40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                 

"Azərbaycandakı mövcud din anlayışı insanı ya cahilə, ya da qatilə çevirir" - deputat
Tarix: 5-04-2017, 14:51 | Çap et
"Azərbaycandakı mövcud din anlayışı insanı ya cahilə, ya da qatilə çevirir"
“Yeni Çağ”ın “Dialoq kürsüsü”ndə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafadır.

Dünyaya hökmran olmaq istəyənlərin yaratdığı dağıdıcı “burulğan” getdikcə dərinləşir. Bu, gözəllikdə eybəcərliyi, dərrakədə ağılsızlığı, insanda iblisi, həyatın içində “ölüləri” üzə çıxartmaqda davam edir. Belə bir durumda cəmiyyətin öz xilasını necə tapacağı və sürükləndiyi çökmədən hansı şərtlər daxilində çıxacağı müzakirə obyekti olaraq qalır.

Bu gün “kürsüyə” çıxan millət vəkili Fazil Mustafa qısa şəkildə olsa da öz mülahizələrində bəzi məqamlara toxundu.

“… düşüncəmin əsas sualı da budur”

– Öncə bütün müsahiblərimə ünvanladığım bir sual: Fazil bəy bu gün dünyaya hansı “pəncərədən” baxır və nələri görür?

– Bu dünyada müşahidəçi statusunda olmadığıma görə ona ayrıca bir baxış ritualım yoxdur. Mən də bu dünyanın içindəyəm və öz kiçik dünyamla böyük dünyaya qarşı müqavimət imkanlarımı təkmilləşdirməyə çalışıram. Əslində, xüsusi bir şeylər görməyim də mümkün deyil, dünyanı sakitcə düşünürəm. Bircə o görüşü mənimsəmişəm ki, dünyanın ən təkrarolunmaz möcüzəsi insandır. Görə bilməsəm də əsas düşüncəm insan barəsindədir. İnsan necə olmalıdır – düşüncəmin əsas sualı da budur.

– Fazil bəy, insan düşüncəsində ürəklə ağılın daim mübarizə aparan “rəqib” olduqları, bir-biri ilə «yola getmədikləri, əksər hallarda bir-birini dinləmədikləri hər kəsə məlumdur. Bəzən insan özünə aid bu dəyərlərə kənardan baxır və nəticədə hərəkətlərinin məsuliyyətini az qala onların üzərinə atmaqla təsəlli tapmağa çalışır. Sizin “rəqibləriniz” hansı məsələlərdə bir araya gələ bilmədilər və əsasən onlardan hansı qalib çıxır?

– Bu suala yaxşı olar ki, 20 yaşında yazdığım şeirdən bir bəndi xatırladaraq cavab verim.

Üz-üzədir ağıl, ürək
Ağılamı baxır ürək?
Od götürüb yanır ürək
20 yaşım, üsyan elə!

Görürsünüzmü, hələ uzun illər öncədən bu sualları cavablandırmışam deyəsən. Ancaq indi həmin cavabdan razı qalmıram. Çünki bunlar gəncliyin siyasiləşmiş üsyankar duyğularını ifadə edən misralardır. Artıq ürəklə ağılın balansını qorumaqdan vacib və həyati bir məsələ olmadığını düşünürəm. Onların ziddiyyəti insanı ya ağılsızlığa, ya da ürəksizliyə itələyir. Birinin digəri üzərində qələbəsi mənim tükənməyim, bitməyimdir demək. Bunu anlayan kimsə hansısa birinə üstünlük verə bilərmi?

“Azərbaycanın öz haqqını əldə etməsinin çətinlikləri düşündüyümüzdən də çoxdur”

– Sivil cəmiyyətlərin formalaşma prosesində dünyaya vəd edilən demokratiya böyük güclərin əlində bir oyuncaq kimi istifadə olunur. Demokratiya az qala coğrafi məkana, dinə, millətə, irqə görə “paylanır”. İndiki geopolitik durum demokratiyanın xeyrinə deyilsə , o zaman Azərbaycanın öz haqqı olan azadlıqları əldə etmə şansı nə dərəcədədir?

– İndi əslində, dünyada əvvəlki zamanlarda olduğu səviyyədə demokratiya tələbləri populyar deyil. Artıq demokratiyanın müdafiəçisi kimi tanınan sistemlər özləri xeyli problemlər yaşayırlar, nəticədə insan hüquq və azadlıqlarını məhdudlaşdırmaqdan belə çəkinmirlər. Təsəvvür edin ki, 20 il öncə dünyada guya demokratiyanın müdafiəçisi kimi çıxış edən ABŞ Liviyada, Misirdə, İraqda, Suriyada elə vəhşiliklərin baş verməsində bilavasitə iştirakçı oldu ki, artıq bu şüarlar, çağırışlarla dünyada gülüb-keçməkdən başqa bir yol qalmır. Hazırda öndə gələn tələb təhlükəsizliklə bağlıdır və hansı ölkə demokratiyadan da öncə daxili və xarici təhlükəsizliyin təmin olunmasına üstünlük verirsə, o ölkələrə daha çox hörmət olunur. Azərbaycan da əslində təhlükəsizliklə bağlı problemlərin həllinə üstünlük verir və anlayır ki, dünyanın aparıcı güclərinin demokratiyadan danışmasının ciddi bir mənası yoxdur. Bunun ən bariz sübutu həmin ölkələrin Ermənistanı işğalçı dövlət kimi tanımamaqla yanaşı, onun işğalçılıq siyasətini açıq dəstəkləməsini göstərmək olar. Bu baxımdan da Azərbaycanın öz haqqını əldə etməsinin çətinlikləri düşündüyümüzdən də çoxdur.

– Siyasi analitiklər hazırda ölkədə opolitik bir vəziyyətin yaranması və cəmiyyətin müqavimət gücünün aşağı düşməsi barədə fikirlər səsləndirir. Dünyada cərəyan edən təhlükəli tendensiyalar önə çəkən ekspertlər Azərbaycandakı durumu narahatlıqla izləyirlər. Daxili siyasi qüvvələrin buna qarşı hansı müqaviməti, gücü var?

– Cəmiyyətin müqavimət gücü indiki dövrdə daha çox dövlətin gücünə nisbətdə müəyyənləşdirilir. Ancaq bir reallığı unutmaq olmaz ki, hazırda dünyada güclü cəmiyyətlərdən daha çox güclü dövlət anlayışları önə çıxır. Yəni zəif cəmiyyətin olmasından daha təhlükəlisi hakimiyyət boşluğunun olduğu dövlətdir. Bizim əsas hədəfimiz məhz dövlətin indiki dünya düzənində zəifləməməsidir,hansısa güclərin qarşısında ərazi bütövlüyünün qorunmasından, prinsipial tələblərdən geri durmamasıdır. Əgər ölkə üçün xarici təhlükə risqi olarsa, Azərbaycan cəmiyyətinin daxili müqavimət gücünün real vəziyyəti daha bariz görünəcəkdir.

– Təhlükəli xarici faktorların inkişaf səviyyəsinin əksi olaraq bizdə siyasi təşkilatların zəifliyi və narazı kütlənin siyasiləşməməyi qeyd olunur.

– Bizim əsas problemlərimizdən biri məhz partiya demokratiyasının zəif olmasıdır. Cəmiyyətin siyasi partiyalara meyl etməməsi, siyasətin partiyalar üzərindən deyil, fərdlər üzərindən aparılması kütlənin xaotik durumlarda davranışlarının nəzarət altına alınmasını xeyli çətinləşdirir. Bizdə proporsional seçki sisteminin ləğvi nəticəsində partiyalar bilavasitə seçki kampaniyasında öz proqramları ilə çıxış etməkdən uzaqlaşıblar. Bu isə həm siyasətin keyfiyyətinə, həm də elitanın siyasi partiyalardan gələn kadr bazasından məhrum olmasına imkan yaratmışdır. Bütün hallarda xarici faktorların ölkə həyatına mənfi təsirlərini önləyəcək güclü siyasi təşkilatların olmaması ciddi bir risqdən xəbər verir və bu boşluğu doldurmaq üçün lazımi tədbirlərin görüldüyünü söyləmək mümkün deyil.

“Bunların başında da din və təhsillə bağlı problemlər durur”

– Bu gün problemlərimizin əsasında xalqda yarımçılıq komplekslərin çoxluğu qeyd olunur. Xalqın özünü kiçik, cılız, digər xalqlardan zəif bilməsinin səbəblərini nəyə bağlamalı və əsas analizlər hansı istiqamətdə aparılmalıdır?

– Fikrimcə, xalqda yarımçılıq kompleksinin yaranması bir çox faktorlarla bağlıdır ki, bunların başında da din və təhsillə bağlı problemlər durur. Din toparlayıcı amil olduğu halda bizdə insanları bir-birindən ayıran amilə çevrilib və əsrlərdir bu ayırımın ortadan qaldırılması üçün ziyalılarımızın səyləri bir nəticə verməməkdədir. Təhsil isə hələ də prioritet siyasətə çevrilmədiyindən biz yeni dünyaya hazırlıqlı insan obrazını təqdim etməkdə çətinlik çəkirik. Biz bütün analizləri yuxarıda vurğuladığımız iki istiqamət üzrə aparsaq, geriliyimizin səbəblərini anlamaqda çətinliyimiz olmaz.

– Cəmiyyət hansı güzgü ilə dediyiniz eyibləri görə bilər? Tarixini araşdırmaq adı ilə özünü inkar bizə nə verə bilər?

– Hər zaman vurğuladığım iki ifadə arasındakı ziddiyyətə diqqət çəkmək istəyirəm. Bizdə “görə-görə gələn” bir cəmiyyət ənənəsi var, ancaq daha yaxşısı ” düşünə-düşünə gedən” cəmiyyət gerçəyinin olmasıdır. İtirdiklərindən zərrə qədər nəticə çıxara bilməyən, yəni gördüyünü yaddaşına yazaraq onu təhlil etməyən bir xalq Xocalıdan sonra mütləq Kəlbəcəri, Ağdamı itirməliydi. İtirdiklərin üzərində ciddi düşünə bilmirsənsə, yaddaşında mühakiməsini apara bilmirsənsə, itirdiklərinin günahını başqalarının üzərinə yıxmaq vəziyyətədən çıxış yolu deyil. Beynəlxalq laqeydliyi və ya qonşu etinasızlığını normal qarşılamaq lazımdır, maraqlandırdığın qədər də maraq cəlb edə bilərsən. Kimin nə vecinə sənin Dağlıq Qarabağ problemin?! Birinci növbədə bu, sənin gecə-gündüz həllini düşündüyün məsələ olmalıdır, indi baxın görək bütün cəmiyyət bu problemin həllinə arzuladığımız qədər indekslənibmi? Ona görə də rəssam olmağa qabiliyyətimiz olmayana qədər, baş verən bütün prosesləri sıradan bir müşahidəçi kimi seyr etməkdən başqa yolumuz qalmır. Əslində , Dağlıq Qarabağ məsələsi də bizim hələlik seyr etdiyimiz məsələdir.

– Gəlin kənar qüvvələrin təsiredici yanaşmalarını qoyaq bir kənara və görək ölkə daxilində özümüzün-özümüzə münasibətində nələr var. Biz bu gün daha çox hansı təsirlərə baş əyirik, daha çox nələrdə aşınma var?

– Ölkə daxilində bir sabitliyin olması bütün insanlarımızın arzusudur. Siyasi fərqliliklər bütün cəmiyyətdə mövcud olur, ancaq siyasi düşmənçiliyin genişlənməsi həqiqətən narahatçılıq yaradır. Siyasətin bütün qütblərindən gələn fikirlərin dinlənilməsi üçün mühitin yaradılması çox vacibdir. Bizim hansısa kənar təsirlərdən yayınmaq üçün xüsusi narahatlıq keçirtməyimiz, qorxmağımız yersizdir, əksinə, daha açıq şəkildə modern dünyanın içində yerləşməyə çalışmalıyıq. Əks halda özümüzə qapanmaq daha da geriləməmizə səbəb olacaq. Aşınma düşünmək vərdişimizin olmamasında daha qabarıq üzə çıxır, dünyanı səthi şəkildə çözməyə çalışırıq, ancaq alt qatlarında nələrin yatdığı vecimizə də deyil. Ona görə də bütün modern dəyərlərin səthi formasını öz həyatımızda yaşamaqla məşğuluq.

– Hər bir dövr özünəməxsus maddi, mədəni, ruhi tələbləri ilə cəmiyyətin kimliyini, səviyyəsini müəyyənləşdirir. Məsələyə bu aspektdən yanaşsaq, sizcə, bu gün milli, ruhi, tarixi mədəniyyətimiz müasir sifarişləri yerinə yetirə bilirmi?

– Müasir sifariş deyəndə ilk növbədə qloballaşan dünyanın tələblərindən söhbət gedir. Biz ən yaxşı halda indiki resurslarımızla nümunəvi təqlidçi rolunda ola bilərik. Çünki kəşflərin, yeniliklərin, texnoloji dəyişikliklərin arxasında imzamız yoxdursa, hələ müasir sifarişlərə sağlam reaksiya verməyimizi düşünməyimiz sadəlövhlük olardı. Biz təhsilə pul ödəyən, lakin dəyər verməyən cəmiyyətik. Ən çox geridə qaldığımız sahə də təhsillə bağlıdır. Savadın önə çıxa bilmədiyi cəmiyyətlərdə milli, ruhi, tarixi mədəniyyətin təsəllidən başqa bir işə yaradığını söyləmək olmaz. Biz elm cəmiyyətinə çevrilmədikcə, müasir dünyanın yeniliklərinə adaptasiyamız da xeyli çətin olacaqdır.

– Bu gün dünyaya inteqrasiya xəttini tutan, mədəniyyətlərarası dialoqun tələbləri ilə cərəyan edən proseslər milli dəyərlər sisteminə hansı vədləri verir? Sizcə mədəni-dini, ədəbi həyata olan yeni baxışlar daha çox hansı prinsiplərin üzərində köklənib və tariximizə, milli kimliyimizə münasibətdə baş qaldıran mübahisələr nədən qaynaqlanır?

– Ümumilikdə götürəndə kiçiklik kompleksi yaşayan xalqları müəyyənləşdirmək istəyəndə, onların öz tarixinə, irsinə, öz dəyərlərinə açıq və təftişçi baxışının olmamasına diqqət yetirmək lazımdır. Biz əslində kiçiklik kompleksinə malik olduğumuzdan dolayı tarixin yenidən oxunmasını, şəxsiyyətlərin yenidən dəyərləndirilməsini narahatçılıqla qarşılayırıq. Bu da bizi illüziyaların içində yaşamağa və gələcəyimizlə bağlı səhv qərarlar qəbul etməyə yönləndirir. Özünə güvənən bir amerikalı üçün o məmləkətin hindulardan başlaması və ya Kolumbla tanıtım qazanmasının bir fərqi varmı? Bu mübahisələr nəticə etibarilə xalqın daha realist gələcək qurmasına imkan yaradır, digər tərəfdən fəlsəfi fikrin inkişafını təmin edir. Məhz bu mübahisələrdən qaçdığımıza görə, Azərbaycanda mühakiməyə, idraka yönələn bir mühit yox dərəcəsindədir, siyasi, dini, adət ehkamlarının içində düşüncəsi məhdudlaşdırılmış bir cəmiyyətlə qarşı-qarşıyayıq. Ona görə də milli dəyərləri qloballaşmaya qarşı qoymaq ən çox kiçiklik kompleksinə qapılmış xalqlara, cəmiyyətlərə aiddir və bundan uzaqlaşaraq faydalı olan nə varsa dərhal mənimsəyən cəmiyyətlər tərəqqi üçün qapılarını açıq saxlaya bilirlər.

– “İnsanın gözəl yaşaması üçün inkişaf edən nə varsa qəbuldur, milli olmasa da olar” fikrini qəbul edirsiniz?

– Ümumiyyətlə, insanlıq üçün yaradılan heç bir əşyanın qarşısında “milli” sözü yazılmaz. Edissonun kəşf etdiyi elektriki Qərbin milli sərvəti sayarsanız, bütün Şərqi qaranlığa gömmüş olarsınız. Yaradılan hər bir faydalı şey insan üçündürsə, ona millilik və ya qeyri-millilik etiketi vurmağa nə ehtiyac var? Millilik sözü bizim dilimizlə, mənəvi tarixi mirasımızla, gəlib-getmiş dəyərli şəxsiyyətlərimizlə əlaqədar işlənə bilər, qalan məsələlərdə bu cür yanaşma həqiqətən ironiya doğura bilər. Həqiqətən də insan üçün nə faydalıdırsa, onun inkişafına, yaxşılığına xidmət edirsə, milli olması vacib deyil, o avtomatik olaraq bizim üçün milliləşir. O qədər milli saydığımız boş, mənasız adət və təzahürlərimiz var ki, ondan uzaq durmağımız ancaq özümüzün faydasına olardı.

– Fazil bəy Allahını tanıyan bir insandır, dindar deyil və eyni zamanda dini ziyarət ocaqlarına gedib dua etməyi sevməz. Millətini, adət-ənənələrini sevir, millətçi deyil, üstəlik keçirilən ənənəvi bayram şənliklərini qəbul etmir. Bəlkə də səhv edirəm. Bu təzadı nə ilə izah etmək olar?

– Əlbəttə, müəyyən yanlışlıqlarınız var. Mən bir müsəlman kimi gündəlik ibadətlərimi çox dəqiqliklə yerinə yetirməyə çalışıram, ancaq insanların uydurduğu dinə deyil, Allahın endirdiyi və Hz. Məhəmməd (S.Ə.S.) vasitəsilə bizə çatdırılan dinə bağlıyam. Bu dində isə ziyarət ocaqlarına gedib, dua etmək deyə bir tələb yoxdur. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycandakı mövcud din anlayışı insanı ya cahilə, ya da qatilə çevirməyə yarayır. Gerçək İslam prinsipləri ilə tanış olan insanların əxlaqlı olması, xeyirxah olması, müdriklik qazanması qaçılmazdır. Ənənəvi bayramlarımıza isə münasibətim loyaldır, qeyd edib-etməməkdən asılı olmayaraq, hamısına normal yanaşıram. Çünki İslam adı ilə kimsənin həyat tərzinə və zövqünə qarışmağı doğru saymıram. Özümü islamçı, millətçi, liberal, mühafizəkar deyə tanınan yarlıqların heç birinin içində görmürəm və sadəcə, əsas hədəfim cəmiyyətə faydalı insan olmaqdır. Ona görə də həyatımda, yaşamımda hansısa təzaddan bəhs etmənin ciddi bir əsası yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Bu gün, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Bu gün, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Bu gün, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Bu gün, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Bu gün, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Bu gün, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Bu gün, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Bu gün, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Bu gün, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Bu gün, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Bu gün, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Bu gün, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Bu gün, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Bu gün, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Bu gün, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Bu gün, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Bu gün, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Bu gün, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Bu gün, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Bu gün, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Bu gün, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru