Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                 

"Cənubi Qafqaz hələ ki savaş arenası olaraq qalmalıdır" - deputat
Tarix: 11-05-2017, 09:33 | Çap et
"Cənubi Qafqaz hələ ki savaş arenası olaraq qalmalıdır"
“ABŞ-ın belə selektiv yanaşması Cənubi Qafqaz ölkələrinin müstəqillik qazandığı son 26 ildə hər zaman özünü qabarıq göstərib”. Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc bu fikirləri ABŞ Konqresinin Gürcüstanın ilhaq olunmuş ərazilərində mövcud olan separatçı rejimlərlə bağlı verdiyi qərarı “Yeni Müsavat”a şərh edərkən söylədi.

Xəbər verdiyimiz kimi, ABŞ Senatının 2017-ci il üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı maddələr yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur. Həmin maddələrə əsasən, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyan istənilən ölkəyə hər hansı kömək birbaşa və qəti şəkildə qadağan edilir.

Deputat Zahid Oruc bu barədə danışarkən dedi ki, bir neçə gün öncə gürcü baş naziri Georgi Kvirikaşvilini Ağ Evdə qəbul edən prezident Donald Tramp və digər yüksək çinli rəhbərlər Obama dönəmində Gürcüstana yönəlik seçilən kursu davam etdirəcəklərini və kəşfiyyat məlumatları, digər təhlükəsizlik tədbirləri ilə rəsmi Tbilisinin ərazi bütövlüyünə kömək göstərəcəklərini bildiriblər: “Çox alqışlanası mövqedir. Zatən Qafqazlarda yeni siyasi subyektlərin yaranmasına qarşı belə kəskin münasibət ərazi bütövlükləri pozulmuş ölkələrə böyük dəstəkdir. Lakin Qarabağ münaqişəsi ABŞ-ın xarici siyasətində hər zaman nəinki regionda nüfuz uğrunda mübarizənin tərkib hissəsi və savaş tərəflərinə təzyiq aləti olub, eləcə də Rusiya və Fransanın maraqları qarşısında sipər çəkilməsi üçün çox mühüm hərbi-siyasi meydandır. Ötən illərdə bir-birini əvəz edən demokratlar və respublikaçıların hakimiyyəti məlum kursa sadiq qalıblar. Çünki Qara dəniz və Xəzər regionunda Rusiyanın təkbaşına liderlik mövqeyini sarsıtmaq üçün onun yaxın sərhədləri ətrafında daimi gərginlik ocaqlarının saxlanılması çox əhəmiyyətli silahdır”.

Qeyd edək ki, mayın 6-da qüvvəyə minən qanuna görə, ABŞ-ın dövlət idarələrinə bu bölgələrin Rusiya tərəfindən işğalına kömək olan addımlar atmaq qadağan olunur. Göründüyü kimi, Vaşinqton Gürcüstan əraziləri uğrunda SSRİ imperiyasının varisi ilə açıq döyüşə girişib. Ancaq qəribəsi odur ki, analoji prinsipiallıq Qarabağa münasibətdə müşahidə olunmur. Hətta bundan əvvəl ABŞ rəsmiləri Gürcüstan əraziləri geri qaytarılmalıdır deyə, açıq mövqe ortaya qoyduqları halda, Azərbaycanın 20 faiz ərazi işğalını görməzdən gəlmişdilər. Bundan əlavə, təsdiqlənmiş büdcə layihəsində ABŞ dövlət katibinə vəzifə olaraq tapşırılır ki, sənədin qüvvəyə mindiyi andan 90 gün ərzində Abxaziya və Cənubi Osetiyanın işğalı ilə bağlı Rusiyanın hərəkətləri haqda məlumat versin.

Z.Orucun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyi tanınmasa da, onun üzərindən Moskvanın əleyhinə siyasət aparmaq imkanları böyükdür: “Konqres tərəfindən ötən illərdə edilmiş 200 milyon dollardan artıq yardımı Azərbaycanın suveren maraqları əleyhinə atılan addımlar kimi dəyərləndirməkdən başqa adı yoxdur - baxmayaraq ki, bununla əlaqədar siz çox fərqli diplomatik izahlar eşitməkdəsiniz. Halbuki Abxaziya, Cənubi Osetiya və Krımın məruz qaldığı siyasi-iqtisadi sanksiyaların həmin rejimləri əldən salmaqda və zəiflətməkdə nə qədər mühüm rol oynadığı öz yerində, ancaq burada ən vacib məqam həmin subyektlərin özünü xarici aləmdə müstəqil tərəf kimi təqdim etməyə şansın verilməməsidir. Əvəzində Bako Saakyan bir neçə dəfə Birləşmiş Ştatlarda müxtəlif rəsmi şəxslərin qəbulunda olub, Konqresin binasına yaxın ərazidə yerləşən ofisi Qarabağın səfirliyi və təmsilçiliyi kimi qələmə verib, üstəlik, ”dövlət quruculuğu"na maddi yardım üçün böyük telekörpülər də keçiriblər. Təsəvvür edin ki, Krım Respublikasının başçısı Sergey Aksyonovu Nümayəndələr Palatasında, yaxud Brüsseldə belə qəbul edə və yarımadanın neft resurslarının birgə işlənməsinə dair razılıq verəydilər, görün onda Ukrayna və Rusiya arasında hakimlik roluna ehtiyac qalardımı? Faktiki olaraq, Ermənistanın müstəqilliyinə edilən dəstəyin də mənası Birləşmiş Ştatlardakı lobbi mərkəzlərin təsir gücü ilə izah oluna bilməz".

Deputat bir məqama da diqqət çəkdi: “Ağ Ev strateqləri 2009-cu ildə İsveçrədə məlum protokolları imzalatdıranda Türkiyə və Ermənistanı barışdırmağa cəhd edərkən Qarabağ münaqişəsini həmin proseslərdən ayırmağa çalışırdı. Obama administrasiyası görəndə ki, onların niyyəti baş tutmur, əvəzində İrəvan daha da müflisləşib Moskvanın vassallığına daha çox yuvarlanır, onda plandan vaz keçdilər. Amma Qarabağda cəmiyyət institutlarını inkişaf etdirmək və demokratiyanı gəlişdirmək üçün ötən illərdə havaya sovrulan pullar səmərə verməsə də, problemin çözülməsi qətiyyən Birləşmiş Ştatların mənafelərinə cavab vermir. Cənubi Qafqaz hələ ki savaş arenası olaraq qalmalıdır. İkinci erməni dövləti ideyası bir gün Moskvada tam arxivə atılsa da, onun Qərb paytaxtlarında avtomatik ləğv ediləcəyini gözləmək sadəlövhlük olardı. Qarabağ müstəqilliyimizin haqqıdır, ödəncidir, hesabıdır”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Amerikanın bu siyasəti ikili standartlardan xəbər verir: “Qarabağı Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsindən və Donbasdan ayırmaq mümkündür. Bütün bu münaqişələrin xarakteri eynidir: kənar müdaxilə, separatizm və müharibə və nəticədə ərazi bütövlüyünü itirilməsi. Donald Tramp administrasiyandan əvvəlki Ağ Ev sahibləri də separatçılar və separatizmlə üzləşən dövlətlər arasında fərq qoyurdular”. E.Şahinoğlu hesab edir ki, Ağ Evin bu cür siyasətinin iki səbəbi var: “Birinci səbəb Amerikadakı erməni lobbisi və onun təsiri altında olan siyasətçilərdir. İkinci səbəbi isə özümüzük. Gürcüstan və Ukrayna Qərbin siyasi, iqtisadi və hərbi institutlarına inteqrasiya olmağa çalışır. Bu sırada Amerika ilə tərəfdaşlıq münasibətləri də onlar üçün ön plandadır. Biz isə Rusiya ilə Amerika arasında balansa çalışırıq və bəzən ağırlıq Rusiyaya tərəf keçir. Ona görə də Ağ Ev Gürcüstan və Ukraynanı Azərbaycandan üstün tutur. Halbuki regional zəmində, iqtisadi və hərbi güc baxımından Azərbaycan daha əhəmiyyətli ölkədir”.

Əlavə edək ki, az öncə Dövlət Departamenti “Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir” bəyanatını vermişdi. Və mayın 6-da növbəti addım atıldı. Ümumi yanaşanda separatçı rejimlərə və onların himayəçilərinə göstərilən sərt münasibət təqdirolunandır. Amma kaş ki, ABŞ bütün separatçılara “eyni gözlə” baxaydı...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36
Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru