“O, qeyri-ciddi, əxlaqi cəhətdən qüsurlu bir şəxsdir”
Tarix: 19-04-2017, 09:48 | Çap et
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin facebook istifadəçilərini “avara” adlandırması sosial şəbəkələrdə, mediada xeyli müzakirə olundu. Təbii ki, ona ən sərt cavablar da gecikmədi.
Ölkənin bütün təbəqələrini əhatə edən, facebook istifadəçisi olan 1 milyon 800 min azərbaycanlını bu şəkildə təhqir edən deputata kəskin reaksiyalar bildirilir. Maraqlıdır ki, sosial şəbəkə istifadəçilərini “avara” adlandıran A.Əlizadənin adına açılmış facebook səhifəsi tapılıb. A24.Az-ın apardığı qısa araşdırma zamanı məlum olub ki, Milli Məclis üzvü 2013-cü ildə facebookda öz adına yaradılmış - “Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin rəsmi səhifəsi” adında səhifə var.
Səhifədə millət vəkilinin mətbuata verdiyi müsahibələr, açıqlamalar, eləcə də deputatlığa namizəd olduğu zamanı aparılan təbliğat-təşviqat kampaniyasının fotoları yer alıb. Səhifədə ən axırıncı paylaşım isə bu ilin fevral ayının 15-də edilib.
Göründüyü kimi, özü istifadə etməsə də, adına səhifə olan və sosial şəbəkələrdən təbliği üçün istifadə edən partiya sədri facebook istifadəçilərini təhqir etməklə əslində özünü də aşağılayıb. Bir deputatın sosial şəbəkələrin nə qədər perspektivinin olduğunu, bütün dünyada facebookdan geniş istifadə olunduğunu dərk etməməsi təəssüf doğurmaqla yanaşı, həm də qəzəblə qarşılanır. Tez-tez bu cür fikirləri ilə gündəmə gələn deputat barəsində ölçü götürülməsi tələbləri var. Onun məhkəməyə verilməsi ideyası da var.
Facebookdan istifadə edən və etməyən tanınmış simaların deputatın fikirləri ilə bağlı mövqelərini aldıq.
Sosial şəbəkələrdə olmamasına baxmayaraq, ADP sədri Sərdar Cəlaloğlu A.Əlizadənin ünvanına sərt ifadələr işlətdi: “Sosial şəbəkələrdə dövlət adamları, cəmiyyətin ən müxtəlif təbəqələri təmsil olunurlar. İnsanları bu şəkildə təhqir etmək olmaz. 2 milyona yaxın insanı bu şəkildə alçaltmağa heç kimin haqqı yoxdur. Əslində o şəxs barəsində facebook şəbəkəsi məhkəməyə müraciət etməlidir. Çünki faktiki o adam bu şəbəkənin biznes fəaliyyətinə də ciddi zərbə vurur. Araz Əlizadə unudub ki, Azərbaycanın dövlət başçısının ailəsi də sosial şəbəkələrdədir. Ümumiyyətlə, hamımızın yaxınları oradadır. Bu nə deməkdir? Bu sözləri deyəndə ölkədə dövlət xadimlərindən tutmuş üzüaşağı hər kəsi aşağılayır. Sən kimsən ki, bu insanları təhqir edirsən? Mən özüm facebookda yoxam. Deyə bilərsən ki, facebooka aludəçilik, orada çox vaxt keçirmək düzgün deyil. Bu başqa məsələ olar. Amma avara demək şəxsiyyətin alçaldılması deməkdir. Bu həm də informasiya almaq hüququna bir qəsddir. Vətəndaşın istənilən mənbədən informasiya almaq hüququ var. Bunlardan biri də azad məkan kimi facebookdur. İnsanlar buraya daxil olub, bir-birilərindən informasiya alırlar. Sən kimsən ki, vətəndaşları informasiya aldıqlarına görə axmaq adlandırırsan? Araz Əlizadə danışığını anlamayan bir adamdır. Sözlərinin başına ip salmaq lazım deyil. Çünki qeyri-ciddi, əxlaqi cəhətdən qüsurlu bir şəxsdir. Amma istənilən halda hər bir facebook istifadəçisi məhkəməyə verə, onu yerində oturda bilərlər”.
Facebookun fəal istifadəçilərindən olan AĞ Partiya rəhbəri Tural Abbaslı deputat barədə bu cür danışdı: “Mən düşünmürəm ki, Araz Əlizadə səviyyəli adamı bu qədər ciddiyə almaq doğrudur. Onun səviyyəsi və intellekti cəmiyyətə məlumdur; belə fikirlər səsləndirməsində də təəccüblü bir şey yoxdur, çünki adamın şəxsiyyəti budur. Hansısa tədbir görülməsi məsələsində isə güman edirəm ki, bu tədbiri xalq görməlidir və belə insanların hətta ”təyinatla" belə olsa Milli Məclisdə təmsil olunmasına göz yummamalıdır".
Sosial şəbəkələrdən istifadə etməyən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli həmkarı ilə parlamentin iclasında bu barədə danışacağını söylədi: “Özüm sosial şəbəkələrdə yoxam, amma partiyamızın mətbuat xidməti, müavinlərim və yaxınlarım oradadırlar. Belə ehtiyatsız cümlələri işlətməsinə, doğrusu, inana bilmirəm. Bəlkə deyə bilərdi ki, orada yaxşı adamlarla yanaşı, pis adamlar da var. Təbii ki, avara adamlar hər yerdə var. Bəlkə sözləri təhrif olunub? Hər halda, deputat yoldaşıq, mütləq bunu ondan soruşacam. Əgər hamını avara adlandırıbsa, şəxsən ona etiraz edəcəm. Çünki övladlarım, qohumlar və ən yaxın adamlar oradadırlar. Facebook həyatımızdır, həyatımızın aynasıdır. Vaxt var idi internet yox idi, insanlar ünsiyyətin başqa formalarından istifadə edirdilər. İndi isə facebook insanların ortaq ünsiyyət formasına çevrilib. Özündən bu məsələni soruşandan sonra qəti fikrimi deyəcəm”.
Facebookda olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də həmkarını tənqid etdi: “Milyondan çox insan növbəyə düzülüb Araz Əlizadəyə ”ürək sözləri"ni demək üçün. Təbii ki, xoş olmayan ürək sözləri olacaq. Ona görə də növbəmi onlara buraxıram, nə deyirlər desinlər, onlarla razılaşacam. Orada olanları təhqir etməklə birbaşa özünü təhqir edir. Deputata bunlar yaraşmır. Başqa məsələlərə toxunmuram. Deputat parlamentdə səsləndirdiyi fikirlərinə görə məsuliyyət daşımır, amma bu o demək deyil ki, millətə, dövlətə xoş gəlməyən ifadələr işlədəsən. İctimai qınaqdan böyük cəza olmur. Şərəfli millətimiz var, onun bir cümləsi heç nəyi dəyişmir. Hər kəs məsuliyyətini dərk etməlidir".
Facebookdan aktiv istifadə edən yazıçı publisist Aysel Əlizadə hesab edir ki, bu cür deputatlar barədə artıq ölkə rəhbərliyi şəxsi fikir bildirməlidir: “Gerçəkdən onlar bizi təngə gətiriblər. Keçən dəfə Astan Şahverdiyev təhqir etdi. Ona olmazın sözlər deyildi. Bunlar mütləq nəzərə alınmalı idi. Bizim fikir bildirməyimizin əhəmiyyəti qalmayıb. Bu cür parlament buraxılmalıdır. Ola bilər ki, deputatların içərisində yaxşıları çox olsun, biz onları yaxından tanımayaq, amma bu status ayrı məsuliyyətdir. Müsahibə verərkən aid olduğun xalqı aşağılaya bilməzsən. Heç bir ciddi siyasətçi bunu edə bilməz. Bunlar deputatların müzakirə edəcəkləri məsələlər deyil. Xalq onlardan tamam başqa şeylər gözləyir. Facebook barəsində müasir dünyanın siyasətçiləri başqa cür danışmalıdırlar”.
Facebook istifadəçisi olan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bunları dedi: “Azərbaycanda çox adam düşünür ki, ona aid olan-olmayan, anladığı, yaxud anlamadığı məsələyə münasibət bildirməlidir. Son vaxtlar bu, deputatlar arasında da müşahidə olunur. Deputatlar onlara verilən suallara cavab verərkən daha ciddi olmalıdırlar. Cavab isə bəzən onların yerinin səhv düşdüyünü göstərir. Facebook istifadəçilərinə göndərdiyi mesaj da cənab Əlizadənin yerinin səhv düşdüyünə şübhə yaradır”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|