"QHT sektorundan Milli Məclisə gedən ilk deputat olmuşam"
Tarix: 8-04-2017, 10:15 | Çap et
Respublika Uşaq Təşkilatı uzun müddətdir ki, fəaliyyət göstərmir. Adıçəkilən təşkilatın sədri sabiq deputat Gülər Əhmədova olub. Yarandığı ilk dönəmlərdən başlayaraq, ölkənin hər yerinə səpələnən qurumun nümayəndələri uşaq hüquqlarının qorunması sahəsində geniş fəaliyyət mexanizmi həyata keçiriblər. Lakin sabiq deputat Gülər Əhmədovanın həbsindən sonra qurumun ofisinin qapıları bağlandı, deməli onun fəaliyyətdən də söhbət gedə bilməz. Bəs sabiq deputat Gülər Əhmədova Respublika Uşaq Təşkilatını yenidən bərpa etməyi düşünürmü? Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Gülər Əhmədova deyib ki, ofis və işçilərin saxlanılması o qədər də asan iş deyil. “Ofis və işçilərin saxlanılması üçün maliyyə problemi aradan qalxmalıdır. Bu problemlər aradan qalxarsa, müəyyən işlər görmək olar. Təşkilatın yaşaması üçün ofis və kollektiv maliyyə məsələləri geniş həll olunmalıdır. Bu baxımdan da kağız üzərində olan bir şey haqqında düşünmürəm. Həmçinin, hər zaman əsas məqsədim dövlətçiliyə xidmət etmək ibarət olub. O zaman ulu öndər Heydər Əliyev belə bir ideyanı gerçəkləşdirdi. Respublika Uşaq Təşkilatı onun xeyir-duası ilə yaradıldı. Təşkilatı sıfırdan yaradaraq bütün respublikanı əhatə edən bir quruma çevirdik. Fəaliyyətimin nəticəsi olaraq QHT-dən parlamentə getdim”. Sabiq deputatın sözlərinə görə, əslində, uşaqların hüquqlarının qorunması istiqamətində təkliflər olur. “Düşünürəm ki, gələcəkdə ehtiyac olarsa, biz bu işi sevə-sevə həyata keçirərik. Təklifləri nəzərdən keçirirəm. QHT sektorundan Milli Məclisə gedən ilk deputat olmuşam. Digər təşkilatlardan fərqimiz o olub ki, təşkilatın yaranma ideyası Heydər Əliyevə məxsus idi. 1999-cu ildə yaradılmışdı. Zaman-zaman müəyyən insanların qısqanclığı və şəxsi maraqlardan irəli gələn proseslər baş verib. Bunun da nəticəsi olaraq bu gün Respublika Uşaq Təşkilatı fəaliyyət göstərmir. O cümlədən, indi zaman dəyişib. Heç nə əvvəlki kimi deyil”. Respublika Uşaq Təşkilatının fəaliyyətindən söz açan xanım Əhmədova bildirib ki, vaxtilə adıçəkilən təşkilatın rayonlarda bölmələri fəaliyyət göstərib. “Hər kəs onların fəaliyyətindən razı idi. Nəsə bir narahatlıq olmayıb. Son çadır şəhərciyi olana qədər bizim oralarda çox yaxşı işlərimiz həyata keçirilib. Uşaqlar üçün yay istirahətləri təşkil etmişik. Uşaqların yayda çadır şəhərciklərində qalmamasına səy göstərmişik. Uşaqlarla bağlı nə problemlər vardısa, hamısı ilə məşğul olmağa çalışmışıq. Məcburi köçkün ailələri ilə sıx əlaqələrimiz vardı. Bildiyiniz kimi, sərhəd zonalarında olan uşaqların daha çox problemləri var. Həmin vaxtlarda gücü həmin bölgələrdə məskunlaşan uşaqlara vermişdik. Sərhədyanı zonalarda xüsusi uşaqları axtarıb tapırdıq. Uşaqlar arasında muğam müsabiqələrini birinci biz keçirmişik. Heydər Əliyevin doğum günü münasibətilə muğam ustalarını da cəbhə bölgəsinə aparmışdıq. Hətta həmin vaxt ermənilər musiqi səslərini eşidib, yerli camaatı atəşə tutmuşdular. Onu deyə bilərəm ki, Respublika Uşaq Təşkilatı olaraq xeyli uğurlar əldə etmişdik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|