Bu, Sərkisyanın boş hay-küyüdür
Tarix: 29-03-2017, 08:56 |
Çap et
Dağlıq Qarabağın tənzimlənməsi üzrə istənilən plan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, yalnız bundan sonra mərhələli şəkildə Madrid, Vyana, Sankt-Peterburq və Kazan görüşlərinə uyğun olaraq status və digər məsələlər həllini tapmalıdır:
“Bütün bu proseslər Ermənistanda aprelin 2-də keçiriləcək seçkilərdən asılı olacaq. Parlament seçkisindən sonra ümumiyyətlə Ermənistanda iqtidar siyasətini müəyyələşdirən bir xətt də formalaşdırılacaq. Yəni Ermənistanda iqtidarda qalacaq qüvvələrin kimliyi bəlli olandan sonra hər hansı qərar verilə bilər. Ona görə də aprelin 2-ə qədər İrəvandan verilən bəyanatlar sırf seçkiyə hesablanıb. Hazırda hakimiyyətdə olan Respublika Partiyası Dağlıq Qarabağ kartından geniş istifadə edir. Bu fonda Sərkisyanın son açıqlamaları və “İsgəndər” hədələri boş hay-küydən başqa bir şey deyil”.