"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                 

“FETÖ təhlükəsi Türkiyənin yalnız öz içində çözülməlidir…” - deputat
Tarix: 20-08-2016, 10:19 | Çap et
“FETÖ təhlükəsi Türkiyənin yalnız öz içində çözülməlidir…”
Milli Məclisin deputatı Fazil Mustafa virtualaz.org saytına müsahibə verib. Deputat Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdi və ondan sonrakı proseslər, bu hadisələrin Azərbaycana mümkün təsirləri, Fətullah Gülənin şəbəkəsinə bağlı məktəblərin qapadılması məsələsi və AXCP sədri Əli Kərimlinin bu şəbəkə ilə işbirliyinə dair üzə çıxan faktlar barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

-Türkiyədə iyulun 15-də baş vermis hərbi çevriliş cəhdi Azərbaycanda da əsas müzakirə mövzularından biri kimi qalır. Bu haqda sizin də fikirlərinizi bilmək maraqlı olardı. Əvvəlcə oradan başlayaq ki,Türkiyə kimi bir dövlət bu mərhələyə necə gəlibçıxdı? Hadisələrin kökü necə, haradan başladı?

-Bu, əslində Türkiyə və Qərb arasında, Avropa Birliyi və Türkiyə arasında yaşanan etimadsızlıq prosesinin, eyni zamanda Suriya məsələsində, Yaxın Şərq məsələsində ABŞ-ın tərtib etdiyi planlara Türkiyənin uyğunlaşmamasının nəticəsi idi. Çünki ABŞ-ınTürkiyəni əvvəl-axır öz proqramına uyğunlaşdırmaq üçün sərt, təlatümlü addımlar atacağı gözlənilirdi. Çoxları hesab edirdi ki, ABŞ bunu iqtisadi, hərbi təzyiq formaları ilə, NATO müstəvisində Türkiyə ilə müttəfiqliyi məhdudlaşdırmalarla həyata keçirəcək. Amma bunun daha sərt – hərbi çevriliş cəhdi formasında baş verməsi münasibətlərin nə qədər kəskin olduğunu ortaya qoydu.

-Bəs hərbi çevriliş planı nə dərəcədə ölçülüb-biçilmişdi, planı hazırlayanlar bu cür iflasa uğrayacaqlarını ağıllarına gətirə bilərdimi?

-Deyə bilərəm ki, Türkiyədə baş vermis sonuncu həbi çevrilişdən-1980-ci il çevrilişindən fərqli olaraq bu dəfə daha tələsik, proqramsız hərəkət etdilər. Cəmiyyəti çevrilişə hazırlamadan hərəkətə keçdilər. Çünki 1980-ci ildə baş vermiş çevrilişdən əvvəl maraqlı qüvvələr küçələrdə savaşı təmin etdilər –öz planlarını solçu, sağçı, islamçı, milliyyətçi qüvvələrin toqquşması üzərində qurdular.

Bu dəfə isə küçədə toqquşma olmadı, hətta Misirdən də fərqli bir variant seçildi. Bu hadisələrləTürkiyə ilə Qərb arasında münasibətlərin nə qədər kəskin fazada olması ortaya çıxdı.

Çevriliş Türkiyənin regional güc mərkəzi olmasının qarşısını almaq üçün düşünülmüş addım idi, amma sonda Türkiyənin xeyrinə işləyən hadisəyə çevrildi. Çünki cəmiyyətin 1980-ci il hərbi çevrilişinə olan ikrahlı münasibəti yeni bir çevrilişin baş verməsini əngəlləməyə kifayət elədi. Türkiyə hakimiyyətinə müxalifətdə olan qüvvələr belə, bu çevrilişin ölkənin iqtisadi potensialı zəiflədəcəyini, siyasi cəhətdən xaosa aparacağını başa düşdü.

Bu baxımdan 15 iyul hadisələri Türkiyənin zərərinə hesablansa də, mənfəətinə çevrildi. Lakin bu, təkcə Gülən camaatının hazırladığı çevriliş planı kimi görünmür. Çünki o qədər generalın təkcə hansısa bir təriqət başçısının arxasınca gedərək belə bir addımı atması inandırıcı deyil. İşin arxasında daha ciddi beynəlxalq güc olmasaydı, ordunun bir qisminin bu cür riskli addıma getməsi heç ağlabatan deyildi.

-Türkiyə rəhbərliyi bu hadisələrin Fətullah Gülənin Terror Örgütü, yəni FETÖ tərəfindən təşkil olunduğunu lap əvvəldən qəti şəkildə bəyan edib. Həmin vaxtdan bu yana çevriliş planının məhz bu təriqət tərəfindən hazırlandığına dair çoxsaylı dəlillər açıqlanıb. O zaman Siz çevrilişin Gülən tərəfindən təşkil olunmasına şübhə edirsiniz?

-Təbii ki, Fətullah Gülən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətində olan şəxsdir və bu planda ondan istifadə edilməsi nəzərdə tutulmuşdu. Amma bir təriqət liderinin çağırışı ilə generalların bu işə qoşulması praqmatik yanaşma baxımından inandırıcı gəlmir.

Onun adamlarını bu işə qoşdular. Amma əsas plan başqa bir yerdə hazırlanana oxşayır. Bəlkə Liviyada (çünki tayfa dövlətidir) və ya Afrikada bunu etmək olardı. Türkiyə isə köklü dövlət ənənəsinə malikdir. Belə bir dövlətdə kiçik təriqət qruplaşmasının idarəçiliyi altında çevriliş həyata keçirmək real görünmür. Beynəlxalq güclər bunu Türkiyədə sınaqdan keçirdilər, müəyyən siyasi qüvvələri bura qoşmağa çalışdılar.

-Necə oldu ki, sizin dediyiniz həmin təriqət belə gücləndi və hətta silahlı qüvvələrdə də öz adamlarını yerləşdirdi?

-Əvvəllər Türkiyədə Qərbin dəstəyi ilə hökumətin formalaşması ənənəsi var idi. NATO ölkəsi kimi ABŞ-ın və Qərbin dəstəyi olmadan Türkiyədə uzun müddət hakimiyyətdə qalmaq mümkün deyildi. 2000-ci ildən sonra gördülər ki, cəmiyyətin alt qatlarından dəstək almayan bir qüvvə hakimiyyətdə uzun müddət qala bilmir. Nəticədə daha çox islamçı sistemlə uzlaşaraq yeni bir hakimiyyət formasına razılıq verdilər. “REFAH” partiyasının qısamüddətli koalisiya hakimiyyətindən sonra bu partiyanın bağlanmasının ardından islamçı cinahda daha fərqli bir siyasi partiya modeli yaradılması qərarlaşdırıldı.

Bu, daha müstəqil mesajları ilə seçilən, Avropa siyasi sisteminə daha yaxın Ərbakanın ritorikası əvəzinə ABŞ siyasi sistemi ilə uzlaşma içində olacaq bir siyasi hərəkatın yaranmasına gətirib çıxardı. Bu zaman Ərbakandan ayrılan neoərbakançı və ya neo-milli görüşçü qüvvələrin ABŞ-ın təzyiqlərindən qaçmaq üçün onun dəstəklədiyi başqa bir qapalı islamçı cərəyanla ittifaqaa girməsi qaçınılmaz oldu. Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə masasının rəhbəri olmuş Füllerin “İslamsız dünya” kitabında da buna işarələr var.

Nəticədə qapalı qutu sayılan Gülən camaat sistemi ilə AKP formatında siyasiləşmiş Milli Görüşün protokolsuz koalisiyası yaradıldı. Bu koalisiyada əslində Gülən camaatının yer alması, həm də ABŞ-ın AKP hökumətə etimadını təmin elədi. Bir müddət proseslər bu etimad üzərində getdi. Atatürkçü və ya dünyəvi kadrların yerinə milli görüş və Gülən cinahlarından olan kadrlar razılaşdırılmış şəkildə dövlət sistemi içinə doluşmağa başladılar. Bu zaman maraqlı bir gerçək üzə çıxdı: Milli görüşün orta səviyyədə təhsili olan kadrları Gülənin müasir təhsil standartlarına cavab verən kadrlarından mövqe və vəzifə irəlilyişində geri qalmağa başladılar. Sonradan artıq Türkiyədə bir sıra situasiyalarda müstəqil siyasət yeritmək məsələsi ortaya çıxanda, "Mavi Marmara" gəmisi ilə bağlı qarşıdurma başlayanda hakimiyyətdəki bir tərəf ABŞ və İsrailin mövqelərini, digər tərəf isə Türkiyənin müstəqil iradəsini müdafiə etməyə başladı.

Bu zaman toqquşma, ziddiyyət hədsiz dərinləşdi. Ona qədər isə AKP rəhbərliyinin, Ərdoğanın özünün istəyi ilə artıq Gülən camaatdan sayılan adamların silahlı qüvvələrə, bürokratik aparata, jandarmaya yerləşdirilməsi baş vermişdi. Sonradan ziddiyyət başlayan kimi tərəflər bir-birini zəiflətmək üçün hücuma keçdilər. 2014-cü il 17-25 dekabrhadisələrində Gülən camaatını təmsil edən qüvvələr polis, prokurorluq vasitəsilə AKP hökumətini sarsıtmağa cəhd etdi və artıq mübarizə açıq, həm də ölüm dirim mübarizəsi xarakteri aldı.

İndiki hərbi çevriliş cəhdində isə ona görə uğur qazana bilmədilər ki, polisin sıraları artıq camaatın kadrlarından xeyli təmizlənmişdi. Qeyd etmək lazımdır ki, əvvəlki çevrilişlərdə prosesi təkcə ordu aparmırdı, polisin də rolu olurdu. Amma indi əlində yüngül silah da olsa, silahlı qüvvənin – polisin hökumətin tərəfində olması prosesi davam etdirməyə imkan vermədi. Ona görə də bu çevriliş cəhdinin baş tutmaması həm də Türkiyədə Qərb ölkələrinin maraqlarını ifadə edən qüvvənin mövqeyinin zəifləməsinin göstəricisi idi.

-15 iyul hadisələri Avrasiya regionunda az qala geosiyasi konfiqurasiyanın dəyşməsinə səbəb oldu. Xüsusilə Türkiyə- Rusiya yaxınlaşması baş verdi, ABŞ-la münasibətlər daha da gərginləşdi. Avropa Birliyi ilə münasibətlər onsuz da gərgin idi. Doğurdanmı Türkiyə öz müttəfiqlərindən ayrılaraq Rusiyaya yaxınlaşır? Geosiyasi proseslərin sonrakı inkişafı necə olacaq?

-Artıq bu yaxınlaşma baş verib və davam edən fakta çevrilib. Əslində Türkiyənin Rusiya ilə bu dərəcədə sürətlə yaxınlaşması NATO ilə münasibətlərinə çox ciddi zərbə vuracaq. Türkiyənin çevriliş məsələsində NATO-dan informasiya ala bilməməsi, NATO-nun hadisələri susqunluqla izləməsi onu göstərir ki, Türkiyəni cəzalandırmaq, ölkəni xaosa sürükləmək planının maraqlı tərəflərindən biri də NATO olub.

Çünki NATO Türkiyədə ram edilməyən, ipə-sapa yatmayan siyasi hakimiyyəti olduğunu düşünür. Xüsusilə Suriya kürdləri ilə bağlı məsələdə ABŞ-ın və NATO ölkələrinin tutduğu mövqe Türkiyəyə sarsıdıcı zərbə vurdu. Digər tərəfdən,Rusiya təyyarəsinin vurulmasından sonrakı dövrdə də NATO Türkiyəni Rusiya qarşısında formal müdafiə etdi, əslində isə onu Rusiya ilə üz-üzə qoydu və ağır iqtisadi problemlər yaşamasına səbəb oldu.

-Bəs Türkiyənin daxilində proseslər necə gedəcək? Uzunmüddətli stabillik üçün təhdidlər nə dərəcədə aradan qalxıb? Türkiyə cəmiyyəti də Qərblə iplərin qoparılmasını dəstəkləyirmi?

-Mənim fikrimcə Türkiyənin bundan sonrakı siyasətində qeyri-sabitlik elementi önə çıxacaq ki, bu da narahatlıq doğurur. Suriya siyasətinə diqqət edək- Türkiyə Suriya siyasətindən nə qazandı? Türkiyə başqalarının proqramını həyata keçirmək naminə Suriyada özünün bütün strateji gücünü itirdi. İraqda başqalarının layihəsinə dəstək vermək naminə Kərkük türklərinin mövqeyi tam zəiflədi və sıradan çıxdı. Suriyada Bayırbucaq türkmənlərinin müdafiəçisi kimi çıxış edən Türkiyə indi orada baş verənlərə heç bir təsir göstərə bilmir və artıq türkmən kartı da əldən çıxmış oldu.

Faktiki olaraq Türkiyə Rusiyanın Suriyaya hava zərbələrini kənardan izləməklə məşğuldur. Yaxud Türkiyə vaxtında İŞİD-lə bağlı kəskin mövqe tutmamasının nəticəsini sonradan bu terror təşkilatını başqa qüvvələrin əli ilə ona qarşı artan hücumları fonunda hiss etməyə başladı.

İndi Rusiya ilə olan yaxınlaşma da sabit siyasətin formalaşmasından xəbər vermir. Bu siyasətdə də bir sərt dönüş anları ola bilər. Çünki Türkiyədə NATO ilə münasibətlərin qalıcı olmasına maraq göstərən fundamental cəmiyyət var. Türkiyə cəmiyyətində Rusiyaya axıra qədər güvənmirlər. Rusiyaya yaxınlaşma əsasən iqtisadi problemlərdən irəli gəlir.

Düşünürəm ki, cəmiyyətin NATO ilə iplərin qırılması siyasətinə cavabı sərt olacaq. Türkiyə bu addımı atarsa, Qərbdən tamamilə qopmuş olacaq ki, bu da ölkə üçün arzuolunmaz nəticələrə səbəb olabilər. Türkiyə azad iqtisadi model olaraq təbii ki, istənilən ölkə ilə münasibətini dərinləşdirə bilər. Amma siyasi münasibətlərdə prioritet ABŞ olmalıdır. Çünki Türkiyədə demokratiyanın sistem olaraq oturuşması müəyyən dərəcədə ABŞ-dan asılıdır. ABŞ, Qərb çəkilərsə Türkiyənin demokratik ənənlərinin davam etdirilməsi şübhə altına düşəcək.

-Bəs Türkiyədəki bu proseslərin və ondan irəli gələn geosiyasi təlatümlərin Azərbaycana təsiri necə olacaq?

-Əslində Azərbaycan bu vəziyyətdən çox düzgün yararlandı. Azərbaycan prezidentinin izlədiyi xarici siyasət Azərbaycanın maraqlarına xidmət edən siyasətdir. Bu və ya digər böhranlı vəziyyətlərlə bağlı Azərbaycanın öz xarici siyasətində çevik korrektələr etmək imkanları həmişə mövcud olub. Bu ərəfədə Azərbaycanın İran və Rusiya kimi iki güclü bölgə dövləti ilə birlikdə “Şimal-Cənub” nəqliyyat dəhlizinə dair əldə etdiyi razılaşmalar, onlarla bir statusda rol alması ölkəmizin mövcud vəziyyətdən doğru yararlandığını ortaya qoyur.

Azərbayanın xarici siyasəti Türkiyədən xərqli olaraq idealist mahiyyət daşımır, praqmatik mahiyyət daşıyır. Türkiyə siyasətinə ən böyük zərbə vuran kültür mirası ilə mövcud dünya reallıqlarını uzlaşdıra bilməməsidir. Suraiyada da, Fələstində də, İraqda da, Balkan ölkələrində də bu yanaşma iflasa uğradı. Mədəniyyətlə siyasətin hüdudlarını xarici siyasətdə düzgün müəyyən edə bilmədilər. Bu da müəyyən uğursuzluqlara gətirib çıxardı.

Azərbaycan sırf praqmatik xarici siyasət yürütdüyünə görə bölgədə baş verən proseslərin, xaosun ölkəyə köçürülməməsi üçün vaxtında addımlar atıldı. Elə referendum məsələsi onu göstərdi ki, Azərbaycanda bir nömrəli amil təhlükəsizlikdir. Demokratiyadan daha çox ölkənin təhlükəsizliyi üçün yarana biləcək boşluqların doldurulmasına yönələn addımlar atılır.

Türkiyədə isə bu çeviklik yoxdur. Məsələn, Ankara yanlış Suriya siyasətindən vaxtında geri çəkilə bilmədi. Halbuki Əsədlə Ərdoğanın yaxın şəxsi münasibətləri var idi. Bundan istifadə edərək Ankara həm strateji maraqlarını qoruya bilərdi, həm də bölgədə güc mərkəzi olaraq qala bilərdi. İraqla da həmçinin.

Amma Azərbaycan bunu edə bilir. Rusiyanın bölgə ölkələrinə artan aqressiyasının Azərbaycandan yan ötməsini təmin edə biləcək xətt üzrə öz siyasətini yürüdür.

Mən düşünürəm ki, Türkiyədəki bu dalğa Azərbaycanda da müəyyən qədər hiss olunacaq. Amma Azərbaycanda cəmiyyət daxili qarşıdurma və Türkiyədə olduğu kimi,“kim-kimi məğlub edəcək” məsələsi gündəmdə deyil. Ola bilsin ki, ölkədə müəyyən sosial narazılıqlar, problemlər var. Amma bu, ideoloji çatışma formasında deyil, kəskin məcraya yönəlməyib. Ona görə Azərbaycanın bu hadisələrdən çox da təsirlənməsi mümkün deyil. Hesab edirəm ki, regionda situasiya bizim xeyrimizə dəyişəcək.

-Bilirsiniz ki, çevriliş cəhdindən sonra Azərbaycan Türkiyəyə dəstək verdi, Gülən şəbəkəsinin Azərbaycandakı strukturları bağlandı. Bu təriqətin köklərinin qazınması ilə bağlı bizim hökumət daha nə qədər irəli gedə bilər? Ümumiyyətlə, FETÖ-nün kökləriAzərbaycanda nə dərəcədə dərinə işləyib?

-Mən hesab edirəm ki, Türkiyədə olan proseslərin eynilə başqa ölkələrə köçürülməsinin müəyyən mənfi təzahürləri ortaya çıxacaq. Yəni Türkiyədə siyasi savaş gedir. Siyasi hakimiyyətin içinə sızmış örgüt,ABŞ-ın himayəsi altında, hərbi çevriliş yolu ilə də olsa, hakimiyyətə gəlmək uğrunda mübarizə aparır. Azərbaycanda isə təriqətin belə hədəfi müşahidə olunmur. Çünki burada olan bütün əcnəbilər, başqa ölkə vətəndaşları nəzarət altındadır. Ona qalsa, bütün əcnəbilərə potensial təhlükə kimi baxmaq olar. Bu isə bizim daim şübhə hissləri ilə yaşamağımız demək olardı.

Məktəblərin bağlanmasına gəlincə, təbii ki, Azərbaycan Türkiyənin həssaslığını nəzərə almalıdır. Türkiyə üçün zərərli ola biləcək məsələləri ciddi araşdırmalıdır, çevriliş cəhdinə dəstək verən şəxslər varsa onların üzə çıxarılması, Türkiyəyə qaytarılması, bu məsələdə Türkiyə ilə həmrəylik vacibdir. Amma məktəblərin bağlanmasına gəlincə, bu,mürəkkəb məsələdir. Ola bilsin ki, bu məktəblərdə yetişənlərin 5-6 faizi təriqətə bağlıdır. Amma 90 faizi keyfiyyətli məktəb axtaran insanlardır, universitetdə rüşvətsiz oxumaq, normal təhsil almaq, mütəxəssis kimi yetişmək istəyənlərdir.

İndi bu kampaniya çərçivəsində xeyli savadlı kadrlarımızın “fişlənməsi” (şəxsin barəsində gizli dose toplanması), şübhə altında tutulması Azərbaycana zərər verə bilər. Onda belə çıxır ki, Azərbaycan hökuməti Türkiyə adına açılan bütün məktəbləri bağlamalıdır? Çünki məntiqlə sabah CHP hakimiyyətə gəlsə, Bakıda Ərdoğanın nə vaxtsa açdığı məktəbin, başqa təsisatın bağlanmasını tələb edə bilər. Bu məktəblər Azərbaycan hökumətinin nəzarəti altında fəaliyyət göstərir. Əgər burada hansısa təriqətçi, fətullahçı görüşləri təbliğ edənlər varsa, onları qovmaq lazımdır. Məktəbin rəhbərliyini dəyişmək olar, əsas odur ki, sistem dəyişməsin, yaxşı təhsil vermək ənənəsi itməsin.

-Yəni Bakı Gülən məktəblərinin bağlanmasına dair Türkiyədən edilən çağırışlara qulaq asmamalıydı?

-Bilirsiniz, Qazaxıstana, Qırğızıstana da belə tələblər qoyuldu, amma onlar bu tələblərə baxmadılar. Çünki Qırğızıstanın özünün məktəbi yoxdur, Türkiyə adına Gülən camaatı orada məktəb açıb. Alternativ olaraq rus məktəbidir, bu da kifayət qədər yayğındır. Türklük şüurunda, İslam imanında bir savadlı qırğızı harada yetişdirsinlər?

Yaxud Somalidə Türk məktəbindən başqa ümumiyyətlə normal məktəb yoxdur, yüzlərlə qaradərili uşağın türkiyə himnini oxumasının, türkiyə sevgisi daşımasının əngəllənməsinə nə lüzum var? Orada dərs deyən 20-30 müəllim Somalidə, Sudanda çevriliş edib, nə əldə edəcəklər? Bəyəm biz uşaqlarımızı Amerikada, Avropada oxudanda məktəbi açanın təriqəti və cinsi oriyentasiyası ilə maraqlanırıq? Xeyr. Məktəbin verdiyi təhsilin keyfiyyəti ilə, reytinqi, təhsil səviyyəsi ilə maraqlanırıq.

Bu bizdə də belə olmalıdır. Məncə təhsil məsələsində fərqli davranış lazımdır. Azərbaycan hökuməti bu məsələdə düzgün hərəkət edir.Məsələn, ən keyfiyyətli təhsil ocaqlarımızdan olan Qafqaz Universitetini bağlamaq tələbi qoyulmuşdu. Azərbaycan rəhbərliyi bunu qəbul elədi və həmin universiteti Ali Neft Məktəbinin tabeliyinə verdi. Çünki Ali Neft Məktəbii də artıq keyfiyyətli təhsil sistemini qurub. Qafqaz Universitetini yerli-dibli bağlamaq nə dərəcədə düzgün olardı? Onu özəl bazar universitetlərinə yem etməkdən qazancımız nə olacaqdı? Axı orada 600-dən yuxarı bal toplamış qızlar, oğlanlar oxuyur. Həmin tələbələr dini inancına görə, Gülənə simpatiyasına görə deyil, yaxşı təhsil almaq üçün bu universiteti seçiblər. Ona görə də hesab edirəm ki, Türkiyədə gedən proseslərin eynilə Azərbaycana köçürülməsinə yol vermək olmaz. Türkiyədən bu məsələlərlə bağlı tələblər qoyulanda Azərbaycanın maraqlarını da nəzərə almalıyıq.

-Azərbaycanda FETÖ təhlükəsinin olmadığını deyirsiniz. Buna baxmayaraq Türkiyədən bir-birinin ardınca belə xəbərdarlıqlar səsləndi ki, fətullahçılar Azərbaycanda da çevriliş edə bilərlər. Hətta Türkiyədə prezidentin müşaviri də belə çıxış eləmişdi…

-Bunlar ciddi söhbətlər deyil. Hər kəs bilir ki, Azərbaycanda radikal islam cinahlarından daha böyük təhlükə var. Türkiyədə olan proseslərin siyasi səbəbləri hamımıza bəllidir, orada dövlət çevrilişində ittiham olunan camaat sisteminin və ya Gülən hərəkatının fəaliyyəti Azərbaycanda əsasən təhsillə bağlıdır, burada da 2014-cü ildən bəri süst bir vəziyyət müşahidə olunur. Elə onların başqa sahələrdə qabarıq fəaliyyəti demək olar ki, nəzərə çarpmır. Faktiki olaraq bu şəbəkəyə aid olmuş bütün məktəblər dövlətin nəzarətindədir və Türkiyədən gəlmiş müəllim heyətinin də əksəriyyəti ölkəni tərk ediblər.

-Yəni qəti demək olar ki, Fətullahçı Terror Örgütü (FETÖ) Azərbaycan üçün təhlükə deyil?

-Əlbəttə. Azərbaycan dövləti güclü dövlətdir və bütün qurumlar hökumətin nəzarəti altındadır. 90-cı illərin ortalarında bəzi xarici ölkələrin dəstəyi ilə OMON-un dövlət çevrilişi cəhdi hamının yadındadır. O zaman hələ Azərbaycan hakimiyyəti o qədər də güclü deyildi, amma bunun qarşısını ala bildi. Bu çevrilişin bir uzantısı da Türkiyədəki dərin dövlətə bağlı idi, ancaq Azərbaycandan hansısa tələb səslənmədi ki, orada da OMON işi ilə bağlı cinayət araşdırması başlansın.

Ümumiyyətlə, çevriliş və ya hakimiyyətin digər yollarla devrilməsi planlarının arxasında konkret dövlətlər durmayanda real nəticə əldə olunmur. Türkiyədə bu çevriliş cəhdi ona görə baş verdi ki, bunun arxasında konkret beynəlxalq güclər dururdu. Əks halda NATO sistemi içində yetişmiş yüzdən artıq general birdən-birə ABŞ-da sığınacaq tapmış, işi-gücü ağlamaqdan ibarət olan bir camaat liderinin çağırışı ilə Türkiyə kimi oturuşmuş bir dövlətdə belə riskə getməzdi. Azərbaycanda isə, ümumiyyətlə heç bir qüvvənin buna gücü çatmaz, çünki dövlətin total nəzarət imkanları daha genişdir və cəmiyyətiçi qarşıdurma Türkiyədəki kimi acınacaqlı həddə deyil.

-Yəqin jurnalist Eynulla Fətullayevin son araşdırması ilə tanışsınız. Orada Əli Kərimlinin Fətullah Gülən şəbəkəsi ilə işbirliyindən bəhs olunur…

-Bəli, tanışam. Bu şəbəkənin əlaqələri kifayət qədər genişdir. Ona görə də yazıda yer alan məlumatların ciddi araşdırılmasına ehtiyac var. Əsas odur ki, bu təriqət dini-ideoloji zəmində hansı fəaliyyətlər göstərib və onun Azərbaycanın əleyhinə yönələn istiqaməti nədir?

Çünki hər kəsin vicdan azadlığı var və insanları zorakılığa əsaslanmayan hansısa dini ideologiyaya inandığı üçün ittiham eləmək mümkün deyil. Əgər təriqətin Azərbaycan dövləti əleyhinə konkret hansısa fəaliyyətləri varsa, kimlərsə dövlətçiliyimiz əleyhinə əməkdaşlıqları varsa, onu mütləq prokurorluq orqanları araşdırmalıdır və məsələyə hüquqi qiymət verməlidir.

-Yeri gəlmişkən həmin yazıdan sonra Əli Kərimlinin düşərgəsində Sizin özünüzün də məlum təriqətlə bağlılığınız haqda danışmağa başladılar…

-Həmin yazıdan sonra həqiqətən də hiss elədik ki, onlar Əli Kərimlidən diqqəti yayındırmaq üçün istiqaməti müəyyən dərəcədə bizim və ya başqalarının üzərinə yönəltməyə cəhd edirlər. Hətta bəzi vicdanlı jurnalistlər mənə zəng edərək bildirirlər ki, onlara redaktorları tərəfindən Fazil Mustafanın və bir neçə deputatın gülənçi olması barədə informasiyaları başlığa çıxarıb gündəmdə saxlamaq göstərişi də verilmişdi.

Həmin jurnalistləri zərbə altında qoymamaq üçün o saytların adlarını açıqlamağı məqsədəuyğun saymıram. Ancaq onlarla bağlı araşdırmalar aparıram və mütləq ölçü götürüləcəkdir. Bu bədxah insanlar anlamaq istəmirlər ki, biz Azərbaycanın və Türkiyənin maraqlarına zərrə qədər zərər vuracaq heç bir prosesin içində olmarıq, çünki fədakar Azərbaycançı olduğumuz qədər, həm də fədakar Türkiyəçiyik.

Mən dəfələrlə Ərdoğanın bir çox siyasi gedişlərini yazılarımda, televiziya çıxışlarımda təqdir etmişəm, bəyənmədiyim, yanlış saydığım addımlarını sərt şəkildə tənqid etmişəm. Yəni məni maraqlandıran AKP-nin, CHP-nin və ya MHP-nin maraqları olmayıb, yalnız Türkiyə və Azərbaycanın maraqları olub. Dindar olsam da, məzhəbçiliyin, təriqətçiliyin, camaatçılığın hər növünə qarşıyam, bu mövzuda ən sərt yazılarla çıxış edirəm, müdafiə etdiyim dissertasiya mövzusu da bu istiqamətdədirsə, necə olur ki, bu nadanlar bizi rahat şəkildə cılız təriqətlərin, camaatların quyruğuna qoşmağa cəsarət edirlər? Sübut olaraq isə yalnız bir faktı -Türk litseylərinin bağlanmasına qarşı mövqeyimi göstərirlər.

Maraqlıdır, mən təkcə məlum camaatın açdığı məktəblərin deyil, bütün kateqoriyadan olan Türk məktəblərinin fəaliyyətinin məhdudlaşdırılmasına qarşı hər zaman sözümü deyirəm. Bu məktəblərin varlığı Azərbaycan üçün çox strateji məsələdir. Yəni məktəb, universitet bağlamağın yaxşı və pis tərəflərinə baxmaq lazımdır.

-Hesab edirsiniz ki, Azərbaycanda Türkiyədə olduğu kimi “fətullahçı ovu”una ehtiyac yoxdur?

-Bizim yanaşmamız budur ki, təriqəti bağlayın, kim çevrilişə qatılıbsa tutun, həbs edin, kim ziyanlı təbliğat aparırsa onu zərərsizləşdirin, amma o məktəblər ki, keyfiyyətli təhsil veriblər, onlara dəyməyin. Əgər bu məktəblərin hansısa neqativ tərəfi varsa, onu düzəltməyə çalışmalıyıq, bağlamaq doğru addım deyil. Burada təhsil alan, dərs deyən, buralardan məzun olan minlərlə insanın taleyinə necə biganə qalmaq olar? Bizim prinsipial mövqeyimiz budur.

Biz də məktəbləri müdafiə etdiyimizə görə, dərhal buradan nəticə çıxarırlar ki, əcaba, niyə, nə səbəbə müdafiə edirik? Cavab budur ki, Azərbaycanımız üçün müdafiə edirik. Keyfiyyətli təhsil verən belə məktəbi xristian da açsa, rus da açsa, ingilis də açsa, hansı mənbəyə bağlı olması, kimdən pul alması məni maraqlandırmaz. Əgər məktəb övladlarımıza yaxşı təhsil verirsə, onu müdafiə etməliyik. Qoy bu məktəblərin başına AKP-yə ən sadiq adamları qoysunlar. Onsuz da Azərbaycan dövləti vaxtilə bu məktəblərə ayrı-ayrı türk rəsmilərinin xahişləri ilə normal şərait yaratmışdı. Qoy Diyanət Vaqfının və Turan Yazqan məktəblərinə vəsait ayırsınlar, onların imkanları genişlənsin.

Bir vaxtlar Qori seminariyasını da Çar Rusiyası özünə sadiq təbəələr yetişdirmək üçün açmışdı, əvəzində bütün intellektual elitamız bu seminariyadan və ya rus-tatar məktəblərindən yetişmədimi? Deyək ki, Gülən məktəbləri də ABŞ kəşfiyyatının dəstəyi ilə açılıb, nəticədə yetişən savadlı Azərbaycan övladları deyilmi? Bu övlad öz vətənini satsa, gedib bunu xaricdə təhsil alanda da edə bilər. O zaman dünyanın harasında olur-olsun, bütün məktəblərə qulp qoymaq mümkündür. Həm də anlamalıyıq ki, Türk məktəblərinin ölkəmizdən bir sistem olaraq yoxa çıxması, başqa qonşu ölkələrin təhsil təbliğatının geniş şəkildə meydanı zəbt etməsi deməkdir.

-Axı Türkiyə rəhbərliyi çeviriliş cəhdindən sonra Gülən camaatının açdığı bütün məktəblərin bağlanması məsələsini qəti şəkildə qoyub. Hətta başqa ölkələrlə müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin bundan asılı olduğunu bildirib...

-Ümumiyyətlə, Türkiyə hakimiyyətinin bu çevriliş cəhdinin qarşısını alması çox böyük tarixi hadisədir və ölkənin bəlkə də 50 il geri düşməsinə imkan verilmədi. ABŞ-ın himayəsində olan Gülən şəbəkəsinin çevrilişdə iştirakının ifşa olunması da hərbi çevriliş xülyası yaşayanlara uzun illər sonrasına lazımi dərs vermiş oldu.

Amma buradan çıxış edərək Azərbaycanda total şəkildə müəyyən insanların şübhə altına salınması, məktəblərin bağlanması tələbləri faydalı deyil. Biz bunun üzərində düşünməliyik. Azərbaycan hökuməti Türkiyə dövlətinə tam dəstək verməlidir, onun tələblərini nəzərə almalıdır. Baş prokurorluq artıq cinayət işi açıb, təhqiqat getməlidir, kimin qanunazidd fəaliyyəti olubsa onlar üzə çıxarılmalıdır.

Amma kütləvi olaraq Türkiyədən gələn tələbləri olduğu kimi icra etməklə özümüzə yeni və süni təhlükələr silsiləsi icad etmiş olacağıq. Halbuki bizim üzləşdiyimiz təhlükələr başqadır, vəhhabilik, radikal şiəlik, etnik separatçılıq kimi təhlükələrdir. Nəticədə isə bu ciddi təhlükələri arxa plana ataraq başımızı Türkiyə üçün təhlükəli hesab edilən problemlərlə qatmış olacağıq. Türkiyə bu problemləri öz içində çözməlidir, biz də qardaş dövlət olaraq kənardan dəstəyimizi verməliyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru