Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                 

“Biz bir sıra hallarda ya deputat, ya vətəndaş, ya məmur olaraq məsuliyyətimizi kifayət qədər dərk eləmirik” - deputat
Tarix: 6-03-2017, 07:54 | Çap et
“Biz bir sıra hallarda ya deputat, ya vətəndaş, ya məmur olaraq məsuliyyətimizi kifayət qədər dərk eləmirik”
Son zamanlar bir sıra deputatlar sanki mövzu, ideya istehsalı üzrə yarışa girişiblər. Belə ki, onlar çox hallarda olduqca gözlənilməz, hətta sensasion yanaşmaları ilə mətbuata yeni mövzular verirlər. Bu istiqamətdə növbəti addımı Milli Məclisin ən stajlı deputatlarından olan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə atdı, KM.ru rus xəbər portalına müsahibəsində “azərbaycanlılar türk deyil” deməklə etirazlara səbəbkar oldu. Deputat Fəzail Ağamalı ilə söhbətimizə elə həmkarının dediklərinə münasibət soruşmaqla başladıq:

- Fəzail bəy, deputat həmkarınız Arif Rəhimzadə azərbaycanlıların türk olmasına şübhəsini ifadə edib, özü də Rusiya mətbuatına. Siz də tarixçi professorsunuz, həmkarınızın dediklərinə münasibətiniz necədir?

- Heç şübhəsiz ki, mənim Arif Rəhimzadəyə böyük hörmətim var, onun xətrini çox istəyirəm. Ancaq kifayət qədər intellektual səviyyəsi olan, məlumatlı, yaxşı bir həyat yolu keçən bir həmkarımın dilindən bu ifadəni eşitmək, əlbəttə, mənimçün gözlənilməz oldu. Azərbaycan türkləri Altay türk dil ailəsinə daxil olan etnosdur. Türk böyük anlayışdır, Altaydan başlamış, ta Karpat dağlarına qədər böyük bir ərazidə zaman-zaman türk xalqları yaşayıb. Təbii ki, ulu babalarımızdan türklük baxımından bizə fəxr eləyə biləcəyimiz böyük bir miras qalıb. Türklər həmişə tarixin yaradıcısı olublar. Azərbaycan etnos olmaq etibarilə türk dil ailəsinə mənsubdur və biz türkük. Azərbaycanda bizlərlə, türklərlə bərabər, digər etnoslar da min illər boyu bu məkanda yaşayıblar və bu ərazinin nümayəndələridirlər. Ona görə də Arif Rəhuimzadənin söylədiyi fikrin heç bir elmi-praktik əsası yoxdur.

- Elə isə niyə belə bir fikir səsləndiri, sualı da xeyli maraq doğurur. Sizin qənaətiniz nədir?

- Düzü o, nədən bu fikri söyləyib, onun bu fikri hardan qaynaqlanıb, mənə də bəlli deyil. Lakin onun bu fikri tamamilə yanlışdır.

- Arif Rəhimzadə sıradan bir şəxs deyil, kifayət qədər təcrübəli siyasət adamıdır. Üstəlik, nəyi, necə demək lazım olduğunu da çox yaxşı bilir. Son zamanlar Azərbaycanın milli dəyərləri ilə bağlı aşağılayıcı mövqe sərgilənməsi hallarının artdığı bir vaxtda onun dedikləri ətrafında xeyli uzaqgedən nəticələr ortaya çıxdı. Bu, sadəcə, dəyər verməməkdən irəli gəlir, yoxsa burada “beşinci kolon”un elementlərini axtarmaq lazımdır?

Arif Rəhimzadə haqqında mən deyə bilmərəm ki, o, hardasa “beşinci kolon”un daşıyıcısıdır, yaxud da Azərbaycana bağlı adam deyil. Xeyr, mən bu fikirdə deyiləm. Arif Rəhimzadə həqiqətən Azərbaycana, bu torpağa bağlı insandır və sizin dediyiniz kimi, sıradan bir insan deyil. Mənimçün doğrudan da izahı çox çətin bir məsələdir ki, nə üçün Arif Rəhimzadə bu həqiqəti etiraf etməyib? Adama sual verərlər, onda biz kimik? Onda Arif müəllim söyləsin ki, yaxşı, azərbaycanlılar türk deyil, bəs, onda biz kimik? Dünyada artıq alimlərin müəyyənləşdirdiyi dil təsnifatı var. Biz də dil təsnifatına görə, Altay türk dil ailəsinə daxilik.



“Arif Rəhimzadənin söylədiyi fikrin heç bir elmi-praktik əsası yoxdur”
- Bəlkə bu vəziyyət ona görə yaranır ki, zamanında biz adımızı Azərbaycan türkü, dilimizi Azərbaycan türk dili kimi rəsmiləşdirmədik. Bu qeyri-müəyyənliyə parlamentin son verməsi daha düzgün olmazdımı?

- Bilmirəm. Hər halda, yadınıza gəlirsə, bir vaxt bunun ətrafında geniş diskussiyalar getdi, müzakirələr açıldı.
Vaxtilə Konstitusiya hazırlananda ən çox müzakirə olunan məsələlərdən biri də bu idi ki, etnos olmaq etibarilə bizim adımız necə yazılmalıdır. Əslində alimlərin burada da fikri haçalandı. Bəziləri dedi ki, bəli, biz Azərbaycan türkü olaraq yazmalıyıq, digərləri dedi azərbaycanlılar elə mahiyyət etibarilə türkdür.

“Azərbaycan” sözünün özünün kökündə türkçülük var. Firudin Cəlilovun əsərlərində bu məsələlər çox geniş şəkildə qoyulub. Sonradan elə burada yaşayan tayfaların adından bu məkan vətəndaş hüququnu qazanıb. Yəni faktiki olaraq, Azərbaycan sözünün özünün türk tayfalarına məxsus olduğu iddiası var. Bu, bir çox alimlər tərəfindən sübuta yetirilib. Azərbaycan da özbək, qazax, osmanlı kimi türkdür, burada ikinci söhbət ola bilməz. Həqiqət üzərində mübahisə aparmağa ehtiyac yoxdur. Onda biz sübut etməyə çalışmalıyqı ki, yuxarıdakı Günəş deyil?

- Bir müddət əvvəl Mikayıl Müşfiqin abidəsinin dağıdılmasına prezident səviyyəsində müdaxilə olundu. Belə çıxır ki, qırmızı xəttin keçilməməsi üçün bütün bu kimi məsələlərə dövlət başçısının müdaxiləsi olmalıdır?

- Xeyr, əlbəttə, bu da anormallıqdır. Biz bir sıra hallarda ya deputat, ya vətəndaş, ya məmur olaraq məsuliyyətimizi kifayət qədər dərk eləmirik, deyəcəyimiz sözün məsuliyyətini götür-qoy etmirik, atacağımız addımların verəcəyi nəticələri ölçüb-biçmirik. Bu da cəmiyyətdə əlbəttə, müəyyən problemlər yaradır. Necə ki, siz dediniz, bəli, Müşfiqin heykəlinin götürülməsi ilə bağlı problem yarandı.

Nəgiz xanım Paşayeva bu məsələni ictimailəşdirdi, sonradan ölkə prezidenti məsələyə qarışdı, çox sərt reaksiya verdi və günahkarların cəzalandırılmasının vacibliyini önə çəkdi. Bunun üçün hər kəs söylədiyi sözün, atdığı addımın məsuliyyətini anlamalı, dərk etməli, onun verə biləcəyi nəticəni bəri başdan ölçüb-biçməlidir. Onda bax, bu cür problemlər, xoşagəlməz diskussiyalar ortalığa çıxmaz.

- Bu yaxınlarda buna bənzər digər məsələ də ictimailəşdi. Söhbət 1988-ci ildə zəlzələ qurbanlarına yardım üçün Leninakana uçarkən Ermənistan səmasında məhv edilən 77 azərbaycanlıya abidə qoyulması məsələsinə laqeyd münasibətdən gedir. Üstəlik, abidənin qoyulacağı yerdəki daş lövhə də təmir-bərpa işlərinin qurbanı olub və məsuliyyəti də heç kim üzərinə götürmür. Bununla bağlı nə demək olar?



“Azərbaycan hökuməti bu gün ona tapşırılan işi yerinə yetirə bilir”
- Bu da məsuliyyətsizlikdir, biganəlikdir, tariximizə sayğı ilə yanaşmamaqdır. Bəli, mən sizinlə razıyam ki, 1988-ci ildə Ermənistana yardıma gedən həmvətənlərimiz ermənilər tərəfindən qəsdən məhv edilmişdi. Bununla ermənilər öz vəhşiliklərini bir daha ortalığa qoydular. Çox təəssüf ki, biz Ermənistanın vəhşiliklərini ortalığa gətirəndə bu faktdan lazımi səviyyədə istifadə etmirik. Bəli, mən belə bir abidənin qoyulması ilə bağlı fikir var idi və daş lövhənin Mərkəzi Neftçilər Xəstəxanasının önündəki parkda olduğunu da xatırlayıram. Əslində bu abidənin qoyulması zamanında həyata keçirilməli idi. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi var. Tarixi abidələrin qorunması onun səlahiyyətində olan məsələdir.

Həmçinin gələcəkdə tarixi abidələrin qoyulması məsələsi də məncə, bu qurum tərəfindən reallaşdırılmalıdır. Eyni zamanda təbii ki, müəyyən strukturlar var, bu qurumların gözünün qabağında belə bir addımın atılması təəccüblüdür. Yəni o daş lövhəni götürən adam baxmırmı ki, onun üstündə nələr yazılıb və bura nə üçün qoyulub? Deməli, bu, savadsızlıq, öz tarixinə biganəlik, öz mədəniyyətinə sayğısızlıqdır. Bu da, əlbəttə, xoşagələn deyil. Mənə elə gəlir ki, bu cür hallara qarşı hər bir vətəndaşın mövqeyi ortalıqda olmaqla bərabər, müvafiq strukturlar da üzərinə düşən vəzifəni və məsuliyyəti dərk edib bu cür halların yaranmasına imkan verməməlidirlər. Baxın, Nərgiz xanım Paşayeva məsələni ictimailəşdirməsəydi, bəlkə də Müşfiqin heykəli yaddan çıxıb gedəcəkdi. Deyəcəkdik, görəsən, Müşfiqin heykəli nə oldu, hara getdi? Ona görə də bu gün fərqi yoxdur hansı sahədə çalışan məmur varsa, o məmurda yüksək dövlətçilik psixologiyası, böyük vətəndaşlıq təəssübü, vətənpərvərlik hissi olmalıdır, həmin məmur öz tarixinə, ədəbiyyatına böyük məhəbbət hissini özündə daşımalıdır.

Bunsuz alınmır.

- Bu məsələni parlamentdə qaldırmağınız mümkündürmü?

Hər halda bir neçə dəfə həmkarlarımız bu və ya buna bənzər məsələləri Milli Məclisdə qaldırıblar. İndi biz də bu məsələni qaldıra bilərik. Qaldırsaq, ictimailəşdirsək, ola bilsin ki, konkret nəticələri olsun. Məncə, hökumətin hesabatında bütövlükdə bu məsələlərə ümumi şəkildə yanaşmaq lazımdır. İmkan olsa, bəli, mən konseptual baxımdan bu məsələyə toxunmaq istərdim. Yəni təkcə 1988-ci ildə ermənilər tərəfindən qətlə yetirilən insanlara abidə qoyulması deyil, digər məsələləri də, Müşfiqin abidəsi, digər şəxslərlə bağlı da fikrimi çatdırmaq istərdim.


- Bu sıraya Məhəmməd Əmin Rəsulzadənin də abidəsi daxildir?

- Bəli, Rəsulzadənin də hardasa heykəli qoyulmalıydı. Digər abidələrin qoyulması, həmçinin mövcud abidələrin qorunub-saxlanmasına həssas münasibətin göstərilməsinə çox ciddi ehtiyac var.

- Hökumətin bu ay keçirilən hesabatında parlamentarların hansı mövqedən çıxış edəcəyi də çox maraqlıdır. Ölkədəki sosial-iqtisadi problemlər, maliyyə bazarında, bank sektorundakı acınacaqlı durum və sairlə bağlı səlahiyyətli şəxslərdən hesabat istəniləcəkmi, yoxsa ötən illərdəki kimi yekdilliklə onun fəaliyyəti müsbət qiymətləndiriləcək?

- Həqiqət naminə etiraf etmək lazımdır ki, Azərbaycan hökumətinin iradəsindən asılı olmayaraq bizdə də çətinliklər var. Dünya maliyyə-iqtisadi böhran içərisində əziyyət çəkməkdədir. Dünyanın bir parçası kimi, təbii ki, bu proses Azərbaycandan da yan keçməyib. Çətinliklərimiz var və təbii ki, Azərbaycan bir neçə il bundan öncəki Azərbaycan deyil. Ancaq hökumət nə mümkündürsə, onu edir ki, dünyanı bürüyən bu maliyyə-iqtidadi böhrandan az itki ilə çıxsın. Bu, həqiqətən də iqtidarın siyasətində özünü qabarıq şəkildə ifadə etməkdədir. Ona görə də biz müəyyən təkliflər verə bilərik - məncə, belə də olacaq - hökumət həmin təklifləri nəzərə alarsa, ölkənin məruz qaldığı bu və ya digər çətinliklərin aradan qaldırılmasına öz töhfəsini vermiş olar.

Bizim ehtiyatlarımız kifayət qədər çoxdur, imkanlarımız var. Biz bu ehtiyatlarımızı tamamilə işə sala bilsək, məncə, artıq 2018-ci ildən Azərbaycan özünü yeni, daha yüksək və dinamik inkişaf dövrünə qədəm qoya bilər. Məncə, belə də olacaq. Çünki ölkə prezidentinin siyasətində bu hədəflər özünü açıq şəkildə göstərir. Lakin əgər dünya bu gün maliyyə-iqtisadi böhranın içərisindədirsə, Azərbaycan bunlardan təcrid olunmuş halda deyil axı. Azərbaycanın iqtisadiyyatı bu gün tamamilə dünya iqtisadiyyatına inteqrasiya olunub. Azərbaycanın maliyyə sistemi bu gün təkcə manatla müəyyən olunmur, eyni zamanda beynəlxalq valyutanın məzənnəsi, bu və ya digər müdaxiləsi ilə tənzimlənir. Ona görə də təbii ki, bütün bunların hamısının qarşısını almaq heç bir ölkəyə müyəssər olmayıb. Baxın, maliyyə-iqtisadi böhran şəraitində bütün ölkələrdə ABŞ dollarına nisbətən milli valyutaların məzənnəsi xeyli aşağı düşüb.

- Ancaq bu yanaşma da var ki, dünyada ölkəmizdəki qədər uzunömürlü hökumət mövcud deyil, komandalar vaxtaşırı dəyişir, yenilənir...

- Hökumət müstəqil Azərbaycan dövlətinin bir qoludur. Azərbaycan hökuməti bu gün ona tapşırılan işi yerinə yetirə bilir. Uğurlarımız da var, gəlin bunu etiraf edək. Bu gün Azərbaycanın 30 milyard dollardan çox ehtiyatı var. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, hər halda başqa ölkələrə nisbətən Azərbaycan ayaq üstədir. Başqa ölkələrlə müqayisədə Azərbaycanda ağır sosial-iqtisadi durum yoxdur. Bəli, çərtinliklər də var, bunlar isə dünyada baş verən proseslərlə bağılıdır. Ancaq qazın, elektrik enerjisinin qiyməti artırılması istehsal prosesinə, kənd təsərrüfatına, sənaye müəssisədlərinə, həmçinin əhalinin ümumi vəziyyətinə özünün mənfi təsirini göstərdi. Təəssüf ki, bu, belədir və etiraf olunmalıdır. Ancaq bəlli olan budur ki, Azərbaycan iqtidarı bunu qəsdən etməyib. Yəni, düşünərək bunu etməyib ki, camaatın vəziyyəti çətinləşsin. Sadəcə olaraq zərurətdən doğan belə bir addım atılıb. Amma hökumətin hesabatında bununla bağlı elə bir təklif irəli sürməliyik ki, bu təklif göydə qalmasın. Bəli, elə etmək lazımdır ki, bu vəziyyətin davamlı olmasına imkan verməyək və bunun davamlı olmasının qarşısını alaq.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru