"Hesab edirlər ki, Azərbaycan yenə həmin zəif ölkədir" - deputat
Tarix: 6-02-2017, 08:52 | Çap et
"Ermənistana xas olan destruktiv baxış və davranışla regionda davamlı sülhü təmin etmək çox çətin görünür” – bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Trend-ə müsahibəsində deyib. Bildirib ki, Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar prosesinin mahiyyətini təhrif edir.
Bunlar yalnız daxili istehlaka yönəlmiş militarist və aqressiv bəyanatlardır: "Bu əsassız ittiham və böhtanlarda regionda sülhün təmin olunması, regionun gələcək inkişafı və münaqişənin həlli perspektivləri ilə bağlı bir dənə də olsun pozitiv fikir yoxdur. Sağlam məntiqdən kənar olan bu kimi emosional və destruktiv açıqlamalar qəsdən vəziyyətin gərginləşdirilməsi, gərginlik fonunun yaradılması və nəticə etibarilə danışıqların pozulması cəhdlərinə xidmət edir. Ermənistanın siyasi rəhbərliyinə xas olan bu kimi destruktiv baxış və davranışla regionda davamlı sülhü təmin etmək və münaqişənin həllinə nail olmaq çox çətin görünür”.
Göründüyü kimi, Ermənistan tərəfi danışıqlar prosesini növbəti dəfə dalana dirəməklə məşğuldur. Onlar bununla Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər? Özlərini belə aparmalarına səbəb nədir? Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, ola bilsin, Ermənistan nəsə möcüzə gözləyir: "Ötən ilin aprel hadisələri zamanı Ermənistan prezidenti təlaşa düşmüşdü. Avropa Birliyinin Ermənistanda olan səfirlərini yığaraq onlardan Azərbaycana təzyiq göstərilməsi və hərbi əməliyyatların dayandırılması üçün yalvarırdı. Eyni zamanda, Azərbaycanla danışıqlara razı olmuşdu. İki görüş keçirildi. Ermənistan danışıqlarda bir sıra məsələlərə razı olduğunu bildirdi. Amma bu gün onları yenidən 90-cı illərin əhval-ruhiyyəsi bürüyüb. Hesab edirlər ki, Azərbaycan yenə həmin zəif ölkədir. Baş aldatmaqla, həmçinin populizmlə problemi uzatmağın mümkün olduğunu düşünürlər. Bu gün Sarkisyan komandasının hakimiyyətdə qalmasının yeganə səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Cəmiyyət qarşıdan gələn parlament seçkilərində ilk növbədə, bu problemi həll edəcək, Ermənistanı izolyasiyadan çıxaracaq siyasi qüvvə axtarır. Sarkisyan hesab edir ki, bununla cəmiyyətə lazım olan qüvvə olduğunu göstərir. Amma başa düşmür ki, özünü çətin vəziyyətə salır”.
Millət vəkili onu da qeyd etdi ki, bu gün Azərbaycan bütün mövzularda, bütün sahələr üzrə Ermənistandan güclüdür və heç bir halda torpaqlarını işğalçı ölkəyə güzəştə getməyəcək: "Ermənistan indiki bəyanatları ilə gedişatı dəyişə, sülh danışıqlarından birdəfəlik imtina vəziyyəti yarada bilər. Bu, Azərbaycan üçün yox, Ermənistanın özü üçün böyük bir problem ola bilər”. Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşündən nəticə gözləmək problematikdir. Birincisi, Ermənistan azərbaycanlı girovları geri qaytarmır və bununla gərginliyin azalmasının qarşısını alır. İkincisi, Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən narazı qaldığını bildiribsə, Moskvanın vasitəçiliyi ilə keçirilən növbəti görüşün də eyni nəticə ilə bitəcəyini proqnozlaşdırmaq mümkündür: "Xarici işlər nazirlərinin mümkün görüşü real nəticə verməyəcəksə, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın müddətdə görüşünə də ehtiyac qalmayacaq. Əgər Ermənistan hakimiyyəti Dağlıq Qarabağda girov saxladığı iki azərbaycanlını və Azərbaycan hərbçisinin nəşini geri qaytararsa, bu, vəziyyəti xeyli sabitləşdirərdi. Əgər Ermənistan hakimiyyəti bu addımı atmırsa, demək, qəsdən gərginliyin artmasında maraqlıdır. Yəqin, Ermənistan hakimiyyətində düşünürlər ki, yaranan gərginlik fonunda Azərbaycanla Rusiya arasındakı gərginlik bir az da artacaq. Ermənistan prezidenti Serj Sarkisyanın problemləri getdikcə artır. Apreldə parlament seçkisi keçiriləcək və müxalifət getdikcə sıralarını genişləndirir. İkinci tərəfdən, iqtisadiyyat və sosial həyatda gərginlik artır, resurslar yoxdur ki, müsbətə doğru dəyişiklik baş versin. Nəhayət, Ermənistan ordusunda artan itkilər cəmiyyətdə narazılığı artırır. Ancaq Sarkisyanı daha çox cəbhə bölgəsindəki vəziyyət narahat edir”.
Politoloq bildirdi ki, Sarkisyan Ermənistan cəmiyyətinin narahatlığını azaltmağa çalışır: "Məsələn, Ermənistan ordusunun yaranmasının 25 illiyə ilə bağlı çıxışında iki cümlə diqqəti cəlb edir. Sarkisyan birinci cümləsində deyib ki, yeni müharibə Qarabağ probleminin həllinə kömək etməyəcək, əksinə, vəziyyəti daha da çıxılmaz duruma sürükləyəcək. İkinci cümləsi isə belədir - "Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zolağı bizim üçün vacibdir. Biz növbəti və uzun müharibəni yenə də mətbəximizin içində aparmaq istəmirik”. Birinci cümlə əslində onun etirafıdır ki, müharibə riski yüksəkdir və Sarkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır. Adını "təhlükəsizlik zolağı” qoyduğu Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı hələ uzun müddət işğal altında saxlamaq istəyir ki, bunun əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusunu qopara bilsin. Ancaq bunun mümkün olmadığını özü də anlayır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
|