QIŞIN DƏRDİNİ YAYDA ÇƏKƏRLƏR
Tarix: 12-05-2012, 13:27 |
Çap et
DÖVLƏT QURUMUNUN PULA EHTİYACI VAR
“Azəristiliktəchizat” ASC dövlət büdcəsindən əlavə vəsaitin ayrılması üçün hökumətə müraciət edib.
Bunu “Azəristiliktəchizat” ASC Abonent və Müştəri Xidmətləri Şöbəsinin rəisi Rafiq Əliyev bildirib.
Onun sözlərinə görə, artıq hökumət tərəfindən bu il üçün “Azəristiliktəchizat” ASC-də nəzərdə tutulan proqram təsdiqlənib. O deyib: “ASC artıq ayrılan vəsait üzrə proqramda nəzərdə tutulan işə başlayıb və demək olar ki, sənədə uyğun olaraq işin yarısından çoxu icra olunub. Çox güman ki, bu il üçün nəzərdə tutulan proqram üzrə işlər cari ilin iyul-avqust ayına kimi başa çatdırılacaq. Bu il nəzərdə tutulan proqram yaxın aylarda başa çatdırıldığına görə, əlavə olaraq ASC üzrə yeni proqramın təsdiq olunması üçün müraciət edilib”.
Rafiq Əliyev vurğulayıb ki, müraciətdə ASC tərəfindən yeni işlərin görülməsi üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılması göstərilib. / SalamNews /