"Prezident hərbi vəziyyət elan etdikdə..." - deputat
Tarix: 9-11-2016, 10:06 | Çap et
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin noyabrın 8-də keçirilən iclasında Azərbaycanda “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bəs prinsipial olaraq yeni layihə özündə nəyi ehtiva edir? Millət vəkili Zahid Oruc hərbi vəziyyət haqqında qanunun dəyişdirilməsi zərurəti ilə bağlı Axar.az-a bildirib ki, yeni layihə 27 maddədən ibarət olacaq: “Bildiyiniz kimi, hərbi vəziyyət haqqında qanun 1994-cü ildə qəbul edilib. Ötən dövr ərzində yeni Konstitusiyanın qəbulu, Silahlı Qüvvələrin formalaşması, onların geniş texniki, texnoloji resursunun yaranması, regionda şəraitin dəyişməsi fonunda hərbi qanunvericilik aktları da yenilənir. Hazırda qüvvədə olan akt 17 maddədən ibarət idisə, yeni layihə 27 maddəyə qədər artırılıb. Xüsusi olaraq yenilənmiş müddəalar 2014-cü ildə baş verən hadisələrlə bağlıdır. Qarabağ cəbhəsində ermənilərin növbəti təxribatı fonunda Azərbaycan itkilər verdi, 8 nəfər əsgərimiz şəhid oldu. Bu fonda media orqanlarının dövlət sirlərinin qorunması sahəsində böyük boşluqları üzə çıxdı. Elə həmin ilin sentyabrında ölkə başçısı tərəfindən xüsusi sərəncam imzalandı, cəbhə zonasında təhlükəsizlik tədbirləri ilə bağlı mühüm addımlar atıldı. İndi həmin sərəncamdakı maddələrin bir qismi mövcud qanun layihəsinə daxil edilib. Azərbaycanın ərazi bütövlüyünə təhdid yarandıqda hərbi vəziyyət elan olunur. Bu, özlüyündə ölkənin bütün dövlət və özəl strukturlarının səfərbər olmasını tələb edir. Yalnız bu halda düşmən üzərində qalib gəlmək mümkündür. Bu isə müxtəlif məhdudiyyət, xüsusi komendant fəaliyyətinin yaradılmasını, həmçinin KİV-lərdə təhlükəsizliklə bağlı görüləcək işləri özündə ehtiva edir”. Millət vəkilinin sözlərinə görə, xüsusilə Konstitusiyadan irəli gələn müddəalar daha çox mübahisəyə səbəb olub: “Prezident hərbi vəziyyət elan etdikdə, o, müraciətini parlamentə göndərir. Əgər Milli Məclis əvvəlki qanunvericilikdə məsələyə 72 saat ərzində baxırdısa, indi 48 saat ərzində qərar verməlidir. Belə bir müddəa da yer alıb ki, Milli Məclis məsələni 63 səs çoxluğu ilə qəbul edir, yaxud da bunun əleyhinə getdikdə o zaman hərbi vəziyyət elan olunmur. Doğrudur, dinc dövrdə, hərbi vəziyyət elan olunmadan da (Aprel döyüşlərində olduğu kimi) ordu ölkənin təhlükəsizliyini qorumalıdır, qoruyur. Ancaq parlamentin belə bir səlahiyyəti olduğu təqdirdə sanki ikili bir vəziyyət yaranır. Düşünürəm ki, gələcəkdə Konstitusiyada bu məsələyə baxıla bilər”. Z.Oruc bildirib ki, dövlətdən kənar partizan dəstələrinin yaradılması yolverilməzdir: “Azərbaycanın yaxın keçmişində ordu rəsmi nizamnamə ilə yaradılmış, Silahlı Qüvvələrlə yanaşı, müxtəlif xüsusi batalyonlar meydana çıxmışdı. Ancaq bu qanunda dövlətdən kənar partizan dəstələrinə qəti yol verilmir. Çünki bu, bir tərəfdən qarışıqlıq yaradır, o biri tərəfdən ölkədə vahid nizamnamə ilə iradə olunmaq problemini ortaya çıxarır. Bütün bu məsələlər plenar iclasda bir daha qaldırılacaq. Qanunvericilik hüququnun subyekti Prezidentdir, həmçinin müvafiq olaraq Administrasiya ilə də məsləhətləşmələr aparılacaq”. Millət vəkili onu da əlavə edib ki, komitə üzvləri informasiya vasitələri dedikdə yalnız çap və elektron resursları nəzər tutulduğunu əsas gətirərək, “internet resursları” müddəasının da layihəyə əlavə olunmasını təklif ediblər: “Bir sözlə, yeni qanun layihəsi kifayət qədər yaxşı hazırlanıb və ölkənin təhlükəsizlik maraqları, qeyd olunan məhdudiyyətlərin həyata keçirilməsi zamanı konkret vəzifələr, hərbi tədbirlərin tətbiqi anında müvafiq qurumlar, onların səlahiyyətiləri, qadağa rejimləri, senzura və s. konkret hüquqi maddələrlə təsbit olunub”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
|