"Azərbaycanın dövlət siyasətində qadınlara çox mühüm yer ayrılıb" - deputat
Tarix: 9-03-2017, 09:16 |
Çap et
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Maraqlıdır, Azərbaycanın dövlət siyasətində qadınlara yetərincə yer ayrılırmı? Dövlətin qadınlar, onların hüquqlarının qorunması üçün atdığı addımlar yetərincə qənaətbəxşdirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov dövlətin cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər imkanlar yaratdığı, onların hər birinə qayğı göstərdiyini bildirib:
“Azərbaycanın dövlət siyasətində qadınlara çox mühüm yer ayrılıb. Ölkəmizdə gender bərabərliyidir. Azərbaycanın bütün vətəndaşları cinsindən asılı olmayaraq ölkəmizin qanunlarından, vətəndaşlar üçün yaratdığı şəraitdə bərabər faydalanırlar. İstər dövlət qulluğunda, istərsə də digər sahələrdə qadınlar cəmiyyətin aparıcı qüvvəsi kimi fəal iştirak edirlər. Hesab edirəm ki, Azərbaycanda qadınların hüququ ən yüksək səviyyədə qorunur.
Mən bütün qadınları bayram münasibəti ilə təbrik edirəm”.