“Dəmirəl “ruslarla razılaşmaq lazımdır” deyərək bu plana qarşı çıxdı” - Pənah Hüseyn
Tarix: 17-04-2017, 08:33 | Çap et
1990-cı illərin əvvəllərində ermənilər Qarabağda bir-birinin ardınca Azərbaycan kəndlərini və şəhərlərini işğal edəndə, dinc əhaliyə qarşı qətliamlar törədəndə Türkiyənin Bakıya hərbi yardım göstərməməsinin səbəbi prezident Turqut Özalla baş nazir Süleyman Dəmirəl arasında çəkişmələr olub.
Bu haqda Türkiyənin ahaber.com saytı (eyni adlı telekanalın saytı-red.) yazıb.
Sayt qeyd edib ki, 1992-ci ildə yenidən siyasət səhnəsinə qayıdan Süleyman Dəmirəl seçkilərdəki ən böyük rəqibi Turqut Özala qarşı intriqa aparırdı. Onların arasındakı çəkişmələr üzündən iqtisadiyyata dair kritik qərarlar verilməyib, təyinatlar gecikdirilib, ölkənin maliyyə sistemi çöküb.
Sayt sonra yazır ki, 8-ci prezident Turqut Özalla baş nazir Dəmirəl arasında çəkişmələr Azərbaycan və Ermənistan arasında müharibə zamanı da özünü göstərib. Özalın bütün səylərinə baxmayaraq, Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl olub, nəticədə, minlərlə azərbaycanlı ermənilər tərəfindən qətl edilib. Ermənistan qətliamların ardınca Qarabağı işğal edib. Qeyd edək ki, Turqut Özalın prezidentliyi ilə Süleyman Dəmirəlin baş nazir olduğu dövr Qarabağ müharibəsinin ən dəhşətli zamanı idi. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə AXC, prezident Əbülfəz Elçibəy idi. Elçibəyin Turqut Özalla daha yaxın dostluq münasibətlərinin olması heç kəsə sirr deyil. Süleyman Dəmirəllə münasibətlər isə heç də dostluq münasibətləri adlandırılacaq səviyyədə olmayıb...
Elçibəy hakimiyyətinin baş naziri olmuş Pənah Hüseynlə əlaqə saxlayıb “Turqut Özalla baş nazir Dəmirəl arasında çəkişmələr Azərbaycan və Ermənistan arasında müharibə zamanı da özünü göstərib. Özalın bütün səylərinə baxmayaraq, Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl olub” iddialarının nə dərəcədə doğru olub-olmadığını soruşduq. Pənah Hüseyn bildirdi ki, əslində bu suala cavabı onun 4 iyul 2014-cü ildə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə tapmaq olar. O, indi əlavə hər hansı bir fikir bildirmək istəmədiyini dedi.
Biz də həmin arxivdən həmin müsahibəni tapdıq və bir daha diqqətlə tanış olduq. Müsahibədə P.Hüseynin dediklərindən belə bir qənaətə gəlmək olur ki, həqiqətən də Dağlıq Qarabağ müharibəsində Azərbaycanın xeyrinə işləyəcək çox ciddi bir plan olub. Lakin Türkiyəni bu planı həyata keçirməyə dəstək verməkdən yayındıran hadisələr, güclər olub. Turqut Özalın qəfil ölümü planın həyata keçirilməsinin qarşısını alıb.
Pənah Hüseyn bildirib ki, o dövrdə Qarabağ müharibəsi, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması üçün istər hərbçilər, istərsə də siyasətçilər tərəfindən müxtəlif layihələr təklif edilib, onların müzakirələri aparılıb. Naxçıvan istiqaməti bu layihələrdə daim yer alıb: “Səbəbi də aydın idi. Bir tərəfdən Naxçıvan blokada vəziyyətində idi; ermənilərin əsas işğal hədəflərindən biri elan edilirdi və bu işğal təhdidi sadəcə bəyanatlarla müşayiət olunmurdu. 1990-cı ildən başlayaraq Naxçıvan şiddətli döyüşlərin getdiyi real müharibə cəbhələrindən biri idi. Naxçıvan blokada vəziyyətində idi və bu blokadanın aradan qaldırılmasının təbii yolu bir çoxlarına Zəngəzurun, Mehri dəhlizinin hərbi yolla azad olunması kimi görünürdü. İndiki terminologiyadan istifadə etsək, hesab edilirdi ki, bu bir növ humanitar əməliyyat kimi dünya tərəfindən başa düşülə bilər. Geosiyasi amillər, daha dəqiqi, Türkiyə amili bu variantı çox cəlbedici edirdi. Hesab edilirdi ki, bir halda ki, Rusiya açıq-aydın Ermənistana kömək edir; bu halda Türkiyənin Azərbaycan tərəfindən problemə müdaxiləsi Naxçıvandan başlaya bilər. Çünki SSRİ və Türkiyə arasındakı Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyi üçün təminatçı idi. Türkiyənin müdaxilə məsələsi elə də xəyal deyildi. Bir sıra hərbçilər əsaslandırırdılar ki, sırf hərbi baxımdan yalnız cəbhə xəttinin genişləndirilməsi və əməliyyatların Ermənistan ərazisində keçirilməsi təcavüzkarın qüvvələrinin parçalanmasına, Qarabağdan bəzi qüvvələrin Ermənistana aparılmasına səbəb ola və nəticə etibarı ilə onları sülhə məcbur edə bilər”.
P.Hüseynin sözlərinə görə, Mehri dəhlizinin azad edilməsi məqsədilə Naxçıvan və Zəngilan istiqamətindən eyni zamanda hücum edilməsi məsələsi aktual olaraq gündəmə Kəlbəcərin işğalı zamanı gətirilib: “Fəlakətli vəziyyət yaranmışdı və Kəlbəcərin işğalından başqa, Gəncə təhlükəyə düşmüşdü. Hətta Ermənilərin rus qoşunlarının köməyi ilə Bakı-Tiflis xəttinə çıxması təhlükəsi vardı. Martın ortalarında Bakı - Ceyhan neft kəməri haqqında İstanbulda dövlətlərarası saziş imzalanmışdı və belə halda bu layihə, bütövlükdə yekunlaşmaqda olan neft müqavilələri təhlükəyə düşürdü. Odur ki, problem ətrafında o vaxta qədər olmayan dərəcədə geosiyasi canlanma və gərginlik yaranmışdı. Vəziyyətdən çıxış yolu kimi biz yuxarıda adıçəkilən planı gündəmə gətirdik. Plan barədə o vaxt Azərbaycanda olmaları gizli olmayan türk hərbi məsləhətçilərinin də məlumatı vardı. Aprelin 7- si və 8- də o vaxt Orta Asiyada səfərdə olan Türkiyə prezidenti Turqut Özalın məşhur bəyanatı səsləndi. Bu, belə idi: ”Əgər türk diviziyaları Ermənistan sərhədində təlimlərə başlasalar və bu zaman mərmilər Ermənistana düşsə nə olar?!" Aprelin 7- 8 də mən Ankarada oldum. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Doğan Güreş və Qərargah heyəti , Türkiyə baş naziri və digər hökumət nümayəndələri ilə bu məsələlərin konkret müzakirəsi aparıldı. Habelə Turqut Özalın Orta Asiya səfərini yekunlaşdırıb Bakıya gəlməsi zamanı bu məsələlər prezidentlər arasında müzakirə edildi. Bizim əsas arqumentlərimizdən biri ondan ibarət idi ki, Türkiyənin məsələyə birbaşa müdaxiləsi və bu zaman Rusiya ilə gözlənilən qarşıdurma problemin masştabını daha da genişləndirir və böyük ehtimalla, ciddi regional sarsıntı, genişmiqyaslı müharibə olmadan da məsələnin nizamlanmasına səbəb olardı. Aprelin 12- də mən yenə bu məsələlərlə bağlı Tehranda oldum və prezidentin müraciətlərini İran rəhbərliyinə çatdırdım. O vaxt Naxçıvan əməliyyatı planı hərbi baxımdan reallaşma mərhələsinə keçmədi. Bir çox səbəbləri var... Turqut Özal vəfat etdi, prezident Süleyman Dəmirəl oldu, Azərbaycanda isə çevriliş həyata keçirildi".
Xatırladaq ki, Pənah Hüseynin yazılarında və müsahibələrində bir neçə dəfə qeyd edilib ki, yuxarıda haqqında söhbət açılan plan onun iştirakı ilə 1993-cü il aprelin 7-8 də Türkiyə Silahlı Qüvvələri Genəl Qurmayında və o vaxt Türkiyə Baş Naziri Süleyman Dəmirəllə müzakirə edilib. Lakin Süleyman Dəmirəl “Ruslarla razılaşmaq lazımdır” deyərək bu plana qarşı çıxıb. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|