya uçanda hansı hisslər keçirirdiniz? Sevinirdiniz?


- Yox. O, mənim xasiyyətim deyil. Unutdum. Allaha üzümü tutdum, dedim ki, Sən bilərsən, mən əfv edirəm bütün düşmənlərimi.


- Siz də o fikirdəsinizmi ki, Rusiya Azərbaycana qayıtmaq istəyir?


- Rusiya Azərbaycandan bir şey istəyir: istəyir ki, Azərbaycanın ərazisindən üçüncü bir dövlət istifadə etməsin, təhlükəsizliyinə zərər gətirməsin. Yerdə qalan məsələlərdə Rusiyanın nəhəng dövlət olduğu göz qabağındadır, onun heç nəyə ehtiyacı yoxdur, hər şeyi var, neftdən tutmuş brilliantdan almaza qədər.


- Rusiyanın Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmaq niyyətində olması barədə xəbərlər nə dərəcədə reallığa əsaslanır?


- Mənə qəliz suallar verirsiniz (gülür). Ancaq bunlar ciddi suallardır. Qısa şəkildə cavab vermək mümkün deyil. Gün-gündən vəziyyət dəyişir, müxtəlif rənglər alınır. Ancaq hələ SSRİ zamanında biz Rusiyanın vasitəsilə... Bu münaqişə SSRİ-nin mövcudluğu şəraitində yaranıb, ona görə biz gərək Kremllə işləyəydik. Ancaq biz 20 Yanvar hadisələrindən sonra Kremldən küsdük, arxamızı çevirdik, bizim yerimizi ermənilər tutdular və öz işlərinə başladılar. Belə məsələlərdə incimək lazım deyil, iş getməlidir. Biz dedik yox e, biz ruslarla əməkdaşlıq edə bilmərik. Eyni zamanda indi də deyirik, bu münaqişənin açarı rusların əlindədir. Bəli, rusların məsələyə müəyyən təsiri var, ancaq deyə bilmərəm ki, münaqişənin həlli 100 faiz Rusiyadan asılıdır. Çox vaxt keçib.


- Ayaz müəllim, 20 Yanvardan, Xocalı soyqırımından, elə sizin komanda üzvlərinizin Qarakənd səmasından vurulmasından sonra yenə də “Rusiya, biz səni çox sevirik” deməli idik?


- Yox, mən onu bu şəkildə demirəm. Sadəcə, praqmatik olmaq, işləmək lazımdır.


- Elə bu aylarda Lavrovun, Zaxarovanın dedikləri birbaşa Azərbaycana qarşı yönəlmiş fikirlərdir...


- Onlar deyirlərsə, biz də deyək də. Biz müqavimət göstərməliyik. İnciyib kənarda oturmağın nəticəsi nə olacaq ki?


- Gərək siz də etiraz səsinizi qaldırasınız belə məsələlərdə...


- Mən reaksiyamı çıxışlarımda bildirirəm. Başqa cür kimləsə əlaqəm yoxdur...
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Dünən, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Dünən, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Dünən, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Dünən, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Dünən, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Dünən, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Dünən, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Dünən, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Dünən, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Dünən, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Dünən, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Dünən, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Dünən, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Dünən, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Dünən, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Dünən, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Dünən, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Dünən, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Dünən, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Dünən, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Dünən, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Dünən, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Dünən, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Dünən, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Dünən, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Dünən, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Dünən, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Dünən, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Dünən, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Dünən, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Dünən, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Dünən, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Dünən, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Dünən, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Dünən, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Dünən, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru