"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                 

Müxalifət Əli İnsanovdan necə Mandella düzəldir: - yaxud “ağ atlı həkim”
Tarix: 26-08-2016, 11:15 | Çap et
Müxalifət Əli İnsanovdan necə Mandella düzəldir:
…Keçmiş səhiyyə naziri Əli İnsanov Nelson Mandela ola bilməyəcək. Korrupsioner eks-nazir olsa-olsa hikkəli, xidmət etdiyi iqtidarın onu cəzalandırmasına görə sınmayan, prinsipial biri kimi tarixdə qala bilər.
Və o da bəllidir ki, Ə.İnsanov həbsdə olmasa və nazir postunda bu gün də qalsaydı özünə qarşı nifrətin həddi-hüdudu ölçülməzdi. Zamanında medianı aşağılayan, kobud rəftarı ilə seçilən acıdil nazir səhiyyə sistemini ölümcül hala salmışdı. Bəli, Ə.İnsanov elədiyi əməllərin cəzasını yetərincə çəkib və məhkəməsində müxalifət liderlərindən də üzr istəyib. Doğrudur! Lakin…lakin kim zəmanət verə bilər ki Ə.İnsanov həbsdə yox, nazir postunda indi özünü necə aparacaqdı?!
Heç şübhəsiz ki, səhiyyə sahəsinin məhvində işini davam etdirəcək, korrupsiya fontan vuracaq, büdcə talanı, milyonların yeyintisi, xəstəxanalarda ölüm halları, şəxsi mal-mülklərini sayını artırmaq və s… Eynilə, indiki səhiyyə naziri Oqtay Şirəliyevdən fərqli bir nazir olacağını gözləmək olmazdı. İctimaiyyət nazir İnsanovu da görüb, məhbus İnsanovu da…
Bu ayrı məsələdir ki, günahlarının yuyulması üçün tövbələr edib, səhvlərini etiraf edib, müxalifətə və mətbuata qarşı hərəkətlərindəki yanlışlığı anlayıb, məhkumluğu dövründə dustaqlara tibbi yardım göstərib, 11 il ərzində hakimiyyətə qarşı qətiyyətli, məğrur və yenilməz dayanıb, əfv yazmaqdan imtina edib və korrupsioner nazir şəxsi keyifyyətlərinə görə müsbət imic formalaşdıra bilib. Bu keyfiyyətləri həbsxanalarda müxtəlif dustaqlarda da tapmaq olar, qanuni oğru dünyasındakı nüfuzlu avtoritetlərdə də.
Ancaq müxalifət partiyalarının canfəşanlığı, dəridən-qabıqdan çıxması anlaşılan deyil. Sabiq nazir az qala liderə çevrilib, sanki azadlıqda olarkən düşərgəni pat vəziyyətindən çıxaracaq. Ömrünün 27 ilini həbsdə keçirən “dünyanın vicdanı” – Mandela ölkəsində ədalət və azadlığın bərqərar edilməsinə üçün aparteid rejiminə qarşı xalqla birgə mübarizə aparmışdı.
Onun təmiz bioqrafiyası, İnsanovdan fərqli olaraq xalq arasında nüfuzu, hörməti var idi və Mandela Cənubi Afrika Respublikasının prezidenti olur, qitənin inkişaf etmiş dövlətinə çevirir. Yəni, vəzifə başında ikən ölkəsini talamır, korrupsiyanın çiçəkləndirmir, xalqa zülm etmir. Nazir İnsanov isə səhiyyəni uçuruma aparıb, xalqın narazı hakimiyyətinə xidmət edib, nənki qitənin, dünyanın ən geridəqalmış səhiyyə ölkələri siyahısında Azərbaycanı salmağa nail olub.
Belədirsə, müxalifət İnsanovdan niyə qəhrəman düzədir? Müxalifət onun xalqın pullarına sahibləndiyi villalarını, obyektlərini, banklardakı hesablarını unudubmu? O Azərbaycan səhiyyəsinin onurğa sütununu qırıb, ölkə səhiyyəsini bərbad günə qoyub. Məhz korrupsioner fəaliyyətinə görə də həbs olunub. Müxalifət iqtidarın “vurulmuş”, nimdaş siyasətçilərinə bel bağlamaqdan yorulmadımı? Gültəkin Hacıbəyli, Rəsul Quliyev, Rüstəm İbrahimbəyov və indi də Əli İnsanov…
Təbii ki, İnsanova açılan yeni cinayət işi onun həbsdə saxlanmasına hesablanıb və sabiq nazirin hüquqları pozulub, qondarma ittihamla üzləşib. Onu həbsdə görmək arzusu da yoxdur. Hər halda 11 il cəza çəkmiş eks-nazir evinə getməli, ömrünün ahıl dövrünü ailəsinin yanında istirahət etməklə keçirməlidir. Amma heç bir halda müxalifətin lideri olmağa mənəvi haqqı yoxdur.
İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib: ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq və müxalifəti uğursuzluq zolağından çıxaracaq. Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır – Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkib və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda, Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur…
Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur.
Lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır. Əli İnsanov möhkəm və köhnə kişidir, yolundan dönmür, sınmır. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir.
İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər. Eləcə də müxalifəti gözləntilərin sonunda məyus edəcəyi istisna deyil.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Allah qapısını açsın!!!
Çingiz Coşqun, Cumhuriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru