"Azərbaycanın xoşbəxtliyi naminə hansı addımlar lazımdırsa..."
Tarix: 31-01-2017, 10:48 | Çap et
Azərbaycanda siyasi gündəm olduqca kasaddır, partiyaların fəaliyyəti demək olar ki, hiss olunmur. Bəzi siyasi qurumların varlığı yalnız sosial şəbəkələrdə hiss olunur, reallıqda isə yoxdur. 2016-cı ili bu cür “fəaliyyətlə” yola verən siyasi partiyaların 2017-ci il planları varmı? Əgər varsa nələrdən ibarət olacaq? Modern.az saytı bu sualla partiyalara mürtaciət edib.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev:
“Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında 2017-ci ilin fəaliyyət proqramı təsdiq edilib. Həmin fəaliyyət proqramına uyğun olaraq, YAP-ın rayon və şəhər təşkilatlarında ərazi ilk təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilir. Bu hesabat-seçki yığıncaqlarının keçirilməsində əsas məqsəd rayon, şəhər təşkilatlarında konfransların keçirilməsinə hazırlıqdan ibarətdir. Hesabat-seçki yığıncaqları başa çatdıqdan sonra artıq rayon, şəhər təşkilatlarının konfransları keçiriləcək. May ayının 10-da partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə YAP-ın ənənəvi olaraq konfransına hazırlıq işləri gedəcək. Konfransla birlikdə ulu öndərlə bağlı kitabın dərci də nəzərdə tutulur. Artıq həmin kitabın üzərində iş gedir”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov:
“Hesab edirəm ki, bu il bir qədər gərgin il olacaq. Çünki ölkədəki siyasi vəziyyət, xüsusən də sosial iqtisadi durum baxımından müəyyən narazılıqların, gərginliklərin olması mümkündür. Buna görə də partiya olaraq çalışacağıq ki, ölkədəki bu narazılığın xaotik bir vəziyyət almaması üçün, qarşıdurmalar yaranmaması üçün müəyyən addımlar ataq. Partiyanın bu il qarşıda duran ən böyük vəzifələrindən biri AMİP qurultayını yüksək səviyyədə keçirməkdir. Bundan başqa, beynəlxalq əlaqələri genişləndirmək və ölkənin siyasi həyatında partiyanın rolunu artırmaqda planlara daxildir. Partiya sadaladığım istiqamətlərdə fəaliyyətini davam etdirəcək. Eyni zamanda dünyada və regionda baş verən proseslər ölkədə də ciddi proseslərin gedəcəyinə işarədir. Biz də həmişə olduğu kimi, proseslərin episentrində olmağı hədəfləmişik. Bundan sonra da fəal iştirak etmək istəyindəyik”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:
“Partiyanın fəaliyyət proqramı genişdir, proqramın bir neçə bölməsi var. Həmin bölmələrdə təşkilatın strukturlarının möhkəmlənməsi, xarici partiyalarla əlaqələrin gücləndirilməsi, ölkədə siyasi vəziyyətin daim öyrənilib analitik məlumatlar toplanılması, Azərbaycan daxilində olan siyasi partiyalarla münasibətlərin yaxşılaşdırılması, gənclər təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, sosial şəbəkələrə diqqətin artırılması və başqa məsələlər var. Bundan başqa da ölkədə baş verən hadisələrlə bağlı kütləvi aksiyaların keçirilməsi də daxil olmaqla, demək olar ki, 2017-ci ildəki fəaliyyət planımız bütün sahələri əhatə edir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli:
“Siyasi partiyaların əsas fəaliyyəti seçkilərin keçirildiyi illərdə daha aktiv olur. Digər dövrlərdə adətən təşkilatlanma prosesi gedir, bir çox rayonda konfranslar keçirilir. Partiyanın müvafiq qurumları əsasən bu işlərlə məşğul olur, yeni insanların partiya sıralarına qoşulması, keçirilən konfransların partiyanın nizamnaməsinə uyğun təşkili ön planda olur. Digər tərəfdən də ölkənin siyasi həyatında aktiv şəkildə iştirak etmək fəaliyyət planının bir hissəsidir. Partiyanın funksionerləri də kifayət qədər fəaldır. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də parlament səviyyəsində kifayət qədər aktiv fəaliyyət göstərir. Parlament Jurnalistləri Birliyi tərəfindən Qüdrət Həsənquliyevin ilin fəal deputatı seçilməsi də təsadüfü deyil. Bu baxımdan fəaliyyətimizi eyni məcrada davam etdirəcəyik. Azərbaycanın dövlət və milli maraqları ilə əlaqəli məsələləri də mütəmadi olaraq nümayiş etdirəcəyik. Ölkədə aparılan islahatlarla bağlı öz təkliflərimizi verəcəyik, bu istiqamətdə hazırladığımız müəyyən tezislər, açıqlamalar var, zamanı gələndə bunlar da cəmiyyətə açıqlanacaq. Təbii ki, növbəti seçkilərə hazırlıq prosesi də davam edəcək”.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli:
“2017-ci ildə partiya olaraq düşündüyümüz fikirləri parlamentdə səsləndirəcəyik. Çalışırıq ki, fikirlərimizi nizamnaməyə uyğun şəkildə səsləndirək. İqtisadiyyatda dövlət tənzim etməsi (etatizim) bizim partiyamızın proqramında yer alıb ki, hədsiz liberallaşmaya yer vermək olmaz. O cümlədən ən cari halda manatın tam olaraq üzən məzənnəyə keçməsi üçün bizdə kifayət qədər istehsal hələ də təşkil olunmayıb, biz buna dövlət tənzimetməsinin tərəfdarı kimi çıxış edəcəyik. Eyni zamanda, siyasi islahatların, prezidentin irəli sürdüyü yol xəritəsində göstərilənlərin həyata keçirilməsi üçün partiyamız öz mövqeyini bildirəcək. 1-ci rübün sonunda Baş Məclisi keçirməyi planlaşdırırıq və Baş Məclis müəyyən qərarlar qəbul edəcək. 2017-ci ildə maliyyə məsələləri ilə bağlı smetanın təsdiqi öndə durur. Bununla bağlı partiyanın strukturları, Siyasi Şurası, sədr aparatı, mərkəzi və rayon təftiş komissiyası nizamnaməyə uyğun olaraq fəaliyyəti davam etdirəcək. Bizim respublika üzrə seçici komissiyalarında nümayəndələrimiz var, görülən işlərlə bağlı məlumatlar veriləcək. Dövlətin siyasətinə uyğun gündəlik baş verənlərlə bağlı fikirlərimizi bildirəcəyik”.
Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyev:
“Partiya olaraq 2016-cı ilin yekunları və 2017-ci il ilə bağlı dekabr ayının sonda respublika müşavirəsi keçirdik. Respublika müşavirəsində sədr tərəfindən 2017-ci ildə partiyanın qarşısında duran vəzifələr müəyyənləşdirilib. 2017-ci ilin aktiv il olduğunu nəzərə alsaq, baxmayaraq ki, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması prosesi gedir, bütün hallarda belə olayların ölkədə siyasi aktivliyi artıracağı qənaətindəyik. Gələn ay üçün biz partiyanın növbəti ümumrespublika toplantısına hazırlaşırıq. Məqsədimiz 2017-ci ildə partiyanın yerli strukturlarının gücləndirilməsi, ölkədə baş verən ictimai siyasi proseslərə partiyanın adekvat cavab verməsi, böhrandan çıxışla bağlı partiyanın həm təkliflərinin hazırlanması, həm də alternativ yolların təqdim olunması ilə bağlı müxtəlif layihələr üzrə işin aparılmasıdır. 2018-ci ildə həm Cümhuriyyətin 100 illiyi tamam olur, həm də respublikada növbəti prezident seçkiləri gəlir, fəaliyyətimiz bu iki mühüm hadisəyə hədəflənmiş formada davam etdiriləcək”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:
“2017-ci ildə sırf təşkilatı işlərlə məşğul olacağıq. Fəaliyyət istiqamətimiz 14 bölmədən ibarətdir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:
“Azərbaycanda və dünyada baş verən hadisələr elə paradoksal inkişaf edir ki, heç kim deyə bilməz nə baş verəcək. Ona görə də, ADP-nin nizamnaməsinə uyğun ümumi vəzifələrimiz var ki, biz onları yerinə yetirəcəyik. Bu vəzifələr, demokratik maarifləndirmə, ölkədə hakimiyyətin neqativ fəaliyyətinə müqavimət və s.-dir, bunları edəcəyik. Bundan əlavə də növbədənkənar ortaya çıxan hadisələrlə bağlı da münasibətimizi bildirəcəyik. Həmin hadisələrin mahiyyətinə uyğun addımlar atacağıq”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:
“Müasir Müsavat Partiyasının 2017-ci ildəki fəaliyyət planı əsasən 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hesablanıb. Prezident seçkilərinə hazırlığın bünövrəsi barədə siyasi şöbə qərar verib, yaxın günlərdə ona başlayacağıq. Ölkənin iqtisadi böhrandan çıxarılması üçün əlimizdən nə gəlirsə, dövlət başçısına köməklik edəcəyik. 2017-ci ildə müəyyən tədbirlər keçirəcəyik və düşünürəm ki, 2018-ci ildə prezident seçkilərinə hazır vəziyyətdə olacağıq. Bu yöndə işlər görməyi düşünürük, təşkilatlanma məsələsinə ciddi fikir verəcəyik. Böyük təbliğat-təşviqat qrupları yaradılıb, bu qruplar vasitəsilə partiyamızın təbliğatını gücləndirəcəyik. Bəzi Avropa, Qərb dövlətlərində nümayəndəliklərin açılmasını planlaşdırırıq. Bu haqda partiyanın mart ayında keçiriləcək iclasında qərar veriləcək. Azərbaycanda müxalifət missiyasını öz üzərinə götürən bir partiya olaraq, Azərbaycanın xoşbəxtliyi naminə hansı addımlar lazımdırsa, o addımların atılması üçün özümüzdə iradə tapıb bu işləri görəcəyik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
|