İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                 

“ANCAQ HEYVANLAR ÜÇÜN QADAĞA YOXDUR”
Tarix: 10-05-2012, 15:21 | Çap et
“ANCAQ HEYVANLAR ÜÇÜN QADAĞA YOXDUR”

“ABIR-HƏYANI UNUDUB HƏR ŞEYƏ ƏL ATIRLAR”

Həyat sınaq məktəbidir, döyüş meydanıdır. İnsan ömrü boyu külüng çalır bu meydanda. Qəlbində min bir niyyətlə cücərtdiyi arzularına qovuşmaq üçün çalışır, çarpışır. Müsahibim həyatın çətin sınaq məktəbindən dərs alıb. Dəyanəti, cəsarəti ilə dəf edib maneələri. Və elə onun nəticəsidir ki, 40 ilə yaxın bir sənət yolu keçib. Bu gün fəxrlə, fərəhlə danışır keçdiyi yoldan. Çünki buna haqqı var gözəl səs sahibi olan Səyyad Əlizadənin.

- Səyyad müəllim, sizinlə çoxdandır görüşmürük, yoxsa siz görünmürsünüz?

- /Gülür/ Əvvəla, xoş gördük. Köhnə dostları görmək mənə sevinc gətirir. Sizin imzanızı hər zaman görürəm və yazılarınızı oxuyuram, müəyyən verilişlərdən izləyirəm. Yəni demək olar ki, efirdən görüşürdük. Amma təxminən 5-6 ildir görüşmürük.

- Bu 5-6 ildə nələr oldu, nə dəyişdi?

- Həyatda da, sənət dünyasında da dəyişən çox şeylər var. Stilimdə, oxu janrımda dəyişikliklər etmişəm. Təbii ki, inkişaf var. Bu müddət ərzində çox işlər görülüb. İstər xarici ölkələrdə, istərsə də paytaxtımızda solo-konsertlər vermişik. 2008-ci ildə səhnə fəaliyyətimin 30 illik yubileyi və "Bəyaz gecələr" ansamblının 15 yaşı qeyd olundu. İndi bilirsiniz ki, sənət dünyasında özünü müğənni adlandıran insanlar da, başqa sahələrdə, məsələn, mətbuatda özünü savadlı jurnalist kimi qələmə verənlər də çoxdur. Jurnalist mənim üçün müqəddəs və əlçatmazdır. Lakin təəssüflər olsun ki, istər bizim sahədə, istərsə də mətbuatda öz peşəsindən sui-istifadə edənlər hələ də var.

- Deyirsiniz ki, inkişaf var. Amma bəzi üzdəniraq müğənnilər inkişafı başqa cür başa düşüb, öz bildikləri kimi hərəkət edirlər. Necə düşünürsünüz, sənətdə sərhəd lazımdır?

- İnsan yer üzünün əşrəfidir. Ancaq heyvanlar üçün qadağa yoxdur. Lakin hər bir insan çərçivə daxilində hərəkət etməlidir. Bir divara nəzər yetirin. O fəxri fərman çərçivədə necə də gözəldir. Lakin onu indi adi kağız parçası kimi divardan asılmış təsəvvür edin. Sizcə o gözəlliyi yenə də görəcəksiniz? Ailədə də, valideyn övlad münasibətində də, dostluqda da, sənətdə də çərçivə olmalıdır. Özlərini müğənni adlandırıb istədikləri kimi hərəkət edənləri hardasa qınamıram. Çünki elə insanlar var ki, onlar gündəmə gəlmək üçün abır-həyasını unudub hər şeyə əl atırlar. Bəs bizim efir məkanları onlara nə üçün şərait yaradırlar? Efir müqəddəs bir yerdir. Elə adamlar var ki, onları nəinki efirə, hətta telekanalın həyətinə buraxmaq belə cinayətdir. Düşünmək lazımdır ki, televiziyaya hər kəs, uşaqlar da, yaşlılar da, qocalar da baxır. Gənclər də belə qənaətə gəlir ki, əgər bu cür çıxışlar, belə davranış efirdə əksini tapırsa, deməli, bu qəbul olunur. Efir məkanının formalaşdırdığı bu nümunəni ertəsi gün həmin gənc tamaşaçı da həyata keçirməyə çalışır.

- Baş verənlər uzun sənət yolu keçmiş bir insanı ruhdan salmır ki?

- Məni təəssüf hissi bürüyür. Həmişə yeni mahnılar üzərində çalışıb yeniliklər etməyə can atmışam. Zaman keçdikcə keyfiyyətini itirən qrammofon vallarındakı musiqiləri, radiomuzda saxlanılan lent yazılarının təxminən iki min dənəsini yenidən bərpa edib rəqəmsal disklərə yazmışıq. "Mən, mən" deyən bəzi üzdəniraqlar sənətdə nə ediblər ki, qürurlanırlar?

- Artıq iki-üç il səhnədə görünənlər deyir ki, bu gün toy bazarında məhz elə biz gündəmdəyik...

- Onlar xəstədirlər. Tanrı onsuz da hansı sahədə olursa olsun, yaratdığı insanın ruzisini verir. Amma dediyiniz insanların bir məqsədi var, yalnız pul qazanmaq. Mənim onlara yazığım gəlir. Bu dünya bir sınaq meydanıdır. Burda yaxşı əməl sahibi olmaq lazımdır, bir-birinə qara yaxmaqla tanınmaq lazım deyil.

- Haqqınızda şayiə eşitməmisiniz ki?

- Bəzən eşitmişəm. Bir dəfə gecəyarısı dostlarım xaricdən zəng edib hal-əhval tutdular. Lakin səhər yenə zəng edib bildirdilər ki, gecə səsini eşidib arxayın olduq, sənə bir söz demədik. Deyirdilər ki, sən avtomobil qəzasına uğramısan. Bəzən məni qalmaqala sürükləmək istəsələr də, alınmayıb. Mənim vaxtıma heyfim gəlir ki, onu belə söhbətlərə sərf edim. Çünki ötən zaman geri qayıtmır. İnsan həyatında savadın çox böyük rolu var. İki ali təhsil almışam. Azərbaycan İnşaat Mühəndisləri institutunun yetirməsiyəm və İncəsənət institutunun vokal şöbəsini bitirmişəm. Təkcə “səsim var, oxuyuram” demək kifayət deyil. İnsanın savadı, dünyagörüşü olmalıdır.

- Əgər müğənni olmasaydınız, özünüzü inşaatda sınayacaqdınız?

- Mən onsuz da inşaatda işləyirdim. Kiyev şəhərində tikinti mühəndisi kimi çalışmışam. Lakin bu sənət məni özünə elə çəkirdi ki, qəriblikdə onsuz qala bilmədim və Bakıya gəldim. Qeyd edim ki, tələbəlik dövründə "Oxu tar" müsabiqəsinin laureatı olmuşam. İstər xaricdə, istərsə də ölkəmizdə yüzə yaxın diplom və mükafatlara layiq görülmüşəm. Amma qazandığım uğurlarla heç vaxt kifayətlənməmişəm. Hər zaman özümə tənqidi yanaşmışam və üzərimdə çalışmışam. Heç vaxt özümdən razı olmamışam. 1987-ci ildə "Təbrizim" albomu işıq üzü gördü və tez bir zamanda sevildi. Beləliklə, ardıcıl olaraq kasetlərim çıxdı. 1993-94-cü illərdə isə "Bəyaz gecələr" yazıldı və mən janrımı dəyişdim. "Bəyaz gecələr" mənə uğur gətirdi, mən öz stilimi, üslubumu tapdım. Yaratdığım bu yaradıcılıq mərkəzi də, ansamblım da "Bəyaz gecələr" adlanır. Albomlar üzərində çalışırıq, demək olar ki, iki ildən bir hit mahnım yaranır. Hər zaman axtarışdayam.

- Sənətdə olduğunuz illər ərzində özünüzə nəyi qadağa qoydunuz?

- Müxtəlif xarakterli insanlar mövcuddur. Özünün tərbiyəsini, əxlaqını qoruyub saxlayan, özünə hörmət edənlər də var, abır-həyasını itirmiş, yüngül həyat keçirən insanlar da. Tutaq ki, hər hansı bir qadınla çərçivə daxilində söhbət etməyi vacib bilirəm. Qarşımdakını anam, bacım sanıram. Yəni hər kəs mənim doğmamdır. Mən sənət adamıyam. Haqqımda yaxşı, ya pis danışıla bilər. İnsan ümumiyyətlə atdığı hər bir addımını düşünməlidir. Amma xalqın sevgisindən sui-istifadə edənlər də az deyil.

- İmicinizi dəyişməyinizi zamanın axarına düşmək kimi qəbul etmək olar?

- Xeyr, xeyr. Mən şou-biznes aləmində deyiləm və özümü orda görmək də istəmirəm. Qoy adım sənət aləmində çəkilsin. Şou və biznesin sənətə heç bir dəxli yoxdur. Şou sirkdə olur, biznes də maddiyyatdır. Sənət başqa şeydir. Elə mahnılar var ki, mən onu oxuya bilmərəm. Hansı ki, zamana uyğun olaraq oxusam, bir partlayış olar. Amma mənlik deyil. Mən sənət üzərində ciddi çalışıram. Bu yaxınlarda Azərbaycan mədəniyyəti günlərində Orenburqda konsertimiz oldu. Konsertin videoyazısı hazırlanıb. Burda daha çox bəstəkar və retro mahnılar yer alıb. Mən hər janrda oxuyuram və oxuduğum mahnılar da uğur qazanıb. Artıq dördüncü duet kaset hazırlamışam və o da tezliklə işıq üzü görəcək. Eyni zamanda keyfiyyətini itirmiş mahnıların bərpası ilə məşğuluq.

İllər aylara, aylar günlərə calanır. Ömür su kimi axıb gedir. Bir soyuq qış ötdü, bir isti yayı da yola salacağıq. Bu il də həyatımızda hansısa bir xatirə iz qoyacaq. Nə vaxtsa yada salıb səhifələyəcəyik. Bəlkə bugünkü söhbətimiz də o xatirə kitabının kiçik guşəsində yer alacaq. Və bu guşədə Səyyad müəllimin dilə gətirdiyi "ən böyük arzum torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır" istəyi o zaman artıq gerçəkləşmiş olacaq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Dünən, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Dünən, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Dünən, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Dünən, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Dünən, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Dünən, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Dünən, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru