Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                     "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                 

“Əsgərin beynindəki o damarı kəsib şüşə qaba qoydum” - Sərdar Cəlaloğlu
Tarix: 12-10-2016, 08:08 | Çap et
“Əsgərin beynindəki o damarı kəsib şüşə qaba qoydum”
Demokrat Partiyasının vağzal tərəfdəki qərargahında Sərdar Cəlaloğlundan başqa heç kim yox idi.

***
Hiss etdim, nikolaydanqalma bu köhnə, tarixi binaya indi tam sükunət, payız fəsli, bir də Sərdar bəyin yalnız özü hakimdi. Gözü yaşlı köhnə su borularından daman suyun səsi məni Sərdar bəyin kabinetinədək təqib etdi. İçəridə, belini büküb kompüterin içinə girən tənha bir kölgədə Sərdar bəyi tanımaq, düzü, məndən 10-15 saniyə vaxt istədi. Gözlərimi qıydım. İçəriyə yaxşı-yaxşı boylandım. Sərdar bəy məni görüncə cəld ayağa qalxdı. Təkərli kreslosunu dabanıyla geri itələyib, üstümə şığıdı. Kölgəsi, özündən tez gəlib haqladı məni. Kabinetin zəif, sarımtıl işığında, nəhayət, qəddi-qamətli Sərdar bəyi tanıdım.

- Sizi qərargahımızda görməyə xeyli şadam.

***

Sərdar bəy ixtisasca həkim, dəqiq desək, məhkəmə-tibb eksperti, həm də patoloqanatomdur. Loru dillə desək, meyityaran, ölümün səbəbini araşdıran elmi mütəxəssisdir. Sərdar bəyi indiyədək hamı siyasətçi kimi dindirib. Əsl peşəsinə əsla fikir verməyiblər. İndi mən, ilk dəfə bu nöqsanı düzəltmək, Sərdar bəyi tibb eksperti, patoloqanatom kimi dindirmək istəyirdim. Hiss edirdim bu, Sərdar bəyin o qədər də ürəyindən olmayacaq.

Nə isə. Alçaq masa arxasındakı yumşaq kreslolarda yerimizi rahatlayıb başladıq ordan-burdan danışmağa. Ortada çay-zad da yoxdu. Masa üstə bir-iki köhnə qələmdi, bir də beş-altı səhifə ağ kağız.

İlk sualım siyasətə deyil, kriminalistikaya aiddir.

- Sərdar bəy, sizə bir mütəxəssis kimi müraciət etmək istərdim. Bilirsiniz də, dünyada çoxsaylı qatı açılmamış müəmmalı qətl hadisələri mövcuddur. Minlərlə alim, araşdırmaçı bu cür oxşar qətllərin düyünlərini açmaq, cinayətkarı üzə çıxarmaq istəyir. 2010-cu ilin avqustunda Londonda müəmmalı bir qətl hadisəsi baş verib. İdman çantası içindən Britaniya kəşfiyyatçısı Haret Uilyamsın cəsədi aşkarlanıb. Mərhum postsovet oliqarxlarının maliyyə transferlərini güdürmüş. “Formula-1" yarışlarında adı hallanan Qazaxıstan milyarderi Alican İbrahimovun oğlu Furqatla yaxın münasibətdə imiş. Meyit üzərində zorakılıq izləri əsla mövcud deyil. İşdə qəliz tapmaca var - zərərçəkən, çantanın içinə lüm-lüt soyunaraq özü girib. Çantanın zəncirini məhz özü içəridən çəkib bağlayıb. Hadisə çoxlarını, hətta MOSSAD-ı da maraqlandırıb. Dünyanın ən məşhur kriminalistləri, patoloqanatomları Haret Uilyamsın qətlini açmaq naminə sıraya düzülüblər. Əfsus, bu tapmacada hələ də müsbət irəliləyiş yoxdu. Bu barədə...

Sərdar bəy, görünür, azca səbirsizdi. Sözümü ağzımda yarımçıq kəsir.

- Rəyimi soruşursuz?

Təkcə elə qısa “bəli” kəlməsi ilə kifayətlənib, bütün diqqətimi Sərdar bəyin narahat sifətinə zilləyirəm. Cavab özünü çox gözlətmir.

- Zərərçəkənin beynində psixotrop dərmanların təsiri, izi öyrənilməlidir. Xüsusi analizlərə dərin ehtiyac var. Məncə, onu psixotrop dərmanlarla idarə edib çantanın içinə yerləşdiriblər. Məcbur ediblər içəridən zənciri çəkib çantanı bağlasın. Sonra...

- Sonra noolub orda, Sərdar bəy? Deyin, bilək.

Vaxtilə, 80-ci illərdə, gözdən qulaqdan uzaq əyalətdə - Naxçıvanda məhkəmə tibb eksperti işləmiş bu insanın səriştəsi, təcrübəsi indi də məni heyran qoyur.

- Sonra həmin Haret Uilyams çanta içində yuxulayıb birdəfəlik. Bir daha ayılmayıb.

- Rəyinizi o vaxtlar adətən bax bu cür qələmə alardız, eləmi Sərdar bəy? - deyincə, aramızdakı alçaq masadan cəld geri çəkilirəm. Kürəyimi kresloya dirəyib sükuta dalıram.

Payızın ilıq nəfəsi pəncərədən axıb, Sərdar bəyin kabinetində də hiss olundu bu vaxt. Hər ikimiz, bir-iki saniyə bu xoş ətirlərin təsirinə düşüb sonra tez də ayıldıq. Qayıtdıq söhbətimizin qəliz mövzusuna. Aramızdakı ani, incə sükut buzunu Sərdarın özü qırdı.

- Naxçıvanda, Zaqafqaziya hərbi dairəsinin ərazisində cavan... - Sərdar bəy gözlərini yumub, qəmli xatirələrinə başladı. - 18 yaşlı bir rus əsgəri vəfat etmişdi. Meyiti yarmaq üçün mənə etibar etdilər. Yazıq idman zamanı, uzaq məsafəyə qaçarkən qəfil yıxılıb ölmüşdü. Meyitlə çox əlləşdim. Gördüm, həəə.... mərhumun beyin damarlarının birində “anavrizma” izləri var. Yəni damar divarları genişlənib, incəlib. Təzyiq olsa, vəssalam, yırtılacaq. Belə bədbəxtləri əsgərliyə çağırmaq, idman dərslərinə buraxmaq qəti qadağandı.

Olmaz. Heç nə...dedim, birdən yoxlama gəlib çıxar Bakıdan, yaxud iraq olsun, Zaqafqaziya Hərbi Dairəsindən. Məni qeyri-peşəkarlıqda ittiham edərlər. Damarı götürüb, nadir nümunə kimi, basdım ağzı kip örtülən şüşə balona. Sonra spirtlədim. Yaxşı ki, elədim bunu. Bir il sonra, elə bil qəsdən, məhz bu hadisəyə görə iş yerimə yoxlama gəldi. Məni çox imtahana çəkdilər o vaxt. Bilirdim haqlıyam. Şüşə balondakı damara güvənirdim. Axır balonu açıb həmin damarı komissiya üzvlərinə sərgilədim. Gözləri bərələ qaldı.

Eşitdiklərim məni xeyli həyəcanlandırır. Mövzunu burda, bu həlledici məqamda qapatmaq istəmirəm. Solaxay, fərqli sual ünvanlayıram Sərdarın göz bəbəkləri dərinliyinə.

- Daha nələri spirtləyib saxlayırsınız zirzəminizdə? Deyin, qorxmayın.

Kənardan baxıb görürəm - sualım Sərdar bəyi əməlli-başlı diksindirir. Araya sükut çökür. Paslı borulardan sızan damcıların səsi qulağımı dəlir bir an.

***

Çox keçmir sualımı dəqiqləşdirirəm.

- Misal üçün, Elçibəyin vəfatı ilə əlaqədar sizi patoloqanatom kimi dəvət etsəydilər neynərdiz?

Gözlərim özümdən ixtiyarsız Sərdar bəyin kabinetində Elçibəyin şəklini axtarır bir an. Əfsus, tapa bilmirəm. Eşikdəki payızmı kövrəldir bizi? Yoxsa daxilimizdəki lal xatirələr? Bilmirəm dəqiq. Görürəm Sərdar bəyin qurumuş, ağarmış dodaqları titrəyir.

- Vəfatından əvvəl Elçibəyi bilmirəm harda, hansı ünvanda ziyarət etdim. Oturmuşdu köhnə pal-paltarda soba önündə. Soyumuş əllərini uğursuzcasına qızdırmaq istəyirdi. Baxdım sifəti şişib. O yaşda bədəndə ciddi silkələnmələr baş verir... Bəyə dedim ki...

Həəə... Sərdar bəyin, deyəsən, köhnə adətidir. O, hamıya, fərqi yoxdu Elçibəy olsun, yaxud bir başqası, o cümlədən hətta mənə də, xəstə, ölü cəsəd kimi baxır əvvəlcə. Siftə, əlinə pinset götürüb, adamın döş-qarın nahiyəsini yarır elə bil. Sonra, patoloqanatom kimi, əlində pinset, insan beynini açır. Elçibəylə son görüşündə Sərdar bəy özünü əsl patoloqanatom kimi aparıb. Nə isə hiss edib deyəsən.

- Elçibəyin ölümü şübhəlidir? -sualıma o, anında etiraz edir.

- Yoxxxxxx...

- Bəs Rövşən Cavadovun oğlu Laçının vəfatı necə, çoxmu şübhəlidir? Şıxəli Qurbanovun ölümü bəs necə, sizdə şəkk-şübhə doğurmayıbmı bir vaxt?

İmtahan suallarını xatırladan suallarım, nəhayət, bir nöqtədə - Şıxəli Qurbanovun vəfatı mövzusunda ilişib qalır.

- Buna “anaflaktik şok” deyirlər. Dişinə iynə vurublar. Şok keçirib.

Sərdarın mövzuları azdırması xoşuma gəlmir. Sualımı lap qəlizləşdirirəm.

- Bəs Turqur Özalın vəfatı necə, sizi düşündürməyibmi? Yaxud Berezovskinin ölümü?

- İki cür zəhər var, biləsiniz. Qalıcı və keçici zəhərlər. Sioniddən istifadə ediblərsə, izləri qalacaq. Elə dərmanlar var ki, onların qəbulu insanda intihara cəhd meyli yaradır. Berezovskinin qətlində, görünür, oxşar dərmanlardan istifadə edilib.

Sərdar bəyin üzünə bir də baxıb onun bu gününü deyil, uzaq keçmişini gördüm sanki. Nə vaxtsa, hələ Naxçıvanda ikən, Zaqafqaziya hərbi dairəsinin ştatdan kənar eksperti də işləyib o. Hərbçilər, bilməm niyə, ona öz meyitlərini tapşırıblar. Görünür, milli, əyalət çərçivələrini o vaxt adlayıb Sərdar bəy. Milli cəsədlərdən sonra ona rus meyitlərini etibar ediblər.

- İlk yardığınız cəsədi heç xatırlayırsınızmı? - sualım, deyəsən, özümü də diksindirir.

- Rusdu. Alkaşdı. Meyiti atılıb qalmışdı Naxçıvan meyitxanasında. Müayinədən çıxarıb, nəticələrimi kağız üzərinə köçürdüm.

- Bəs son dəfə kimin cəsədini yarıbsız, Sərdar bəy?

Həəəə...burda, durnanı, necə deyərlər, düz gözündən vururam. Sərdar bəy əvvəlcə ağzını açıb nəsə demək istəyir mənə. Ağzı-dodaqları titrəsə də, qəribədir lap, dilindən bircə söz çıxmır nə üçünsə. Nəhayət, birdəfəlik susur. Lal bir baxışla mövzunu dəyişməyi xahiş edir.

***

Patoloqanatom, məhkəmə tibb ekspertləri üçün çox vacib sayılan “meyit qacaması” deyilən bir məfhum mövcuddur. Meyit qacaması, beyindən başlayıb, sonra daxili orqanlara keçir, sonra əzələyə, lap axırda dəri örtüyünə.

- Virxov adlı bir rus həkiminin kəşf etdiyi bu qanunla, həəə, ölümün səbəbini, vaxtını dəqiq müəyyənləşdirmək mümkündü indi. Buna “parabioz” da deyərlər. Elmdə bunun minə yaxın izahı var. Məsələn, uzunsov beynin zədələnməsində meyit qacaması anında, ildırım sürəti ilə baş verir. Uzun sürən xroniki xəstəliklərdən sonra isə tam tərsinə, meyit qacaması olmaya da bilər.

- Maşallah, özümü tibb kafedrasında hiss edirəm. Bilikləriniz mükəmməldir. - deyib, təəccübümü gizlətmirəm.

- Naxçıvanda tək deyildim. Sülhəddin Əkbər də mənlə idi. O da patoloqanatom, məhkəmə tibb eksperti idi orda. Meyitlərdən sonra başlardıq siyasi söhbətlərə...

- İndi də bu adətiniz təkrarlanır? Yoxsa...- necə deyərlər “oxu atıb, yayı gizləyirəm”. Sərdar bəyin suallarıma reaksiyasını öyrənirəm.

O, üzünü turşudub, dodaqlarını büzür əvəzində.

- Yox, nə danışırsınız. Əvvəllər belə idi. Şeyx Nəsrullahla səhv salmayın, xahiş edirəm bizləri. Qayıdaq o köhnə xatirələrimə.

- Qayıdaq.

- Hə... 80-ci illərdə “meyit qacaması” mövzusunda elmi referat yazıb onu SSRİ Müdafiə Nazirliyi məhkəmə-tibb mərkəzinin rəisi general-leytenant Tomilinə təqdim etdim. Məni ora işə dəvət edirdilər. O vaxtkı cari siyasi gündəm nə isə...araya girdi...axtarışlarım yarımçıq qaldı.

Sərdar bəy başını bulayıb yerindən qalxır. Pəncərə qarşısında bir xeyli dayanıb susur.
Ona qətiyyən mane olmuram.

***

Amma ürəyinizi çox sıxmayın bu barədə. Sərdar bəyin elmi araşdırmaları indi də davam edir. Mətbuat xəbər verir ki, o, bu dəfə öz elmi kəşflərini Moskvaya, Müdafiə Nazirliyinə deyil, Ümumdünya Nobel Komitəsinə ünvanlayıb. Tədqiqatın adı “Kosmik dəyişmələr barədə nəzəriyyə”dir.

***

21 dekabr 2012-ci ildə, hamı bilir, kosmosda “planetlərin paradı” baş verib. “Sehirli xalat” filmindəki məşhur “”Qüdrətli xan həzrətləri! Qüdrətli xan həzrətləri! Göyün yeddinci qatında Ütəriyyə, Müştəri, Mürrix, Çəyvan və Nahid ulduzları təxti-tacımıza, səltənətimizə qarşı qorxulu vəziyyətdə asılıb qalıblar!" harayını bu paradın hələ 60-cı illərdə səslənən xəbərdarlığı kimi də qəbul etmək olar. Qısası, 21 dekabr tarixində bu parad nəticəsində kosmosda ciddi dəyişmələr baş verib. 26 min ildən bir kosmosda özünü göstərən bu parada astrofizika elmində “Rervolyutsiya” deyirlər. Bu cür inqilabdan sonra adətən kainat yeni fiziki qanunlar dövrünə qədəm basır.

Sərdar bəy həmin bu dəyişikləri incələyib. Nəticələrini Nobel Komitəsinə göndərib. Əvvəl 3000 ekspertin müsbət rəyini qazanan sənəd sonra 200 alimdən təqdir görüb. Ancaq gizli səsvermədə ilişib. Qələbə, ingilis alimlərinə verilib.

Sənədin qısa məzmunu təxminən belədir - “Kosmosdakı son dəyişkənliklər nəticəsində, sistemlər arasındakı Nyuton cazibəsi azalıb. Cazibənin azalmağına ekvivalent olaraq, qapalı səma sistemlərində daxili cazibə-imploziya artıb. Braun qanunlarına görə, sistemlər öz dayanaqlığını həmişə qoruyur. Nəticədə kəmiyyət dəyişmələri baş verir. Nəticə: demək, hər cisim, öz çəkisini azaltmalıdır. Və azaldır da.”

***

Sərdar bəydən əvvəl oxşar mövzuda rus alimi Valentina Mironovanın məqalələrini də oxumuşam. Cəlaloğlunun da, Mironovanın da nəticələri eynidir - 2012-ci il 21 dekabrdan sonra, dünyanı və kosmosu təşkil edən proton hissəciklərinin çəkisi azalıb. Hidrogen atomu 4 faiz kiçilib. Bu isə gələcəkdə bütün digər cisimlərə təsir edəcək. Maqnit sahəsinin strukturları da dəyişmək üzrədir və sair və ilaxır.

Bizdə hələlik bu, Sərdar Cəlaloğlundan başqa kimsəni həyəcanlandırmır. Kimsə qələmə əl ataraq bunu incələmir.

Sərdar bəy isə vallah, “Sehrli xalat” filmindəki tanış köhnə harayı yenidən diqqətimizə çatdırıb - “Qüdrətli xan həzrətləri! Qüdrətli xan həzrətləri! Göyün yeddinci qatında Ütəriyyə, Müştəri, Mürrix, Çəyvan və Nahid ulduzları taxt-tacımıza, səltənətimizə qarşı qorxulu vəziyyətdə asılıb qalıblar”.

Sərdarın, pianarın, münəccimlərin nigarançılığını, vallah, mən indi əvvəlkindən də yaxşı dərk edirəm.

Az qalıb, vallah, lap az...


Həmid HERİSÇİ
musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru