"Heç dövlətin mənim kimi adamların payladığı qurban ətinə də ehtiyacı yoxdur"
Tarix: 13-09-2016, 08:50 | Çap et
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadə bir neçə ay əvvəl demişdi ki, 28-ci dəfə Həcc ziyarətinə yollanacaq. 1990-cı ildən bəri davamlı olaraq Həccə gedən sabiq deputatdan xəbər tutmaq istədik.
Qeyd edək ki, elə bu gün (12 sentyabr-red.) azərbaycanlı zəvvarlar Hacı adını qazandılar. Biz də aradıq, görək Hacı Qalib Həcc ziyarətinə gedənlər arasındadır, ya yox? Telefon zəngimizə cavabından bəlli oldu ki, 28-ci dəfə Həcc ziyarətinə getmək ona müyəssər olmayıb. Q.Salahzadə bunun səbəbini konkretləşdirmədi:
- Evdə bir problem oldu, ona görə də gedə bilmədim. Amma Allah qoysa, Həccdən qayıtsınlar, mən ayın axırında Ümrəyə gedəcəyəm. Həccə gedənləri izləyirəm. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bizim zəvvarlar bu gün Hacı adını qazandılar. Təbrik edirəm. Allah getmək istəyənlərə də qismət eləsin!
- Bildiyimizə görə, siz bu vaxta kimi 500 nəfəri şəxsi hesabınıza Həcc ziyarətinə göndərmisiniz. Bu dəfə özünüz gedə bilməsəniz də, kimisə ziyarətə göndərdinizmi?
-Yox. Özüm ki, getmədim, ona görə də başqaları getmək istəmədi. Düzünü deyim ki, camaat deyir, özün gedəndə bizi apar. (gülür) Elə bilirlər ki, mən gedəndə guya bunlara heç bir şey olmayacaq, sağ-salamat qayıdıb gələcəklər. Mənə o qədər inam var ki. Deyirəm, əşi, gedin də ziyarətə. Deyirlər, yox, yox, sən gedəndə biz də gedərik. Mən ümumiyyətlə, kiməsə yaxşılıq edəndə, kömək eləyəndə bunu özümə fəxr bilirəm. Belə işlər görəndə, necə deyərlər, özüm-özümdən razı qalıram. Belə əməllər adama ruh yüksəkliyi verir. Kimsə razı qalır, dua edirsə, bu, mənə bəsdir. - Bəs, planlaşdırdığınız ziyarətə gedə bilməməyiniz əhvalınızı korlamadı ki?
- Yox. Elə şeylər var ki, onun detallarını açıqlamaq istəmirəm. Allah qoysa, vaxtı çatanda deyərəm. Amma mən bütün gün ərzində xəbərləri izləyirəm, Məkkəyə, Mədinəyə baxıram. İndi ziyarətdə olanlara həsəd aparıram ki, maşallah, nə yaxşı getdilər. Bu, tamam başqa şeydir, heç nə ilə ölçülən hiss deyil.
-Bəzən deyirlər ki, ölkədə müəyyən problemlər var deyə, Həcc ziyarətinə sərf olunan vəsait Azərbaycana xərclənsə, həm ölkə, həm insanlar qazanar, həm də bunun savabı böyük olar. Belə fikirlərlə razılaşmaq olarmı?
-Qəti şəkildə. Birincisi, ölkədə heç bir çətinlik yoxdur. Kimlər ki, deyir, ölkədə problemlər var, dedikləri boş şeydir. Mən yaltaq adam deyiləm ki, kiməsə xoş gəlmək üçün danışım. Heydər Əliyev hakimiyyətə gələndən sonra günü-gündən – demirəm ki, aydan-aya – insanların güzəranı yaxşılaşıb. Allah ona qəni-qəni rəhmət eləsin. Hörmətli cənab prezident İlham Əliyev gələndən sonra da günbəgün insanların vəziyyəti yaxşılaşır. Təkcə yaşadığım Bilgəh kəndində bu gün 200 adama, qaçqına, şəhid ailəsinə qurban payı verilib. Bu, hələ siyahı ilə verilən paylardır. İmkan olmasa, bunu necə vermək olar? Maştağa kəndində isə deputat Eldar Quliyev 800-ə yaxın adama qurban əti paylayıb. Mən hələ bildiklərimi deyirəm, Nardarandan xəbərim yoxdur.
- Yəqin siz də qurbanlar kəsibsiniz...
- (Gülür) Əlbəttə. Qurban olum Allaha, mən nə edirəmsə, heç dilə gətirmirəm. Eldar Quliyev də yəqin məni bağışlayar. Yeni deyirəm, əgər insanların pul qazanmaq imkanı olmasa, bu qədər qurbanlar kəsə bilərmi? Azərbaycan xalqının bir dənə Qarabağ problemi var, vəssalam, şüttəmam. Vallah, billah, Azərbaycan xalqının başqa heç bir problemi yoxdur. Hamımızın da yerinə cənab prezident özü fikirləşir, götür-qoy edir. Allah atasına rəhmət eləsin. Heç dövlətin mənim kimi adamların payladığı qurban ətinə də ehtiyacı yoxdur. Maşallah, dövlətimiz kifayət qədər güclüdür.
- Hacı, qarşıdakı referendumla bağlı fikriniz necədir?
- Mən referendumun tərəfdarıyam. Referendum Azərbaycan xalqının güzəranını daha da yaxşılaşdıracaq. Əlbəttə, seçilən vitse-prezidentlərin nəzarəti olacaq, vəziyyət daha da yaxşı olacaq.
- Hacı, gələcək planlarınız haqda nə deyə bilərsiniz?
- Gələcəyi Allahdan başqa heç kəs bilmir. Sabah nə olacağını ancaq böyük Allah bilir. Biz indidən heç nə deyə bilmərik. Allah nə məsləhət bilsə, elə də olacaq.
- Bəs, hazırda nə işlə məşğul olursunuz? Deputatlıq fəaliyyətindən sonrakı məşğuliyyətiniz nədən ibarətdir?
- Mənim həyatda heç bir problemim yoxdur. 7 nəvəm, 1 nəticəm var, böyüyürlər. İnşallah, sənə də nəticə görməyi qismət eləsin! Bayaq yığılıb gəliblər - mən gündüzlər 3-4 saat yatıram - qoymayıblar yatmağa. (gülür) Adam öz övladı ilə yeri gələndə sərt davrana bilir. Amma nəvəyə, nəticəyə “burdan dur, orda otur” demək olmur. (gülür) Doğrudan mənim heç nəyə ehtiyacım yoxdur, naşükür adam da deyiləm. Hər şeyə min dəfə şükür edirəm. Hörmətli prezidentimizə, ailəsinə dua edirəm. Bizə halallıq versinlər ki, biz də onların hesabına firavanlıq içində yaşayırıq. Var-dövlət hamısı Allahın işidir. Ruzi-bərəkəti Allah verir. Bizim bəxtimiz onda gətirdi ki, hakimiyyətə Heydər Əliyev gəldi, ondan sonra da prezidentimiz İlham Əliyevdir. Allah ona uzun ömür, can sağlığı versin!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|