Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                 

“Vitse-prezidentlər hər an təyin oluna bilərlər” - YAP-çı deputat
Tarix: 7-11-2016, 08:42 | Çap et
“Vitse-prezidentlər hər an təyin oluna bilərlər”
YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovla bir çox məsələlərdən danışdıq. Nardaran pirinin qazının kəsilməsindən tutmuş, əhalini hakimiyyətdən narazı salan icra başçılarına qədər. Hakim partiya təmsilçisinin, təbii ki, mövcud vəziyyət və səslənən fikirlərlə bağlı həmişə olduğu kimi, özünəməxsus arqumentləri var.

- Siyavuş bəy, bu günlərdə qəzetimiz yazandan sonra Nardaran pirinə qazın verilişi bərpa olundu. Siz komitə sədri kimi əvvəlki günlərdə bu məsələ ilə maraqlanmışdınızmı? Əhalini narazı salan belə hallara yol verilməsi nə dərəcədə doğrudur?

- Bunun iki səbəbi ola bilər: birincisi, texniki səbəblər, ikincisi, qazın pulunun ödənilməməsi. Hər bir istifadəçi artıq başa düşməlidir ki, istifadə etdiyi qaz, su, işıq və digər nə varsa, onun pulu ödənilməlidir. Nardaran pirinə də kifayət qədər vəsait toplanır. Ordan da nə Qafqaz Müsəlmanları İdarəsinə, nə başqa bir quruma bir manat da olsun vəsait köçürülmür. Hansı ki, bu vəsaitlər hamısı Qafqaz Müsəlmanları İdarəsinə toplanmalıdır və digər addımlar müəyyənləşdirilməlidir.

- Heç maraqlanmısınızmı ki, ora nə qədər vəsait toplanır?

- Onun miqdarı məni maraqlandırmır, çünki mənim sahəmə aid deyil. Əsasən Dini Komitə bu işlə məşğul olur. Amma ümumilikdə Azərbaycanda insanların ən çox ziyarət etdiyi bir neçə ziyarətgah var ki, biri də oradır və kifayət qədər də vəsait toplanır. Belə olan təqdirdə hesab edirəm ki, cüzi miqdarda qazpulunu, işıqpulunu ödəmək həm qanun, həm də insanlıq qarşısında borcdur. Bu, ölkənin sərvətidir və bundan heç kəs güzəştli şəkildə istifadə edə bilməz.

- Amma bu barədə müzakirələr aparılarkən daha çox Gürcüstandakı kilsələrə güzəşt edilməsi xatırlanır...

- Güzəşt yoxdur. Azərbaycan Gürcüstana qaz satır, Gürcüstan da onu hara sata, ya pay verirsə, bu, artıq həmin ölkənin öz işidir.

- Yəni Azərbaycan gürcü və erməni kilsələrinə qazı pulsuz vermir?

- Qəti şəkildə! Azərbaycan qarşılıqlı müqaviləyə uyğun olaraq Gürcüstana qaz satır və bunun qarşılığında da Gürcüstan ölkəmizin büdcəsinə vəsait ödəyir. Azərbaycan öz qazını satır, indi Gürcüstan onu havaya buraxacaq, kiməsə verəcək, artıq onun şəxsi işidir, biz o məsələlərə qarışmırıq.

- Son zamanlar dini məsələləri özündə ehtiva edən qanunlara ciddi dəyişikliklər oldu, cəzalar sərtləşdirildi. Dini ekstremizmlə bağlı doğrudanmı təhlükəli vəziyyət yaranıb?

- Dini ekstremizmə qarşı mübarizə ilə bağlı biz 2015-ci ilin 4 dekabrında qanun qəbul etmişik. Orada müxtəlif məsələlər qoyulub. Sonra isə Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsinə qarşı, xarici dövlətlərin ərazisində dini ad altında hərbi birləşmələr yaratmaq, ona rəhbərlik, orada iştirak, dini ayrıseçkilik yaratmaq kimi məsələlərlə bağlı biz yeni bir qanun qəbul etdik. Eyni zamanda Cinayət Məcəlləsində də bununla bağlı sanksiyaları daha da kəskinləşdirdik. Bu, nəyə xidmət edir? Bilirsiniz ki, hətta Avropa Birliyinə daxil olan ölkələrdən 10 mindən artıq insan İŞİD terror təşkilatına qoşulub. Azərbaycanda da yolunu azan, yoldan çıxarılan, şirnikləndirilən olur, gedir İŞİD-ə qoşulur. Onlar gedib təlimlərdə iştirak edir, sonra da aldıqları müxtəlif tapşırıqları burada, başqa ölkələrdə həyata keçirməyə çalışırlar. Kiminsə döyüşmək arzu-istəyi varsa, Azərbaycan ordusunda xidmət edə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında özünün səy və bacarığını qoya bilər... Bilirsiniz ki, bizim həm çağırış, həm də müqavilə əsasında orduda xidmət haqqında qərarımız var. Əgər kimsə kafirlərə qarşı vuruşmaq istəyirsə, ermənidən betər kafir yoxdur. Xocalı soyqırımı törətdi, uşağı, qocanı, qadını öldürdü. Yəni ünvan bəllidir.

- Deməli, Qarabağda döyüşmək üçün təşəbbüs göstərənlər olsa, onlara “yaşıl işıq” yandırılacaq?

- Təbii ki. 40 yaşına qədər döyüş təcrübəsi olan, döyüşmək arzu-istəyində olan şəxslər müqavilə əsasında müraciət edir, o, tibbi və psixoloji yoxlanışdan keçirilir və bundan sonra hansısa sahədə xidmət göstərə bilər.

- Ancaq belə məsələlərdə adətən, “Qarabağ partizanları”nın taleyi xatırladılır...

- O, tamam başqa məsələydi, partizanlıq deyildi. O, Azərbaycanda növbəti bir silahlı qruplaşmanın yaranması idi. İndi isə söhbət sırf Müdafiə Nazirliyinin tabeçiliyində olmaqdan gedir.

- Belə qruplaşmalar, partizan dəstələri Müdafiə Nazirliyinin tərkibində yaradıla bilərmi? Partizan müharibəsindən zaman-zaman danışılıq və hesab olunur ki, əraziləri işğaldan azad etmək üçün bu, vacib məsələdir.

- Bəli, belə məsələlər var. Ancaq biz bunu açıqlamırıq, proses də davam edir.

- Devalvasiya və bahalaşma ölkə gündəminin əsas mövzusu olaraq qalır. Əhalinin narahatlığına rəğmən, hökumətin ciddi tədbirlər görməməsi suallar doğurur. Bir neçə gündən sonra hökumət büdcə müzakirələri üçün parlamentə gələcək. Vəziyyətlə bağlı narahatlığınızı ifadə edəcəksinizmi?

- Təbii ki, bununla bağlı lazımi qərarlar verilir. Qeyri-neft sektorunda iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı, konserv zavodlarının tikilməsi bu qərarların nəticəsidir. Elə bu günlərdə Azərbaycanda dərman istehsalı ilə əlaqədar yeni bir zavodun təməl daşı qoyuldu. Bu iş qısa müddətdə, 2018-ci ildə başa çatdırılacaq və Azərbaycan özü dərman istehsalına başlayacaq.

Kənd təsərrüfatı sahəsində də bu il kifayət qədər uğurlu olub. Manat məsələsinə gəldikdə, milli valyutamız “üzən məzənnə”yə keçib. Görürsünüz ki, dollar gah qalxır, gah düşür. Burada həm işbazların, pul qazanmaq istəyənlərin rolu var, həm də ki, ajiotaj yarananda insanlar çalışır əlində olan vəsaiti dollara çevirsin. Nəticədə də belə bir vəziyyət yaranır. Amma qiymətlərdə elə ciddi dəyişiklik yoxdur...

- Siyasi məhbusların siyahısı məsələsi yenə mübahisələrə səbəb olub. Sizin bununla bağlı qənaətiniz necədir?

- Ümumiyyətlə, siyasi məhbus, dissident anlayışı sovet dövründə mövcud idi. Yəni kiminsə fərqli baxışlarına görə həbs edilməsi. Bu gün Azərbaycanda belə hallar yoxdur. Kimsə tutulubsa, bu və ya digər şəkildə törətdiyi cinayətə görə tutulub və məsuliyyətə cəlb olunub. Peşəsindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əfsuslar olsun ki, bir qrup adam bu məsələdən gəlir mənbəyi kimi istifadə edir.

Hətta bir-birinin üzünə dururlar. Məsələn, Xədicə İsmayıl Emin Hüseynovun üzünə durdu ki, valideynlərdən pul alıb məsuliyyətə cəlb olunan insanların adını siyahıya salmaq istəyirdi. Vaxtilə bununla Leyla Yunus məşğul olurdu, Avropa Şurasına siyahılar göndərirdi.

Bunların heç bir siyasi partiyaya aidiyyəti yoxdur. Hətta Azərbaycandakı hüquq müdafiəçiləri yığışıb bəyan etdilər ki, bu adamların heç biri bizim siyahıda yoxdur, bu, hardan çıxır? Müəyyən olundu ki, ümumiyyətlə, 30 nəfər yoxdur. Bir hissəsi artıq azadlıqdadır, digərləri də heç bir siyasi partiyanın üzvü deyil.

Onların valideynlərindən pul yığırdı ki, “mən sizin övladınızı azad edəcəyəm”. Şantaj yolu ilə, Avropa Şurasına müraciətlə çalışırdı ki, ayrı-ayrı şəxslərə siyasi məhbus adı verib onları azad etdirsin. Bu gün AXCP adlı təşkilat da bu işlə məşğuldur. Əli Kərimli insanlara sənədlər verir ki, guya Xalq Cəbhəsinin üzvü olduğuna görə sıxışdırılır, ailəsi təhlükə qarşısındadır. Məqsəd budur ki, həmin şəxslər gedib xaricdə özlərinə sığınacaq alsınlar. Bununla bağlı kifayət qədər faktlar var. Fakt budur ki, siyasi dəllallıqla məşğul olurlar.

- Əgər dediyiniz doğrudursa, bununla bağlı həqiqətən faktlar varsa, niyə araşdırmalar aparılmır?

- Addımlar atılır. Adamların müraciət etdiyi ölkələrdən sənədlər götürülür. Onlar toplandıqdan sonra müvafiq qərar qəbul olunacaq.

- Amma Əli Kərimli hələ də özünə pasport ala bilməyib...

- Əli Kərimli haqqında cinayət işi qaldırılıb, ona görə də pasport verilmir. İstintaqı da davam edir.

- “MTN işi” ilə bağlı araşdırmalar, məhkəmə ifadələri heyrətamiz məsələləri ortaya çıxardı. İllərlə bu qədər cinayətlərə imza atılıb, minlərlə unsan dövlətdən narazı salınıb. Milli Məclisin üzvü, eyni zamanda vətəndaş olaraq baş verənlərlə bağlı şəxsi münasibətiniz maraqlıdır...

- Vallah, bu məsələ hüquq-mühafizə orqanlarının işidir. İstintaq gedir və hər şey istintaqın qərarı ilə olur. Biz istintaq aparan orqan deyilik. Hər kəs bir söz deyə bilər. Söz başqadır, istintaq işi başqadır.

- Keçmiş nazir Eldar Mahmudovla bağlı müxtəlif şayiələr dolaşır. Hazırda Azərbaycanda olmadığı da deyilir.

- Mənim məlumatım yoxdur. Bunu hüquq-mühafizə orqanları bilər.

- Bəzi sahələrdə vəziyyət o qədər problemlidir ki, hətta müxalifətə qarşı aqressiv münasibəti ilə seçilən, hakimiyyətin müdafiəçisi Hafiz Hacıyev də bəzən kəskin fikirlər səsləndirir, ayrı-ayrı məmurları tənqid edir. Bunun fərqindəsinizmi?

- Hər kəsin söz demək hüququ var. İnsanlar öz fikrini bildirir, tənqid edir, rəyini açıqlayır. Əsas odur ki, təhqir olmasın, kimsə şantaj edilməsin. Belə hallara da yol verildiyi halda, məsələ ilə məhkəmə məşğul ola bilər.

- Bir sıra icra başçılarının yerlərdə narazılıq yaratdığı barədə fikirlər var. Amma nədənsə icra başçıları toxunulmazlıq statusu alıb. Niyə belədir?

- Əvvəla, hər sahənin öz rəhbəri var. Bu gün icra başçıları prezidentin səlahiyyətli nümayəndəsi funksiyasını yerinə yetirir. Ola bilər aralarında kimsə var ki, öz davranışı, insanlara münasibəti ilə narazılıq yaradır. Ancaq hansısa sahələrin heç icra başçısına tabeçiliyi yoxdur. İnsanların da işi sahələrlə bağlıdır, icra hakimiyyəti ilə yox. İnsanlar köhnədən öyrənib ki, evdə arvadı ilə savaşan icra hakimiyyətinə gedir. Bu da düzgün deyil. Çünki yerdə hakimiyyətin səlahiyyətli nümayəndəsi icra başçısıdır. İcra başçısının digər strukturlara göstəriş vermək səlahiyyəti yoxdur. Onlar ayrı-ayrı nazirliklərin tabeliyində olan strukturlardır. Kim işinin öhdəsindən gələ bilmirsə, vəzifəsindən azad olunur. Yaxud işinin öhdəsindən gələnlərin vəzifəsi yüksəlir, yaxud başqa işə keçirilir. Yəni bunlar hamısı nəzarət altındadır. Gördüyünüz kimi, bütün nazirlər regionlardadır, görüşlər keçirirlər. Keçmişdə hamı tökülüb gəlirdi Bakıya. İndi isə əhaliyə əziyyət verməməkdən ötrü qabaqcadan elan olunur ki, kimin hansı sahə ilə bağlı müraciəti varsa, gəlsinlər filan nazirlə görüşə.

- Vitse-prezidentlər məsələsi növbəti seçkiyə qaldı, yoxsa...

- O, prezidentin səlahiyyətində olan məsələdir. Amma məsələ bu gün qüvvədədir.

- Yəni vitse-prezidentlər hər an təyin oluna bilərlər, eləmi?

- Bəli, hər an təyin oluna bilərlər. Sadəcə, prezidentin səlahiyyətindədir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru