Ölkənin ən məlumatlı politoloqu müharibə anonsu verdi
Tarix: 31-05-2016, 08:30 | Çap et
Tanımış politoloq, Qarabağ danışıqlarında sabiq prezident Heydər Əliyevin xüsusi nümayəndəsi olmuş Eldar Namazov ötən həftə “Novosti Azerbaydjana” portalına müsahibəsində Qarabağın işğaldan azad edilməsinə dair danışıqların detallarından, işğala son qoyulmasının yollarından danışıb.
O, “Qarabağ konfliktində hansısa kompromis mümkündürmü? Referendum olmalıdırmı, ya yox” sualına cavabında deyib ki, bu, həlledici məsələdir. Məhz buna görə də “Madrid prinsipləri” razılaşdırılmayıb. Çünki tərəflər referendumla bağlı anlaşa bilməyib.
Bu mövzunun nə qədər dolaşıq olduğunu göstərmək üçün politoloq tarixə ekskurs edib və nəticə olaraq qənaətini bölüşüb: “Hazırda Qərb ekspertləri və diplomatları ilə işə istinad edərək deyə bilərəm ki, referendum məsələsi üzrə anlaşmaq mümkünsüzdür”.
Bunun səbəblərindən danışan E.Namazov qeyd edib ki, indiki şəraitdə referendum məsələsində anlaşma, sadəcə, utopiyadır və danışıqlar prosesini “bloka” alınmasına xidmət edir: “Bu məsələ sülh sazişi imzalamağa və konfliktin mərhələli şəkildə nizamlanmasına başlamağa imkan vermir. Başqa beynəlxalq təcrübədən istifadə eləmək lazımdır. Bu da ondan ibarət olmalıdır ki, referendum say çoxluğu ilə statusun müəyyən edilməsi demək olmamalıdır. Çünki onun harada keçiriləcəyi, kimin iştirak edəcəyi ilə bağlı anlaşma əldə etmək mümkün deyil. Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişinin ratifikasiyası olaraq, referendum keçirmək olar. Təxminən Kiprin məsələsindəki kimi: öncə sülh planı hazırlanır, sonra ayrıca Kiprin yunan və türk kəsimində referendum keçirilir. Həqiqətən də Qarabağ münaqişəsinin nizamlanması - mərhələli plandır. Hansı plana görə ki, həm işğal altındakı ərazilər azad edilir, həm köçkünlər qayıdır, həm Dağlıq Qarabağa təhlükəsizlik qarantı verilir və Qarabağla Ermənistan arasında dəhliz gözlənilir və sərhədlər açılır, iqtisadi əməkdaşlıq bərpa olunur. Yekun olaraq bu məsələ eyni vaxtda Azərbaycan və Ermənistanda, Dağlıq Qarabağda referenduma çıxarıla, eyni vaxtda səsvermə ilə təsdiqlənə bilərdi. Ona görə də referendum məsələsinə yanaşmanı məhz indi dəyişmək lazımdır”.
“Kerri və Lavrovun iştirak elədiyi Vyana görüşünü necə qiymətləndirirsiniz? İşğal altındakı ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündürmü” sualını isə o, belə cavablandırıb: “Bu, 4 günlük müharibədən sonra ilk görüş kimi çox mühüm idi. Ermənilərin 22 ildir söykəndiyi mövqe indi artıq əsaslı deyil, ona görə ki, Ermənistan bu mövqedən çıxış edirdi ki, o, müharibənin qalibidir və əgər Azərbaycan münaqişəni hərb yolu ilə həll eləməyə cəhd eləsə, guya onların ”məğlubedilməz" ordusu Gəncəyə və Bakıya çatacaq. Ona görə də ermənilər heç bir güzəştə getmir və Bakının diplomatik kapitulyasiyasını tələb edirdilər.
4 günlük müharibə zamanı Azərbaycan ordusu göstərdi ki, siyasi razılaşma olmasa, o, öz ərazilərini hərbi yolla qaytarmağa qadirdir. O üzdən düşünürəm ki, erməni tərəfi və vasitəçilər öz mövqeyinə korrektə etməlidirlər. İndi problemin paket həll imkanları yoxdur, çünki bu, eyni vaxtda Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur. Münaqişənin 22 il dondurulması isə artıq müharibəyə gətirib. Bu da o deməkdir ki, status-kvo davam edə bilməz. Beynəlxalq vasitəçilər də eyni şeyi bəyan edir. Hazırda qarşımızda iki yol var: ya genişmiqyaslı müharibə olacaq, ya da mərhələli həll. Və çox vacibdir ki, tərəflər mərhələli nizamlama ilə bağlı razılığa gəlsinlər - hansı planı ki, yeganə həll yolu kimi vaxtilə Bakı və İrəvan dəstəkləmişdi. Əfsus ki, o zamanın dramatik hadisələri və Ermənistanda çevriliş hər şeyi alt-üst elədi.
O vaxtdan 17 il keçib. Bu müddət göstərdi ki, mərhələli həll planının alternativi mövcud deyil. Danışıqlar prosesini dondurmaq cəhdləri edildi, ancaq bu, müharibəyə gətirdi. Odur ki, məsələdə seçim elə də böyük deyil: ya mərhələli həll, ya da müharibə"...
Nəzərə çatdıraq ki, Eldar Namazov Qarabağ danışıqlarına dair ən bilgili və bu prosesdə məmur olarkən rəsmi iştirak etmiş şəxsdir. O, bu gün də prosesin gedişatından ictimai fiqur olaraq kənarda deyil.
Hələ 2013-cü il dekabrın 5-də ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Kiyevdə Azərbaycan və Ermənistan müxalifətinin təmsilçiləri ilə görüşmüşdü. Görüşdə Azərbaycan müxalifətini EL hərəkatının sədri Eldar Namazov, Ermənistan müxalifətini Ermənistan Milli Konqresinin sədri David Şahnazaryan təmsil edib.
O zaman E.Namazovun “Yeni Müsavat”a verdiyi xəbərdə bildirilirdi ki, belə bir formatda görüş Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik və Fransadan olan həmsədr Jak Forun təşəbbüsü ilə baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin köməkçisi Anjey Kaspşik də iştirak edib: “Görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparıldı. Problemin nizamlanmasına Azərbaycan və Ermənistan müxalifətinin baxışı bir daha dinlənildi. Fikir mübadiləsi zamanı biz öz mövqelərimizi həmsədrlərin diqqətinə çatdırdıq”...
2016-cı il 2-5 apreldə cəbhədə baş verənlərdən az sonra “Yeni Müsavat”a verdiyi geniş müsahibəsində o deyib: “...Son iki ildə yeganə qatıldığım tədbirlər Qarabağ problemi ilə bağlı müəyyən tədbirlər olub. Son bir ayı götürsək, Minsk Qrupunun həmsədrləri ilə də, Böyük Britaniyanın Bakıda və İrəvandakı səfirləri ilə də görüşlərim olub. İrəvandakı səfirlə Tiflisdə görüşmüşəm. Avropa Birliyinin təmsilçiləri ilə görüşüm olub. Konkret sizin dediyiniz görüşlə bağlı deyim ki, Uorliklə yanaşı digər həmsədrlərlə də görüşmüşəm. Çox məhdud sayda adamların iştirakı ilə görüş idi. Həmin görüşdən əvvəl də, sonra da təşkilatçılar bizdən xahiş eləmişdilər ki, bu görüşlər və müzakirələr haqda mediaya yalnız onların məlumat verməsi məqsədəuyğundur. Ona görə də öhdəliklər mənə bir az imkan vermir ki, bu haqda daha geniş danışım. Bir məsələni xüsusi qeyd edim ki, mənim sizinlə söhbətlərimdə, mediada Qarabağla bağlı verdiyim açıqlamalarla qapalı görüşlərdə ifadə etdiyim mövqe arasında heç bir fərq yoxdur. Mediada açıqladığım mövqeyimi əmin olun ki, bütün beynəlxalq təşkilatlarla görüşlərdə də ortaya qoyuram. Mən sonuncu görüşlərimdə də gördüm ki, müzakirələr artıq o həddə gəlib çatıb ki, açıq hərbi toqquşma ehtimalı çox yüksəkdir”...
O deyib ki, hələ toqquşmalardan əvvəl bunun baş verəcəyini proqnozlaşdırıbmış: “Mən martın ortalarında Tiflisdə həmin görüşlərdə iştirak etmişəm. Limitin tükəndiyini və hərbi toqquşmaların ortaya çıxacağını şərtləndirən vəziyyət xeyli vaxt idi yetişirdi. Şəxsən mənim özüm sonuncu danışıqlarda çox sərt danışmışam. Qeyri-rəsmi müzakirələrdən sonra qeyri-rəsmi söhbətlər zamanı mən ermənilərə dedim ki, belə getsə, hərbi toqquşma qaçılmaz olacaq, Ermənistan geri addım atmalıdır. Ermənilərə bildirdim ki, atəşkəs razılaşmasına görə Azərbaycan 22 ildir öz üzərinə düşən şərtə riayət edir, ancaq 22 ildir Ermənistan ona aid olan şərtə riayət etmir, bir kənddən belə, qoşunlarını çəkmir. Ona görə ki, Ermənistan özünü qalib hesab edir və Azərbaycanın gücünün olmadığını hesab edir. Ermənilərin aprelin 1-dək düşüncəsi məhz belə olub ki, Azərbaycan ordusu 22 ildir mövcud olan vəziyyəti dəyişməyə cəhd eləsə, erməni ordusu gəlib Gəncəni də tutacaq. Mən mart ayında ermənilərə dedim ki, sizin bu mövqeyiniz Azərbaycana öz gücünü sizə sübut etməkdən başqa yol qoymur. Bəyan etmişdim ki, Azərbaycan ordusu güclüdür və güc tətbiq edib torpaqları erməni işğalından azad edə bilər”...
Faktlar, müşahidələr göstərir ki, E.Namazov Qarabağ məsələsində ən məlumatlı şəxslərdəndir. Onun növbəti açıqlaması da heç şübhəsiz ki, hansısa məlumatlara söykənir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|