Bostankeşdən... Dİ GƏL KEÇ... .....                     "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                 

“Xalq sadə dildə izah istəyir ki, əti sabah neçəyə alacaq” - YAP-çı deputat
Tarix: 10-09-2016, 10:08 | Çap et
“Xalq sadə dildə izah istəyir ki, əti sabah neçəyə alacaq”
Ölkədə sentyabrın 26-da keçiriləcək ümumxalq referendumuna hazırlıq gedir. Bu prosesə ən ciddi hazırlaşan isə hakim Yeni Azərbaycan Partiyasıdır. “Yeni Müsavat”ın müxbiri YAP-ın referendum hazırlıqları ilə tanış olmaq üçün partiyanın mərkəzi qərargahına baş çəkib.

İlk baxışdan partiyada səssizlik hökm sürürdü. Demək olar ki, qərargahda kimsə gözə dəymirdi. Otaqlarda isə referendum təşviqat qrupunun kuratorları hazırlıqları davam etdirirdi. Dediklərinə görə, hər gün yerlərdə seçicilərlə 4-5 görüş keçirirlər. İşlər əsasən yerlərdə aparılır, partiyada isə ancaq plan və proqramlar hazırlanır.

Bu mənada elə də qaynar iş mühiti nəzərə çarpmırdı. Partiyada bizi YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov qarşıladı və referendum hazırlıqları, ölkədə gedən ictimai-siyasi proseslər və başqa mövzularla bağlı suallarımızı cavablandırdı.

Müsahibənin ikinci hissəsini təqdim edirik.



(Əvvəli ötən sayda)

- Dini cərəyanlardan söz düşmüşkən, hazırda aktual məsələlərdən biri də “gülənçi”lərdir. Türkiyədəki hadisələrdən sonra məlum oldu ki, Azərbaycanda da, hətta yüksək vəzifələrdə nurçu və “gülənçi”lər var imiş... Hazırda hakimiyyət daxilində hər hansı təmizləmə aparılırmı? Yaxud, aparılması nəzərdə tutulubmu?

- Azərbaycanda heç kim siyasi və dini baxışlarına görə işdən azad olunmur. İşinin öhdəsindən gələ bilmədiyinə görə azad olunur. Bəzi dövlətlər Azərbaycanda müxtəlif adlar altında öz qruplarını yaratmağa cəhd göstərib. Biri demokratiya adı altında, başqası insan hüquqları adı altında, o biri vətəndaş cəmiyyəti adı altında, digəri din pərdəsi altında özlərinin xarici kəşfiyyat nümayəndələrini burada yetişdirməyə cəhd göstəriblər. Azərbaycan xalqının tarixən formalaşmış milli-mənəvi dəyərləri var. Hər bir insanın inancına qiymət verilir. Vəzifədən azad olunanlara gəlincə, onlar öz işlərini lazımınca yerinə yetirə bilmədikləri üçün işdən çıxarılıblar. Burada nurçuluqdan, vəhhabilikdən söhbət gedə bilməz. Ancaq görürük ki, gündəmə çıxarırlar, kimlərsə bu məsələlərdə maraqlıdır. Azərbaycan güclü dövlətdir, bunu da şərtləndirən əsas məsələ xalqla iqtidarın birliyidir. Xalq prezidentin siyasətini tam dəstəkləyir və görür ki, xarici siyasətdə də ölkə başçısı heç bir bloka qoşulmadan, heç bir dövlətdən asılı qalmadan ölkəni məharətlə idarə edir.


“Bizə gələn məhsulların bir hissəsi xaricdən gəlir, onların qiyməti qalxırsa, onu baha alıb ucuz satmaq qeyri-mümkündür”


- Qayıdaq referendum məsələsinə... Referendumdan sonra hansı struktur islahatları aparılacaq?

- Aparatın təkmilləşdirilməsi üçün islahatlar aparılacaq. Əgər biz konstitusiyada dəyişikliklər nəzərdə tutmuşuqsa, ona uyğun olaraq dəyişikliklər olacaq.

- Məlumatlar var ki, referendumdan sonra prezident və parlament seçkiləri keçirilə bilər. Bu, doğrudurmu?

- Qəti şəkildə bu olmayacaq. Parlament də seçilib, prezident də. Onların da öz müddətləri var. Yeni seçkinin keçirilməsi üçün heç bir zərurət yoxdur. Həmin müddət başa çatandan sonra yenidən seçkilər keçiriləcək. Bu zaman konstitusiyanın yeni tələblərinə uyğun keçiriləcək, prezidentlik müddəti 5 yox, 7 il olacaq. Amma bu, 2018-ci ildən sonrakı dövr üçün nəzərdə tutulub. Bəzi adamlar özlərinə tərəfdar yığmaqdan ötrü deyirlər ki, referendumdan sonra parlament və prezident seçkiləri keçiriləcək. Ancaq belə bir şey gözlənilmir. İdarəçiliklə bağlı dəyişikliklər olacaq. Yeni institutlar yaranacaq, islahatlar həyata keçiriləcək. Azərbaycanda mütəmadi islahatlar həyata keçirilir. Ölkə başçısının sərəncamı ilə hər gün yeni təşkilat və ya qurum yaradılır. Bu, xalqdan, cəmiyyətdən gələn tələbatın əsasında edilir. İstər tikinti üzrə, istər satınalmalar üzrə, istər ərzaqla bağlı agentliklər yaradılır. Konstitusiyada edilən dəyişikliklər isə insan hüquq və azadlıqları ilə bağlıdır.

- Siyavuş müəllim, cəmiyyətdə ən çox tənqid olunan Nazirlər Kabinetindəki yaş məsələsidir. Referendumdan sonra keçiriləcək islahatlarda hakimiyyət komandasının tərkibini gəncləşdirəcəkmi?

- Bu yaş məsələsi dünyanın əbədi mövzularından biridir. Azərbaycanda bu məsələlər çox düzgün tənzimlənir. Yaşın aşağı həddi ola bilər, yaşın yuxarı həddi yoxdur. İnsan yaşlandıqca, daha çox müdrikləşir, öz imkanlarını idarəçiliyə səfərbər edir. Çünki o insan bir sıra qayğılardan azad olur, əsas fəaliyyətini işinə yönəldir. Biz hamımız yaşlanacağıq, o yaşa gəlib çatacağıq. Bu baxımdan hesab etmirəm ki, insanı yaşla imtahana çəkmək lazımdır.


“Parlament də seçilib, prezident də. Referendumdan sonra yeni seçkilər keçirilməyəcək”


- Referendumdan sonra Nazirlər Kabineti vitse-prezidentlik institutu ilə paralel olaraq fəaliyyətini davam etdirəcəkmi?

- Nazirlər Kabineti Konstitusiya ilə təsbit olunub. Əgər o, ləğv olunmalı olsaydı, konstitusiyadan çıxarılardı və referenduma salınardı. Nazirlər Kabinetinin statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşir. Vitse-prezidentlik tamam başqa bir sahədir. Vitse-prezidentlər cənab prezidentin müxtəlif sahələr üzrə müəyyənləşdirdiyi kadrlar olacaq. Bəzən hüquqşünaslar bunu tamam başqa istiqamətdə yozurlar. O da bilməməkdən irəli gəlir. Bir az konstitusiyanı oxusunlar, o zaman görəcəklər ki, hər bir strukturun öz yeri var.

- Azərbaycanda hazırda müxalifətin bacarmadığını “dollar” edir. Belə ki, dolların bahalaşması ilə əlaqədar bazarlarda qiymət artımı davam edir. Xalq bundan ciddi şəkildə narazıdır, yəqin ki, mənimlə razılaşarsınız. Ekspertlər deyir ki, sosial partlayış ola bilər. Hökumət bunun qarşısını almaq üçün nə edəcək?

- Hökumət bu gün kifayət qədər addımlar atır. Lakin burada problem təkcə bizdən asılı deyil. Biz sərhədləri bağlı olan bir dövlət deyilik. Bizə gələn məhsulların bir hissəsi xaricdən gəlir, onların qiyməti qalxırsa, onu baha alıb ucuz satmaq qeyri-mümkündür. İqtisadiyyatın qaydaları var. İstənilən bir dövlətə gedin. Əvvəlki illərə nisbətən qiymətlər 25-30 faiz qalxıb. Bu proses bütün dünyada gedir. Maksimum çalışırıq ki, bunun qarşısını alaq. Süni şəkildə qiymətlər artmasın, işbazlar əhalinin cibinə girməsin və sair. Ancaq reallıq odur ki, bir çox ölkələrin milli valyutası devalvasiyaya uğrayır. Məsələn, Rusiyada rubl 200 faizə qədər ucuzlaşıb, Türkiyədə vaxtilə bir dollar 1,8 lirə idi, indi 3 lirəyə bərabərdir. Götürək, ABŞ-a bərabər iqtisadiyyatı olan Çinin milli valyutası yuanı, o da dəyərdən düşüb. Mən sizinlə şərikəm ki, insanlar bu durumdan narazıdır. Ancaq bir iqtisadçı çıxıb televiziyaya xalqı başa salmalıdır ki, bu, tək bizə aid olan məsələ deyil. Bu, dünyada baş verən proseslərin nəticəsidir. Bir neçə misal çəkmək olar ki, yumurtanın qiyməti Rusiyada necədir, Türkiyədə necədir, Azərbaycanda necədir. Bununla da əhalini başa salmaq olar. İndi çıxıb danışırlar makroiqtisadi sistem belə getdi, mikroiqtisadi sistem belə gəldi... Vətəndaş bunu başa düşmür, xalq sadə dildə izah istəyir ki, əti sabah neçəyə alacaq. Bunu ona başa salmaq lazımdır.

“Bəzi ölkələr demokratiya, insan hüquqları, vətəndaş cəmiyyəti, din adı altında özlərinin xarici kəşfiyyat nümayəndələrini Azərbaycanda yerləşdirməyə cəhd göstərirlər”


- İqtisadçılar belə izah edirlər ki, Azərbaycanın yetərincə potensialı olduğu halda, özü bir corab belə istehsal etmir. Nəticədə ölkədə ciddi şəkildə idxaldan asılılıq var, daxili istehsal yoxdur...

- Yox, daxili istehsal var. İstehsal müəssisələri tələbat əsasında yaradılır. Tutaq ki, bəzi dövlətlər hər hansı məhsulu milyardlarla istehsal edir və onun maya dəyəri həddindən artıq ucuz başa gəlir. Azərbaycan kimi kiçik ölkələrdə isə bu qədər istehsal üçün bazar yoxdur. Əvvəlcə bazar müəyyən olunmalıdır, sonra istehsala başlamaq lazımdır. Əgər bazar yoxdursa, həmin məhsulu istehsal etmək xeyir gətirmir. Azərbaycanda hazırda kənd təsərrüfatı məhsulları yüksək səviyyədə istehsal olunur və dünya bazarına çıxır. Bu sahənin inkişafı ilə bağlı cənab prezidentin tapşırığı var. Pambıqçılıq, ipəkçilik və digər sahələrin inkişafı üçün qərar qəbul edilib. 150 min hektardan artıq hasarlanmış torpaq sahələrinin hasarları sökülüb, onlar istehsala qaytarılıb. Bununla bağlı biz konstitusiyaya əlavə də elədik ki, əgər torpaq sahəsi istifadəsiz qalıbsa, mülkiyyətçinin kim olmasından asılı olmayaraq, istehsala qaytarılmalıdır. Bütün bunlar ölçülüb-biçilir, addımlar atılır.


“İnsanlar hazırkı bahalaşmadan narazıdır. Ancaq bir iqtisadçı çıxıb xalqı başa salmalıdır ki, bu, tək bizə aid olan məsələ deyil, dünyada baş verən proseslərin nəticəsidir”

Sənaye məhsullarına gəlincə, biz onu nə Yaponiyadan, nə də Almaniyadan daha keyfiyyətli istehsal edə bilməyəcəyik. İstənilən istehlakçı da xarici mallara üstünlük verəcək .Həm maya dəyəri ucuz başa gələcək, həm də keyfiyyəti daha yaxşı olacaq. O zaman bunu istehsal etməyin mənası nədir? Hər məhsul üçün bir zavod açsaq, o effekti verməyəcək. Onu da insanlara düzgün çatdırmaq lazımdır. Biz nəyi bazarda sata biliriksə, onu istehsal etməliyik. Məqsəd təkcə daxili tələbat deyil, hər hansı məhsul istehsal edilirsə, onun üçün xarici bazarda olan tələbat da nəzərə alınmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru