“Bir dəlilər, bir də ölülər fikrini dəyişmir” - Sərdar Cəlaloğlu
Tarix: 15-06-2016, 10:16 | Çap et
ADP sədri Sərdar Cəlaloğlunun təsisçisi olduğu “Hürriyyət” qəzetində ADP-nin AXCP ilə yaxınlaşdığı və bu partiyalar arasında yeni birlik modelinin qurula biləcəyi barədə geniş məqalə dərc olunub. “Müxalifətin yeni birlik modeli” adlı məqalədə deyilir ki, əksər müxalif partiyaların apardığı siyasət cəmiyyətdəki narazı təbəqəni qane etmir.
Hansı ki, bu gün cəmi iki partiya-ADP və AXCP istisna olmaqla, qalan siyasi təşkilatlar hakimiyyətə qarşı loyal siyasi mövqe nümayiş etdirir: “Oxucular belə düşünə bilər ki, əslində vaxtilə ADP də hakimiyyətə qarşı konstruktiv mövqe seçdiyini rəsmən bəyan etmişdi. Əlbəttə, bu fikirdə olanlar tamamilə haqlıdır. Lakin nəzərə alsaq ki, siyasətdə qəbul olunan qərarlar ömürlük deyil, zaman və məkana uyğun olaraq dəyişir, o halda ADP-nin mövqeyindəki müəyyən dəyişikliyi də təbii qəbul etmək lazımdır. Eyni zamanda ADP bu gün heç də öz siyasətində 180 dərəcə dönüş edərək radikal mövqe nümayiş etdirmir. Sadəcə, bu partiyanın AXCP ilə adını bərabər çəkməkdə məqsədimiz hər iki qurumun etirazçı mövqedə olduğunu oxucularımıza xatırlatmaqdır.
Şübhəsiz, hələ də bu partiyaların siyasətində əsaslı bir fərqlilik mövcuddur. Belə ki, AXCP mövcud rejimin tamamilə dəyişilməsini tələb edir, ADP isə iqtidar daxilində dəyişilmələrin aparılmasının və hakimiyyətin tədricən demokratikləşdirilməsinin tərəfdarıdır. Yəni ümumilikdə hər iki partiya hakimiyyətin dəyişilməsini istəyir, sadəcə, AXCP radikal, ADP isə tədrici demokratikləşmə yolunu məqbul hesab edir. Görünür, elə bu səbəbdəndir ki, son vaxtlar sözügedən partiyalar arasında yaxınlaşma meylləri hiss olunur. Hətta əldə etdiyimiz bəzi bilgilərə əsasən, artıq partiya yetkililəri arasında yeni birlik modelinin axtarılması istiqamətində gizli müzakirələr də başlayıb. Əlbəttə, ola bilər ki, ADP sədrinin hakimiyyət tərəfindən hədəfə alınması həm də AXCP ilə yaxınlaşması ilə əlaqədardır. Görünür, artıq hakimiyyətdə də partiyalar arasında iddia olunan danışıqlar haqda müəyyən informasiyalar var və bu səbəbdən də bu iki nüfuzlu partiyanın bir araya gəlməsi iqtidar başbilənlərini narahat edib..."
Belə bir yazının məhz ADP sədrinin təsisçisi olduğu qəzetdə meydana gəlməsi xəbərin ciddiliyini artırır və ortaya suallar çıxarır. ADP ilə AXCP arasında yaxınlaşma, birlik istiqamətində danışıqlar doğrudanmı mövcuddur?
ADP sədri Sərdar Cəlaloğlu bu sualına cavabında bildirdi ki, bir dəlilər, bir də ölülər fikrini dəyişmir. Bu baxımdan ADP-nin AXCP ilə bağlı mövqeyinə yenidən baxması istisna olunmur: “Buna da siyasi gündəmin tələbinə uyğun olaraq lazım gələcəyi halda baxılar. Amma onu deyim ki, bu gün bizim partiya ilə AXCP arasında hər hansı əlaqə, danışıqlar yoxdur. Çünki gündəmdə belə bir məsələ mövcud deyil. Güman edirəm ki, həmin məqalədə yazılanlar jurnalistin təxəyyülü, ehtimalları və ya arzusudur. O da mümkündür ki, həmin jurnalist burada partiyamızın AXCP ilə əməkdaşlıq, birlik tərəfdarı olan bəzi nümayəndələri ilə söhbətlərinin nəticəsi olaraq həmin yazını yazıb. ADP əslində radikal partiya deyil, ADP prinsipial partiyadır. Biz dövlətin və xalqın maraqları məsələsində güzəştsiz mövqe tuturuq. Bu, radikallıq deyil. Biz tutduğumuz mövqeni radikal üsullarla ifadə eləmirik. Görünür, jurnalist bizim o qətiyyətli prinsipial mövqeyimizi radikal mövqe hesab edir. ADP AXCP ilə eyni radikal partiya deyil. Bəlkə də yeganə prinsipial partiya ADP-dir. Bu da bizim istənilən prinsipiallıq eləyən partiya və siyasətçi ilə əməkdaşlıq etməyimizə zəmin yaradır. Kimsə doğrudan da dövlətin və millətin maraqları məsələsində doğrudan da prinsipial mövqedədirsə, biz onunla əməkdaşlıq edə bilərik. Amma bu, o demək deyil ki, onların tutduğu yolu tuturuq”.
S.Cəlaloğlu dedi ki, partiyanın daxilində AXCP və Milli Şura ilə əməkdaşlıq, birlik tərəfdarı olan şəxslər var və həmin adamlar fikirlərini söhbətlər əsnasında dilə gətirirlər: “Biz heç kəsə qadağan edə bilmərik ki, fikrini dilə gətirmə. Milli Şura yarananda bizim partiyada Milli Şuraya üzv olmaq tərəfdarları var idi. O dövrdə sizin qəzetdə də bu barədə yazılar gedib, mənim fikirlərim dərc edilib. İndi də partiyada o fikirdə olanlar var ki, Milli Şura və AXCP ilə ittifaq qurmaq lazımdır. Biz totalitar bir partiya deyilik ki, onları bu mövqelərinə görə cəzalandıraq. Həmin adamlar indi də hesab edirlər ki, Milli Şuranın, AXCP-nin seçdiyi yol düz yoldur, ona görə də onlarla ittifaqda olmalıyıq. Onlar bu mövqelərini İdarə Heyətinin iclaslarında da səsləndirirlər. Lakin bu məsələ İdarə Heyətində və digər partiya strukturlarında rəsmi şəkildə gündəlikdə olmadığından fərdi şəkildə səslənən fikirləri ADP-nin rəsmi qərarı və ya mövqeyi deyil. Mən bu mövqedə olanlarla söhbətimdə demişəm ki, ADP-nin öz siyasi xətti var və 2005-ci ildən elan etdiyimiz bu xətti aparmalıyıq”. (“Yeni Müsavat”)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|