“YENİ FİKİR” SƏDRİ MƏHBƏSDƏ QALDI
Tarix: 12-10-2011, 15:41 |
Çap et
RUSLAN BƏŞİRLİNİN ŞİKAYƏTİ TƏMİN OLUNMADI
Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində məhbus fəal, “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin şikayətinə baxılıb.
“Azadlıq” radiosunun məlumatına görə, Bakının Nizami Rayon Məhkəməsinin qərarından verilən şikayət təmin olunmayıb. Avqustun 22-də aşağı məhkəmə Ruslan Bəşirlinin vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətini rədd etmişdi.
AXCP üzvü olan Ruslan Bəşirli 2005-ci il avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub.